Uşaqlarda qidanın bir hissəsinin (hissəvi) geri qaytarılması (kiçik qusma)
– narahatlıq və ağlama ilə müşayiət olunan kiçik qusma – spastik sancıların olmasının əlamətidir. Həkim-pediatr və ya qastroenteroloq uşağa sancı əleyhinə olan vasitələr təyin edə bilər;
Valideynlər, diqqət! Uşağın qarnı ağrıyırsa. – TƏHLÜKƏ
Apendisit partlaması həyati təhlükəyə səbəb ola bilər.
Milli.Az lent.az-a istinadən türkiyəli mütəxəssislərin uşaqlarda apendisit və müalicəsi haqqında bəzi məsləhətlərini təqdim edir.
Hər qarın ağrısı apendisit əlaməti olmaya bilər. Uşaqlarda ishal, qəbzlik və hətta orta qulaq iltihabı belə, qarındakı limfa vəzlərini şişirib qarın ağrısına səbəb ola bilər. Buna görə də hər qarın ağrısı apendisit kimi qiymətləndirməməlidir.
İşarə vermədən ortaya çıxa bilər
Apendisit başlanğıc ərəfəsində çox tipik işarə və əlamətlər vermədən irəliləyə bilər. Ağrılar yeni başladıqda apendisiti tanımaq çətin ola bilər. Buna görə də uşağın xəstəxanada bir müddət nəzarət altında saxlanması və lazım olan analizlərin aparılması çox vacibdir. Apendisit kiçik yaşlarda çox rast gəlinmir. Yaş artdıqca apendisit təhlükəsi artır. Ümumiyyətlə isə, məktəb vaxtlarından yeniyetmə dövrünədək olan müddətdə daha çox rast gəlinir. Apendisitin uşaqlar arasında yayılması onların infeksiyalara daha yaxın olmaları ilə bağlıdır.
Apendisitin digər əlamətləri
Qarnın sağ hissəsində gedərək artan ağrı (sağ bölgədəki ağrı bud sümüyünün üst hissəsində hiss edilir), mədə bulanması, ağrılar başladıqdan sonra qusmalar, qarın hissəsinin şişməsi, qazla birlikdə müşahidə edilən qəbzlik və ya ishal, qaz çıxarmaqda çətinlik, qızdırma, ağrılı sidik ifrazı.
Tumlu qidalara diqqət edin
Həkimlər bildirir ki, apendisitin qidalanma ilə heç bir əlaqasi yoxdur. Lakin balaca uşaqlara tumlu qidalar verən zaman diqqətli olmaz lazımdır. Misal üçün, kiçik bir limon dənəsi belə, dəliyi tıxaya bilər və apendisit inkişaf edə bilər. Bundan başqa, dənə və ya başqa bir faktor olmasa da, bədənin öz fəsadları nəticəsində də apendisit tıxana və nəticədə partlaya bilər.
Apendisit partladıqda.
Uşqlar həkimə getməyə qorxduqları üçün çox zaman əlamətləri gizləyirlər. Lakin apendisit ağrısını gizlətmək çox da mümkün deyil. Xüsusən də cərrahi müdaxilə lazım olan bir vəziyyətdə, yəni uşaq halsızlaşır, yeriməyə çətinlik çəkir, qidalanmır və qusur. Apendisit partlaması bir riskdir, bu, xəstəliyin daha da irəlilədiyini göstərir. Lakin partlasa da, xəstə ölüm təhlükəsi ilə üz-üzə dayanmır. Mümkün olduqca ən qısa zamanda xəstəxanaya gətirilməlidir. Əgər apendisit partlayıbsa, çıxarılır, qarının içərisi yuyulur və antibiotik müalicəsi edilir. Bu cür vəziyyətlərdə xəstəxanada qalma müddəti uzana bilər.
Uşaqlar tez bir zamanda ayağa qalxır
Apendisit əməliyyatı açıq və laporoskopik üsulla edilə bilər. Bu əməliyatların seçimi isə uşağın yaş və əlavə xəstəliyi olub-olmamasından asılıdır. Laporoskopik cərrahiyyədə qarında 3-4 yerdən, təxmini 1 sm ölçüdə kəsik açılır. Açıq əməliyyatda isə 3-4 sm-lik bir kəsiklə apendisit əməliyyatı edilir. Laporoskopik cərrahiyyədə uşaqlar tez bir zamanda ayağa qalxır.
Milli.Az
Uşaqlarda qidanın bir hissəsinin (hissəvi) geri qaytarılması (kiçik qusma)
7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılması (“kiçik qusma”) fizioloji, yəni normal hal hesab olunur.
Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması (kiçik qusma) qəflətən başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Bu zaman qidanın hissəvi olaraq geri qaytarılması qida qəbulundan sonra 1 saatadək olan müddət ərzində baş verə bilər, qusma “fontan” şəklində (yəni təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla) olmamalıdır.
Uşağı yedizdirdikdən sonra onu 20 dəqiqə şaquli vəziyyətdə saxlamaq lazımdır. Bu zaman hava tıxacı gəyirmə ilə xaric olur və ağızın kənarlarından isə az miqdarda süd də xaric ola bilər. Qidanın hissəvi olaraq geri qaytarılması (kiçik qusma) uşağın bədəninin vəziyyətinin dəyişməsi zamanı və ya hər hansı bir nəzərəçarpacaq səbəb olmadan da təkrar oluna bilər. Bəzi hallarda elə görünə bilər ki, geri qaytarılan qidanın miqdarı çoxdur. Ancaq onun əlamətləri yuxarıda qeyd edilən fizioloji “kiçik qusmalara” uyğun gələrsə, uşağın çəkisinin artması da normal olarsa – bu, normal hesab olunmalıdır. Təxminən uşağın 7-ci ayına yaxın olan müddətdə, qidanın hissəvi olaraq geri qaytarılması (“kiçik qusma”) keçib getmiş olur. Valideynlər aşağıdakı hallara diqqət yetirməlidirlər:
– qəbul edilən qidanın “fontan” şəklində geri qaytarılması uşaqda olan nevroloji pozulmaların əlaməti ola bilər. Buna görə də uşağı ilk növbədə nevropatoloqa göstərmək lazımdır. Nadir hallarda, bunun səbəbi həzm sistemində olan spazmlar da ola bilər ki, bu halda həkim-qastroenteroloqa müraciət etmək lazımdır;
– gecikmiş kiçik qusma – qida qəbulundan 1 saat və daha gec, bəzi hallarda isə növbəti qida qəbulundan bir qədər əvvəl baş verir. Bu halda da qastroenteroloq həkiminə müraciət etmək tələb olunur;
– tez-tez baş verən kiçik qusmalar – əgər uşaqda hər 5-10 dəqiqədən bir kiçik qusmalar baş verirsə, bu, qeyri normal hal hesab olunur. Uşaqda belə bir problem qeyd edilərsə, qastroenteroloq həkiminə müraciət etmək məsləhət görülür;
– narahatlıq və ağlama ilə müşayiət olunan kiçik qusma – spastik sancıların olmasının əlamətidir. Həkim-pediatr və ya qastroenteroloq uşağa sancı əleyhinə olan vasitələr təyin edə bilər;
– maye qəbulundan, az miqdarda qida qəbulundan sonra baş verən və narahatlıq, çəkinin az artması və ya hətta heç artmaması ilə müşayiət olunan kiçik qusmalar. Belə bir hal anatomik qüsur olan “pilorostenoz” ilə əlaqədar ola bilər. Pilorostenoz – qida borusunun kəskin daralmasıdır ki, bu zaman qida praktiki olaraq mədəyə daxil ola bilmir. Belə qüsur əksər hallarda uşağın doğulduğu ilk günlərdən etibarən aşkar edilir və cərrahi üsulla düzəldilir. Bəzi hallarda isə pilorostenoz bir qədər sonra (uşağın 1-3 aylığında) aşkar olunur.
Fizioloji olmayan, tez-tez baş verən kiçik qusmalara meylli olan uşaqlar üçün həkimlər xüsusi müalicəvi süni qida qarışığı təyin edə bilərlər. Belə süni qidaların qutusunun üzərində, adətən, “antireflyuks” sözü də yazılır. Belə qidaları yalnız həkimin məsləhəti ilə uşağa vermək olar. Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması zamanı belə qidaların qəbul edilməsinə ehtiyac olmur. Ana südünü, əlbəttə ki, tamamilə belə süni qida ilə əvəz etmək olmaz.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.