Press "Enter" to skip to content

Üstünü necə məğlub edim

Afşin Babəkin və onun qardaşının ələ keçməsi barədə Mötəsimə xəbər göndərir və çox keçmədən əsirlərin Samirə şəhərinə aparılması haqda əmr alır.

Əli (ə) tərəfdarları sayca üstün düşməni necə məğlub etdi

Naman ibni Bəşir düşmən havadarlarından biri idi. Bir gün o Müaviyədən Həzrət Əlinin (ə) hökumət dairəsində olan vilayətlərini işğal etmək məqsədilə qoşun istədi. Müaviyə də onu iki min nəfərə yaxın döyüşçü olan bir qoşuna başçı təyin etdi. Bu zaman Nalan ibni Bəşir iki min nəfərlik ordu ilə Eynut-təmr qəsəbəsinə hücum etməyi qərara aldı. Həzrət Əli (ə) tərəfindən Malik ibni Kəb bu qəsəbəyə hakim təyin edilmişdi. Düşmən qəsəbəyə həmlə edən zaman, Malik ibni Kəbin min nəfərdən artıq köməkçisi yox idi. Bu zaman Həzrət Əliyə (ə) bir məktub yazdı.
Həmin məktubda vəziyyəti olduğu kimi Həzrətə məlumat verib, ondan kömək istədi.
Hələ köməklər gəlib çatmamışdı ki, Naman Malikə həmlə etdi. Nəticədə Malik öz yoldaşları ilə birgə müdafiəyə başladı.
Malik və köməkçiləri sanki sözü bir yerə qoyub qılınclarının qılafını sındırmışdılar ki, düşməni məğlub etməyincə bir də öz şəmşirlərini qılafa qoymasınlar. Bu zaman Malik öz köməkçilərindən sayılan Abdullah Əzdini Eynut-Təmrin yaxınlığında yaşayan İmamın (ə) yaxın silahdaşlarından kömək almağa göndərdi. Əzdi də ora gedib Muxnəf ibni Səlimdən 50 nəfər kömək aldı. Bunu gördükdə İslam döyüşçülərinin əhval-ruhiyyəsi bir az da qüvvətləndi. Saylarının az olmalarına baxmayaraq, düşmən qoşununu məğlubiyyətə uğratdılar.
Həzrət Əlinin (ə) qoşununa kömək və qüvvənin gələcəyindən qorxan Naman, gecə ikən Şama tərəf qaçdı. Nəticədə Eynut-təmr qəsəbəsi alnıaçıq Əli (ə) silahdaşlarının əlində qaldı. Bu zaman Malik Həzrət Əliyə (ə) bir məktub yazaraq, İslam qoşununun vəziyyətini Həzrətə elan etdi.
Malikin ilk naməsi İmam Əlinin (ə) əlinə çatdıqda camaatı toplayıb onlar üçün xütbə oxudu və onları Eynut-Təmr cəbhəsinə kömək etməyə çağırdı. Bu vaxt camaatdakı süstlüyü sezib, onlara qarşı qəzəblənən Əli (ə) ora toplaşanlara belə buyurdu:
“Məgər dininiz yoxdur ki, sizləri öz ətrafına toplasın ya qeyrətsizsinizmi ki, düşmənin cəsarətinə baxıb susursunuz?! Aranızda durub kömək üçün nə qədər fəryad etsəm belə məni dinləmirsiniz. Siz mənim göstərişlərimi yerinə yetirmirsiniz!”.
Bu zaman Ədi ibni Hatəm İmam Əliyə (ə) müsbət cavab verərək Təy qəbiləsindən min nəfərin bu döyüşə hazır olduğunu bildirdi.
İmam onlara Nuxəylə ordusuna tərəf getmələrini tapşırdı. Hərəkət əmrinin verilməsini gözləyirdilər ki, bu zaman Malikin ikinci məktubu yetişdi və Əli (ə) bu qələbədən çox xoşhal oldu. Həzrət gəlmiş məktubu Kufə camaatı üçün oxuyub Allaha həmd-səna etdi.

Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
Məhəmməd İştihardi

Milli.Az

Üstünü necə məğlub edim

Səudiyyə Ərəbistanı yığmasının dünya çempionatında Argentinanı məğlub etməsi hər kəs üçün sürpriz oldu. “Qafqazinfo” xəbər verir ki, asiyalılar maraqlı oyun tərzi ilə mundialın favoriti üzərində qələbəni bayram etdilər.

Cənubi amerikalıların məğlubiyyəti dünya idman mediasının gündəminə çevrildi. Əksər mütəxəssislərin fikrincə, bu qalibiyyət sırf Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Erve Renarın ayağına yazılmalıdır. Argentinaya qarşı riskli futbol oynadan fransız çalışdırıcı məhz bunun sayəsində rəqibindən 3 xal almağı bacardı.

Bəs, 54 yaşlı mütəxəssis hansı taktika ilə güclü rəqibini üstələdi?

Erve Renar sürətli argentinalı futbolçulara qarşı müdafiə xəttini irəli çəkmişdi. Səbəb isə ofsayd taktikasından istifadə etmək idi. Son müdafiəçilər mərkəz xəttinə yaxın oynayacaq və nəticə onların arxasına atılan toplarda rəqibi oyundan kənar vəziyyətə salacaqdılar. Düzdür, bu hər zaman alınmaya bilərdi. Çünki kifayət qədər texnikaya və sürətə malik Lionel Messi, Lautaro Martines kimi futbolçular ofsayda düşməyə bilərdilər və ya asiyalıların müdafiə xətti gecikə bilərdi. Amma bu gün reallıq odur ki, Renarın bu taktikası işə yaradı.

Elə ilk hissədə “albiseleste” 7 dəfə ofsayda düşdü. Argentinalılar birinci yarıda vurduğu 3 qol da oyundan kənar vəziyyətə görə qeydə alınmadı.

Ofsayd taktikası futbola ötən əsrinə 70-ci illərində gətirilib. Bu taktikadan ilk dəfə ən yaxşı istifadə edən isə Belçika millisi olub. Onlar 1982-ci il dünya çempionatının seçmə mərhələsində bu üsulla Niderland, Fransa kimi komandaları qabaqlayıb mundiala qatılmışdı.

Günümüzdə də ofsayd taktikasından istifadə olunur. Türkiyənin “Fənərbaxça” klubunu nümunə çəkmək olar. Komandanın baş məşqçisi Xorxe Jezuş eyni yolla İstanbul klubunu uğurlara daşıyır.

Səudiyyə Ərəbistanın baş məşqçisi Erve Renar həm də zəif komandalarda qazandığı nəticələrlə də ad çıxarıb. O, 2012-ci ildə Zambiya yığması ilə Afrika Millətlər Kubokuna sahib çıxıb. Bu gözlənilməz nailiyyətdən sonra Fil Dişi Sahili Futbol Federasiyası onu milliyə dəvət edir. Renar 2015-ci ildə – 23 il sonra Fil Dişi Sahilinə Afrika Milllətlər Kubokunu qazandırır.

2018-ci ildə isə Mərakeş yığmasının sükanı arxasında dünya çempionatına vəsiqə qazanır. Bu afrikalılar üçün 20 il sonra gələn vəsiqə idi.

Babək necə məğlub edildi? – Ən məxfi fakt

Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Xürrəmilər hərəkatının rəhbəri, görkəmli sərkərdə Babəkin anım günüdür. Mövzunun aktuallığını nəzərə alaraq, Babək və Xürrəmilər hərəkatının sonunu gətirən səbəblərlə bağlı yazını bir daha təqdim edirik:

“833-cü ildə Xəlifə əl-Məmunun ölümündən sonra Xürrəmilər Hərəkatı yeni qüvvə ilə alovlandı. Nizamülmülkün yazdığına görə, üsyan İsfahan, Fars və bütün Kuhistanı bürüdü. 20 illik hakimiyyəti ərzində xürrəmilərə qarşı mübarizə aparan Xəlifə əl-Məmun qardaşı Mötəsimə vəsiyyətində xürrəmilərlə müharibəyə qətiyyətli və amansız adam göndərməyi tövsiyə etmişdi.

Kult.az xəbər verir ki, bu barədə “Viki kitab” elektron ensiklopediyasında qeyd edilib. Məqalədə Xürrəmilər Hərəkatı ilə bağlı az bilinən bəzi məlumatlar və Babəkin sonunu gətirən səbəblər barədə yazılıb:

“Yeni xəlifə mərhum qardaşının vəsiyyətinə əməl edərək, xürrəmilərlə müharibəyə ciddi şəkildə hazırlaşmağa başladı. Mötəsim anlayırdı ki, bu hərəkata qarşı mübarizənin boş buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. 833-cü ildə Həmədan döyüşündə ərəblər 60 min üsyançını həlak etdilər. Xürrəmilərin 14 min nəfərdən ibarət hissəsi Bizansa qaçdı. Mənbələrdə onların Bizansda xristianlığı qəbul edərək, ərəblərə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etməyə başladıqları yazılıb. Həmədan uğurundan sonra Xəlifə Mötəsim başa düşdü ki, xürrəmilər üzərində qələbə qazanmaq üçün Bizansa qarşı aparılan müharibəni dayandırmaq lazımdır. Bizans-Ərəb sərhədində əldə edilmiş dörd illik (833-837-ci illər) sülh Babəkə qarşı bütün Xilafət qüvvələrini səfərbər etməyə imkan verdi.

Mötəsim Zəncan-Ərdəbil yolu boyunca hərbi hissələrin yaradılmasını əmr etdi. Ərdəbil və Samirə şəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində istənilən məlumatı lazımı ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləşdirildi. Yüksəkliklərdə duran gözətçilər bir-birilərini görə və atlı qasidlərin hərəkəti haqqında xəbəri bir-birilərini səsləməklə çatdıra bilirdilər. Bu yolla göndərilən xəbər cəmi dörd günə baş komandanın qərargahından xəlifə sarayına çatdırılırdı.

Xəlifə yalnız bu hazırlıq tədbirlərindən sonra istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərlə döyüşəcək qoşunların baş komandanı təyin etdi. Təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm xərcləyən Mötəsim hərbi əməliyyatlar olmayan günlərdə Afşinin özünə xəzinədən hər gün 5 min dirhəm, döyüş günlərində isə 10 min dirhəm ödənilməsini təmin etmişdi.

Ərdəbilə gələn Afşin xürrəmilərin dağıtdığı strateji əhəmiyyətli qalaların bərpasının sürətləndirilməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə – Bərzəndə köçürülməsini əmr etdi.

Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi hissələrinə hücumlar edirdilər. Müaviyənin başçılıq etdiyi bu dəstələrdən biri xeyli ərəb əsgərini əsir aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoşunlarını yenidən toplayan Əbu Səid Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər Xilafətin nizami qoşunları tərəfindən məğlub edildilər. Ələ keçmiş xürrəmilər edam edildilər, başları isə Samirəyə göndərildi. Bu hadisə xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən müttəfiqlərini Babəkdən uzaqlaşdırdı. Həmin müttəfiqlərdən biri – Məhəmməd ibn əl-Bəis öz qayınatası, Babəkin sərkərdəsi İsma ibn əl-Kürdinin dəstəsini darmadağın etdi, İsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. İsma ibn əl-Kürdi ağır işgəncələrə məruz qaldıqdan sonra Babəkin mühüm sirlərini açdı və ərəblərə kömək edəcək qiymətli məlumatları xəlifəyə ötürdü. Təbərinin fikrincə, bu, Babəkə endirilmiş ikinci, bəlkə də ən ağır zərbə idi.

Mənbələrdə yazılıb ki, müharibənin son ilində Afşin Babəklə danışıqlara girməyə cəhd göstərdi. Lakin bu danışıqlar və yazışmalar uğursuzluqla nəticələndi. Yalnız bundan sonra Afşin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək Afşinlə şəxsi danışıqlara girdi. Afşin Babəkə aman vəd etdi. Babək isə daha bir gün gözləməyi istədi: görünür, o hələ də qalanı möhkəmləndirmək və ərəblərə müqavimət göstərmək ümidini itirməmişdi. Elə ona görə də Babək Afşinin ikinci aman təklifini rədd etdi. Babək bu dəfə Afşinə müraciət edərək, ona və ailəsinə aman verilməsini xahiş etdi. Afşin razılaşdı, qabaqcadan qərarlaşdırıldığı kimi, girovların göndərilməsi şərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüş meydanında olan və Afşinin girov kimi tələb etdiyi şəxsləri təslim etmək iqtidarında deyildi.

Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da xürrəmilərin istinadgahı ələ keçirildi. Afşin Bəzz qalasının yerlə yeksan olunması haqda əmr verdi. Əhali əsir alındı. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Babəkin özü isə tacir paltarı geyinərək, Həştadsər dağının yanında dərəyə enib gizləndi. O, ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaşları Müaviyə və Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı İbnət əl-Kələndəniyə də onunla idi. Babək buradan Bizansa keçmək istəyirdi.

Təqib olunduğunu bilməyən Babək bataqlığı tərk etdi. Kəşfiyyatçıları tərəfindən xəbərdar edilən Afşin o zamanlar xəlifənin ən yaxşı sərkərdələrindən olan Əbu-Sacı Babəkin ardınca göndərdi. Babək və onun qardaşı Abdullah aradan çıxa bildilər. Onlar gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına yetişdilər.

Onları görən adamlar Səhl ibn Sumbata dağlarda naməlum şəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuş Sumbat onu öz qalasına dəvət edir və yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək Səhlə inanaraq razılaşır, lakin qardaşı Abdullahı keçmiş müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl Babəkin və qardaşının yerini Afşinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarşı heç bir tədbir görmür.

Afşin Babəkin və onun qardaşının ələ keçməsi barədə Mötəsimə xəbər göndərir və çox keçmədən əsirlərin Samirə şəhərinə aparılması haqda əmr alır.

Mənbələrin əksəriyyəti Babəkin 838-ci il yanvarın 4-də Samirəyə gətirildiyini, elə həmin gün də edam edildiyini yazsalar da, bəzi orta çağ müəllifləri bu hadisənin fərqli tarixdə baş verdiyini bildirirlər. Edam yerinə fil üstündə, şahlara layiq paltarda gətirilən Babək qısa sorğu-sualdan sonra işgəncə ilə edam edilir.

Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha başa gəldi. Babəkilər 20 ildən artıq müddət ərzində Xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etdilər. Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarşı azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat ərəb şərqşünası Məsudinin dili ilə desək, “az qala, Abbasilər dövlətini məhv edəcəkdi”.

Comments are closed, but trackbacks and pingbacks are open.