Umumi tarix 11 cu sinif pdf
güclü nizami ordu yaradıldı.
Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya
Vəsait yeni nəşr olunan kurikulumla yazılmış tarix dərslikləri əsasında hazırlanmışdı.
Vəsaitdə yalnız tarixi hadisələr şərh edilmir, onların mahiyyəti, səbəb-nəticə əlaqələri
haqqında qısa xülasə də verilir. Vəsait orta məktəb şagirdləri, abituriyentlər və tarix
müəllimləri üçün nəzərdə tutulmuşdur.
Abituriyentlər üçün vəsait
Xronologiya
I HİSSƏ
Kurikulum dərslikləri əsasında hazırlanmış
Qədim Misir
E.ə. IV minilliyin II yarısı
Yuxarı Misirdə və Aşağı Misirdə iki müstəqil padşahlıq yarandı.
E.ə. IV minilliyin sonu
Yuxarı Misir ilə Aşağı Misir padşahları arasında müharibə baş verdi. Müharibə
nəticəsində iqtisadi cəhətdən güclü olan Yuxarı Misir qalib gəldi, Yuxarı və
Aşağı Misir birləşdirildi, Qədim Misirin vahid dövlətdə birləşdirilməsi başa
çatdı, Vahid Misir dövləti yarandı. Memfis paytaxt oldu.
E.ə. IV minilliyin sonu
Misirdə yazı meydana gəldi. Misirdə dövlətin yaranması ilə eyni vaxda yazı
meydana gəlmişdir. Bu, şəkli yazı idi. Sonralar Misirdə“Müqəddəs işarələr”
adlandırılan heroqliflər yarandı. Heroqlif yazı növü, müxtəlif anlayışlardan ibarət
E.ə. II minillik
Misirin paytaxtı Fiv şəhərinə köçürüldü.
E.ə II minilliyin əvvəlləri
I Tutmosun hakimiyyəti. I Tutmosun hakimiyyəti dövründə Misir işğalçılıq
müharibələrini genişləndirdi, Şərqi Aralıq dənizi ölkələrinə uğurlu yürüş təşkil
edildi, yürüşlər nəticəsində Misirin ərazisi Fərat çayına qədər çatdı.
E.ə II minilliyin ortaları
III Tutmosun hakimiyyəti. III Tutmosun (1504-1450) hakimiyyəti dövründə
Misirin siyasi hakimiyyəti altında olan Ön Asiya ölkələri firona tabe olan
canişinlərtərəfindən idarə edilirdi.
E.ə. XIII əsrin əvvəlləri
II Ramzesin hakimiyyəti. II Ramzesin dövründə (1301-1235) Misirin yenidən
geniş işğalçı yürüşləri başlandı. II Ramzes het tayfalarını məğlub edərək onlarla
sülh bağladı. Fələstin, Finikiya və Suriyanın cənubu yenidən Misirin hakimiyyəti
altına düşdü. Beləliklə, II Ramzes III Tutmos kimi işğalçı müharibələr apararaq
Fələstini, Finikiyanı və Suriyanı Misirə tabe etdi. Lakin II Ramzesin vəfatından
sonra Ön Asiyada Misirin mövqeyi zəiflədi. II Ramzesin Misirdə 66 il fironluq
etdiyi dövrdə ölkədə aşağıdakı quruculuq işləri həyata keçirildi: yeni şəhərlər
salındı, Misir və Nubiyada böyük sərdabələr, saraylar və məbədlər tikildi,
Nubiyadakı məbəddə II Ramzesin 24 metrlik heykəli ucaldıldı.
Qədim Mesopotamiya. Babil
E.ə. VII-VI minilliklər
Türkdilli xalqlar olan şumerlər Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən
gələrək Mesopotamiyada məskunlaşdılar.
E.ə. III minilliyin əvvəlləri
Mesopotamiyada şəhər-dövlətlər meydana gəldi. Həmin şəhər-dövlətlər Eredu,
Laqaş, Umma, Nippur idi.
E.ə. III minilliyin əvvəlləri
Şumerlər mixi yazı növünü yaratdılar. Şumerlərdən sonra şimalda yaşayan
akkadlar, babillər və aşşurlar da mixi yazını mənimsəmişdilər.
E.ə III minillik
Qədim Mesopotamiya memarlığında zikkurat formalı pilləli məbədlər geniş
E.ə. II minilliyin əvvəli
Babil şəhər-dövləti yarandı. Babil şəhər-dövləti Mesopotamiyada yaranmışdı.
Dövlətin banisi Sumuabum, paytaxtı isə Babil şəhəri olmuşdu. Yunanlar onu
Vavilion, akkadlar isə Babili (Tanrının qapısı) adlandırırdılar.
E.ə. 1792-1750-ci illər
Hammurapinin hakimiyyət illəri. Hammurapinin hakimiyyəti dövründə
kanalların və yolların çəkilməsi genişləndi, yeni binaların tikilməsinə diqqət
artırıldı, əkin sahələri və bağçılıq genişləndi, sənətkarlıq və ticarətin inkişafına
böyük diqqət yetirirdi, bütün ölkə üçün vahid qanunlar külliyyatı tərtib edildi.
Hammurapinin 282 maddədən ibarət olan qanunlar külliyyatı qara bazalt daş
üzərinə mixi yazı ilə həkk olunmuşdu.
Finikiya. Assuriya
E.ə. II minillik
Finikiyalılar Tir, Sidon və Bibil kimi ticarət şəhər dövlətləri yaratdılar.
E.ə. II minillik
Finikiyalılar ən yaxşı gəmi inşaatçıları və dənizçilər olmuşlar.
Finikiyalılar Şimali Afrikada, Kipr, Sardiniya, Siciliya adalarında koloniyalar
E.ə II minillik
Aşşur dövləti yarandı. Aşşur dövləti Babildən şimalda, Dəclə çayının yuxarı
axarında yaranmış, e.ə. IX-VIII əsrlərdə Ön Asiyanın ən qüdrətli dövləti
E.ə. VIII-VII əsrlər
Aşşur dövləti Babili, Suriyanı və Fələstini işğal etdi.
E.ə. 612-ci il
Aşşur dövlətinin paytaxtı Nineva şəhəri Midiya və Babil qoşunları tərəfindən
E.ə. 605-ci il
Aşşur dövləti Midiya və Babil dövləti tərəfindən süquta uğradıldı.
Midiya, Əhəmənilər və Parfiya dövləti
E.ə. II minilliyin sonları
Ari tayfaları İran ərazisində məskunlaşdılar.
E.ə. VIII əsrin sonu
Deyok Midiyada dövlət yaratmağa təşəbbüs etdi, Ekbatan (Həmədan) şəhərini
saldırdı və Midiya dövətinin paytaxtı elan etdi.
E.ə. 672-ci il
Midiya tayfaları aşşurların işğalından xilas oldular.
E.ə 672-550-ci illər
Midiya dövlətinin mövcud olması dövrü.
Zərdüştilik dini meydana gəldi.
E.ə. VII əsrin ortaları
Aşşur dövləti ilə Midiya arasında müharibə baş verdi. Kaştariti (e.ə 672-653)
Aşşura yürüş etdi. Əvvəl midiyalılarla dostluq edən kimmer, iskit və sak tayfaları
bu döyüşdə aşşurlara köməkək etməsi nəticəsində midiyalılar məğlub oldu,
Midiya hökmdarı Kaştariti həlak oldu və Midiya iskitlərin hakimiyyəti altına
E.ə 625-585-ci illər
Kiaksarın hakimiyyəti. Kiaksarın hakimiyyəti dövründə Midiyada iskit ağalığına
son qoyuldu. Kiaksarın hərbi islahatına əsasən Midiya ordusu yenidən quruldu,
ordu nizəçi və oxçu dəstələrinə bölündü, süvarilər (atlılar) piyadalardan ayrıldı,
güclü nizami ordu yaradıldı.
E.ə. 616-612-ci illər
Midiya və Babil qoşunları Aşşur, Arbela, Kalat və Nineva şəhərlərini işğal
E.ə. 605-ci il
Aşşur dövləti süqut etdi. Onun torpaqları isə Midiya və Babil arasında
Midiyanın sonuncu hökmdarı Astiaqın hakimiyyəti dövrü.
E.ə. 550-ci il
II Kir Ekbatan şəhərini tutaraq Midiya hökmdarı Astiaqı taxtdan saldı və
Əhəmənilər dövlətinin əsasını qoydu. Midiya dövləti süqut etdi.
E.ə 550-330-cu illər
Əhəmənilər dövlətinin mövcud olması dövrü.
E.ə 550-530-cu illər
II Kirin kakimiyyəti. II Kirin kakimiyyəti dövründə Əhəmənilər Midiyanın bütün
ərazilərini işğal etdilər, Kiçik Asiyada Lidiya çarlığının əraziləri tutuldu, Misirə
qədər bütün ölkələr Əhəmənilər dövlətinə tabe edildi, massaget tayfalarına qarşı
uğursuz hərbi yürüş təşkil edildi.
E.ə 530-522-ci illər
II Kambizin hakimiyyəti.
E.ə. 525-ci il
II Kambiz Misirə yürüş etdi. Yürüş nəticəsində Misir ələ keçirildi. Misir
kahinləri II Kambizi firon elan etdilər.
E.ə. 522-ci il
Əhəmənilər dövlətində Qaumata üsyanı baş verdi. Qaumata (Bardi) Əhəmənilər
dövlətində hakimiyyəti ələ keçirdi. Qaumatanın yeddi aylıq hakimiyyəti
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Ümumi Tarix-11 /ksq-2 Şagird Tarix
A)Türkmənçay müqaviləsinə aid bəzi maddələr. B)Xüsusi ticarət traktatının imzalanması C)1879-cu ildə yaradılan kazak dəstələrinin Qacarlar ordusunda əsas hərbi hissə olması D)1905-1911-ci illər İran inqilabının nəticələri
3)Hindistanın XIX əsr tarixinə aid olan hadisələrinin xronoloji ardıcıllığını tapın:
a.Sipahilər üsyanının başlanması. b.Kraliça Viktoriyanın Hindistan imperatriçəsi titulu qəbul etməsi. c.Aud knyazlığının ingilislərə tabe edilməsi.
4)Bombeydə milli kapitala məxsus ilk toxuculuq fabriki inşa edildi:
A)1890-ci ildə B)1884-cü ildə, C)1885-ci ildə D)1876-ci ildə
5)Verilən şərtləri əks etdirən müqavilələrin adlarını yazın.
6)1911-1913-cü illər inqilabının nəticələrinə aid deyil:
A)Konstitusiya qəbul olundu. B)Tsin sülaləsi devrildi. C)Respublika qruluşu bərqərar oldu D)”Birləşmiş ittifaq” təşkilatı yaradıldı
7) ___________ ildə Yaponiyada Konstitusiya qəbul edildi.
8)Biri Vyana konqresinin qərarına aid deyil:
9)Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququnu bu müqavilənin qərarlarına əsasən itirdi:
10) Dövlətləri daxil olduğu Antanta(A) və “Üçlər ittifaqı”na(C) uyğun şəkildə A və B səbətlərinə yerləşdirin:
1.İtaliya , 2.Almaniya, 3.Fransa, 4.Rusiya, 5.Avstrya-Macarıstan, 6.Böyük Britaniya
11) I Dünya müharibəsinin ilk ilində baş verməmişdir:
A)Tannenbur döyüşü B)Kütül-Amarə döyüşü C) Marna döyüşü, D)Sarıqamış əməliyyatının başlanması
12) 1914-cü ilin avqustunda alman orduları tərəfindən işğal olunmuş bitərəf dövlətin ərazisini xəritədə qeyd edin.
13) Müqavilələrin imzalandığı ay və ili, müqavilələri imzalayan tərəfləri ilə yazın:
14) Məntiqi ardıcıllıq pozulmamışdır:
A)Van Qoq, Namiq Kamal, Lev Tolstoy B)Lev Tolstoy, Emil Zolya, Anton Çexov C)Jül Vern, Qustav Eyfel, Cüzeppe Verdi D)Pyotr Çaykovski, Rabindranat Taqor,Van Qoq
Düz cavablar:_______________
Qiymət: ___________________
Do’stlaringiz bilan baham:
Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling
Comments are closed, but trackbacks and pingbacks are open.