Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Bu gün 1616-cı ildə M.Servantes, V.Şekspir və İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Bugünkü tarixdə həmçinin Moris Drüon, X.Laksness, C.Pla və Manuel Mexia Valyexo kimi məşhur müəlliflərin anadan olma və ya həyatdan getmə günləridir.
Ümumdünya Kitab və Müəlliflik Hüququ günü
YUNESKO-nun illərdir qeyd etdiyi bu günün məqsədi – kitabları, yaradıcı, sənaye, siyasi, milli və beynəlxalq aspektləri ilə gündəmə gətirməkdir. Kitabların qiymətli, estetik duyğulara, məlumatlara və insanlığın xəyal gücü məlumatlarına çatmasının əsas yolu olduğunu bilirik. Kitablar eyni zamanda, yaradıcılığın, informasiya və təhsilin daşıyıcısı kimi hər mədəniyyətin təməl xüsusiyyətlərinin nümayiş olunmasını və onların özünəməxsusluğunu görməyimizi təmin edir.
İspaniyanın Kataloniya bölgəsində illərdir qeyd olunan xüsusi bir gün var: “Hər Kitaba Bir Gül”. Hər 23 Apreldə kitab alan hər kəsə kitabın yanında bir də gül hədiyyə edən və küçə əyləncələri təşkil edən Katalanlar, ‘kitab günü’ üçün tarix təyin etməyə çalışan YUNESKO-ya da fikir irəli sürmüş oldu. 23 Aprel, eyni zamanda W.Shakespearenin həm doğum həm ölüm günü,V. Nabokov, H.Laxness, E.Markham, N.Marsh-ın (Dedektif Roderick Alleyn’in yaradıcısı) doğum, M.Cervantes, De la Vega və Josep Pla’nın da ölüm ildönümü günüdür.
Bütün bu ədəbi istiqamətləndirmələr nəticəsində, UNESCO, 23 Aprelin Dünya Kitab Günü üçün ideal tarix olduğuna qərar verdi və 1995-ci ildə alınan qərarla bütün dünyaya çatdırıldı və dünyanın 100-ə qədər ölkəsində qeyd olunmağa başlandı.
- AÇAR SÖZLƏR
- 23 aprel
- 23 april
- kitab gunu
- muellif haqlari gunu
Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Bakı. 23 aprel. REPORT.AZ/ 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. “Report”un məlumatına görə, YUNESKO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik hüququ Günü elan edilməsi bərədə qərar qəbul olunub. Azərbaycanda artıq iyirminci ildir ki, bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Müəllif Hüquqları Agentliyindən bildirilib ki, belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir: “Bu günün qeyd edilməsi ilə bağlı qərarın qəbul edilməsi hamını, xüsusən gəncləri kitab oxumaqdan həzz almağa və bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən şəxslərin əvəzedilməz əməyinə hörmət edilməsinə çağırmaqla, kitablara və müəlliflərə hörmətlə yanaşılması və lazımi qiymət verilməsi məqsədi daşıyıb”. Məlumata görə, bununla əlaqədar keçirilən bütün tədbirlərdə mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması göstərilir, müəlliflərin cəmiyyətdəki xüsusi rolu vurğulanır və bununla müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir. Agentlikdən bildirilib ki, “Kitab”, “Müəllif” və “Müəlliflik hüququ” anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. “Yaradıcıdan, müəllifdən – əlyazmaya, kitaba”, “əlyazmadan, kitabdan – müəlliflik hüququna” – bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir.
Ümumdünya Kitab və Müəlliflik hüququ günü
Bu gün 1616-cı ildə M.Servantes, V.Şekspir və İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Bugünkü tarixdə həmçinin Moris Drüon, X.Laksness, C.Pla və Manuel Mexia Valyexo kimi məşhur müəlliflərin anadan olma və ya həyatdan getmə günləridir.
1995-ci ilin bu tarixində Parisdə YUNESKO-nun baş konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəslənməsinə çağırdı. Elə həmin konfransda Ümumdünya Kitab vә Müәlliflik hüququ günü, həmçinin Uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə YUNESKO mükafatı təsis edildi.
Bu gün həmçinin Azərbaycan Media Mərkəzi və “Yeni Nəsil” Jurnalistlər Birliyi “Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsində növbəti debat təşkil ediblər. Debat “Azərbaycanda müəllif hüquqları qorunurmu?” mövzusunda keçirilib. Debatda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayət Həsənli və Azərbaycan Müəllifləri İctimai Birliyinin sədr müavini İsmayıl Əhməd iştirak ediblər. Polemikaya müğənni Nazpəri Dostəliyeva, bəstəkar Xəyyam Mirzəzadə, MTRŞ baş məsləhətçisi Tofiq Əliyev, hüquqşünaslar, KİV və QHT nümayəndələri də qoşulublar.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.