Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərə start verildi
!Reklam – Sag
Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər təşkil edilir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, bu il də oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə Uşaq Hüquqları Aylığı keçirilir.
Trend-in məlumatına görə, həmin aylıq çərçivəsində Ombudsman, onun regional mərkəzləri, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda ictimaiyyətin fəal iştirakı ilə respublikamızın hər bir şəhər və rayonunda bu mövzu ilə bağlı konfranslar, dəyirmi masalar, maarifləndirmə tədbirləri keçirir, müsabiqələr və sərgilər təşkil edirlər.
Belə ki, bu günlərdə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılan və uğurla fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) nəzdində fəaliyyət göstərən Liderlik məktəbində tədbirlər keçirilib. Həmin tədbirlərdə Ombudsman Aparatının əməkdaşları, Liderlik Məktəbinin Bakı şəhərinin müxtəlif rayonlarının məktəblərində təhsil alan 100-dək üzvü, habelə müəllimlər və valideynlər iştirak ediblər. Eyni zamanda Aparatın əməkdaşları Suraxanı rayonu 118 nömrəli tam orta, Bakı-Oksford və digər məktəblərdə təşkil olunmuş tədbirlərə qatılıblar.
Habelə Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində, Gəncə şəhər M.C.Paşayev adına 39-saylı və Daşkəsən şəhər Nəsimi adına 1 nömrəli tam orta məktəblərdə, Cəlilabad regional mərkəzi tərəfindən Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı və Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 1 saylı tam orta məktəblərdə, Şəki regional mərkəzi tərəfindən Qax şəhər 4 saylı və Şəki şəhər 12 saylı orta məktəblərdə, Balakən rayonu Mahamalar kəndində, Quba regional mərkəzi tərəfindən isə Qusar şəhər 1 saylı və Quba şəhər 7 saylı tam orta məktəblərdə silsilə tədbirlər keçirilib.
Bu tədbirlərdə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin, təhsil müəssisələrinin, icmaların nümayəndələri, ağsaqqallar, məktəb müəllimləri, dindarlar, fəal gənclər və şagidlər, geniş ictimaiyyət iştirak ediblər.
Bütün bu tədbirlərdə Ombudsmanın nümayəndələri çıxış edərək, Uşaq Hüquqları Aylığının məqsəd və əhəmiyyətini, insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli qanunverilicik və beynəlxalq sənədlər barədə iştirakçılara ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi qeyd edilir və bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır.
Müvəkkilin fəaliyyətində uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi və təsisatda uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntularının vaxtında müəyyən edilərək araşdırılması məqsədilə yaradılan 916 qaynar xəttinin 24 saat fəaliyyət göstərdiyi vurğulanıb. Bildirilib ki, Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-2010-cu tədris ilindən etibarən Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir.
Qeyd olunub ki, 2007-ci il oktyabrın 25-də Lanzarotedə imzalanmış “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının müvafiq bəyanatla təsdiq edilməsi ilə bağlı qanun layihəsinin ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunması uşaqlara qarşı zorakılığın bütün formaları kimi cinsi zorakılıq ilə mübarizənin preventiv, müdafiəedici, müvafiq cinayət-hüquqi aspektlərinə yönəlmiş tədbirlərin, habelə zərərçəkənlərin reabilitasiyası proqramlarının təkmilləşməsinə və tətbiqinə xidmət edəcəkdir.
Tədbirlərdə Azərbaycan Ombudsman təsisatının insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumatlar verilib. İştirakçıların mövzu ətrafında verdiyi çoxsaylı suallar ətraflı cavablandırılıb.
İştirakçılar bu aylığın keçirilməsinin əhəmiyyətli olmasını qeyd edib və bununla əlaqədar Müvəkkilə minnətdarlıqlarını bildiriblər. Aylıq çərçivəsində silsilə tədbirlər davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin
Usaq huquqlari tedbirler plani
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə 3-cü-sektor “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərə start verildi
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Oktyabr 20, 2017 – 16:16
!Reklam – Yazi
Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir. 20 oktyabr 2017-ci il tarixdə 23 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlərin təşkil edilib keçirilməsinə start verildi. Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə Nəsimi rayon tam orta məktəblərində təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedadı olan, həmçinin olimpiada və bilik yarişlarının qalibləri və məcburi köçkün ailələrindən olan məktəblilər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. G.Verdiyeva bildirdi ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, maraqlı, yaddaqalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilib keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlətimiz tərəfindən uşaqların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqların sağlamlığı və layiqli vətəndaş olmaları üçün həyata keçirdiyi iri miqyaslı layihələr barədə məlumat verdi. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Agayeva çıxış edərək bildirdi ki, “Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə və uşaqların fəallığına xidmət edir. Keçirilən tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir qrup Nəsimi rayon məktəblərinə uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştiraklarına görə diplomlar təqdim edilmişdir. Tədbir 23 saylı tam orta məkrəbin şagirdlərinin təşkil etdiyi konsetr proqramı ilə başa çatdı.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.