Press "Enter" to skip to content

Ukraynada öz Biznesinizi Necə Yaratmaq Olar

Rəqibləriniz kimlərdir? Siz onlarda olmayan hansı məhsul və ya ximəti təklif edirsiniz? Həqiqətənmi siz rəqiblərinizdən daha üstün keyfiyyətli və ya daha ucuz qiymətə məhsullar satırsınız? Əgər belədirsə, təbriklər: siz uğura gedən yoldasınız. Fəaliyyət göstərəcəyiniz bazarı tədqiq edin, hansı biznesin uğulu və ya uğursuz olduğunu araşdırın.
Bütün istehsal və ya xidmət sahələri fəaliyyət üçün eyni dərəcədə asan və ya çətin deyil. Biznes tədqiqatçısı olan IBISWorld firması kiçik sahibkarlara aşağı gəlirli, lakin böyümək imkanı olan sahələri məsləhət görür. Bunlara onlayn auksion, e-ticarət, internet nəşrləri və.s aiddir.

Şəxsi biznesi sıfırdan necə qurmaq olar?

Etibarlı bir işə sahib olma sizi borclarınızı ödəmək, ehtiyaclarınızı qarşılamaq kimi problemlərin həyacanından qurtaracaq. Əgər əldə etdiyiniz vəsaitlə artıq şəxsi biznesinizi qurmağa başlamısınızsa, bu zaman full-time işdən part-time işə keçə bilərsiniz. Bu sizə öz işinizlə məşğul olmaq üçün əlavə vaxt qazandıracaq. Real həyatda bu proses kifayət qədər rəvan getmir. Ona görə də işinizi saxlamaq hər şeydən imtina edərək hələ maddiləşməmiş ideyanızın və şəxsi istəklərinizin ardınca getməkdən daha təhlükəsizdir.
Əgər öz işinizi qısa bir zamanda qurmaq istəyirsinizsə, diqqət etməli olduğunuz digər mühüm məsələ əmək müqaviləsidir. Sizin başqa sahələrdə işləmənizi məhdudlaşdıracaq müqavilələrdən çəkinməlisiniz. Əgər bu barədə kifayət qədər biliyiniz yoxdursa, bu zaman vəkilə müraciət etməkdən çəkinməyin.

2. Biznes-plan hazırlamaq

Pulu hansı yolla əldə etmək olar? Əgər siz bu suala cavab verə bilmirsinizsə, şəxsi biznesə başlamağınız məsləhət görülmür. İstənilən kommersiya təşkilatı pul qazanmaq üçün fəaliyyət göstərir və işə başlamazdan əvvəl detallı bir plan hazırlayır. İlk öncə çalışın ki, aşağıdakı suallara cavab tapasınız:
Müştərilərə məhsul və ya xidmət təklif etmək üçün sizə nə qədər vəsait lazımdır?
Təklif edəcəyiniz mal və ya xidmətə müştərilərin tələbi nə qədərdir?
Biznesinizi necə genişləndirə bilərsiniz?
Hansı yollarla müştərilərə rəqiblərinizdən daha yaxşı məhsul və ya xidmət təklif edə bilərsiniz?
İşə götürmək üçün hansı keyfiyyətləri olan insanlara ehtiyacınız var? Bu işi onlarsız edə bilərsinizmi?

3. Rəqabət analizi edin

Rəqibləriniz kimlərdir? Siz onlarda olmayan hansı məhsul və ya ximəti təklif edirsiniz? Həqiqətənmi siz rəqiblərinizdən daha üstün keyfiyyətli və ya daha ucuz qiymətə məhsullar satırsınız? Əgər belədirsə, təbriklər: siz uğura gedən yoldasınız. Fəaliyyət göstərəcəyiniz bazarı tədqiq edin, hansı biznesin uğulu və ya uğursuz olduğunu araşdırın.
Bütün istehsal və ya xidmət sahələri fəaliyyət üçün eyni dərəcədə asan və ya çətin deyil. Biznes tədqiqatçısı olan IBISWorld firması kiçik sahibkarlara aşağı gəlirli, lakin böyümək imkanı olan sahələri məsləhət görür. Bunlara onlayn auksion, e-ticarət, internet nəşrləri və.s aiddir.

4.Tədqiqatlar aparın və ideyanızı sınayın

Artıq sizin bir ideyanız var və siz onun nə dərəcədə uğurlu olacağını bilmək istəyirsiniz. Sizə onu test etməyi məsləhət görürük. Məsələn, siz bir restoran sahibi olmaq istəyirsinizsə, məktəblər və ya uşaq evləri üçün pulsuz yeməklər təşkil edin. Bu zaman gərgin bir atmosferi olan mətbəxin öhdəsindən necə gəldiyiniz və necə xidmət götərdiyinizi mühakimə edin. Bunu müştərilər arasında müxtəlif sorğular keçirərək də edə bilərsiniz.
Biznes­-plan inkişaf sənədidir. Keçirilən sınaqlar və apardığınız tədqiqatlar planda olan bəzi qüsurları aşkara çıxara bilər. Heç zaman biznes-planda dəyişiklik etməkdən və ya onu sıfırdan başlamaqdan çəkinməyin.

5. Bacarıqları formalaşdırmanın ucuz yolunu tapın

Sizin biznes ideyanız var, lakin bunu həyata keçirmək üçün lazımi bacarığınız yoxdursa, bunu mümkün qədər ucuz olan təlimlər vasitəsiylə əldə edin. Bunun üçün işçilərinə təlimlər keçən firmalarla maraqlanın və orada part-time təcrübə keçin. Bu təlimlər uzun çəkə bilər və çox vaxtınızı ala bilər, lakin nəticəyə dəyər. Bu sahədə ixtisaslı dostlarınızdan, ailə üzvlərinizdən və ya tanışlarınızdan məsləhət almaqdan çəkinməyin.

6. Əlinizdə olan vasitələrdən istifadə edin

Əgər sıfırdan bir biznesə başlıyırsınızsa, sərəncamınızda olan vasitələrdən bacardıqca istifadə edin.Məsələn, gündəlik istifadə etdiyiniz avtomobilinizi şirkətinizin maşını edə va ya qarajınızı emalatxanaya çevirə bilərsiniz. Bu gün hamımıza yaxşı məlum olan bir çox firmalar( Apple, Facebook və.s) öz fəaliyyətlərinə qaraj, zirzəmi kimi yerlərdə başlamışdır. Əgər bir eviniz varsa, onun bir hissəsini ofisinizə çevirin. Bu sizi icarə xərclərindən xilas edəcək.

7. İşçi heyətinin nizamlanması

Əgər porfessional kadrları işə götürmək istəyirsinizsə, bunun üçün böyük miqdarda pul xərcləməlisiniz. Əvvəlcə, xərcləri azaltmaq üçün bacardıqca kiçik heyət saxlayın. Əgər işi təkbaşına heç bir ödəmə etmədən görə bilirsinizsə, ilk başlarda tək çalışın.

8. Dostlarınızdan və ya ailə üzvlərinizdən borc alın

Sıfırdan biznes qurmaq və böyük məbləğdə pul əldə etmək istəyirsinizsə, sizdən yaradıcılıq və çətin bir iş tələb olunur. Lakin elə məqsədlər var ki, siz əlinizdə kiçik vəsait olmadan onlara çata bilməzsiniz. Müəyyən bahalı təchizatlar vardır ki, onlara nə sahib deyilsiniz, nə də borc ala bilirsiniz. Bir çox kiçik biznes sahibləri ehtiyacı olan şeyləri müxtəlif tanışlardan və dostlardan əldə edirlər. Kerdit almazdan əvvəl onun müddətinin, ödənişinizin məbləğinin və kreditin müəyyən edilmiş şərtlərinin sizə uyğun olduğundan əmin olun.

9. Təhlükəsiz rəsmi kiçik biznes krediti

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bir çox dövlətlərin sıfırdan biznes quranlar üçün kredit təşkilatları var. ABŞ-da SBA(small business agency) kiçik sahibkarlara yardım üçün kreditlər ayırır. Ölkəmizdə isə bu Sahibkarlığa Kömək Milli Fondu adlanır.

10. Biznesini tanıt

Dünyanın ən yaxşı şirkətinə sahib olsanız belə, insanlar sizi tanımırsa, iflas edərsiniz. Əgər televiziyada reklam verə və ya reklam lövhələrini icarəyə götürə bilmirsinizsə, çalışın ki, bunu evdə broşurlar və ya elan vərəqləri çap edib özünüz edəsiniz.
Bu gün tanınmaq üçün ən ideal vasitələri bizə internet təklif edir. Sosial şəbəkələrdə öz şirkətinizi tanıda və ya onun veb saytını quraraq məhsullarınızın online satışını təmin edə bilərsiniz.

Milli.Az

Ukraynada öz Biznesinizi Necə Yaratmaq Olar

Bir əcnəbi də daxil olmaqla Ukraynada iş aparmaq formalarından biri, bir şəxsin SPD olaraq qeydiyyata alınmasıdır (sahibkarlıq subyekti; Rus fərdi sahibkarının analoqu). Bunun üçün bir əcnəbinin Ukraynada daimi və ya müvəqqəti yaşayış yeri olmalıdır. Ukraynada öz biznesinizi necə yaratmaq olar

Vacibdir

  • – pasport;
  • – Ukraynada müvəqqəti və ya daimi yaşamaq üçün icazə sənədi;
  • – şəxsiyyət kodu;
  • – qeydiyyat vəsiqəsi;
  • – dövlət rüsumunun ödənilməsi üçün qəbz.

Təlimat

Addım 1

Ukraynalı bir sahibkar statusunu başqa bir dövlətin vətəndaşına qazanma prosesi, ölkədə qanuni olaraq uzun müddət qalma məsələsinin həlli ilə başlayır. Rusiyada olduğu kimi, Ukraynada da təşəbbüskar kimi yalnız yaşayış yerinizdə qeydiyyatdan keçə bilərsiniz. Bu o deməkdir ki, bir əcnəbi mənzil tapmalı (qeydiyyat barədə sahibləri ilə satın almalı və ya danışıqlar aparmalı) və qeydiyyat və ya oturma izni üçün OVIR-a müraciət etməlidir. Bu prosedurun özü ayrı bir təsvirə layiqdir.

Sonra şəxsiyyət kodu (VÖEN-ə bənzər) almaq üçün vergi idarəsi ilə əlaqə saxlamağınız lazımdır. Bunun üçün pasport, miqrasiya kartı və OVIR qeyd nişanı və ya oturma izni lazımdır.

Addım 2

Ukraynada yeni bir müəssisənin qeydiyyatı vergi müfəttişliyi tərəfindən deyil, yerli hökumətin xüsusi bir bölməsi (rayon icraiyyə komitəsi) tərəfindən həyata keçirilir. Gələcək təşəbbüskar orada pasport, ölkədə müvəqqəti və ya daimi yaşamaq barədə sənəd (və ya pasportda müvafiq OVIR işarəsi), şəxsiyyət kodu təyin edilməsi haqqında şəhadətnamə və bu sənədlərin surətləri ilə müraciət etməlidir.

Şöbə yerində doldurula bilən bir qeyd kartı verəcək və qeyd haqqını ödəmək üçün məlumat verəcəkdir. Ukraynanın Oschadbank-ın ən yaxın filialına pul qoya bilərsiniz.

Addım 3

Sənədlər qaydasındadırsa, SPD-nin qeydiyyatı üç gündən çox olmayacaqdır.

Sonra sahibkar vergi xidmətində, büdcədənkənar fondlarda, yerli statistika orqanında qeydiyyatdan keçməli və bank hesabı açmalıdır.

Ukrayna qanunlarına əsasən möhür etmək isteğe bağlıdır, onsuz işləyə bilərsiniz. Amma praktikada qeydiyyat zamanı seçilən fəaliyyət növü lisenziyalaşdırılırsa, əksər hallarda möhür olmadan lisenziya almaq mümkün deyil.

Comments are closed, but trackbacks and pingbacks are open.