Press "Enter" to skip to content

Tapmacalar və cavabları

3. Sual:Kənanın anasının 3 oğlu var. Böyük oğlanın adı Aprel, ortanxılın adı May. Bəs balaca oğlanın adı nədi. Cavab: Kənan.

Çətin Tapmacalar və Cavabları

Bu yazımda sizə tapmacalar nədir, çətin tapmacalar və s. haqqında danışacam. Tapmaca Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və maraqlı janrlarından biridir. Tapmacalar – zehni qabiliyyəti, ağlın və məntiqin çevikliyini yoxlamaq məqsədilə yaradılmışdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü-gizli şəkildə verilir və ya başqa bir əşyaya-obyektə bənzədilir, onun tapılması tələb olunur.

Related Articles

Tapmacada obyekti və ya əşyanı təsvir edərkən onu başqa obyektlərdən fərqləndirən əlamətləri söyləmək lazımdır. Obyektin əlamətləri düzgün deyilmədikdə onu tapmaq çətin olur. Məsələn, siz qaşığı təsvir etmək istəyirsiniz. Əgər “dəmirdən hazırlanıb, mətbəxdə istifadə olunur” desəniz, onda “qaşıq”,“çəngəl”, “bıçaq”, “tava” kimi əşyalar ağlınıza gələ bilər. Ancaq əlavə etsəniz ki, “onunla sup yeyirlər”, söhbətin qaşıqdan getdiyini bilmək olar.

Tapmacalar və onların növləri

Tapmacaların müxtəlif növləri vardır:

  • Gülməli tapmacalar
  • Çətin tapmacalar
  • İnsana aid tapmacalar
  • Məntiqi tapmacalar
  • Riyazi tapmacalar
  • Fərqli tapmacalar və s.

Tapmacalardan bəziləri

A lalələr, lalələr,
Gümüşdən piyalələr,
Göbəyindən dən yeyər
Bel üstündən balalar.

Tapmacanın Açması: Rəndə

At baba, ha hut baba,
Dolan evi yat, baba.

Tapmacanın Açması: Süpürgə

Şəkli işıqdan,
İpi var mıxdan.

Tapmacanın Açması: Güzgü

Əyri-müyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?

Tapmacanın Açması: Tüstü və baca

Suda bitər, Suda itər.

Atdan hündür, itdən alçaq.

Tapmacanın Açması: Yəhər

O nədi ki, gecə-gündüz yol gedər, Bircə qarış yol gedər

Tapmacanın Açması: Saat

Zər zərə yapışar, Zər divara yapışar.

Zərgər getdi gəlmədi, Zər divardan qopmadı.

Tapmacanın Açması: Açar, qıfıl

Qənddən şirin, Baldan şirin. Tərəzidə çəkilməz, Bazarda satılmaz.

Tapmacanın Açması: Yuxu

Uşaqlar üçün tapmacalar

Tapmacanın Açması: Sərçə

Tapmacalar və cavabları.

Tapmaca deyəndə adətən ağlımıza uşaqlar gəlir. Uşaqları əyləndirmək üçün bir oyunda deyə bilərik. Əslində elə tapmaca bir janr olaraq uşaqların zehnini inkişaf etdirmək üçün yaradılıb demək olar. Tapmaca insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq üçün yaradılan bir janrdır.

Uşaqlarda şüuru inkişaf etdirmək üçün tez-tez onlara tapmaca demək lazımlıdır. Tapmaca da soruşulan əşyanın bir neçə əlaməti deyilir qalanını da tapmaq soruşulur. Tapmacalar əyləncə xaraqterli olur.

Çətin Tapmacalar tək uşaqlar üçün düşünməkdə olmaz. Böyüklər üçündə demək olar. Düzdü buna məktəbdə uşaqlara verilən tapmacaları aid eləmək olmaz. Məsələn qarşımıza çıxan bəzi məntiqi, beyin işlədən sualları tapmacalar aid eləmək olar.

Böyüklər üçün Fərqli tapmacalar və cavabları.

1. Sual:
Əhməd gün boyu eyni sualı soruşdu amma hər dəfə fərqli cavab aldı. Əhmədin verdiyi sual nə idi?

Cavab : saat neçədir?

Yarışda ikincini keçən neçənci olur?

Cavab: İkinci

3. Sual:

Kənanın anasının 3 oğlu var. Böyük oğlanın adı Aprel, ortanxılın adı May. Bəs balaca oğlanın adı nədi.

Cavab: Kənan.

4. Sual:

Ata ilə oğulu avtomobil qəzasından sonra xəstəxanaya gətirirlər. Ata xəstəxanada keçinib. Cərrah uşaq olan palataya gəlir və deyir. Bu mənim oğlumdur.Cərrah kimdir?

Cavab: Uşağın anası.

Uşaqlar üçün olan tapmacalar həm nəzm həm nəsr şəklində olur. Adətən maraqlı olsun deyə çoxu nəzmlə yazılır. Nəzmlə yazılan tapmacalara keçmiş zamanda yazılmış tapmacaları aid eləmək də olar. Amma təbii ki hamısı elə deyil. Tapmacalar bəzən bayatı şəklində də olur.

Uşaqlar üçün bəzi məntiqi tapmacalar :

Yarpağı var ağac deyil,
Tikilir ağac deyil,
Danışır adam deyil.

Açması: kitab.

Bazarda satılmaz,
Tərəzidə çəkilməz,
Baldan şirindir
Amma yeyilməz.

Açması: Yuxu

Aşmaz uçmaz,
Yerə düşsə
Beli sınmaz.

Açması: Yarpaq

Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur

Açması: Bulud.

Daha çox tapmacaları isə aşağıdakı kitabdan yükləyib oxuya bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.