Venesiya respublikası xvı əsrdə
Axar.az xəbər verir ki, bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Venesiya
Veneto vil. və Venesiya əyalətiniinzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr-16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829-832; 1073-95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.
Tarixi
Venesiya ərazisində Adriatik dənizinin şimal sahillərindəki laquna adalarında e.ə. 5 əsrdən ilk yaşayış məskənləri olmuşdur. 7 əsrin sonunda və ya 8 əsrin əvvəlində adalarda başda doj olmaqla respublika yarandı. Venesiya şəhəri 9 əsrin əvvəlində Rialto adalarında salınmışdır. 9-10 əsrlərdə Qərbi Avropa ilə Şərq arasındakı ticarətdə ən böyük vasitəci mərkəzə çevrildi. Venesiyada metal, ağac, xəz-dəri emalı, parça, şüşə istehsalı meydana gəldi, gəmiqayırma inkişaf etdi. 10 əsrin sonlarında yaxın Venesiya artıq müstəqil dövlət idi. Bu dövrdən başlayaraq Venesiya respublikası İstriyanın bir sıra şəhərlərini özünə birləşdirdi. Azərbaycanla Venesiyanın ticarət əlaqələri 11-12 əsrlərdən başlanır. Göndərdiyi səfirlərdən bəzisi (Alessandri, Zeno, Barbaro, Kontarini və b.) Azərbaycanda olmuşdur. 11-12 əsrlərdə Venesiya güclü donanması sayəsində Adriatik dənizində hegemonluğu ələ aldı. Səlib yürüşləri zamanı səlibçilərə kömək edən Venesiya Aralıq dənizi rayonunda imperiyaya çevrilərək Konstantinopolunbir hissəsini, Mərmərə dənizində və boğazlardakı bir sıra limanları, Evbeya, Krit adalarını və s. ələ keçirdi. 14-15 əsrlər Venesiyanın çiçəklənmə dövrüdür. 1380 ildə Venesiya Genuya donanmasını darmadağın edərək əsas rəqibini Aralıq dənizinin şimal hissəsindən sıxışdırıb çıxardı və Qərbi Avropanın Şərqlə ticarətinin xeyli hissəsini öz əlinə aldı. 14-16 əsrlərin əvvəllərində Venesiyanın ərazisi daha da genişləndi. Lakin türklərin Konstantinopolu tutması və coğrafi kəşflərlə əlaqədar ticarət yollarının Aralıq dənizindən Atlantik okeanına keçməsi Venesiya respublikasının qüdrətinə ağır zərbə vurdu. Venesiya-Türkiyə müharibələri (17-18 əsrlər) nəticəsində Venesiya Balkan yarımadasındakı və Aralıq dənizinin şimal rayonunda bütün ərazilərindən məhrum oldu. Venesiya mühüm ticarət dövləti kimi əhəmiyyətini itirdi, 17-18 əsrlərdə isə tamamilə tənəzzül etdi. 1797 il Kampoformio sülhünə görə Venesiya respublikasının bütün ərazisi Avstriyaya verildi. Sonradan 1805 il Presburq sülhünə əsasən İtaliya krallığına birləşdirildi. Vyana konqresi yenidən Venesiyanı Avstriyanın hökmranlığına verdi. 1848 ildə Venesiya yenidən respublika elan olundu, lakin 1849 ilin avqustunda Avstriya ordusunun zərbələri altında respublika süqut etdi. 1866 il Vyana sülhünə görə Venesiya İtaliya krallığının tərkibinə daxil edildi. Alman işğalı dövründə (1943-45) Venesiya Müqavimət hərəkatının mühüm mərkəzlərindən idi. 1945 il aprelin 28-də azad edilmişdir.
Karnavallar
Venesiyalılların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. Bu adət romalıların keçirtdikləri Saturinalilərdən qaynaqlanır. Həmin yığıncaq bərabərlik və tərəqqinin hökm sürəcəyi qızıl əsrin şərəfinə keçirilirdi. Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir sürfə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi. Lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. Onun haqqında ilk məlumat XI əsrə aiddir. Başqa bir rəvayətə görə isə bu daha əvvələ, gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə, yəni 998-ci ilə gedib çıxır. Venesiya karnavalları öz çiçəklənmə dövrünə XVIII əsrdə çatdılar. Düzdür 200 il unudulsa da yenidən 1980-ci ildə dirçəliş dövrü başlandı. Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir.
İlham Əliyev: “Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulub”
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə keçirilən rəsmi qəbulda bildirib.
Prezident İtaliya ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından danışıb:
“İkitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. Bu işdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Mən İtaliyaya etdiyim səfərləri və Sizinlə görüşümüzü məmnunluqla xatırlayıram. 2014-cü ildə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır.
İqtisadi sahədə əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi və Azərbaycandan İtaliyaya ixracın həcmi artmışdır. Uzun illərdir ki, energetika sahəsində əlaqələr mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir.
Ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələr mövcuddur. Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulmuş, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparmışlar. Qeyd etməliyəm ki, 1972-ci ildə Bakı ilə Neapol qardaşlaşmış şəhərlər olmuşdur.
Mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır. 2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir.
Azərbaycan “Milan Ekspo”da 2015-ci ildə fəal iştirak etmiş və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir.
Heydər Əliyev Mərkəzinin İtaliyanın Ufisi Qalereyası ilə birgə təşkil etdiyi sərginin açılışı nəzərdə tutulur. Bu sərgidə Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətainin və Şah Təhmasibin Ufisi Qalereyasında saxlanılan portretləri nümayiş etdiriləcək. Mən bu münasibətlə İtaliya tərəfinə öz minnətdarlığımı bildirmək istəyirəm”.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Prezidentdən tarix xatırlatması: Ağqoyunlu ilə Venesiya.
Axar.az xəbər verir ki, bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”, – İlham Əliyev bildirib.
Prezident səfər çərçivəsində 20-dən çox sənədin imzalanmasının nəzərdə tutulduğunu bildirib:
“Onların sırasında Azərbaycan və İtaliya arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.