Press "Enter" to skip to content

Qızıldan qiymətli – VAXT (I-ci hissə)

2. Zamanınızı planlaşdırın
Zamanı düzgün idarə edə bilməməyin əsas səbəblərindən biri də görüləcək işlərə uyğun vaxt bölgüsünün düzgün aparılmamasıdır. Bu problemi aradan qaldırmaq üçün görüləcək işlərinizi planlaşdırın.
İş planı hazırlayarkən aşağıdakıları nəzərə alın:
• Nə qədər mümkün vaxtınızın olduğunu müəyyən edin
• Məqsədlərinizi sıralayın.
• Tapşırıqlara vaxt məhdudiyyəti qoyun
• Siyahınızı tərtib edərkən nəyə nail ola biləcəyinizə real baxın
• Gündəlik bir plan yaradın
• Görüləcəyiniz işlər siyahısına “görülən bir siyahı” əlavə edin
• Cədvəllərinizi həddən artıq yükləməyin
• Cədvəldə tapşırıqlar arasında fasilə verin
• Başa çatdıqca hər bir işi siyahınızdan kənarlaşdırın
• Planlaşdırmaya çox vaxt sərf etməyin.
• Dəfələrlə təxirə saldığınız işləri siyahıdan çıxarın
• Planınızı daim nəzarətdə saxlayın.

Vaxtın idarə edilməsi

Gündəlik həyatınızda fəaliyyətinizi effektivləşdirməyi, məqsədlərinizi aydınlaşdırmağı və vaxtınızı idarə edərək daxili-intizamınızı gücləndirmiş olursunuz. Vaxtı idarə etmək bacarığı həyatınızın keyfiyyətini müəyyən edən əsas intizamdır. Piter Drukerin dediyi kimi: «Siz, vaxtı deyil, yalnız özünüzü idarə edə bilərsiniz.» Vaxtınızı düzgün planlaşdırmaq istəyirsinizsə fəaliyyətinizi nizamlayaraq ( yəni cansıxıcı, maraqsız və monoton işlərlə məşğul olmaq kimi) işlərdən imtina etmək vərdişi özünüzə aşılamalısınız. Siz sadəcə vaxtı az əhəmiyyətli işlərdən çox əhəmiyyətli işlərə yönəldə bilərsiniz. Vaxtı yaxşı idarə edilməsinin əsasını, özünə aydın prioritetlər seçmək və şüurlu şəkildə ən vacib işləri müəyyən edib bu istiqamətdə effektiv addımlar təşkil edir.

Fəaliyyətinizin nizamlı olması effektivliyinizə təsir edir.Böyük həvəs, gümrahlıq və güclü şəkildə nə isə yaratmaq hissi ilə zəngin olduğunuz an gündəlik işlərlə məşğul olmayın. Dərhal öz iri layihələrinizi həyata keçirməyə başlayın. Stiv Taylor

Zaman bizim üçün çox dəyərlidir…

Zaman biz insanlar üçün ən əhəmiyyətli anlayışdır. Əhəmiyyətli olduğu qədər məhsuldar istifadə edilə bilməsi onun dəyərini artırır. Ancaq tez-tez zamanı yaxşı qiymətləndirə bilmədiyimiz üçün onun «su kimi axıb getdiyi»ndən dəm vurarıq… Budur, sizə «zamanın su kimi axıb getməməsi» üçün 15 tövsiyə təqdim edirəm…

1. Əvvəlcə əlinizə kağız-qələm alın və düşünməyə başlayın. Əvvəl həftə boyunca, daha sonra gün boyunca zamanınızı ən çox harada xərclədiyinizi anlamağa çalışın. Bütün həftə ərzində nə etdim? Günləri tək-tək düşünün, hansı gün nə etdiyiniz haqda fikirləşin.

Bunları edərkən «Əsl etmək istədiklərim bunlar idimi? Keçən həftə boyunca etmək istədiyim hansı əhəmiyyətli işləri heç cür edə bilmədim?» kimi suallar əsasında siyahı hazırlayın. Kağızın bir üzü «Etmək istədiklərim, amma edə bilmədiklərim», ikinci üzü «Etdiklərim və edərkən gərəksiz yerə zaman xərclədiklərim» şəklində olsun. Gözünüzlə zamanın nələrə getdiyini gördükdə zamanı idarə etməyə olan həvəsiniz artacaq.

2. İşləyən və ya ev xanımı olmağınızın fərqi yoxdur, hər gün üçün etməli olduqlarınızın siyahısını hazırlayın. Amma siyahınız məqbul siyahı olsun. Edə biləcəyinizdən çoxunu yazıb siyahının gerisində qalmaqdansa, həddindən artıq ideal olmayan, amma məqbul bir siyahıyla başlayın yeni günə. Və hər axşam siyahınızın nə qədərini yerinə yetirdiyinizə nəzarət edin. Edə bilmədikləriniz haqqında düşünün.

«Niyə edə bilmədim? Səbəbi nədir? Araya girən hesablamadığım detallardırmı?» Əgər nəzərə almadığınız detallar hər axşam diqqətinizi çəkirsə, demək, planınız olmayan işlərə çox zaman ayırırsınız. Ani gələn təkliflər, başqa insanların xahişləri və s. kimi. Bu vəziyyətdə bəzilərinə «Yox» deməyə başlamağınız lazımdır. Məsələn, ev təmizliyinə başlayırsınız, bu zaman rəfiqəniz zəng etdi, «Gəl çay içək» dedi. «Bu gün olmaz, işə başladım, sabah gələrəm» deyin və sabahkı siyahınıza rəfiqənizlə çay içməyi də əlavə edərək gününüzü planlayın.

3. Hər günün sonunda sabahısı gün üçün yeni plan qurun. Bu gün edə bilmədiyiniz işinizi də əlavə edərək, yeni bir siyahı hazırlayın.

4. Ən tipik səhv əhəmiyyətli sandığınız işlərinizin əslində kifayət qədər təcili olmadığı gerçəyidir! Bu ikisini bir-birindən yaxşı ayırmaq lazımdır. Deyək ki soyuducunu təmizləməyiniz lazımdır, çox çirklənib. Onunla zaman itirirsiniz, amma eyni zamanda marketə getməyiniz lazımdır, çünki evdə yeyəcək bir şey yoxdur. Soyuducunun başına keçdiyi zaman xanımlar təmizliyə ən az üç saat vaxt sərf edir.

Beləcə, uşağın yatmaq vaxtıyla üst-üstə düşür, axşam olur, alış-veriş edilmir. Halbuki, daha əhəmiyyətli olan deyil, təcili olan iş edilməli idi. Zamanı idarə etmənin ən əhəmiyyətli nöqtəsi bu qismdir. Şüar nə idi? Əhəmiyyətli olan deyil, təcili olan əvvəl ediləcək!

5. O gün üçün siyahınız uzundursa, kefinizə görə və vaciblik sırasına görə başlaya bilərsiniz. Bəzən az vaxt alan, əhəmiyyətsiz görünən işlər olur. Onları da işlərin arasına salıb aradan çıxarmaq yaxşı bir üsuldur.

6. Xanımlar, üzünüzə demək olmasın, amma televizor qarşısında çox zaman keçirirsiniz. Fatmagül idi, Feriha idi, kim kiminlə evləndi deyərkən axşam olur. Bu məsələdə qərarlı olmalısınız. Hər gün üçün ən çox sevdiyiniz proqramı seçib onu nizamlı izləyə bilərsiniz, amma hamısını nizamlı izləməyə cəhd etsəniz, yandınız! Qərarlı olmalısınız. Heç olmasa TV izləyərkən paltarlarınızı ütüləyə, yeməyinizin kartof-soğanını hazırlaya bilərsiniz. Həm istədiyiniz proqramı izləmiş olar, həm də evdəki işlərin bitməsinə nail ola bilərsiniz.

7. Çalışan xanımların TV izləmək vərdişləri yoxdur, amma sosial mediada hesabları, gələn mailləri var. Sizlər də əhəmiyyətli işlərinizi etmədən əvvəl maillərinizlə çox zaman keçirməməyə diqqət edin. İşinizin bir parçası olaraq maillərinizə baxmaq məcburiyyətindəsinizsə, zaman öldürməyinizə səbəb olacaq gərəksiz məktublara vaxt ayırmayın.

8. Xüsusilə evdar xanımlar, erkən yatın və erkən oyanın. Gecələr uzun müddət televiziya izləyərək, internet başında oturaraq səhəri açırsınız. Daha sonra günorta dərsə gedən uşağınızı az qala məktəbə güc-bəla ilə çatdırırsınız. Səhər namazını qılıb yatan, günorta 11-12-də oyanan qadının ev işi təbii ki, bitməz! Analarınızı nümunə götürün. Erkən oyanar, daha nahar hazırlayarkən bir tərəfdən yeməklərini bişirər, uşaqları məktəbə göndərən kimi ev işlərini görər, gəzməyə gedər, qonaq qəbul edər və «zaman çatmır» deyə şikayət etməzdilər. Üstəlik, indiki kimi hər şey elektronik də deyildi. Gecəni gecə, gündüzü gündüz olaraq qiymətləndirirdilər, vəssalam.

9. Gün içində bir-biriylə əlaqəli işləri birlikdə etməyə çalışın. Beləcə, zaman qazanmış olarsınız.

10. Zamanınıza dəyər verin ki, başqaları da sizin zamanınıza dəyər versin. İşləyənlər üçün də, evdar xanımlar üçün də bu prinsip etibarlıdır. Evinizə və ya iş yerinizə müəyyən insanlar davamlı gedib-gəlirlərsə və siz heç nə deyə bilmirsinizsə, amma öz işlərinizin də ləngidiyindən narahatsınızsa, vəziyyəti şirin dillə qarşı tərəfə deməlisiniz. Məsələn, evdə olduğunuz vaxt qonşular davamlı gəlirsə, «Canım xoş gəldin. Təcili işlərim var, çatdırmağa çalışıram, işlərimi bitirən kimi çay hazırlayıb çağıraram səni, olarmı?» deməyə çalışın.

11. Bəzi günlər insanın bütün kefi və enerjisi yerində olur. Elə vaxtlarda heç sevmədiyiniz və sizə çətin gələn işlərinizi tamamlamağa çalışın.

12. Hər hansı bir işə başlayarkən, gərəyindən çox zamanınızı almaması üçün müəyyən bir zaman təyin edin. Məsələn, «bu işi iki saat içində bitirəcəyəm». Və o iki saatda bitirin.

13. Gündəlik işləriniz üçün nə qədər zaman ayırdığınıza baxın. Daha aktiv və ardıcıl etmək üçün qısaldılmış zaman limitləri qoyun özünüzə. Beləcə, daha ardıcıl çalışarsınız.

14. Hər gün axşam mümkün qədər gününüzü nəzərdən keçirin. «Nə etmək istəyirdim, nə qədərini etdim?» deyə sual verin özünüzə. Proqramınızın geridə qaldığı yerləri və geri qalma səbəblərinizi təsbit edin. Sabahısı gün üçün edəcəyiniz yeni siyahınızda bu günkü səhvləri etməməyə çalışın.

15. Telefonla danışmaq çox zaman alır. Mümkün olduqca danışııq müddətlərinizi qısaldın. Belə getsə, tezliklə beyninizdə şiş yaranacaq onsuz da! Danışıqları qısalda bilmirsinizsə, iş görərkən telefonunuzu səssizə qoyub, özünüzdən uzaqlaşdırın. Bir işi bitirdikdən sonra digər işinizə keçməzdən əvvəl kimlərin zəng etdiyinə baxın. Təcili olanlarına zəng edin. Uzun danışıb, vaxtınızı alacaq olanları işi bitirəndən sonraya saxlayın.

Unudulmaması lazım olan ən əhəmiyyətli məsələ: bir işdə özünüzü nizama salmaq istəyirsinizsə, həmin məsələdə özünüzü buna məcbur etməlisiniz. Yəni özümüzü məcbur etmədən, kefimizi pozmadan zamanı idarə etmək mümkün olmaz.

Məqaləni hazırladı: Fərhad Ələsgərov

Qızıldan qiymətli – VAXT (I-ci hissə)

VAXT– yeganə ölçü etalonudur ki, hətda insan ömürü və həyatı da bu etalonla ölçülür. Qızıldan da qiymətlidir, dəyərlidir! Lakin bizlər bunun dəyərini və qiymətini nə zaman anlayırıq? Onu itirdikdən sonramı, yoxsa işlərimizi, planlarımızı qurub lakin vaxt qıtlığı səbəbindən həyata keçirdə bilmədikdəmi? Bu sualdan çox sual çıxarmaq olar, amma çox az cavab tapmaq olar. Bu bloqla Sizə sualdan sual yox, sualdan cavab almağa çalışacıyıq.

Vaxtı idarə edilməsi – artıq bu bir elmdir. Bir çox insanın ən böyük problemi olan vaxtın idarə edilməsi və səmərəli istifadəsi indiki dövrümüzdə sanki ən aktual sahələrdən birinə çevrilib. Sanki insanlar nə qədər aktiv həyat tərzi yaşayırlarsa, bir o qədər vaxt qıtlığı və vaxtın idarə edilməsi problemi ilə daha tez-tez rastlaşırlar. Vaxtı necə idarə etməli? Planları necə qurmalı? İşləri vaxtında necə çatdırmalı? Bir işlə bərabər digər işi necə qurmalı və s. kimi suallara cavab tapmağa çalışacıyıq. Əlbətdəki bir bloqda yox…

İlk olaraq bu bloqumuzda vaxtın idarə edilməsi nədir? Bu suala cavab verəcəyik.

Vaxın idarə edilməsi- Sizə bədii dildə deyil, sadə dildə anlatmaq istəyirəm ki, vaxtın idarə edilməsi bir insanın planlı şəkildə gününü keçirməsidir. Düzdür razıyıq ki, insanlar vaxtlarını tam idarə etmir. Gün ərzində bizim vaxtımıza müdaxilə edən hadisələr və digər təsadüf saydığımız, lakin zərurətdən irəli gələn hadisələr bizim gündəlik planımızı alt-üst edə bilər. Lakin bizim vaxtımızın idarə etməmizin və idarə etmə planlarımızı qurarkən ehtiyat olaraq gözlədiyimiz, hətda gözləmədiyimiz hadisələri nəzərə almamağımız bütün planlarımızın alt-üst olmasına səbəb olur. Ona görə hər günün planı sanki xüsusi bir layihə kimi formlaşadırılmalıdır ki, bu qeyd etdiyimiz məsələrələr rastlaşdıqda bütün vaxtınızı itirməyəsiniz. Planları necə tərtib etməliyik bu növbəti bloqda…

İnsanların bəziləri vaxtın çoxluğundan, hətda onun getməsini o qədər gözləyirlər ki, və vaxtlarıni o qədər boş fəaliyyətsiz keçirilər ki, sonda depressiya və bu kimi psixoloji xəstəliklərə tutulurlar. Əslində vaxtının çox olduğunu ifadə edən insan vaxtını planlı idarə edilməsində və vaxtdan səmərəli istifadə etmək imkanlarından yararlanmama səbəbindən depressiyaya düşür. Depressiya isə vaxtın idarə etmə və səmərəli idarə etmə və bu kimi istəklərin məhvinə və insanın mənən zəifləməsinə gətirib çıxarır.

Təsəvvür edin vaxtı çox olan, yəni vaxtından səmərəli istifadə edə bilməyən insan vaxtını satır? O zaman bazarda Sizcə hansı dəyişiklik olar?))) sualı ilə bu mövzuda olan ilk bloqumuzu yekunlaşdırırq.

Vaxtın idarə edilməsi

Gün ərzində kifayət qədər vaxt olmadığı görünür. Ancaq hamımız eyni 24 saatı əldə etdiyinizə görə, niyə bəzi insanlar vaxtları ilə digərlərinə nisbətən bu qədər çox şey qazanırlar. Cavab vaxtın yaxşı idarə edilməsində olur. “Vaxtın idarə edilməsi”, vaxtınızı müəyyən fəaliyyətlər arasında necə bölüşdürməyin təşkili və planlaşdırılması prosesidir.Yaxşı vaxt idarəetmə, fərdin daha qısa müddət ərzində daha çox işləməsinə imkan verir, stresi azaldır və karyera uğurlarına səbəb olur.
Vaxtandan səmərəli istifadə bir sıra cəhətdən əhəmiyyətlidir. Vaxtın düzgün idarə
edilməsinin faydaları aşağıdakılardır.

• Məqsədlərinizə daha qısa zaman ərzində çatırsınız.
• Qərar qəbul etmə bacarığınızı inkişaf etdirir.
• Daha çox imkanlar və karyera yüksəlişi deməkdir
• Stresi azaldır
• Daha keyfiyyətli iş görürsünüz
• Effektivliyinizi və məhsuldarlığınızı artırır
• Özgüvəninizi artırır
• Sizi motivasiya edir və s.

Vaxtın idarə edilməsinin məqsədi daha çox iş görmək üçün vaxt tapmaq deyil, sabit və rahat templə çalışaraq doğru işin görülə bilməsidir.
Vaxtınızı idarə etməkdə çətinlik çəkirsinizsə buna səbəb olan amilləri müəyyən edin və aradan qaldırmaq üçün səy göstərin.
Vaxt çatışmazlığına səbəb olan amilləri iki qrupa bölmək olar
• Daxili səbəblər
• Xarici səbəblər

Xarici səbəblərə aşağıdakıları misal göstərmək olar:
• İcrası mümkün olmayan tapşırıqlar
• Lazımı resursların olmaması
• İş yerində işdən yayındıran səbəblərin olması
• Rəhbər tərəfindən motivasiyanın zəif olması və s.
Daxili səbəblər sizin özünüzlə bağlıdır. Məsələn:
• Tələskənlik
• Qərarsızlıq
• İşin planlaşdırılmaması
• Problemi görmək istəməmək
• Stresi aradan qaldırmaq qabiliyyətinin zəif olması
• Şəxsi nizam -intizamsızlıq

Vaxtınızı düzgün idarə etmək üçün aşağıda verilmiş məsləhətlərdən yararlana bilərsiniz.
1. Məqsədlərinizi müəyyən edin.
Zamanı doğru idarə edə bilmək üçün ilk öncə məqsədlərinizi müəyyənləşdirin. Məqsədlərinizi müəyyən edərkən əldə edilə bilən və dəqiq olmasına xüsusilə diqqət yetirin. Yaxşı olar ki qarşıya qoyduğunuz məqsəd bacarıqlarınıza və bugünki fəaliyyətinizə uyğun olsun. Yaxşı vaxt idarəçiliyi ilə məşğul olan şəxslər məqsəd və hədəflərə daha yaxşı nail ola bilirlər və bunu daha qısa müddətdə həyata keçirirlər.

2. Zamanınızı planlaşdırın
Zamanı düzgün idarə edə bilməməyin əsas səbəblərindən biri də görüləcək işlərə uyğun vaxt bölgüsünün düzgün aparılmamasıdır. Bu problemi aradan qaldırmaq üçün görüləcək işlərinizi planlaşdırın.
İş planı hazırlayarkən aşağıdakıları nəzərə alın:
• Nə qədər mümkün vaxtınızın olduğunu müəyyən edin
• Məqsədlərinizi sıralayın.
• Tapşırıqlara vaxt məhdudiyyəti qoyun
• Siyahınızı tərtib edərkən nəyə nail ola biləcəyinizə real baxın
• Gündəlik bir plan yaradın
• Görüləcəyiniz işlər siyahısına “görülən bir siyahı” əlavə edin
• Cədvəllərinizi həddən artıq yükləməyin
• Cədvəldə tapşırıqlar arasında fasilə verin
• Başa çatdıqca hər bir işi siyahınızdan kənarlaşdırın
• Planlaşdırmaya çox vaxt sərf etməyin.
• Dəfələrlə təxirə saldığınız işləri siyahıdan çıxarın
• Planınızı daim nəzarətdə saxlayın.

3. Məhsuldar olduğunuz saatları müəyyən edin
Planlaşdırma zamanı məhsuldar olduğumuz saatların müəyyən edilməsi də digər vacib bir məsələdir. Hər bizimizin daha məhsuldar işlədiyimiz zaman aralığı var ki, iş bölgüsündə bunun nəzərə alınması planlaşdırma prosesini daha effektiv edir.

4. Prioritetləşdirin
Prioritetlərin müəyyən edilməsi planlaşdırılan işlərin effektiv şəkildə idarə etməyə və hər bir məsələni vaciblik dərəcəsinə görə bölməyə kömək edir. Vacib məsələ vaxtında yerinə yetirilmədikdə ciddi problemlərə səbəb ola bilir.
5. Özünüzə və başqalarına həddindən artıq öhdəlik götürməyin.
Öhdəlikləriniz sizin görməli olduğunuz işlərdi. Öhdəlik az olduqda bizi işlədən və irəli aparan qüvvə kifayət qədər güclü olmur. Öhdəliyin daha çox olmağı isə bizi bir müddətdən sonra yora bilər. Odur ki, boynumuza götürəcəyimiz işlər reallığa uyğun olmalıdır. Komandanızın liderisinizsə öz komanda üzvlərinizin öhdəlik səviyyəsini fərdlərə uyğun bölüşdürün.

6. Vaxt “gəmiricilərindən uzaq olun.
Sosial şəbəkələrdən gərəkli olmadığı təqdirdə istifadə etməyin. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Mübahisələrə girməyin.

7. İstirahət üçün zaman ayırın
Davamlı iş prosesi sizi yorur və zaman keçdikcə effektiv işləməyinizə də maneə yaradır, həmçinin diqqətin cəmlənməsi çətinləşir və motivasiyanın azalmasına səbəb olur. Mütəmadi olaraq istirahət etməyiniz və iş planınız da da bunun üçün zaman ayırmağınız sizin üçün faydalı olacaq.

8. Sərf edilən vaxtın təhlilini aparın
Gündəlik olaraq qurduğunuz planlamaya nə dərəcədə əməl etdiyinizi müəyyən etməyiniz planlama prosesinin davamlı olması üçün vacibdir. Planlaşdırmaya əngəl törədən, sizi demotivasiya edən amilləri müəyyən etmək lazımdır.

Vaxtın idarə edilməsi prosesinə nəzarət etməklə siz görüləcək işlərinizi müəyyən sistemə salırsınız və stressiz, effektiv və keyfiyyətli iş görmüş olursunuz . Vaxtın uğurla idarə olunması həm şəxsi uğurun, həm də peşəkar uğurun açarıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.