Cari Gəlir Vergisini Necə Hesablamaq Olar
Bəs cari vergi ödəməsi necə hesablanır?
Cari vergi ödəmələri haqqında arayış necə təqdim olunur?
Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə ödəyirlər, hər ödəmənin məbləği isə əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, cari vergi ödəmələrinin hesablanması haqqında arayış gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən hər rübün sonunda növbəti ayın 15-dək təqdim edilir.
Elektron kabineti olan vergiödəyiciləri cari vergi ödəmələrinin hesablanması haqqında arayış formasını onlayn kargüzarlıq bölməsindən yeni müraciət yaradaraq, “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış”ı seçərək onlayn şəkildə doldura bilərlər. Elektron kabineti olmayan vergiödəyiciləri bu məlumatı müəyyən edilmiş müddət ərzində kağız daşıyıcıda “əldən-ələ” qaydasında vergiödəyicilərinə xidmət mərkəzlərindən təqdim edə bilərlər.
Cari vergi arayışlarının elektron qaydada təqdim edilməsi üçün gücləndirilmiş “ASAN imza” tələb olunmur. Sözügedən arayışın formasında 151.1 metodunu seçmək nəzərdə tutulmayıb. Müəssisə heç bir arayış və məlumat verməsə də, bu metodu seçmiş hesab edilir. Müəssisənin gəlir və xərclərinin kassa və ya hesablaması metodundan asılı olmayaraq, cari vergilərin hesablanmasının mövcud 3 metodundan hər biri seçilə bilər.
Eyni zamanda, sadələşdirilmiş vergiödəyiciləri tərəfindən cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edilməsi nəzərdə tutulmayıb. Cari vergi ödəmələrinin hesablanması haqqında arayışı təqdim etməyə görə qanunvericiliklə hər hansısa cərimə və ya maliyyə sanksiyası yoxdur.
Milli.Az
Cari Gəlir Vergisini Necə Hesablamaq Olar
Sənətə görə. Rusiya Federasiyası Vergi Məcəlləsinin 246-cı maddəsi, istisnasız olaraq bütün hüquqi şəxslər fəaliyyətlərindən gəlir əldə edirlər, gəlir vergisi ödəyiciləridir. Buna görə, hər bir təşkilatın dəyəri düzgün hesablaması vacibdir, bu da vergi orqanları ilə fikir ayrılıqlarının qarşısını alacaqdır. Cari gəlir vergisini necə hesablamaq olar
Təlimat
Addım 1
Verginin hesablanması üçün vergi bazasını müəyyənləşdirin. Unutmayın ki, bu müddət müəssisənin gəlirlərinə aiddir. Mənfi bir nəticə əldə edildikdə (yəni bir zərər), bu vəziyyətdə bu göstərici sıfıra bərabər olacaqdır. Vergi bazası, satılan mallardan, göstərilən xidmətlərdən və görülən işlərdən əldə olunan gəlirlər xərclər çıxılmaqla müəyyən edilir. Təxminən ümumi gəlir (gəlir) ilə paylama xərcləri (məsrəflər) arasındakı fərq vergi bazasıdır. Göstərici aşağıdakılardan əldə edilən gəlirə əsasən hesablanır: • Üçüncü tərəf təşkilatların fəaliyyətində kapital iştirakçılığı; • Qiymətli kağızlarla əməliyyatlar; Sadə ortaqlığın fəaliyyəti; • Güvən əmlakının idarə edilməsi; • İddia hüququnun verilməsi; • Əmlakın təşkilatın nizamnamə kapitalına keçirilməsi; • Xidmət obyektlərindən istifadə edilən fəaliyyətlər.
Addım 2
Nəticəni bu gün 20% təşkil edən cari gəlir vergisi dərəcəsi ilə vurun (imtiyazlı vergi ödəyiciləri kateqoriyası üçün endirilə bilər). Burada aşağıdakı formulu istifadə etməlisiniz: Pr = VD * N / 100, burada Pr – mənfəət; VD – ümumi gəlir (gəlir); H – vergi dərəcəsi, yəni. % 20. Məsələn, şirkətin cari vergi dövrü üçün gəlir göstəricisi 1.740 min rubl təşkil etmişdir. Bu vəziyyətdə, ödəniləcək vergi məbləği 348 min rubla bərabər olacaqdır. (1 740 * 20/100).
Addım 3
Gəlir vergisinin ödənilmə tezliyi 1 təqvim ilidir, rüb, yarım il və 9 ay hesabat dövrlərinə bərabərdir. Aylıq əvvəlcədən ödəniş tətbiq edən ödəyicilər hər ayın sonunda hesablar hazırlamalıdırlar. Cari gəlir vergisi hesablanarkən, məsələn, son altı ay ərzində yalnız bu dövrdə əldə edilmiş gəlir nəzərə alınır.
Addım 4
Edilən hesablamalara əsasən, vergi bəyannaməsini doldurun və aşağıdakı müddətlərə uyğun olaraq vergi ödəyin: • 28 Mart daxil olmaqla (ilin sonunda vergi); • Növbəti vergi dövrü bitdikdən sonra 28 gün ərzində (aylıq) hesabat dövrünün nəticələrinə əsasən avans və avans ödənişləri) …
Vergi cari hesabını necə tələb etmək olar
Növbəti ildən mənfəət və gəlir vergisi ödəyicisi olacaq şəxslərin cari vergi ödəməsinin hesablanması qaydası dəyişəcək.
FED.az xəbər verir ki, Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş dəyişiklikdən sonra növbəti vergi ilində bir çox vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada aşağıdakı meyarlara əsasən, sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar.
Sadələşmiş vergi ödəyicisi hüququnu itirənlər
1. İstehsal fəaliyyəti ilə məşğul olub 10-dan çox işçisi olan hüquqi və fiziki şəxslər;
2. Sahibkarlara xidmət göstərən hüquqi və fiziki şəxslər;
3. Sahibkarlara mal satan hüquqi və fiziki şəxslər;
4. Bina tikintisi istisna olmaqla, lisenziya tələb edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər;
5. Xəz-dəri və zərgərlik məmulatlarının satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər.
Cari vergi ödəməsi nədir?
Vergi üzrə tanınmış ekspert Emin Səttarovun Oxu.Az-a verdiyi açıqlamaya əsasən, yuxarıda qeyd olunan meyarlara əsasən, 01.01.2019-ci il tarixindən hüquqi şəxslər mənfəət, fiziki şəxslər isə gəlir vergisi ödəyicisi olacaqlar.
Həmin şəxslər mənfəət və gəlir vergisi bəyannaməsini və vergi məbləğini Vergi Məcəlləsinin 149-cu maddəsinə əsasən, 2019-cu il bitdikdən sonra növbəti ilin (2020-ci ilin) mart ayının 31-nə kimi ödəməlidirlər. Bu vergilərinin ödənməsi maksimum 15 aya olduğundan Vergi Məcəlləsinin 151-ci maddəsi ödəyicidən həmin ödənilməli olan məbləği avans olaraq ödəməyi tələb edir. Bu əməliyyatın adı Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməsi adlanır.
Bəs cari vergi ödəməsi necə hesablanır?
Təsəvvür edin ki, “A” MMC-nin I rüb ərzində, yəni yanvar, fevral və mart ayları ərzində ümumilikdə 10 000.00 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 8 000 manat gəlirdən çıxılan xərc çəkib. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi məbləğinin hesablanması qaydası belə olacaq:
I rüb üzrə cari vergi ödəməsinin hesablanması
1. 10000-8000=2000 (mənfəət)
2. 2000*20%=400 (mənfəət vergisi)
3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi)
Vergi Məcəlləsi cari vergi ödəməsini minimum 75 faiz həcmində ödənilməsini tələb edir. Ödəyici istəsə, 300 manat əvəzinə 400 manat mənfəət vergisini tam ödəyə bilər.
“ARTAN YEKUNLA” ifadəsini nəzərə alın
Tutaq ki, “A” MMC-nin II rüb ərzində ümumilikdə 15 000.00 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 7000 manat xərc çəkib. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi məbləğinin hesablanması zamanı Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə xüsusi diqqət edilməlidir.
Aşağıdakı maddədə ARTAN YEKUN ifadəsi qeyd olunub. Yəni ödəyici hər rüb üzrə gəlir və xərclərini toplamaqla cari vergi hesablanması barədə arayışı təqdim etdikdən sonra vergi orqanı əvvəlki rübdə hesablanmış vergi məbləğini çıxaraq aradakı fərqi şəxsi vərəqəyə qeyd edir.
“151.5.1. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə ARTAN YEKUNLA bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır”.
II rüb üzrə cari vergi ödəməsinin hesablanması belə olacaq:
1. (10000+15000)-(8000+7000)=10000 (mənfəət)
2. 10000*20%=2000 (mənfəət vergisi)
3. 2000*75%=1500 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi). Vergi ödəyicisi 1500 bəyan etməsinə baxmayaraq, vergi orqanı 1500-300=1200 manatı şəxsi vərəqədə əks etdirəcək.
“Yenidən haqq-hesab olunacaq”
Bundan başqa, vergi ödəyicisinin işçi sayı 10 nəfər və dövriyyəsi 200 000.00 manatı keçmirsə, mikrosahibkarlıq subyekti hesab olunur. Vergi ödəyicisi cari vergi hesablayan zaman artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200 000.00 manatı keçmirsə, cari vergi məbləğinə 75% azadolma tətbiq edə bilər.
102.1.30. mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
106.1.20. mikrosahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
I rüb üzrə cari vergi ödəməsinin hesablanması
1. 10000-8000=2000 (mənfəət)
2. 2000*20%=400 (mənfəət vergisi)
3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi)
4. 300-300*75%=75 manat (Cari vergi məbləğinə VM-nin 102.1.30 və 106.1.20 maddələrin tətbiqi)
E.Səttarov hesab edir ki, mənfəət və gəlir vergisinin ödəyicisi cari verginin hesablanması haqqında arayışı təqdim edən zaman dövriyyəsi artan yekunla 200 000.00 manatı keçmirsə, həmin şəxslərə mikrosahibkarlıq subyekti olduğundan nəzərdə tutulan azadolma tətbiq olunacaq. Qanunun tələbindən irəli gələn hüququn tətbiqi üçün arayış formasına da vergi orqanı tərəfindən müvafiq düzəliş edilməli olacaq.
Növbəti rüblərdə dövriyyə 200 000.00 manatı keçərsə, azad olma tətbiq olunmayacaq. İl bitdikdən sonra gəlir və ya mənfəət vergisi bəyannaməsi təqdim edilməklə vergi məbləği yenidən haqq-hesab olunacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.