Press "Enter" to skip to content

Mərkəzi Bankdan valyuta əməliyyatları ilə bağlı AÇIQLAMA

41 Xülasə Nominal valyuta məzənnəsi iki ölkənin nisbi qiymətləri, real məzənnə isə iki ölkənin əmtəə və xidmətlərinin nisbi qiymətidir.

VERGİLƏR

Xarici valyuta üzrə əməliyyatlar vergi uçotu məqsədləri üçün Azərbaycan Respublikasının pul vahidi manata çevrilərək aparılmalıdır. Bu mövzuda maraq doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 69-cu maddəsində xarici valyutanın manatla hesablanması məsələləri əks olunub. Həmin maddəyə görə, xarici valyuta ilə aparılan və vergiyə cəlb edilən hər hansı əməliyyat həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının (MB) rəsmi mübadilə məzənnəsi üzrə manatla hesablanır.

Xarici valyuta ilə aparılan və vergiyə cəlb edilən əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi MB-nin elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə MB-nin elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Xarici valyuta ilə aparılan əməliyyatlar nədir? İstənilən valyuta ilə aparılan əməliyyat bura aiddirmi?

Belə əməliyyatlara xarici valyutada malların, işlərin, xidmətlərin alışını, satışının, onların dəyərinin ödənilməsini tam aid etmək olar.

Burada əsas məqsəd odur ki, istənilən baş vermiş əməliyyat xarici valyutada aparılsın. Məsələn, manatın xarici valyutaya mübadiləsini birbaşa bura aid etmək olmur. Xarici valyutanın manata mübadiləsini isə bura aid etmək olar, amma vergi tutulan əməliyyat kimi qiymətləndirmək olmaz.

Vergiyə cəlb edilən əməliyyatlar nədir?

Vergiyə cəlb edilən əməliyyat dedikdə baş verən əməliyyatın Vergi Məcəlləsində nəzərdə tutulmuş vergitutma obyektinə uyğun gələn əməliyyatların olması vacibdir. Buraya xarici valyuta ilə malların, işlərin xidmətlərin alınması və satılması əməliyyatlarını aid etmək olar.

Valyuta alışında və satışında heç bir vergitutma əməliyyatı görünmür. Ona görə də bu maddəni sırf valyuta mübadiləsinə şamil etmək olmur.

Digər tələblər aşağıdakılardır:

Bütün əməliyyatlar MB-nin məzənnəsi ilə aparılmadır.

Vergi ödəyicilərinin hesablaşma hesablarına xidmət göstərən banklar, ola bilsin ki, baş vermiş əməliyyatları öz məzənnəsi ilə aparsın, həmçinin bir çox hallarda valyuta bank çıxarışlarında banklar əməliyyatları öz məzənnələri ilə yazsın, amma yaxşı olardı ki, vergi ödəyiciləri 69-cu maddənin tələblərinə aid olan əməliyyatların manata çevirməsini MB-nin məzənnəsi ilə həyata keçirsinlər.

Gömrükdən keçəndə də mallar MB-nin məzənəsi ilə aparılmalıdır.

Bundan əlavə, ilin sonuna valyuta hesablarının qalıqlarının hesablanması MB-nin məzənnəsi ilə aparılmalıdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Mərkəzi Bankdan valyuta əməliyyatları ilə bağlı AÇIQLAMA

Bakı Banklararası Valyuta Birjasının ləğv olunması qərarının Azərbaycanda banklararası valyuta əməliyyatlarının aparılmasına heç bir təsiri yoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) “Report”un sorğusuna cavab olaraq bildirilib.

AMB qeyd edib ki, 2011-ci ildən etibarən ölkədə banklararası valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən müəyyən edilmiş vahid ticarət platforması vasitəsilə həyata keçirilir.

“1993-cü il iyunun 21-də qapalı səhmdar cəmiyyət formasında yaradılmış birjanın fəaliyyətinin predmeti yerli banklar arasında valyuta əməliyyatlarının aparılması üçün şərait yaradılmasına dəstək göstərilməsi olub. 2014-cü ildə Birja vergi orqanına müraciət edərək əməliyyatların həcminin az olması və gəlirlərinin xərclərini ödəməməsi səbəbindən ticarət fəaliyyətini könüllü şəkildə dayandırdığından qeyd olunan tarixdən etibarən faktiki olaraq Birjada heç bir ticarət əməliyyatı aparılmayıb.

Məlum olub ki, elə bu səbəbdən səhmdarların növbədənkənar ümumi yığıncağı Birjanın ləğv olunması qərarına gəlib”, – açıqlamada deyilir.

Mərkəzi Bank xatırladıb ki, Birja ilə 2000-ci ildə təsis edilmiş və fəaliyyət predmeti ölkədə qiymətli kağızlar üzrə kütləvi ticarətin təşkili olan Bakı Fond Birjası (BFB) ilə səhv salınmamalıdır: “BFB fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. BFB dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir”.

Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar

Presentation on theme: “Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar”— Presentation transcript:

1 Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar
31 Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar Dr. Elşən BAĞIRZADƏ

2 Açiq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar
Açıq və qapalı iqtisadiyyat Qapalı iqtisadiyyat dünyadakı digər iqtisadiyyatlarla əlaqəyə girməyən iqtisadiyyatdır. İxracat, idxalat və kapital axınları yoxdur. Açıq iqtisadiyyat dünyadakı digər iqtisadiyyatlarla azad şəkildə əlaqəyə girən iqtisadiyyatdır.

3 Açiq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar
Açıq iqtisadiyyat Açıq iqtisadiyyat digər iqtisadiyyatlarla iki yolla əlaqəyə girir. Dünya əmtəə bazarlarında əmtəə və xidmətləri alıb-satmaq. Dünya maliyyə bazarlarında kapital aktivlərini alıb-satmaq.

4 ƏMTƏƏ VƏ KAPİTALIN BEYNƏLXALQ AXINI
Açıq iqtisadiyyat ABŞ çox böyük və açıq iqtisadiyyatdır – o böyük miqdarda əmtəə və xidmətləri idxal və ixrac edir. 40 ildən çoxdur ki, beynəlxalq ticarət və maliyyənin əhəmiyyəti daim artmışdır.

5 Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac
İxrac ölkə daxilində istehsal olunan və xaricə satılan əmtəə və xidmətlərdir. İdxal xaricdə istehsal olunan və daxildə satılan əmtəə və xidmətlərdir.

6 Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac
Xalis ixrac (NX) a ölkənin ixracının dəyəri ilə idaxlının dəyəri arasındakı fərqdir. Həmçinin ticarət balansı adlanır.

7 Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac
Ticarət defisiti xalis ixracın (NX) mənfi olduğu vəziyyətdir. İdxal > İxrac Ticarət profsiti xalis ixracın (NX) müsbət olduğu vəziyyətdir. İxrac > İdxal Balanslaşdırılmış ticarət xalis ixracın (NX) sıfıra – ixracın və idxalın tamamilə bir-birinə bərabər olduğu haldır.

8 Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac
Xalis ixraca təsir göstərən amillər Alıcıların yerli və xarici əmtəələrə olan marağı / zövqü. Yerli və xarici əmtəələrin qiymətləri. İnsanların yerli və xarici valyuta alması qərarına təsir edən valyuta məzənnəsi. Yerli və xarici alıcıların gəlirləri. Əmtəələrin bir ölkədən digərinə daşınması xərcləri. Dövlətin beynəlxalq ticarət siyasəti.

9 Qrafik 1: ABŞ iqtisadiyyatının beynəlmiləlləşməsi
ÜDM faizi 15 İdxal 10 İxrac 5 1950 1955 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © South-Western

10 Maliyyə resurslarının axını: xalis kapital axını
Xalis kapital axını xarici aktivlərin daxili rezidentlər tərəfindən alışı ilə daxili aktivlərin xarici rezidentlər tərəfindən alışı arasındakı fərqdir. ABŞ rezidenti “Toyota”nın və Meksikalı isə “Ford”un səhmini alır.

11 Maliyyə resurslarının axını: xalis kapital axını
ABŞ vətəndaşının “Telmex” və ya Meksika telefon şirkətinin səhmlərini alması ABŞ-ın xalis kapital axınını artırır. Yapon vətəndaşı ABŞ hökumətinin buraxdığı qiymətli kağızları aldıqda bu ABŞ-ın xalis kapital axınını azaldır.

12 Maliyyə resurslarının axını: xalis kapital axını
Xalis kapital axınına təsir edən amillər Xarici kapital üzrə ödənilən faiz dərəcəsi Yerli kapital üzrə ödənilən faiz dərəcəsi Aktivləri xaricdə saxlamağın qavranılan iqtisadi və sosial risqi Yerli aktivlərin xaricilər tərəfindən idarə olunmasına təsir edən dövlət siyasəti

13 Xarici kapital axını ilə xalis ixracın bərabərliyi
Xalis ixrac (NX) və xalis kapital axını (NCO) mühüm dərəcədə əlaqəlidir. Bütövlükdə iqtisadiyyat üçün NX və NCO bir-birinə bərabər olmalıdır: NCO = NX Bu bərabərlik ona görə doğrudur ki, hər bir alqı-satqı əməliyyatı bərabərliyin bir tərəfinə təsir edərkən digər tərəfə də eyni dərəcədə təsir etməlidir.

14 Əmanət, investisiya və onların beynəlxalq axınlarla əlaqələri
Xalis ixracat ÜDM-nin bir komponentidir: Y = C + I + G + NX Milli əmanətlər əhalinin gəlirlərinin cari istehlak və dövlət xərcləri dəyərini ödədikdən sonra yerdə qalan hissəsidir: Y – C – G = I + NX

15 Əmanət, investisiya və onların beynəlxalq axınlarla əlaqələri
Milli əmanətlər (S) bərabərdir Y – C – G və S = I + NX və ya Əmanətlər Daxili investisiya Xalis kapital axını = + S I NCO = +

16 Qrafik 2: Milli əmanətlər, daxili investisiya və xalis xarici investisiya
(a) Milli əmanətlər və yerli investisiya (ÜDM-yə nisbəti) ÜDM faizi 20 Daxili investisya 18 16 14 Milli əmanətlər 12 10 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © South-Western

17 Qrafik 2: Milli əmanətlər, daxili investisiya və xalis xarici investisiya
(b) Xalis kapital axını (ÜDM-yə nisbəti) ÜDM faizi 4 3 2 Xalis kapital axını 1 –1 –2 –3 –4 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © South-Western

18 BEYNƏLXALQ SÖVDƏLƏŞMƏLƏR ÜZRƏ QİYMƏTLƏR: REAL VƏ NOMİNAL VALYUTA MƏZƏNNƏLƏRİ
Beynəlxalq sövdələşmələrə beynəlxalq qiymətlər təsir göstərir. Ən mühüm iki beynəlxalq qiymətlər nominal və real valyuta məzənnələridir.

19 Nominal valyuta məzənnəsi
Nominal valyuta məzənnəsi hər hansı şəxsin bir ölkənin valyutasını digər ölkənin valyutasına dəyişə biləcəyi dərəcə (məzənnə).

20 Nominal valyuta məzənnəsi
Nominal valyuta məzənnəsi iki yolla ifadə edilir: Bir dollara düşən xarici valyuta vahidi. Bir xarici valyutaya düşən dollar vahidi.

21 Nominal valyuta məzənnəsi
Fərz edək ki, ABŞ dolları ilə Yapon yeni arasında mübadilə məzənnəsi 80 yen 1 dolardır. Bir dollar 80 yenə satılır. Bir yen 1/80 (= ) dollara satılır.

22 Nominal valyuta məzənnəsi
Dəyər qazanma (Appreciation) bir valyutanın digər valyuta qarşısında dəyərinin artması. Dəyərdən düşmə (Depreciation) bir valyutanın digər valyuta qarşısında dəyərinin azalması.

23 Nominal valyuta məzənnəsi
Əgər dollar daha çox xarici valyuta satın alırsa, demək dollar dəyər qazanmışdır. Əgər dollar daha az xarici valyuta satın alırsa, demək dollar dəyərdən düşmüşdür.

24 Real valyuta məzənnəsi
Real valyuta məzənnəsi hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi dərəcə (məzənnə).

25 Real valyuta məzənnəsi
Real valyuta məzənnəsi daxili bazarda daxili və xarici məhsulların qiymətlərinin müqayisəsinə əsaslanır. Əgər bir qab Alman pivəsi bir qab Amerikan pivəsindən iki dəfə bahadırsa, real valyuta məzənnəsi hər qab Amerikan pivəsinə düşən ½ qab Alman pivəsidir.

26 Real valyuta məzənnəsi
Real valyuta məzənnəsi nominal valyuta məzənnəsindən və hər iki ölkədə yerli valyuta ilə ölçülən əmtəələrin qiymətlərindən asılıdır.

27 Real valyuta məzənnəsi
Real valyuta məzənnəsi ölkənin nə qədər ixrac və idxal edəcəyinin başlıca determinantıdır. Real valyuta məzənnəsi= (Nominal valyuta məzənnəsi x Daxili qiymət) / Xarici qiymət

28 Real valyuta məzənnəsi
ABŞ dollarının real valyuta məzənnəsində dəyərdən düşmə ABŞ əmtəələrinin xarici əmtəələrə nisbətən ucuzlaşması deməkdir. Bu, ABŞ məhsullarının həm ölkə daxilində, həm də xaricində digər ölkə məhsulları ilə müqayisədə daha çox satın alınmasına səbəb olur.

29 Real valyuta məzənnəsi
Nəticədə ABŞ-ın ixracı artır, idxalı isə azalır və bu dəyişikliklərin hər ikisi ABŞ-ın xalis ixracını artırır. Əksinə, ABŞ-ın real valyuta məzənnəsinin dəyər qazanması ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha bahalı edir və beləliklə ABŞ-ın xalis ixracı azlır.

30 VALYUTA MƏZƏNNƏSİNİN TƏYİN EDİLMƏSİNİN BİRİNCİ NƏZƏRİYYƏSİ: ALICILIQ QABİLİYYƏTİ PARİTETİ
Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi valyuta məzənnələrindəki dəyişiklikləri açıqlayan ən sadə və ən geniş qəbul edilmiş nəzəriyyədir.

31 Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi
Bu nəzəriyyəyə görə, hər hansı bir valyuta bütün ölkələrdə eyni alıcılıq qabiliyyətinə malik olmalıdır.

32 Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi
Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi vahid qiymət qanunu adlanan prinsipə əsaslanır. Bu qanun hər hansı bir əmtəənin hər yerdə eyni qiymətə satılmalı olduğunu nəzərədə tutur.

33 Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi
Əgər vahid qiymət qanunu işləmirsə, mənimsənilməmiş mənfəət üçün imkanlar yaranır. Müxtəlif bazarlarda qiymət fərqliliklərindən əldə olunan üstünlük arbitraj adlanır.

34 Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi
Əgər arbitraj mövcuddursa, nəticədə müxtəlif bazarlarda fərqlənən qiymətlərin bir məxrəcə gətirilməsi zəruridir. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə görə valyuta bütün ölkələrdə eyni alıcılıq qabiliyyətinə malik olmalıdır və valyuta məzənnələri bunu təmin etmək üçün hərəkət edir.

35 Alıcılıq qabiliyyəti paritetinin məntiqi nəticələri
Əgər dolların satınlama gücü ölkə daxilində və xaricində həmişə eynidirsə, demək valyuta məzənnəsi dəyişə bilmir. İki ölkə valyutaları arasında nominal valyuta məzənnəsi o ölkələrdəki müxtəlif qiymət səviyyələrini göstərməlidir.

36 Alıcılıq qabiliyyəti paritetinin məntiqi nəticələri
Mərkəzi bank böyük həcmdə pul emissiya edərsə, onda pul həm ala biləcəyi əmtəə və xidmətlər cəhətdən, həm də ala biləcəyi digər valyutalar cəhətdən öz dəyərini itirir.

37 Qrafik 3: Alman hiperinflyasiyası dövründə pul, qiymətlər və nominal valyuta məzənnəsi
İndekslər (Yan. 1921 5 100) 1,000,000,000,000,000 Money supply 10,000,000,000 Price level 100,000 1 Exchange rate .00001 1921 1922 1923 1924 1925 Copyright © South-Western

38 Alıcılıq qabiliyyəti paritetinin məhdudiyyətləri
Bütün əmtəələr asanlqla alınıb-satıla bilmir və ya bir ölkədən digərinə daşına bilmir. Hətta alınıb-satıla bilən əmtəələr belə müxtəlif ölkələrdə istehsal edildikdə bir-birilərinin mütləq əvəzləyicisi olmurlar.

39 Xülasə Xalis ixrac xaricə satılan yerli əmtəə və xidmətlərin dəyəri ilə daxildə satılan xarici əmtəə və xidmətlərin dəyərinin fərqinə bərabərdir. Xalis kapital axını daxili rezidentlər tərəfindən alınan xarici aktivlərin dəyəri ilə xarici rezidentlərin aldığı daxili aktivlərin fərqinə bərabərdir.

40 Xülasə İqtisadiyyatın xalis kapital axını həmişə onun xalis ixracına bərabər olur. İqtisadiyyatın əmanətlərindən daxildə investisiyaları maliyyələşdirmək üçün və ya xaricdən aktivlərin satın alınması üçün istifadə edilə bilər.

41 Xülasə Nominal valyuta məzənnəsi iki ölkənin nisbi qiymətləri, real məzənnə isə iki ölkənin əmtəə və xidmətlərinin nisbi qiymətidir.

42 Xülasə Əgər nominal valyuta məzənnəsi dəyişərsə və hər dollar daha çox xarici valyuta ala bilirsə, onda dollar dəyər qazanmış, yaxud güclənmiş hesab edilir. Əgər nominal valyuta məzənnəsi dəyişərsə və hər bir dollar daha az xarici valyuta alırsa, onda dollar dəyərdən düşmüş, yaxud zəifləmiş hesab olunur.

43 Xülasə Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə görə, dollar bütün ölkələrdə eyni kəmiyyətdə əmtəə ala bilməlidir. Bu nəzəriyyəyə görə, iki ölkənin valyutalarının nominal məzənnəsi bu ölkələrdə qiymət səviyyələrini əks etdirməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.