Press "Enter" to skip to content

Dilçilik mənası

Müqayisəli-tipoloji dilçilik qohum olmayan dilləri müqayisəli araşdırmaqla dil tiplərinin səciyyəvi əlamətlərini aşkarlayır.

Azərbaycanda ümumi dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV

Dil haqqında elmin tarixini yazının meydana çıxdığı dövrlərdən başlamaq, əlbəttə, ona görə tamamilə özünü doğruldur ki, ən qədim dilçilər şifahi nitqi bu və ya digər miqyasda üzvlərinə ayıraraq yazılı nitqə çevirmişlər. Və bu, dilin (daha doğru olar ki, deyək: nitqin) quruluşu barədə müəyyən təsəvvürlərin yaranmasına elə əhəmiyyətli təkan vermişdi ki, sonralar dil barəsindəki elm, bir qayda olaraq, şifahi deyil, yazılı nitqin tədqiqinə əsaslanmalı olmuşdur.

Ferdinand de Sössür XX əsrin əvvəllərində “Ümumi dilçilik kursu”nda deyirdi:

“Dilçilik özünün əsl və yeganə obyektinin nə olduğunu dərk edənə qədər üç ardıcıl inkişaf mərhələsindən keçmişdir.

Dilçiliyin əsası, əgər belə demək mümkünsə, “qrammatika” ilə qoyulmuşdur. Əvvəlcə yunanlarda meydana çıxan, sonra əsas etibarilə Fransada inkişaf edən bu fənn məntiqə əsaslandığı üçün dilə elmi və obyektiv baxışdan məhrum idi.

. Sonralar filologiya meydana çıxdı. Onun məqsədi, hər şeydən əvvəl, mətnləri izah və şərh etməkdir.

. Üçüncü mərhələ dilləri bir-birilə müqayisə etmək imkanının kəşfi ilə başladı. Lakin təkcə müqayisə ilə düzgün nəticələrə gəlib çıxmaq olmaz”.

Məsələ burasındadır ki, dilçilik, demək olar ki, bütün tarixi boyu dil ətrafında “dolanaraq” həm praktik müşahidələri, həm də az-çox nəzəri mühakimələri ilə bu və ya digər səviyyədə “dil nədir” sualına cavab verməli olmuşlar. Və əslində, dilin nə olduğu məsələsinə müdaxilə edən digər elmlər içərisində dil haqqındakı elmin mövqeyini, ilk növbədə, “dil nədir” sualına verdiyi cavabın nə dərəcədə əsaslı olub-olmaması müəyyənləşdirmişdir.

Elmi dilçiliyin meydana çıxdığı XIX əsrin əvvəllərindən ta XX əsrin əvvəllərinə qədər “dil nədir” sualına verilmiş ən mötəbər cavabları nəzərdən keçirsək görərik ki, onların biri digərini, prinsip etibarilə, istisna etmir:

“Dil – fikir formalaşdıran orqandır. Tamamilə ruhi, dərinliklərinə qədər daxili və heç bir iz qoymadan keçən əqli fəaliyyət nitq səsləri vasitəsilə maddiləşir və hissi qavrama üçün əlçatan olur. Ona görə də təfəkkür fəaliyyəti və dil qırılmaz şəkildə əlaqədə təqdim edilir. Dil xalq ruhunun, sanki xarici təzahürüdür; xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan daha çox eynilik təsəvvür etmək çətindir. Dil ruhun elə bir davamlı fəaliyyətini təqdim edir ki, həmin fəaliyyət səsi, nəticə etibarilə, fikrin ifadəsinə çevirə bilsin” (Vilhelm fon Humboldt).

“Dil fikrin səsli ifadəsidir, səslərdə təzahür edən təfəkkür prosesidir” (Avqust Slayxer).

“Dil. dərk olunmuş daxili, psixi və ruhi hərəkətlərin vəziyyət və münasibətlərinin tələffüz olunan səslər vasitəsilə ifadəsidir” (Haynrix Ştayntal).

“Dilin mahiyyəti ünsiyyətlə müəyyən olunur” (Hüqo Şuxardt).

“Dil ruhi ifadədir. Dilin tarixi ifadənin ruhi formalarının, eyni zamanda, sözün ən geniş mənasında incəsənətin tarixindən başqa bir şey deyil” (Karl Fossler) və b.

“Dil nədir” sualına dilçilik ən çox maraq doğuran cavabı Ferdinand de Sössürün şəxsində XX əsrin əvvəllərində verdi. Dahi dilçi, hər şeydən əvvəl, insanın nitq fəaliyyətində dillə nitqi bir-birindən fərqləndirərək dilçiliyin yeganə obyektinin o zamana qədər əsasən “dil” adı altında sinkretik (mücərrəd) şəkildə öyrənilən hadisə deyil, “iyerarxik işarələr sistemi” olduğunu sübut etdi. Və bu kəşf tezliklə ən azı üç struktur dilçilik məktəbinin – Praqa funksional dilçiliyinin, Amerika deskriptivizminin və Kopenhagen qlossematikasının yaranmasına gətirib çıxardı.

Azərbaycanda ümumi dilçiliyin öyrənilməsinə 1919-cu ildə Bakı Dövlət Universitetinin (və onun tərkibində Ümumi dilçilik kafedrasının) yaradılması ilə başlanılmışdır. “Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik kafedrasının tarixi)” kitabının müəllifi professor Adil Babayev göstərir ki, “Ümumi dilçilikdən dərs deyən V.B.Tomaşevskinin, M.V.Belyayevin, P.O.Piloşevskinin xidmətlərini kiçiltmədən demək olar ki, onlar bu fənn üçün. B.Çobanzadə və başqaları qədər can yandırmamışlar. Bəkir Çobanzadə Bakıya gələn kimi 1924-cü ildə türkologiyada ümumi dilçiliyə aid “Türk- tatar lisaniyyatına mədxəl”. yarada bildi”.

Professor Bəkir Çobanzadə “Mədxəl”də dilçiliyin mövzusu, vəzifələri və üsulları barədə bəhs edərkən yazır:

“Lisan elmində tədqiq mövzusu insanların nitqi, lisanıdır. Lisan isə ən ümumi və geniş mənada hiss və fikirlərimizi ifadə edən işarətlərin öylə bir məcmusudur ki, bunları hassələrimiz vasitəsilə fəhm və tələqqi etmək və eyni zamanda, iradəmizlə təkrar istehsal etmək mümkün olur”.

“. Lisaniyyat lisanın hadisələrini keçmiş və şimdiki – əgər bu sonuncusu var isə – dövrləri arasındakı təbəddüllər nöqteyi-nəzərindən çarpışdırmaq, qarşılaşdırmaq üsulunu tutduğundan lisaniyyatın üsulu bu təqdirdə müqayisə üsulu olmuş olur. Ancaq hər hankı bir dilin ömrü boyunca keçirdiyi dürlü dövrləri, onun şivələrini və nəhayət, nəşət etdiyi ana dili bir-birilə müqayisə etmək təriqilə bu lisanın ömründə təbəddül və təkamülündə hökm etmiş olan ruhi və üzvi qanunları bulub çıxarırız və bu surətlə qarşımızda bir-birini təqib edən müxtəlif dövrlərin geniş lövhəsi açılır ki, bu lövhədə artıq insanın ən əsrarəngiz, ən tilsimli bir şeyi olan lisanın taleyi açıqcasına gözümüz önündə tərəssüm edər.

İştə bu surətlə lisaniyyat elminin başlıca əsası bir-birinə yaxınlığı, qərabəti olan lisanların tarixi müqayisə üsulu ilə tədqiqidir. Digər tərəfdən, yalnız bir-birinə yaxın olan lisanlar deyil, ümumiyyətlə yer üzündə mövcud olan bütün lisanların təşəkkülatı, üzviyyəti arasında pək çox müsavi və müşabihə nöqtələr bulunduğundan bir-birinə yaxın olmayan lisanları bir-birilə müqayisə etmək lisaniyyat elminin ən əsaslı tələblərindən biridir”.

“Mədxəl”in nəşrindən bir neçə il keçmiş Sovet İttifaqında ümumi dilçiliyi akademik Nikolay Yakovleviç Marrın “dilçilikdə yeni təlim”i əvəz etdiyindən müqayisəli-tarixi araşdırmalar qadağan olunur. Və XX əsrin 40-cı illərinin axırlarında aparılan dilçilik müzakirələrindən sonra dövlət başçısı İ.V.Stalin təxminən iyirmi beş illik bir dövrdə sovet dilçiliyində marksizmi təmsil etmiş “yeni təlim”i məhz antimarksizmdə ittiham elədi.

Və beləliklə, sovet dilçiliyi 1950-ci illərdən etibarən ümumi dilçilik nəzəriyyələrini “əlifba”dan öyrənmək məcburiyyəti altında qaldı.

Adil Babayev yazır:

“1961-ci ildə ümumi dilçilik kafedrasının dosenti (sonra professoru) N.N.Məmmədov 1945-ci ildən oxumağa başladığı mühazirələr əsasında “Dilçiliyin əsasları” adlı dərsliyini nəşr etdirdi. Bu əsər Azərbaycan dilçiliyində B.Çobanzadənin “Mədxəl”indən sonra ilk hadisə idi”.

Sovet ideologiyasının üzvi tərkib hissəsi olan sovet, eləcə də Azərbaycan sovet dilçiliyi 60, 70 və 80-ci illərdə demək olar ki, heç bir ümumi dilçilik təlimi yarada bilmədi. Həmin illərdə tərtib olunmuş ümumi dilçilik dərsliklərində aparıcı “metod” dünyada az-çox geniş yayılmış ümumi dilçilik nəzəriyyələrinin məhz sovet ideologiyası mövqeyindən “tənqidi şərh”indən ibarət idi ki, həmin “şərhlər”, bir qayda olaraq, məsələn, Vilhelm fon Humboldt, Ferdinand de Sössür, Leonard Blumfild, Lui Yelmselev. kimi dahi dilçilərin dil haqqındakı mülahizələrini çox hallarda təhrif edirdi. Bu baxımdan Azərbaycanda, ümumən müttəfiq respublikalarda vəziyyətin daha acınacaqlı olduğunu xüsusi qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, dünya dilçiliyi klassiklərinin əsərləri nəinki müttəfiq respublika xalqlarının dillərinə (o cümlədən Azərbaycan dilinə), eləcə də əksəriyyəti rus dilinə tərcümə edilmədiyinə görə ən populyar nəzəriyyələri belə, ilk mənbədən öyrənmək mümkün deyildi.

Dilçilik elmi biri digəri ilə əlaqədar olan (və tarixi ardıcıllıqla biri digərindən törəmiş) üç sahəyə, yaxud səviyyəyə ayrılır ki, onlardan birincisi xüsusi dilçilik, ikincisi müqayisəli dilçilik, üçüncüsü isə ümumi dilçilikdir.

Xüsusi dilçilik konkret bir dili öyrənir; məsələn, Azərbaycan dilçiliyi, rus dilçiliyi, ingilis dilçiliyi və s. Lakin nəzərə almaq lazımdır ki, bu ifadə-terminlər hər hansı bir dili (müvafiq olaraq Azərbaycan dili, rus dili, ingilis dili və s.) öyrənən elmi bildirməklə yanaşı, Azərbaycanda, Rusiyada, İngiltərədə və s. aparılan dilçilik araşdırmalarının ümumi vəziyyətini də göstərə bilir; belə ki, “Azərbaycan dilçiliyi” dedikdə Azərbaycanda rus, ingilis, ərəb və s. dilçiliyi də başa düşülür. Əlbəttə, “xüsusi dilçilik” anlayışına həmin ifadə terminlərin birinci mənası aiddir.

Dil haqqında elmin məhz bir dilin öyrənilməsindən – xüsusi dilçilikdən başlaması, prinsip etibarilə, heç bir şübhə doğurmur. Və dilçiliyin tarixi göstərir ki, dil barəsindəki ilk az-çox təsəvvürlər ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik, üslubi xüsusiyyətləri üzərində aparılmış müşahidələrdən yaranmışdır. Dilçiliyin sonrakı səviyyələri təşəkkül tapandan sonra da xüsusi dilçilik nəinki öz aktuallığını itirmiş, əksinə, ayrı- ayrı dillərin daha dərindən tədqiqi üçün geniş nəzəri-metodoloji imkanlar meydana çıxmışdır.

Müqayisəli dilçilik iki və ya daha çox dilin müqayisəli öyrənilməsinə əsaslanmaqla bir-birindən fərqli iki sahəyə ayrılır:

1) müqayisəli-tarixi dilçilik,

2) müqayisəli-tipoloji dilçilik.

Müqayisəli-tarixi dilçilik eyni mənşəli dillərin müqayisəli araşdırılması ilə məşğuldur. Və bu müqayisənin əsas məqsədi praformaları (bir neçə qohum dil üçün tarixən ortaq olmuş dil quruluşu modelləri) bərpa etmək, nəticə etibarilə, pradil (ulu dil) barəsində mümkün qədər aydın təsəvvür yaratmaqdan ibarətdir.

Müqayisəli-tipoloji dilçilik qohum olmayan dilləri müqayisəli araşdırmaqla dil tiplərinin səciyyəvi əlamətlərini aşkarlayır.

Ümumi dilçilik həm xüsusi, həm də müqayisəli dilçiliyin uğurlarına əsaslanaraq dil haqqında elmi keyfiyyətcə yeni səviyyə yüksəldir. Hər şeydən əvvəl o mənada ki, hər iki dilçilik səviyyəsinin problemlərini özündə ehtiva edən ümumi dilçilik həmin problemlərə dil adlandırılan hadisənin mahiyyəti, ən ümumi qanunauyğunluqları baxımından yanaşmaqla universal prinsiplər müəyyənləşdirməyə çalışır. Həmin prinsiplərin nə dərəcədə əsaslı olub-olmamasına isə müxtəlif dilçilik məktəbləri, təlimləri, nəzəriyyələri arasındakı polemik münasibət münsiflik edir.

Heç şübhəsiz, ümumi dilçilik dərslərində dilçiliyin bütün problemlərini əhatə etmək mümkün deyil, bununla belə, dil haqqında elmin əsaslarını təşkil edən elə fundamental mövzular vardır ki, onlar diqqət mərkəzində dayanmalıdır. Yeri gəlmişkən, ümumi dilçilik mütəxəssislərinin əsərlərində ümumi dilçiliyin bu və ya digər probleminə həmin mütəxəssisin maraq dairəsindən asılı olaraq az, yaxud çox diqqət yetirməsinə tez-tez rast gəlinir. Ancaq mümkün qədər mükəmməl şərh təcrübəsi göstərir ki, aşağıdakı məsələlər ilk növbədə əhatə olunsun: dilçiliyin tarixi; dilin mahiyyəti, quruluşu (strukturu); dil və cəmiyyət; nitqin normaları, funksional üslub texnologiyaları; dilin tarixi; dil əlaqələri; dillərin təsnifi və nəhayət, dilçiliyin metodları.

Akademik Ağamusa Axundovun neçə on illərdir ki, Azərbaycan ali məktəblərində ümumi dilçilik problemlərinin yüksək səviyyədə tədrisinə uğurla xidmət edən “Ümumi dilçilik” dərsliyində həmin problemlər üç qrupda birləşdirilir: dilçiliyin 1) tarixi, 2) nəzəriyyəsi və 3) metodları. Bu isə ona gətirib çıxarır ki, dilçiliyin tarixi, xüsusilə ayrı-ayrı dilçilik klassiklərinin nəzəriyyələri izah olunarkən nəzərdən keçirilən məsələlər bir də həm dilçilik nəzəriyyəsində, həm də dilçiliyin metodlarında istər-istəməz təkrar edilir.

Ali təhsilin bakalavr pilləsində iki ümumi dilçilik fənninin (dilçiliyə girişlə ümumi dilçiliyin) keçilməsi də metodiki baxımdan özünü doğrultmur. Və daha yaxşı olardı ki, yuxarı kurslarda yalnız bir fənn – ümumi dilçilik tədris olunsun. Fikrimizcə, bu fənnin strukturu və ya problematikası indiki dilçiliyə girişlə indiki ümumi dilçiliyin mövzularını keyfiyyətcə birləşdirməlidir. Vaxtilə həmin məsələni akademik Afad Qurbanov qaldırmış, özünün kifayət qədər populyar dərsliyini də “Ümumi dilçilik” adlandırmışdır. Lakin qeyd etmək lazımdır ki, Afad müəllimin dərsliyində təfərrüata həddindən artıq yer verilir. Və bu təfərrüat elə bir miqyas alır ki, müəllif həddindən artıq materialist mövqedən ümumi dilçilik klassiklərinin, demək olar ki, bütün nəzəriyyələrini “saf-çürük” etdiyindən dil haqqında elmin ümumi dilçilik sahəsi və ya səviyyəsinin ümumən metodiki taleyi həmin interpretasiyada, prinsip etibarilə, havadan asılı qalır.

Heç şübhəsiz, 50, 60 və 70-ci illərdə dünya dilçiliyini dünyadan geri qalmış rus-sovet dilçiliyinin özünəməxsus (çox hallarda vulqar materialist) şərh texnologiyaları əsasında mənimsəyən Azərbaycan dilçilərinin ilk mənbələrdən uzaq ümumi dilçilik dərsləri müasir dövrün tələblərinə cavab verə bilməz.

Ali təhsilin magistratura pilləsinə gəldikdə isə burada ümumi dilçiliyin öyrədilməsinə diferensial yanaşılmalı, başqa sözlə, dilçiliyin tarixi, dil nəzəriyyəsi (hətta mühüm dilçilik nəzəriyyələri, təlimləri, məktəbləri), dilçiliyin tədqiqat metodları ayrı-ayrılıqda tədris edilməlidir.

Məlum olduğu kimi, ümumi dilçilik, ilk növbədə, hind-Avropa dillərinin müqayisəli- tarixi tədqiqinin nəticəsi olaraq formalaşmışdır. Lakin düşünmək olmaz ki, ümumi dilçiliyin mövcud elmi-nəzəri prinsipləri digər dil ailələrinin, yaxud dillərin tədqiqinə ümumiyyətlə yaramır. Əvvəla ona görə ki, ümumi dilçiliyin ən müxtəlif mənşəli dillərin öyrənilməsi sahəsində artıq zəngin metodoloji təcrübə vardır; ikincisi isə unutmaq olmaz ki, ümumi dilçilik ümumən dili öyrənir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Dilçilik mənası

dilçilik həsr olunmuş intizam adlanır dil öyrənilməsi. Bu söz, Fransızlardan gəlir Dilçilikvə bu da öz növbəsində sən dilçibu, ‘dilçi’ deməkdir.

The dilçilik məqsəd kimi var muxtar işarə sistemi kimi başa düşülən dilin öyrənilməsi, təsviri və izahı. Beləliklə, ya dili ümumi mənada öyrənə bilən, təbiətinə və onu idarə edən təlimatlara yönəlmiş və ya konkret dillərin öyrənilməsinə yönəlmiş bir elmdir. Eynilə, dilçilik də digər şeylər arasında dilin inkişafı və daxili quruluşu ilə əlaqəli məqamlara toxunur.

The dilçilik Dili müxtəlif səviyyələrdə də öyrənir: fonetik-fonoloji, morfoloji, sintaktik, leksikon və semantik. Eynilə, bunu nitqdəki fəaliyyətindən praqmatik və mətn dilçiliyi fənləri vasitəsilə təhlil edir.

İsveçrə dilçisi hesab olunur Ferdinand de Saussure atası kimi müasir dilçilik; ilk dəfə dil haqqında elmi sərtliklə nəzəriyyə verən və dilçiliyin tədqiqat obyektini məhdudlaşdırmağa çalışan o idi.

The Sossür nəzəriyyəsinin əsasları dil toplanır Ümumi dilçilik kursu, dilçinin diktə etdiyi dərsləri bir araya gətirən, iki şagirdinin tərtib etdiyi bir kitab. Postulatları induktiv araşdırma metodundan istifadə edərək sonrakı nəzəri formalaşdırılması və eksperimental yoxlanılması üçün faktların müşahidəsinə əsaslanmaqla xarakterizə olunur.

Kurslarında toplanan müşahidələr Soussure dan fərqli məktəblər və dərnəklər tərəfindən hazırlanan dil tədqiqatlarının əsasını təşkil edirdi iyirminci əsrbu da öz növbəsində linqvistik həqiqəti anlamaqda fərqli metodlara, mövqelərə və yollara səbəb oldu. Bəziləri ən vacibdir strukturist, generativfunksionalistdigərləri arasında.

Dilçilik və ya Dilçilik Dilçilik və ya dilə aid və ya əlaqəli bir şeyə istinad etmək üçün xidmət edən bir sifət kimi də istifadə edilə bilər.

Həmçinin bax Strukturalizm.

Tətbiqi dilçilik

tətbiqi dilçilik Dilin istifadəsi ilə bağlı problemləri həll etmək üçün dilçiliyin nəzəriyyələrindən, metodlarından və biliklərindən istifadə edən adlanır. Beləliklə, yeni dillərin əldə edilməsini optimallaşdırmaq üçün geniş istifadə olunur.

Mətn dilçiliyi

The mətnin dilçilik elmləri və ya mətn dilçiliyi Mətni, onun birləşməsini, uyğunluğunu və mətndə şifahi kommunikativ hərəkətə gətirən spesifik xüsusiyyətləri araşdırmağı hədəfləyən dilçiliyin bir qoludur, əlavə olaraq onları idarə edən strukturları təhlil etməyə və təsnif etməyə çalışır. Bu mənada mətn dilçiliyi cümlənin öyrənilməsindən üstündür.

Hesablama dilçiliyi

İldə Hesablama, Nə hesablama dilçiliyi Kompüterləşdirilmiş prosedurlar sayəsində süni intellekt mühitində dil problemlərini müalicə etmək üçün və eyni zamanda bir kompüter istifadəçisi üçün dil yardımı proqramlarının hazırlanması üçün istifadə olunan adlanır.

Diaxronik və sinxron dilçilik

The diaxronik dilçilikvə ya təkamül Vaxt keçdikcə bir dilin etdiyi dəyişiklikləri öyrənən, təsvir edən və izah edən biridir. Buna görə də bilinir tarixi dilçilik.

Vasitəsilə təkamül dilçiliyiMəsələn, Hind-Avropa dillərinin ağacı nəzəriyyəsini öyrənmək olar. Öz növbəsində sinxron dilçilik Tədqiqat obyekti dilin müəyyən bir andakı vəziyyətidir.

Ümumi dilçilik

ümumi dilçilik dilin öyrənilməsinin nəzəri və metodoloji aspektlərindən ibarət olan adlanır.

Umumi dilcilik / Умуми дилчилик

Цитата:
Afad Qurbanov – Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da indi erməni tapdağında inildəyən qədim Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) dünyaya gəlib. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 50-ci illərdən etibarən isə Azərbaycan Pedaqoji Universitetində filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. O, 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.

Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur [1].

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.

Comments are closed, but trackbacks and pingbacks are open.