Press "Enter" to skip to content

Valideyn himaysindn mhum olmuş usaq üçün alternativ xidmt

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

Uşağı gec dil açan valideynlərin DİQQƏTİNƏ – Bu məşqləri edin

Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür.

Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!

Körpələrinizə nitqi sevdirin!

Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!

Hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlər üçün yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.

Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim GÖZLƏMƏK olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.

Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

Söz (verbal) rutinləri ilə tanışlıq

Verbal və ya söz rutini nədir?

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

MÜTLƏQ EYNİ SÖZLƏR EYNİ ÜSULLA EYNİ VAXTDA EYNİ MƏQSƏD ÜÇÜN EYNİ ƏŞYALARLA OLMALIDIR.

Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda “Gedək?”, – deyə soruşun. Lakin “gedək” sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü “gedək” deyəcək.

Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, valideynə bu tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da “mənə heç cürə söz demir uşağım, mənlə danışmır”, – deyə şikayətlənirlər. Və yaxud da valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.

Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3. deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda uşağınız davam etdirsin.

Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin (yemək, oynamaq, maşın sürmək və s.).

Nə vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.

ELƏ İSƏ SƏSLƏRLƏ OYUN VAXTIDIR

Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;

Süni qışqırmaq – süni asqırmaq

Süni gülmək – süni ağlamaq

Süni boğulmaq – süni yemək və içmək

Süni xoruldamaq – süni istiləşmək

Süni donmaq – süni titrəmək

Maşın səsi (bip, bip, bip, vın, vın, vın)

Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam) və s. Körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.

Bəsirə Pənciyeva, loqoped

Lent.az

Valideyn himaysindn mhum olmuş usaq üçün alternativ xidmt

– Azərbaycanda uşağa görə nə qədər aliment verilməlidir?

– Uşağa görə alimentin məbləği aliment ödəməli şəxsin özünün aliment ödəmək vəzifəsinə olan münasibətindən asılıdır: Əgər şəxs alimenti könüllü ödəmək istəyirsə, bu zaman valideynlər Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq aliment ödənilməsi barədə Saziş imzalaya və həmin Sazişdə ödəniləcək alimentin məbləğini müəyyən edə bilərlər. Bu zaman yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Bu halda alimentin məbləği aliment ödəməli şəxsin gəlirinin olub olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə qaydasında uşaqlar üçün onların valideynlərindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə – qazancın və başqa gəlirlərin dörddə bir hissəsi; 2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən valideynlərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəmdirsə, qazancı xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, aliment tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Praktikada bu məbləğ ən azı, adətən, hər il üçün qanunla təsdiq edilən uşaqlar üçün yaşayış minimumu miqdarında müəyyən olunur ki, 2014-cü il üzrə bu məbləğ 103 manatdır.

– Əgər valideynlərin hər ikisi uşağından imtina edibsə, bu zaman həm ana, həm ata uşağa aliment verməlidir?

– Uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq valideynlər arasında uşaq üçün aliment ödənilməsi barədə saziş olmadıqda, valideynlər uşaqları saxlamadıqda və alimentin ödənilməsi barədə məhkəməyə müraciət edilmədikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları valideynlərə qarşı məhkəmədə iddia qaldıra bilər. Bu zaman valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.

– Aliment ödəyən tərəf nə zaman aliment ödəməkdən imtina edə bilər? Yoxsa bu mümkün deyil?

– Aliment ödənilməsi barədə saziş varsa onun icrasından imtinaya yol verilmir. Aliment məhkəmə qaydasında təyin olunubsa onun ödənilməsindən imtina valideynlik hüququndan məhrum edilmək üçün əsas olmaqla yanaşı həm də məhkəmənin aktını icra etməməyə görə cinayət məsuliyyətinə səbəb olur.

– Ailə Məcəlləsinin 82-ci maddəsində qeyd olunur ki, “əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur”. Azərbaycanda bu təcrübə var?

– Praktikada çox nadir hallarda rast gəlinir.

– Keçmiş ər-arvad bir-birinə qarşı hansı aliment tələb edə bilərlər? Qanun bu barədə nə deyir?

Ailə məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq keçmiş ər və ya arvad öz aralarında aliment ödənilməsi barədə saziş imzalaya bilərlər. Belə Saziş olmadıqda aşağıdakı şəxslərin nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququ vardır: – hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; – sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); – nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); – ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Aliment alan keçmiş ər və ya arvadın maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda və ya əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.

Yazı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəklədiyi “Qızılbaş” GMİB-nin “Gənclər arasında ailə hüquqlarının təbliği” layihəsi ilə bağlı yayımlanır.

Comments are closed, but trackbacks and pingbacks are open.