Press "Enter" to skip to content

Azərbaycanın ən qorxulu silahı hansıdır? NATO ölkəsindən alınıb və

Silah almaq və istifadə etmək üçün hər hansı qadağanız yoxdursa, növbəti mərhələdə mühüm məsələlərdən biri də seçimdir. Çünki mağazalarda satışda olan odlu silahlar lülələrinə və lülədaxili quruluşuna görə də müxtəlif cür olur və nə üçün istifadə etmək istədiyinizdən asılı olaraq mütəxəssislərlə məsləhətləşib qərar verməyiniz daha yaxşı olar. Ekspert bildirdi ki, silah almaq üçün müraciət edən insanlar əsasən hamarlüləli ov tüfənglərinə üstünlük verirlər: “Bu silahlar da özlüyündə tək və qoşalüləli olur. Təklüləli ov tüfəngləri 1, 4+1 olmaqla 5 və 5+1 olmaqla 6 güllə tutumludur, qoşalüləli ov tüfəngləri isə lülələri yan-yana (horizantal) və üst-üstə yerləşməklə iki cürdür. Hansı lüləli silahın ov üçün daha münasib olması isə daha çox zövq məsələsidir və bu məsələdə ovçuların fikirləri müxtəlifdir. Qeyd edim ki, bu dediklərim ümumi məlumatlardır. Çünki 3 lüləli, həm hamar, həm də yivli lüləsi olan silahlar da mövcuddur. Əsasən quş və kiçik heyvanların ovunda istifadə edilən hamarlüləli ov silahları həm də kalibrinə görə fərqlənir. Özü də kalibr artdıqca, lülə əksinə, daralır. Ovçuların ən çox üstünlük verdikləri 12 kalibrli silahlardır. Bu silahların gülləsi diametrinə görə 16, 20, 28 və s. silahların gülləsindən daha böyük olduğu üçün çox saçma tutumuna malikdir və yaxın mənzilli ovlarda hədəfi vurmaq ehtimalı daha çoxdur. Onu da bildirim ki, hamarlüləli ov tüfənglərinin güllələri də müxtəlif ölçülərdə olur və bu 0, 1, 2 və sair rəqəmlərlə nömrələnir.”

Vauda silahı necə ovsunlaya bilərəm

İçimizdəki döyüşkənlik ruhu genetik olduğu üçün zaman-zaman həlqəsi qırılmadan növbəti nəslə ötürülüb. Yəqin buna görədir ki, digər millətlərdən fərqli olaraq, bizdə hər kişinin ən azı bir silahı olub – balaca vaxtı alınmış oyuncaq silah olsa belə.

Ölkəmizin uzun illərdir müharibə şəraitində yaşaması təbii olaraq əksər insanlarda silahın yalnız hərb və döyüşlə əlaqəli olması ilə bağlı fikir formalaşdırıb. Odur ki, silah dedikdə ilk olaraq, istər-istəməz gözümüzün qarşısına Vətən müharibəsindən kadrlar, qəhrəman əsgərlərimiz, döyüş səhnələri gəlir. Savaş filmlərini xatırladan o görüntülərdə istifadə olunan silahlar hərbi təyinatlı olduğuna görə hamımız üçün əlçatan deyil. Ancaq müəyyən istisnalar olmaqla hamımızın ala biləcəyimiz müxtəlif növ mülki və ov silahları da var ki, həmin silahlar xüsusi mağazalarda satılır. Maraqlıdır, bir vaxtlar ata-babalarımızın “yüz gün yaraq, bir gün gərək” deyə evində mütləq olmasını vacib bildiyi silahı haradan və hansı şərtlərlə ala bilərik? Mülki və ov silahlarının hansı növləri var, qiymətləri neçəyədir?

Bu və digər suallarımızı cavablandıran ekspert, “Ovçu klubu”nun yaradıcısı, peşəkar ovçu Səbuhi Rzayev “İki sahil”ə bildirdi ki, qanunvericiliyə görə, ölkəmizdə 18 yaşı tamam olmuş hər bir vətəndaş silah almaq hüququna malikdir. Lakin silahın növündən asılı olaraq bəzi tələblər çərçivəsində. Hətta satışı sərbəst olan silahlar da var: “Azərbaycanda ov və mülki silahların satışı, alışı, saxlanması və istifadəsi qaydaları “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənir. Əvvəlcə onu qeyd edim ki, silah satışını yalnız aidiyyəti orqanlardan xüsusi lisenziya almış mağazalar həyata keçirə bilər. Bu mağazalarda satılan bəzi mülki silah növlərini hər hansı sənədləşmə aparılmadan əldə etmək mümkündür. Əksərən ov üçün istifadə edilməyən, hava təzyiqi və yay vasitəsilə atəş edən, çox vaxt sadəcə “tir tüfəngi” adlandırdığımız bu silahlar odlu silah olmadığından satışı da sərbəstdir. Ölkəmizdə “tir tüfəngləri”nin qardaş Türkiyədə istehsal olunmuş 4.5 kalibrli modelləri daha çox populyardır və odlu silahlarla müqayisədə qiymətləri də ucuzdur – 120-130 manatdan başlayaraq 1200 manata kimi işlənmiş və ya təzə silah almaq mümkündür.”

“Tir tüfəngi”ndən fərqli olaraq odlu silahların satışı zamanı rəsmi sənədləşmə tələb olunur. Bu zaman silah sahibi olmaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin surətini, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surətini, yaşayış yerindən arayış, tələb olunan sayda və ölçüdə şəkillə bərabər haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı əks göstərişin olmadığı haqqında müvafiq səhiyyə orqanının tibbi arayışlarını da təqdim etməlidir. S.Rzayevin sözlərinə görə, göstərilən sənədlərin təqdim edilməsindən sonra şəxsin bəzi məlumatları da yoxlanılır. Bir sıra hallarda mülki silahın əldə edilməsi qadağandır: “Şəxsin mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla ən çox yeddi ədəd odlu ov və ya idman silahı ola bilər, bundan artığına icazə verilmir. Bundan başqa, həmin şəxs ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunubsa, onun haqqında ov və balıq və digər su bioresurslarının ovu qaydalarının, həmçinin odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq edilibsə silah sahibi olmaq hüququ əldə edə bilməyəcək. Qadağalar siyahısına şəxsin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənən fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi olması da daxildir.”

Silah almaq və istifadə etmək üçün hər hansı qadağanız yoxdursa, növbəti mərhələdə mühüm məsələlərdən biri də seçimdir. Çünki mağazalarda satışda olan odlu silahlar lülələrinə və lülədaxili quruluşuna görə də müxtəlif cür olur və nə üçün istifadə etmək istədiyinizdən asılı olaraq mütəxəssislərlə məsləhətləşib qərar verməyiniz daha yaxşı olar. Ekspert bildirdi ki, silah almaq üçün müraciət edən insanlar əsasən hamarlüləli ov tüfənglərinə üstünlük verirlər: “Bu silahlar da özlüyündə tək və qoşalüləli olur. Təklüləli ov tüfəngləri 1, 4+1 olmaqla 5 və 5+1 olmaqla 6 güllə tutumludur, qoşalüləli ov tüfəngləri isə lülələri yan-yana (horizantal) və üst-üstə yerləşməklə iki cürdür. Hansı lüləli silahın ov üçün daha münasib olması isə daha çox zövq məsələsidir və bu məsələdə ovçuların fikirləri müxtəlifdir. Qeyd edim ki, bu dediklərim ümumi məlumatlardır. Çünki 3 lüləli, həm hamar, həm də yivli lüləsi olan silahlar da mövcuddur. Əsasən quş və kiçik heyvanların ovunda istifadə edilən hamarlüləli ov silahları həm də kalibrinə görə fərqlənir. Özü də kalibr artdıqca, lülə əksinə, daralır. Ovçuların ən çox üstünlük verdikləri 12 kalibrli silahlardır. Bu silahların gülləsi diametrinə görə 16, 20, 28 və s. silahların gülləsindən daha böyük olduğu üçün çox saçma tutumuna malikdir və yaxın mənzilli ovlarda hədəfi vurmaq ehtimalı daha çoxdur. Onu da bildirim ki, hamarlüləli ov tüfənglərinin güllələri də müxtəlif ölçülərdə olur və bu 0, 1, 2 və sair rəqəmlərlə nömrələnir.”

Ölkəmizdə satışda olan hamarlüləli ov silahlarının böyük əksəriyyəti Türkiyə və Rusiyadan idxal olunur. Xüsusilə son illər Türkiyədə tək hərbi deyil, həm də mülki silah sənayesinin sürətli inkişafı bu ölkəni silah bazarında ciddi rəqiblərdən birinə çevirib və qardaş ölkənin ov tüfəngləri bu gün Azərbaycanda ən çox satılan məhsullardır. Satışda İtaliya, İngiltərə, Avstriya və digər Avropa ölkələrinin istehsalı olan ov silahları da mövcuddur, ancaq təbii ki, digərləri ilə müqayisədə xeyli baha qiymətə.

S.Rzayev bildirdi ki, hamarlüləli tüfənglərin qiyməti 800 manatdan başlayır və bəzi markaların nümunələrində 5000 manata kimi yüksəlir. Sosial şəbəkələr, saytlar və digər vasitələrlə satışa çıxarılan işlənmiş silahlara gəlincə, ekspert belə silahları almaq istəyənlərə xüsusilə diqqətli olmağı, silahın aidiyyəti orqanlarda qeydiyyatda olub-olmadığını dəqiqləşdirməyi tövsiyə etdi: “Karabin tipli, yivli ov silahları daha uzaq məsafəli atışlar üçündür. Odur ki, bu tip silahlardan istifadə edənlər xüsusilə diqqətli olmalıdırlar.”

Səbuhi Rzayevin sözlərinə görə, yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun: “Yəni qanunvericilikdə də yivli silahlardan icazənin təcrübəli, silahla təhlükəsiz davranmağı bacaran ovçulara verilməsi nəzərdə tutulub. Belə silahlar əsasən “dağ ovlarında”, yəni iri heyvan ovlamaq üçün istifadə olunur. Həmin ovların aparıldığı yerlərin relyefi elədir ki, ova çox yaxınlaşmaq çox çətindir, ona görə də uzaq mənzilli silahdan istifadə etmək lazım gəlir. Ölkəmizdə satışda olan karabin tipli yivli silahların böyük əksəriyyəti Avropa istehsalıdır və qiyməti üzərində yerləşdirilmiş optik nişangahla birlikdə 5000 manatla 15000 manat arasında dəyişir. Qiymətin xeyli yüksək olmasına səbəb optik nişangahların bəzən az qala silahın özü qədər baha olması ilə bağlıdır.”

Satışda olan bir silah da xüsusi diqqətimizi çəkdi. S.Rzayev bildirdi ki, zahiri görünüşünə görə hərbi təyinatlı döyüş avtomatlarından demək olar ki fərqlənməyən bu silahlar əslində yivsiz ov silahlarıdır. Ancaq ov atışları üçün o qədər də effektli olmadığı üçün daha çox hərbi sahəyə həvəsli insanlar görünüşünə görə alırlar.

Sonda bir vacib məqamı da diqqətə şatdıraq ki, ov silahı əldə etmək hələ ov etməyə səlahiyyət vermir. Ovçuluqla məşğul olmaq üçün mütləq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ovçuluq bileti və mövsüm zamanı müəyyən quşların və heyvanların ovlanmasına xüsusi lisenziya alınmalıdır. Bir də unutmaq lazım deyil ki, növündən asılı olmayaraq bütün silahlar onunla diqqətli davranmağı “sevir”. Necə deyərlər, silahla zarafat olmaz!

Mahir Rəsuloğlu, “İki sahil”

Azərbaycanın ən qorxulu silahı hansıdır? – NATO ölkəsindən alınıb və.

– Hazırda cəbhədə gərgin vəziyyət davam edir və hərbi-strateji gücünə görə Azərbaycandan zəif qiymətləndirilən Ermənistanın atəşkəsi davamlı olaraq pozması və təxribatlar törətməsini necə şərh etmək olar?

– Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində, həmçinin dövlət sərhədi boyunca gərginlik daim davam edib. Zaman-zaman Ermənistan Silahlı Qüvvələri təxribat xarakterli tədbirlər həyata keçirirlər. Bu, əsasən Azərbaycanın şimal-qərb rayonlarını əhatə edir. Ermənistan hərbi birləşmələri münaqişənin həllində maraqlı olmadıqlarını açıq şəkildə bildirirlər. Ermənistana hazırki vəziyyət daha çox sərf edir. Sonuncu Münhen Təhlükəsizliyi Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı debatda da bunun şahidi olduq. Bəlli oldu ki, Ermənistan bu münaqişənin həlli ilə bağlı hər hansı güzəştə getmək yolu qoymayıb.Dağlıq Qarabağ və yeddi rayonumuz işğal altındadır. Azərbaycanın yeganə yolu işğal olunmuş ərazilərin azad olunması üçün hərbi əməliyyata başlamaqdır.

– Azərbaycan İtaliyadan M346 təyyarələri alacaq. Bu təyyarələrin üstünlüyü nədir?

– Azərbaycan NATO dövləti olan İtaliyadan döyüş təlim təyyarəsinin alınması ilə razılaşma əldə edib və o təyyarələr bir neçə müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrinin tabeliyində olacaq. Təyyarənin çəkisi ağır deyil, 1300 kq-dır. Bundan başqa, təyyarə havada yanacaqdoldurma imkanına, asqılara malikdir. İki pilot təyyarəni idarə edir. Qorunma, antiradar sistemləri də var. Aşağı hündürlükdən uçma, döyüşdə istifadə olunma qabiliyyəti var. Pilotlar yaxşı bilirlər ki, təyyarə aşağı hündürlükdə uçanda radiolakasiya sistemləri onu görə bilmir və belə olan təqdirdə, həmin təyyarə lazımi döyüş tapşırığını yerinə yetirə bilir. Bu baxımdan Azərbaycan çox vacib bir addım ataraq, həmin təyyarənin ölkəyə gətirilməsi ilə bağlı İtaliyanın “Rianadar” şirkəti ilə razılaşma əldə edib. Bütün siyasi təzyiqlərə baxmayaraq, Avropada bu səviyyədə satınalmanın həyata keçirilməsi Azərbaycan üçün çox ciddi siyasi iradə nümayişi idi. Bu, Azərbaycan ordusunda gələcəkdə müasir qərb texnologiyası ilə istehsal olunan döyüş aviasiaya təyyarələrinin istifadəsi deməkdir. İtaliya istehsalı olan bu təyyarəni öyrənən pilotlar rahatlıqla digər müasir təyyarələrdən də istifadə edə biləcəklər. Azərbaycanın NATO ölkəsindən təyyarə alması, gələcəkdə Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşmasını təmin edir.

– Ümumiyyələ, hərbi sənaye yeni silahların istesalında durğunluq yaşayır. Bu durumu necə qiymətləndirirsiz?

– Hərbi sənayedən danışmazdan qabaq bir məqamı çatdırmaq istəyirəm. Bu sahə öz məxfliyi ilə digər sahələrdən fərqlənir. Bu sahədə aparılan elmi tədqiqatların davamı olaraq hər hansı bir məhsulun, silahın ortaya çıxarılması prosesi, uzun proseslərin hər biri istehsal prosesi dövründə məxfilik daşıyır. İstehsaldan sonra isə müəyyən silahlar var, onlarla bağlı bir problem yaranmır. Zavodların, müəssisələrin yenidən kompleksləşməsi, formaya salınması, genişmiqyaslı istehsal prosesinin həyata keçirilməsi və həmçinin bir neçə xarici ölkələrlə əməkdaşlığa dair sazişin imzalanması Azərbaycanın hərbi sənaye sahəsində çox ciddi yeniliklər həyata keçirməsinə şərait yaradır.

– Azərbaycanın düşmən üzərində əzici üstünlüyə malik olan ən qorxulu silahı hansıdır?

– Bunla bağlı konkret söz demək mümkün deyil. Ermənistan da 2016-cı ildən sonra öz mövqelərini gücləndirmək, hərbi sənayedə yeniliklər əldə etmək üçün ciddi şəkildə çalışır. Lakin Azərbaycanda hansı silahın daha çox qorxulu olması və bundan ermənilərin təşvişə düşməsi məsələsi ilə bağlı konkret bir fikir yoxdur.

– Bəs, Azərbaycanın özünün istehsal etdiyi ən güclü silah hansıdır?

– Azərbaycan çox az ölkələrdən biridir ki, öz ərazisində milli atıcı silahlara malikdir. Azərbaycanda atıcı silahlarla bağlı hər hansı bir problem yoxdu. Müdafiə Sənaye Nazirliyi yüzlərlə adda məhsul istehsal edir. Məhsulların böyük hissəsi silah və hərbi sənayeyə aid olan müəyyən texniki vasitələrdir. Azərbaycan atıcı silahlardan başlayıb, tapança, avtomat, pulemyot, snayper tüfəngi, aviasiya bombasına qədər bir çox silah istehsal edir.

– Hərbi strategiyanın qurulmasında media nə kimi rol oynayır?

– Hərbi ilə bağlı bütün informasiyalar bizə düşmən olan Ermənistan tərəfindən izlənilir. Lakin bəzi informasiyalar var ki, jurnalist onu yazmağa məcburdur. Jurnalistlərin hər hansı informasiyanı qoruması məsələləri ilə isə hərbçilər məşğul olmalıdırlar.

Sevda Ulutau / Redaktor.az

Ov silahı

Clash of clans hesabı satılır təcili.Görüşüb danışarıq qiyməti,pula ehtiyac var ona görə satılır. Whatsapp var yaza bilərsiz. 11sv belediye binası fulla az qalıb, 1 altın bilet alınıb.

20 diskli mala Özermak brend marka Disk çapı 610*5 Disk arası məsafə 225 İş genişliyi 2300 Yataq sayı 6 Şassi 100×200×6 Lazımi at gücü 75-80 Ağırlıq 1590 kq

Diskli mala 22 li Disk sayı 22 Disk diametri 610×5 Disk arası məsafə 225 İş genişliyi 2530 Yataq sayı 6 Şassi 100×200×6 Lazımi at gücü 80-90 Ağırlıq 1655 kq

Dermansepen( zehersepen) bag üçün 600,800 lt,1000lt,2000 lt Kısmet TARIM brend ve keyfiyyətli marka 2 il rəsmi zəmanət firma tərəfindən 40 faiz dövlət güzəşti və kredit şərtləri ilə satış EDS AGRO MMC

Diskli mala ağır tip Disk sayı 20 Disk diametri 620 Disk arası məsafə 250 İş genişliyi 2500 Lazımi at gücü 85-95 Ağırlıq 1490 kq

Mərtəbə Sayı – 2 Sahə: 4 sot Otaq Sayı – 5 KV M: 200 m kv Qiymət: GÜNLÜK-165 AZN. Şəkinin Qoruq ərazisində bütün tarixi memarlıq abidələri və muzeylərə bir addımlıqda yerləşən, mərkəzi yolun qırağında 3 yataq

Sap, çöp doğrayan 1 metr 85 sm hidrolik Bıçaq sayı 22 ədəd İş genişliyi 180 sm Lazımi at gücü 65-85

Hesab 2 sezon hesabı buz m4 1 dənə malzeme silah yüksəltmek üçün 67 səviye Silah desenleri danslar hamsi şəkildə görsənir xaiş edirem ciddi fikri olanlar yazsın hesab google ye bağlı di

Şəki asan xidmətin yanından 900 metr məsafədə. Çox əlverişli məkanda.Yanında elektrik xətti su quyusu artezyan və Şəki şəhəri mühüm idarələrə yaxın ərazidə. DYP, Mərkəzi Xəstəxana, Asan Xidmət, Modul tipli

Təcili satılır təzəsi məndə olub yeni madel aldığım üçün satılır

KOMBİ USTASI SERVİS XİDMƏTİ PEŞƏKAR USTALARIMIZ TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLİR KAMPA firmasının aparatı və kimyasalından istifade ederek KOMBİ VƏ RADİATORLARINIZI mükəmməl şəkildə yuyuruq İSDTİ SU XƏTLƏRİNİN VƏ SU

Razılaşmaq olar 55 BC 800 Öz maşınımın nömrəsidir. Nömrə Şəkinin Aşağı göynük kəndindədir.İstəyən mənimlə əlaqə saxlasın.Real alıcı ilə razılaşmaq mümkündür.

Maşın yaxşı vəziyyətdədir, mator 1,6 benzin,ikinci sahibiyəm 10 ildir məndədir 70 min sürmüşəm,cəmi yürüş 158500-dür,amartizatorları mersedese yığılmadır,arxa sol krılo dəyib düzəllənib və üzdən rənglənib.amaşın Şəki

Hesab Satılır Sürüm Var S7 hesabidi 5 seson rp var 1 i fullenmiyib 67 səviyədi Zor Hesabdi eyni zamanda Old Du.Lobi Gəlinir Tək Bağ Play Games Gül Kimi.

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.