Press "Enter" to skip to content

Ünvan dəyişikliyimi necə bildirə bilərəm

Fiziki şəxslər elektron qaydada (www.e-taxes.gov.az) İnternet Vergi İdarəsi Portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” (e-Vergi Hesab Fakturası) bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyicisi fiziki şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) fiziki şəxsin vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) ilə yaşadığı yer üzrə ( şəxsiyyət vəsiqəsində göstərilən) vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır. Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir. Fiziki şəxs vergi uçotuna alınaraq ona Şəhadətnamə verilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə fiziki şəxsin vergi uçotunu aparan vergi orqanı tərəfindən verilmiş, həmin fiziki şəxsin vergi uçotuna dayanmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-i, ünvanını və şəkli əks etdirən, blankı təkrar çapdan müdafiə etmək üçün xüsusi gizli nişanları olan sənəddir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Fiziki şəxslər elektron qaydada (www.e-taxes.gov.az) İnternet Vergi İdarəsi Portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” (e-Vergi Hesab Fakturası) bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. “ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. Vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

Vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir.

Benefisiar.org

Ünvan dəyişikliyimi necə bildirə bilərəm?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə 1003 – Çağrı Mərkəzi və (012) 377-00-77 şəhər telefonu vasitəsilə əlaqə saxlamaq mümkündür.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işə qəbul necə aparılır?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində və yerli bölmələrdə inzibati vəzifələrin tutulması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə və müsahibə yolu ilə həyata keçirilir, Qida Təhlükəsizliyi İnstitunda işlə təmin olunmaq üçün isə hr.aqti@afsa.gov.az elektron ünvanına “CV” göndərə bilərsiniz.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektimi necə qeydiyyatdan keçirə bilərəm?

Qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə aşağıda qeyd olunan sənədlərlə müraciət etmək mümkündür: – ərizə; – ərizəçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti; – ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; – hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti; – ərizəçinin nümayəndəsi müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənəd; – ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti; – ərizəçi idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) surəti; – dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Qeyd: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada da həyata keçirir. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyin rəsmi internet saytına daxil olaraq onlayn qeydiyyat üçün müraciət etmək mümkündür. Sistemə giriş Asan imza, “Elektron imza” və FİN kod vasitəsilə həyata keçirilir.

Vətəndaşlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qida məhsullarını yoxlatdıra bilərmi?

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzləşmiş nümunə qəbulu şöbəsində sifarişçilərin (AQTA müfəttişləri, rəsmi şəkildə müraciət edən dövlət qurumları, fiziki və hüquqi şəxslər, sahibkarlar və müstəqil müştərilər) müraciəti əsasında gətirilmiş nümunələrin qəbulu, kodlaşdırılması, qeydiyyatı, saxlanması və İnstitutun müvafiq laboratoriyalarına daşınması həyata keçirilir. Müstəqil müştərilər burada yazdıqları ərizə əsasında nümunələrini təqdim edirlər. Hər bir nümunə qəbul edilir, onların sınaqlara yararlı olub-olmaması müəyyənləşdirilir. Nümunələrin qablaşdırılması, miqdarı, çəkisi, temperaturu yoxlanılır və aparılacaq sınaqlar qeyd edilir. Sınaqlar ən qısa zamanda, yüksək səviyyədə həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə fiziki-kimyəvi, toksikoloji, bioloji (mikrobioloji, parazitoloji, genetik, virusoloji), bakterioloji laboratoriya analizləri həyata keçirilir, ekspertiza və tədqiqat xarakterli xidmətlər göstərilir.

İstehlakçılar qida məhsulları ilə bağlı hər hansı neqativ halla qarşılaşdıqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayətlərini necə bildirə bilərlər?

Vətəndaş qida məhsulları sahəsində neqativ hallarla qarşılaşdıqda konkret faktları qeyd etməklə şikayətlərini 1003 – Çağrı Mərkəzi və (012) 377-00-77 şəhər telefonu ilə əlaqə saxlayaraq məlumat verə bilərlər. Eləcə də Nizami ray., H.Əliyev pr. 185B ünvanına yazılı qaydada, info@afsa.gov.az e-poçt ünvanına elektron məktub göndərərək və ya sosial şəbəkələr vasitəsilə də şikayətlərini bildirə bilərlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində vətəndaşların qəbulu hansı günlərdə həyata keçirilir?

http://afsa.gov.az/az/reception linkinə keçid edərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində vətəndaşların qəbulu cədvəli ilə tanış olar bilərsiniz.

Küçələrdə, yol kənarlarında qarşılaşdığımız qanunsuz heyvan kəsimi və ya ət satışı ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayət edə bilərikmi?

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Vətəndaşlar sözügedən sahədə qarşılaşdıqları neqativ hallarla bağlı müraciətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ünvanlaya bilərlər.

Qida sahəsində fəaliyyət göstərən hər hansı sahibkarlıq subyektinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçirilməsi ilə bağlı məlumatı necə əldə edə bilərik?

Vətəndaşlar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet səhifəsinə daxil olub müvafiq bölməyə keçid edərək sahibkarlıq subyektinin VÖEN, subyekt adı, obyektin qeydiyyat nömrəsi, fəaliyyət istiqaməti, fəaliyyət növü və ya obyektin nişangahı kimi məlumatlarından hər hansı birini daxil edərək sahibkarlıq subyektinin qeydiyyatını yoxlaya bilərlər.

Qida təhlükəsizliyi sertifikatının alınması üçün zəruri olan sənədlər hansılardır?

· ərizə; · ərizəçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti; · ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; · hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti; · ərizəçinin nümayəndəsi müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənəd; · idxal üçün mənşə sənədi, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys), idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər; · ixrac üçün alqı-satqı müqaviləsi, ixrac olunan məhsulun növündən asılı olaraq fitosanitar sertifikatı, baytarlıq sertifikatı, qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərini əks etdirən digər sənədlər.

Comments are closed, but trackbacks and pingbacks are open.