Press "Enter" to skip to content

Virtual Məktəb “layihəsi başladı. Virtual məktəbdən şagirdlər necə qeydiyyatdan keçib istifadə edə bilərlər

Onlayn satış platformalarında əksər halda standart məlumatlar tələb olunur ki, onlar da bizim saytımızda, şəxsi kabinetinizdə, ünvanlarım bölməsində qeyd olunub:

Xarici Diplomların Azərbaycanda Tanınması üçün Nə Etməli? – 2023

Keçən yazımda sizlərə bir çox xaricdə təhsil və diplom əldə etmiş tələbələrin məruz qaldığı bir problemdən bəhs etmişdim. Həmin problem bəzi xarici diplomların Azərbaycanda tanınmamasıdır. “Bəs xarici diplomların tanınması nə deməkdir? Nələrə diqqət etməliyik? Bu problemlə qarşılaşmamaq üçün nə etməliyik?” suallarına ətraflı cavab vermişdim ,əgər bu sualların cavabını maraq edir və ətraflı məlumat əldə etmək istəyirsinizsə https://qebulol.az/xarici-diplomlarin-taninmasi-2021/ linke daxil olub oxuya bilərsiniz. İndi isə sizlərə diplomların Azərbaycanda tanınması üçün nə etməli və bunun üçün nələrə diqqət etməliyik mövzusunda ətraflı məlumatlar vermək istəyirəm. Elə isə gəlin başlayaq!

Diplomların Azərbaycanda Tanınması üçün Nə Etməli?

Mütləq şəkildə hər bir xaricdə təhsil almış tələbə ölkə ərazisinə qayıtdıqda həmin ali məktəbin diplomunu tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir yəni Azərbaycanda tədris olunan ixtisaslarla bərabər, bir növ oxşar olması kimi başa düşülür. Əks halda tələbə əldə etdiyi diplomu Azərbaycan ərazisində qanunla tanıtmayıbsa(nostrifikasiya olunmayıbsa) keçərsiz sayılır və əmək fəaliyyətini icra etməkdə bir çox problemlərlə qarşılaşa bilir. Lakin bəzi özəl sektorlar gənclərin xarici diplomunu tanınmama olmadan belə qəbul edirlər. Bu mövzuda xarici diplomunu almış tələbə özü qərar verməlidir. Lakin tələbə dövlətlə bağlı qurum və ya nazirlikdə işləməyi planlayırsa bu məsələyə çox ciddi yanaşmalıdır. Bəs xarici diplomların tanınması üçün ərizəçilər nə etməlidir?

Ölkəyə qayıdarkən xüsusilədə Ukrayna , Rusiya, Polşa və s. bu kimi ölkələrdə təhsil almış tələbələrin diplomu həmin ölkədə apostil olunmalı və ya leqallaşdırılmalıdır. Bəs Apostil nədir? Bir ölkənin ərazisində verilmiş hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin 2 növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırılması. Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostilin verilməsi və leqallaşdırma arasında fərq nədir? Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqinin tələb edir. Leqallaşdırma:

  • sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur
  • leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.

Apostilin verilməsi isə birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1996-cı il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.

Ölkəyə qayıtdıqdan sonra namizədlər diplom və əlavəni, lazimi digər sənədləri Azərbaycan dilinə çevirib notarial qaydada təsdiq etdirib Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) diplomun tanınması ilə bağlı (nostrifikasiya olunması ilə bağlı) online müraciət etməlidirlər. Qeydiyyat elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daimi olaraq istifadə edilən olmalıdır. Belə ki, qeydiyyat zamanı təqdim olunan əlaqə vasitələrinə ərizələrlə bağlı mütəmadi olaraq məlumat göndərilməkdədir. Lakin ərizəçilər sənədlərini Agentliyə mail vasitəsi ilə deyildə, TKTA-nin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” üzrə Elektron Ərizə Sisteminə https://apply.enic.edu.az/default.aspx daxil olub qeydiyyatdan keçməlisiniz. Əks halda sizin elektron poçt vasitəsi ilə göndərdiyiniz sənədlərə baxılmayacaq.

Son olaraq sizlərə xaricdə təhsil yolunuzda uğurlar və bu kimi hallara məruz qalmamağınızı arzu edirəm!

“Virtual Məktəb “layihəsi başladı. Virtual məktəbdən şagirdlər necə qeydiyyatdan keçib istifadə edə bilərlər?

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Virtual məktəb” layihəsinə start verib. Belə ki, hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinifə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

“Virtual məktəb”-ə qoşulmaq üçün www.virtual.edu.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır. Şagirdlər bu platformadan qeydiyyatdan keçmək üçün valideynlərinin köməyindən istifadə edə bilər.

Qeydiyyat prosesi belədir:

  1. Yuxarıda qeyd etdiyimiz sayta daxil olun
  2. Qeydiyyatdan keçmək üçün aşağı hissəyə keçin
  3. Şagirdin FİN kodunu(Fərdi İdentifikasiya Nömrəsi) Bu şagirdin şəxsiyyət vəsiqəsinin üz hissəsində aşağı sağ tərəfdə yerləşir və 7 rəqəm və hərfdən ibarətdir.
  4. Doğum tarixiniqeyd edin. (Şagirdin doğum tarixini) və daha sonra DAVAM ET düyməsini sıxın.
  5. Açılan xanada valideynin elektron poçt (e-mail) ünvanını yazın.

Sonuncu addımdan sonra yəni e-mail ünvanını yazdıqdan sonra valideyn e-mail ünvanını yoxlayır və e-mail ünvanına göndərilən məktubda “Qeydiyyatı tamamla” düyməsini sıxır. Bundan sonra Sizin e-mail ünvanınıza Virtual Məktəbə daxil olmaq üçün login və parol göndəriləcəkdir. Bu göndərilən login və parolu itirməmək üçün harasa qeyd edin. Daha sonra bu login və parol ilə Virtual Məktəbə daxil ola bilərsiniz. Login və parolu daxil edərkən kompyuterin klaviaturasının ingilis (EN) dilində olması mütləqdir.

Sistemə daxil odluqdan sonra şagird öz yaşına uyğun sinifə daxil olacaq. Burada dərslərinə uyğun teledərslərə baxa biləcək və müəllimlər tərəfindən hazırlanan müxtəlif tapşırıqları yerinə yetirə biləcəkdir. Tapşırıqları yerinə yetirmək üçün “Assignments” bölməsinə keçib müvafiq fənni seçib tapşırıq suallarına cavab vermək lazımdır.

“Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

Qeyd edək ki, “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portala daxil ola bilərlər.

Çindən Azərbaycana necə sifariş edə bilərəm?

Çinin onlayn satış platformaları digər ölkələrin satış platformalarından fərqlənir. Çünki Şərq incə məsələdir. Düzgün alış-veriş etmək üçün incəlikləri bilmək tövsiyə olunur. Bu bloqumuzda da biz sizinlə uzun müddət ərzində topladığımız biliklərimizi paylaşacağıq.

Bağlamalarınız qısa müddət ərzində təhlükəsiz şəkildə gəlib çatmasını üçün ilkin olaraq bizim saytımızda qeydiyyatdan keçməlisiniz. Əgər bunu etməmisinizsə Qeydiyyat düyməsini seçməklə qısa müddət ərzində bunu edə biləcəksiniz. Saytımızda qeydiyyatdan keçən kimi sizin iki ünvanda anbarınız olacaq. Biri Materik Çinin Quançjou əyalətində, digərisi isə Çinin xüsusi statuslu olan bölgəsi Honkonqda. Niyə iki anbar? Çünki Çində fəaliyyət göstərən onlayn satış platformalarının bəziləri məhsullarını ya Materik Çindəki, ya Honkonqdakı ya da ki hər iki ərazidəki ünvana göndərir. Onlayn satış platormasından, satıcıdan asılı olaraq çatdırılma şərtləri (çatdırdıqları ünvan, tariflər, çatdırılma müddəti və s) dəyişir.

Alış veriş etmək istədiyiniz saytlarda qeydiyyatdan keçdikdən sonra çatdırılma şərtləri ilə tanış olmalınız. Əksər saytlarda bu məlumat ya almaq istədiyiniz malın altına olur, ya da ki ayrıca bir səhifədə olur. Çatdırılma ünvanında Quançjou seçmək olmursa, demək ki bu satıcı və ya bu alış veriş platforması bağlamaları yanlız Honkonqa çatdırır və əksinə. Belə olan halda bizim xaricdəki iki ünvandan birini satıcıya təqdim edirsiniz və bununla da bağlamalarınız bizə çatdırılır. Əgər satıcı və ya platforma bağlamanı hər iki ünvana çatdırırsa o zaman siz çatdırılma tarifləri, çatdırılma müddətləri kimi meyarları əsas götürərək seçim edə bilərsiniz.

Diqqət etsəniz görərsiniz ki, hər iki anbarımızın ünvanı, həm Çin, həm də İngilis dilində yazılıb. Materik Çinə çatdırılma edilən zaman daha Çin dilindəki ünvandan, Honkonqa çatdırılma edirsinizsə İngilis dilindəki ünvandan istifadə etməyinizi tövsiyə edirik. İstər Çin, istər İngilis dilində olan ünvanlarda EL ilə başlayan kod sizin müştəri kodunuzdur. Anbarlarımıza daxil olan bağlamaların üzərindəki müştəri kodu ilə bağlamanın sizə aid olduğunu müəyyən edə bilirik. Təəssüf ki, bəzi hallarda satıcılar bu məlumatları qeyd etmir, bu səbəbdən də bağlamalarınız Naməlum bağlama statusu ilə sistemə salınır. Amma narahat olmayın, biz belə bağlamalar barədə məlumatı mütəmadi olaraq Telegram kanalımızda (https://t.me/elpost) paylaşırıq. Bu bağlamalarınız itməsi demək deyil, nadir halda olsa da belə hallar olur.

Onlayn satış platformalarında əksər halda standart məlumatlar tələb olunur ki, onlar da bizim saytımızda, şəxsi kabinetinizdə, ünvanlarım bölməsində qeyd olunub:

  • Contact person – Əlaqələndirici şəxs, bu siz deyilsiniz, bu bizim xaricdəki əməkdaşımızdır
  • Name and surname – Burada sizin adınız və soyadınız qeyd olunub
  • Province/Region – Bizim anbarın yerləşdiyi regiondur
  • Phone number – Bizim xaricdəki əməkdaşımızın əlaqə nömrəsidir, bu nömrə ilə istər kuryer, bu nömrə ilə əlaqə saxlamağınıza ehtiyac yoxdur
  • City – Anbarımız yerləşən şəhərdir
  • Address Line – Xaricdəki anbarımızın ünvanıdır. EL isə yuxarıda qeyd etdiyimiz müştəri kodunuzdur
  • ZİP postal code – Poçt indeksidir
  • Area – Xarici anbarımızın yerləşdiri ərazi bölgüsüdür

Qeyd: Honkonq anbarı korporativ yüklərin daşınması üçün fəaliyyət göstərir. Ətraflı məlumat üçün əlaqə saxlamağınızı xahiş edirəm.

Comments are closed, but trackbacks and pingbacks are open.