Press "Enter" to skip to content

Prezident elçibəy oxu

Elçibəy nümayişdə. 28 may 1991-ci il.

Prezident elçibəy oxu

Bu gün Azərbaycanın sabiq prezidenti Əblüfəz Elçibəyin anım günüdür. Kulis.az Azərbaycan tarixində, o cümlədən mədəniyyətimizdə özünəməxsus yeri olan ictimai-siyasi xadim haqqında 10 maraqlı faktı təqdim edir.

Əbülfəz Elçibəy Ordubad rayonunun Kələki kəndi yaxınlığındakı Xəlil düzündə – yaylaqda anadan olub. Atası çoban olub.

Anasının ailəsi 1905-ci ildə ermənilərdən qaçıb dağlarda gizləniblər, ailələrindən təkcə o xilas olub, neçə gün qar altında qalıb. Hər iki ayağının barmaqlarını o qədər don vurub ki, qadın həyatını qurtarmaq üçün baltanı götürüb barmaqlarını baltalayıb.

Uşaqlıq arzusu həkim olmaq olub.

Universitetdə təhsil alarkən mahnı oxuyurmuş. Hətta xora da yazılıbmış.

Universitetin şərqşünaslıq fakültəsində İslam üzrə mühazirə oxumaq üçün Misirdən Bakıya qayıdanda Azərbaycanlı müəllim kimi öz tələbələrinə rusca mühazirə oxumaq məcburiyyətində qalması ona xoş gəlmir. Buna görə də Azərbaycan dilini ölkənin məktəb və universitetlərində təlim vasitəsi kimi rus dilinin səviyyəsinə qaldırmaq təklifini irəli sürdü. Buna görə Kommunist Partiyasından çıxarıldı, vəzifəsindən azad edildi, antisovet təbliğatı və pantürkizm ittihamlarıyla məhkum edildi. Ona 18 aylıq ağır əmək cəzası verildi: gündəlik tapşırığı daş karxanasında 30 və 35 kiloqramlıq 900 kubiki maşına yükləmək oldu.

1979-cu ildə Elçibəyin toyu olur. Şair Rüstəm Behrudi isə təyinatla Kələki kəndində müəllim işləyirmiş. Behrudi toy gedən gün kirayə qaldığı evdə imiş. Birdən qapı döyülür, Elçibəylə şair Vaqif Bayatlı içəri girirlər. Onlar birlikdə əyləşib çay içirlər. Elçibəyin öz həyətlərində toyu gedir, özü isə şairlərlə qızğın söhbətlər edir.

Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Ваyatlı Odərin şerlərini xoşlayıb.

Elçibəy musiqini çox sevib. Ən çox sevdiyi mahnılar isə “Səkinə dayıqızı”, “Ay ana, bu yarım niyə gəlməz oldu”, “Bu qala daşlı qala”, “Sakarya türküsü” olub.

Oğlu müsahibəsində bildirir ki, Elçibəy içki içib, lakin heç kim onun ifrat içən adam olduğunu deyə bilməz. Dindar olmayıb. Amma Ramazan ayında oruc tutub, namaz qılıb. Hətta Kələkidəki ev muzeyində Elçibəyə məxsus canamaz da saxlanılır.

Ömründə bir dəfə təntənəli ad günü keçirib. 1999-cu ildə. Sonra məlum olub ki, bu, özünə görə deyil, mərhum jurnalist Nəcəf Nəcəfova görədir. Onlar eyni gündə doğulmuşdular və Nəcəf müəllim xəstə olduğu üçün bu, onun sonuncu ad günü ola bilərdi. Elçibəy də onu son ad günündə sevindirməyə çalışmışdı. Doğrudan da belə oldu. Nəcəf müəllim növbəti ad gününü görmədi. Elçibəy isə cəmi bircə ad günü yaşadı. Onu da xəstəliklə çarpışa-çarpışa.

Prezident elçibəy oxu

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957 -ci ildə Bakı Düvlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (yanvar 1963 – oktyabr 1964). Xarici ezamiyyətdən dönərək 1965 –ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib. Həbsdən buraxıldıqdan sonra Əbülfəz bəy bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib. Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Əbülfəz Elçibəy tələbə yoldaşları ilə. 1962-ci il.

Misir. 1963-cü il. Sağdan birinci Elçibəydir.

Elçibəyin qardaşı Almuradın evindəki otağı. 16 noyabr 1989-cu il.

Elçibəy Azadlıq meydanındakı insan seli qarşısında çıxış edir.

Elçibəy nümayişdə. 28 may 1991-ci il.

Hərəkat dövrünün iştirakçıları yeyib-içməkdə.

Elçibəy və Heydər Əliyev. 1992-ci il.

Nəsibə Zeynalovanı qəbul edərkən. 1992-ci il.

Elçibəy Barış Manco ilə görüşərkən. TRT-nin ç

əkiliş qrupu ilə anidən AXC Ali Məclisinin sessiyasına qatılan Baris Manco Elçibəylə görüşdən sonra “Səhər” qəzetinin müxbiri İlhamə Qasımlıya müsahibə verir.

Elçibəy Eduard Şevardnadze ilə mətbuat konfransında.

Cəbhə bölgəsində. 7 aprel 1993-cü il.

Elçibəy Kələki kəndində doğma Xəlil yurdunda. 1 iyul 1997-ci il.

Elçibəy Kələkidən Bakıya dönərkən ilk müəllimi Yadulla Həsənovla (sağda) sağollaşır. 30 oktyabr 1997-ci il.

30 oktyabr 1997-ci il. Əbülfəz Elçibəy Kələkidən Bakıya dönür.

SİDSUH-un yaradılma mərasimində. 26 oktyabr 1998-ci il. Bakı.

Elçibəy köməkçisi Oqtay Qasımovun toyunda. 2 aprel 1999-cu il.

Elçibəy Flora Kərimova ilə.

Elçibəy kitablarının təqdimat mərasimi.

Əbülfəz Elçibəy və dünya şöhrətli bəstəkar Arif Məlikov. 15 iyul 1999-cu il.

Əbülfəz bəy qızı Çilənay xanımla.

Elçibəy oğlu Ərturqutla (soldakı) öz evində. 1999-cu il.

Elçibəy Türkiyədə toy məclisində. Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay və Xanım Xəlilova.

Elçibəy ABŞ-ın Nyu-York şəhərində Türk yürüşündə. 20 may 2000-ci il.

Elçibəy ömrünün sonlarında.

Prezident Heydər Əliyev Elçibəyin dəfnində. Avqust 2000-ci il.

Əbülfəz Elçibəyin dəfn olunduğu gündür.

Mərhum Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı.

Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.