Dəfn pulu nə qədərdir və kimlərə verilir? TƏLƏB OLUNAN SƏNƏDLƏR
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Sizə bu nəticə nə üçün lazımdır? Bu məqsəd əsas məqsədimizə çatmaqda köməklik edəcəkmi?
VERGİLƏR
Sığorta fəaliyyəti həyat və qeyri-həyat (ümumi sığorta) sığortası olmaqla iki böyük sahəyə ayrılır. Sığortaçılar bu iki sahədən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər. Həyatın yığım sığortası ilə bağlı EKVITA şirkətinin partnyoru Şərəf Əsgərova və vergi məsləhətçisi Brilyant Əliyevanın şərhini təqdim edirik.
Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid beş sığorta sinfini əhatə edir:
– həyatın ölüm halından sığortası;
– annuitet sığortası;
– həyatın yaşam sığortası;
– əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;
– sağalmaz xəstəliklərdən sığorta.
Həyatın yaşam sığortası və annuitet sığortası qanunla həyatın yığım sığortasına aid edilir. Həyatın yığım sığortası sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılması formasıdır. Həm həyatın yaşam sığortası,həm də annuitet sığortası həyatın yığım sığortası formasına aid edilsə də, bu iki sığorta sinfinin arasında əsaslı fərqlər mövcuddur.
Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaolunanın vəfat etdiyi və ya sığorta müqaviləsində müəyyən edilmiş yaşa / müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini ehtiva edir. Bu o deməkdir ki, sığortaolunan həyatın yaşam sığortası müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər yaşadığı (və ya müqavilədə nəzərdə tutulmuş yaşa çatdığı) təqdirdə, sığortaçıdan müqavilədə nəzərdə tutulmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi alır. Sığortaolunan həmin müddətdə vəfat etdiyi təqdirdə isə sığorta məbləği faydalanan şəxsə (yəni sığortaolunanın varisinə) ödənilir. Beləliklə, həyatın yaşam sığortasının mahiyyəti ondan ibarətdir ki, həm sığortaolunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində vəfat etdiyi, həm də bu müddətin sonuna qədər yaşadığı halda sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur.
Annuitet sığortası sığortaolunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması hallarında və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda onun xeyrinə pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Annuitet sığortası müqaviləsi üzrə yuxarıda göstərilən və müqavilədə əks olunan hallarda sığortaçı sığortaolunana aylıq, rüblük, yarımillik və ya illik ödənişlər verir (müqavilədən asılı olaraq). Məsələn, müəyyən yaş həddini keçmiş şəxsin əmək qabiliyyətinin məhdudlaşması və ya digər səbəblərdən gəlirlərinin azalması halında, annuitet sığortası müqaviləsində nəzərdə tutulan şərtlərə əsasən, şəxsin həmin yaşa qədər hər il ödədiyi sığorta haqqı müqabilində ona ömrünün sonunadək dövri sığorta ödənişi edilə bilər. Annuitet sığortası pensiya sığortası kimi də tanınır.
Mahiyyət baxımından həyatın yığım siğortası bank əmanətinə oxşasa da, siğortaolunanlar üçün faktiki əməkhaqqından daha çox gəlir əldə etmək imkanıyaratması onu daha üstün investisiya alətinə çevirir. Digər üstünlük də ondan ibarətdir ki, insanların həm də həyatı siğortalanır. Yəni siğorta müddəti ərzindəsiğortlaolunan vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə müddətin sonunda potensial olaraq toplanılacaq məbləğ siğorta şirkəti tərəfindən siğortaolunana və ya yaxınına ödənilir.
Yuxarıda qeyd olunan sığorta münasibətlərinin məntiqi nəticəsi olaraq müəyyən ödənişin edilməsi (müəyyən gəlirin əldə edilməsi) nəzərdə tutulduğundan məsələnin vergitutma baxımından da qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı vergi qanunvericiliyində nəzərdə tutulan əsas məqamlara nəzər yetirək.
Vergi Məcəlləsinin 102.1.8 maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğ fiziki şəxslər üçün gəlir vergisindən azaddır. Məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azadolma isə “Sosial siğorta haqqında” qanunun 15-ci maddəsi ilə tənzimlənir.
Misal 1. Tutaq ki, dövlət sektoru və neft sahəsində çalışan fiziki şəxsə ümumilikdə 3000 manat əməkhaqqı hesablanmışdır. Bu işçi vergiyə cəlb olunan gəlirinin 50 faizi həcmində həyatın yığım siğortası üzrə siğortalandığı halda müəssisə tərəfindən 1500 manat (3000×50%) sığorta haqqı olaraq siğorta şirkətinə, 1258 manat (digər 1500 manat məbləğdən məcburi dövlət sosial sığorta haqqı (MDSSH) və işsizlikdən sığorta haqqı (İSH) çıxıldıqdan sonra qalan məbləğ) isə işçinin əməkhaqqı hesabına köçürülür. Qeyd etmək lazımdır ki, qanunvericilik həyat sığortası olaraq sığorta şirkətinə köçürüləcək məbləği məhdudlaşdırmır, sadəcə azadolma tətbiq edilməsi üçün həddi müəyyən edir. Digər tərəfdən, əgər işçinin vergi azadolması tətbiq olunan hər hansı statusu vardırsa, müvafiq azadolma məbləği hesablanmış əməkhaqqının məbləğindən çıxılır.
Misal 2. Tutaq ki, yenə eyni məbləğdə əməkhaqqı (3000 manat) hesablanan fiziki şəxs özəl sektor və ya qeyri neft-qaz sahəsində fəaliyyət göstərir. Bu işçinin vergiyə cəlb olunan gəlirinin 50 faizi həcmində həyatın yığım siğortaı üzrə siğortalandığı halda müəssisə tərəfindən 1500 manat (3000×50%) siğorta haqqı olaraq siğorta şirkətinə, 1349 manat (digər 1500 manat məbləğdən MDSSH və İSH çıxıldıqdan sonra qalan məbləğ) isə işçinin əməkhaqqı hesabına köçürülür.
Təcrübədə elə hal mümkündür ki, işəgötürən 1500 manatın 22 faizini, yəni 330 manatı işçinin xeyrinə siğorta şirkətinə ödəsin. Bu halda, həmin məbləğ muzdlu işdən gəlir hesab olunacaq və nəticədə işçinin gəliri 3000 manat yox, 3330 manat hesablanacaq. Beləliklə, müəssisə siğorta şirkətinə cəmi 1830 (1500+330) manat ödəniş etmiş olsa da, onun yalnız 1665 manatı gəlir vergisi və MDSSH-dən azad olunur.
Qeyd. İşsizlikdən siğorta haqqından və 1 yanvar 2021-ci ildən hesablanacaq icbari tibbi siğorta haqqından azadolma qanunvericiliklə nəzərdə tutulmadığından hər bir halda işəgötürən və işçi tərəfindən tutulmalar tam əməkhaqqından hesablanmalıdır.
Vergi Məcəlləsinin 116.2 maddəsinə əsasən, fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.
Nəzərə almaq lazımdır ki, həyatın yığım siğortası üzrə siğorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən siğorta haqları ilə siğorta ödənişləri arasındakı fərq qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur və ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur (Vergi Məcəlləsi, maddə 99.3.9 və 123.4).
Hər hansı səbəbdən müqaviləyə xitam verilməsi halı.Vergi Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur. Bu halda işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığortaolunanın gəlirləri və gəlirlərindən tutulmuş vergi və sosial sığorta haqqı barədə müvafiq arayış alınmalı və işçidən tutulmalı olan vergi və sosial sığorta haqqı sığortaçı tərəfindən hesablanmalıdır.
İşəgötürən tərəfindən ödənilməli olan sosial sığorta haqları isə işəgötürənin özü tərəfindən hesablanıb ödənilməlidir. Bu məqsədlə sığortaçı və işəgötürən tərəfindən hesablamalar ödənişin aparıldığı (sığortaçı tərəfindən ödənişlərin aparılmalı olduğu) hesabat dövrü üçün bəyan edilməli və hər bir ay üzrə ayrılıqda hesablanmalıdır.
Fəxriyyə İkramqızı
“Dəfn pulu” nə qədərdir və kimlərə verilir? – TƏLƏB OLUNAN SƏNƏDLƏR
BAKU.WS xəbər verir ki, Azərbaycanda dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırılıb.
2019-cu il aprelin 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən müavinət 300 manat məbləğində müəyyənləşdirilib.
Dəfn üçün müavinət aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə ödənilir:
•dövlət qulluqçularına ömürlük müavinət;
•yaşa görə müavinət;
•əlilliyə görə müavinət;
•sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
•ailə başçısını itirməyə görə müavinət.
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.
Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir: 600 manat (minimum əmək pensiyası 200 AZN-dir).
Digər bir halda sosial müavinət alan şəxs vəfat etdikdə isə dəfn üçün birdəfəlik sosial müavinət təyin olunur. Onun miqdrası isə 300 AZN-dir.
Sığortaolunan şəxs (işləyən) vəfat etdikdə isə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət çalışdığı yer tərəfindən ödənilir.
Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
Tələb olunan sənədlər:
•Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
•Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
•Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.
Ümumi həyat sığortam var, pulu necə əldə edə bilərəm?
SMART texnologiyası MƏQSƏDLƏRİ MÜƏYYƏN ETMƏYİN ən populyar üsullarından biridir. Bu üsuldan həm böyük şirkətlərin işində, həm də şəxsi həyatınızda səmərəli istifadə edə bilərsiniz. Bu üsul həm VAXTINIZA, həm də ENERJİNİZƏ qənaət edərək çox yaxşı nəticələr əldə etməyinizə yardım edəcək.
SMART üsuluna əsasən qarşımıza qoyduğumuz məqsədlərin 5 əsas cəhəti olmalıdır:
S — Specific, «müəyyən, xüsusi». Məqsəd dəqiq, konkret (müəyyən) və aydın olmalıdır.
M — Measurable, «ölçülən». Abstrakt ifadələrdən, məqsədlərdən uzaq durmaq lazımdır. Yəni siz bir iş görəndə onun nəticəsini ölçüb uğurlu olub-olmadığını başa düşməlisiniz.
A — Achievable or Attainable, «nail olunması mümkün». Qarşınıza real və icrası mümkün olan məqsədlər qoyun. Bu zaman vaxtı da nəzərə almalısınız.
R — Relevant, «uyğun». Məqsəd sizin dəyərlərinizlə, istəklərinizlə və psixoloji hazırlığınızla üst-üstə düşməlidir.
T — Time Bound, «vaxt məhdudiyyəti qoyulan». Vaxt məhdudiyyəti qoymasanız məqsədinizə çatmanız çox vaxt apara bilər.
1. Məqsədiniz MÜƏYYƏN VƏ AYDIN olmalıdır:
Beyinizi bir kompüter kimi təsəvvür edin. Beyinizə müəyyən və aydın tapşırıq verməlisiniz. Sonra, o özü sizi bu məqsədə tərəf aparacaqdır. “Tapşırıq” nə qədər qeyri-müəyyən olsa, onu reallaşdırmaq üçün addımları müəyyən etmək və atmaq bir o qədər çətin olacaq.
Məsələn, məqsədiniz “OXUMAQ” deyil, “ADA UNİVERSİTETİNDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR FAKÜLTƏSİNDƏ OXUMAQ” kimi olmalıdır. Birinci cümlədə gördüyünüz kimi qeyri-müəyyənlik var.
Sizin iştahınız daha çox hansı halda oyanır – Sizə “gəl yemək ye” deyəndə, yoxsa “gəl sevdiyin dolma hazırdı, ye” deyəndə? Əlbəttə sevdiyiniz müəyyən yemək adı deyiləndə.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Mən konkret nəyə nail olmaq, nəyi dəyişmək və ya düzəltmək istəyirəm?
Unutmayın! “Bir məqsəd – bir nəticə” qaydasına riayət edin. Məqsədi qoyduğunuz zaman görsəniz ki, bir neçə böyük məqsədə nail olmalısınız, onda məqsədinizi bir neçə məqsədlərə bölün. Məsələn, peşəkar müəllim olmaq istəyirsinizsə əvvəlcə məktəbi bitirib, sonra ali məktəbə daxil olub, sonra isə. Bunun hər biri bir məqsəddir.
2. Məqsədiniz ÖLÇÜLƏ BİLƏN olmalıdır:
Məqsədə nail olub-olmamağınızı anlamaq üçün məqsədləriniz ölçülə bilən olmalıdırlar. Mümkün qədər rəqəm və say ilə ifadə olunmalıdırlar. Məqsədin rəqəm və say ilə ifadə olunması eyni zamanda ona aydınlıq və müəyyənlik də qazandırır. Yəni siz bilsəniz ki, 100 kq üzüm satmalısınız, məhz bu qədər üzümü becərəcəksiniz. Əvvəl nəzərdə tutduğunuz kimi 15 deyil, 30 üzüm əkəcəksiniz. Üzümü bazara daşımaq üçün daha uyğun maşın tapacaqsınız və s.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Hansı nəticələr məqsədə nail olduğumu göstərəcəkdir? Nəyi və nə qədər əldə etmək istəyirəm?
3. Məqsədinizə NAİL OLMAQ REAL, mümkün olmalıdır:
İddia nə qədərdə yüksək olursa olsun, məqsədə nail olmaq mümkün olmalıdır. Hədəf qoyarkən ümumi vəziyyəti də nəzərə almalısınız.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Bu məqsədə çatmaq realdırmı? Çox mürəkkəb deyil ki? Hansı çətinliklər var?
4. İndiki məqsədlər daha ÜST MƏQSƏDLƏRƏ, sizin dəyərlərinizə, ümumi maraqlarınıza UYĞUN olmalıdırlar:
Hər yeni məqsədi müəyyən edərkən daha üst məqsədi yada salmalı, yeni məqsədlərin əsas məqsədə nail olmaq yolunda nə qədər faydalı olacağını dəyərləndirməlisiniz. Yəni əsas nə etdiyiniz deyil, NƏ ÜÇÜN etdiyiniz vacibdir.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Sizə bu nəticə nə üçün lazımdır? Bu məqsəd əsas məqsədimizə çatmaqda köməklik edəcəkmi?
5. Məqsədinizə MÜƏYYƏN VAXT ÇƏRÇİVƏSİNDƏ nail olunmalıdır:
Beyin insanı yormamaq üçün bitirmə vaxtı bəlli olmayan işləri daha sonraya atır. Biz bunu tənbəllik kimi qəbul etsəkdə, insan orqanizmi onun enerjisini qənaət etməyə çalışır. Həyatda da belədir – işi konkret zaman çərçivəsində görməyə çalışın.
İşlərinizi bitmə vaxtlarına və vacibliyinə görə planlaşdırın.
ÖZÜNÜZƏ SUAL VERƏ BİLƏRSİNİZ: Nə qədər vaxta mən məqsədimə çatmalıyam? Bu işi nə vaxta bitirməliyəm?
SMART ilə daha səmərəli olmanız üçün məsləhətlər:
– Özünüzü tanıyın. Məqsədi formalaşdırmaqdan əvvəl öz imkanlarınızı, istəklərinizi yazın və ya onlar haqqında düşünün.
– Yazılı qeydlər aparın. Yaxşı olardı ki, bütün məqsədlərinizi yazardınız. Bu zaman sizin həm görmə, həm hərəkət analizatorlarınız işləyir. Həmçinin sonradan xırda detallara dəyişiliklər edə bilərsiniz, işlərinizi daha səmərəli mərhələlərə bölə bilərsiniz.
– Unutmayın ki, MƏQSƏD sizin işinizin nəticəsi olacaq. Bunun üçün maksimum xırda detalları nəzərə alıb planlaşdırsanız yaxşı olar.
– Çevik olun. Vaxt keçdikcə yeni məsələlər, məqsədlər ortaya çıxır. Məqsədlərinizdə dəyişiliklər etməkdən çəkinməyin.
– Özünüzü motivasiya edin. Xırda bir hədiyyə və ya xoşladığınız çay ilə, gəzinti ilə özünüzə məqsədə çatmağa kömək edə bilərsiniz. “Düzgün motivasiyanı formalaşdırmağın sirləri” məqaləsi sizə maraqlı ola bilər.
– Konkret olun. Təcrübə göstərir ki, məqsəd müəyyən olunubsa, bu zaman ona çatmaq daha asandır. Bacardığınız qədər konkret bir məqsəd qoyun qarşınıza.
– Səbəbinizi müəyyən edin. Hər zaman özünüzə “Mən bu məqsədə nə üçün çatmaq istəyirəm?” sualını verin. Ehtiyac görsəniz məqsədlərinizdə düzəlişlər edin.
Daim məqsədlərinizə nail olun!
Comments are closed, but trackbacks and pingbacks are open.