Press "Enter" to skip to content

Vergi Məcəlləsi

6. Topaq vergisi: Torpağın yerləşməsindən və təyinatından asılı olaraq müftəlif vergi dərəcələri tətbiq olunur. Məsələn, Bakı şəhərində yerləşən sənaye torpaqları 10.000 kv m-dək olan ərazinin hər kv.m-i üçün 10 manat məbləğində, bundan yuxarı olan ərazinin isə hər kv. m-i üçün 20 manat tətbiq edilir. Torpaq vergisi illik olaraq ödənilir.

Vergi və mühasibatlıq xidmətləri

Peşəkar vergi məsləhətləri və vergi mübahisələrinin həlli, mühasibatlıq xidmətləri və insan resursları üzrə xidmətləri bir pəncərə şəklində vahid məkanda təqdim edirik.

Vergi xidmətləri və Mühasibatlıq

Azərbaycanda son vergi qanunvericiliyi islahatları nağdsız hesablaşmaların və şəffaflığın təşviqi ilə xarakterizə olunur. Bu gün bizneslər daha yaxşı vergi planlaması və təşkilini axtarırlar ki, hazırki dəyişikliklərə uyğunlaşa bilsinlər. Xüsusilə, bir çox sahibkarlar mümkün vergi güzəştlərindən və azadolmalarından kifayət qədər məlumatlı deyillər. Biz müştərinin vergi və gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini, habelə vergi və gömrük qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmasını təmin edirik.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Azərbaycan Vergi Məcəlləsi məcəllələşdirilmiş qanun olaraq, vergitutma və vergi inzibatçılığı məsələləri ilə bağlı məsələləri əhatə edir. Vergi Məcəlləsi vergi məsələləri üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş vergiqoymaya aid məsələr üzrə üstünlüyə malikdir.

Vergi Məccəlləsinə əsasən aşağıdakı dövlət vergiləri müəyyən edilmişdir:

1. Mənfəət vergisi: ümumi qayda olaraq 20% müəyyən edilmişdir, mikro biznes üçün güzəştlər olduğundan 5% hesablanır. Qeyri-rezidentə olan ödənişlərdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur.

2. Gəlir vergisi: 14%-25%

3. Əlavə Dəyər vergisi: 18%, bəzi işlər və xidmətlər 0% dərəcə ilə bu vergiyə cəlb olunur;

4. Aksiz vergisi Azərbaycanda istehsal olunan və ya idxal olunan bəzi mallara tətbiq edilir. Bu verginin dərəcəsi dəyişəndir, belə ki, spirtli içkilər hər litri üçün 2 manat məbləğində, 1000 ədəd siqaret üçün 20 manat məbləğində aksiz vergisi tətbiq olunur.

5. Hüquqi şəxslərin Əmlak vergisi: Əmlak dəyərinin illik 1% məbləğində tətbiq olunur;

6. Topaq vergisi: Torpağın yerləşməsindən və təyinatından asılı olaraq müftəlif vergi dərəcələri tətbiq olunur. Məsələn, Bakı şəhərində yerləşən sənaye torpaqları 10.000 kv m-dək olan ərazinin hər kv.m-i üçün 10 manat məbləğində, bundan yuxarı olan ərazinin isə hər kv. m-i üçün 20 manat tətbiq edilir. Torpaq vergisi illik olaraq ödənilir.

7. Yol vergisi: Bu vergiyə Azərbaycana daxil olan və ya xaric olan avtomobillər cəlb edilir, həmçinin istehsal olunan benzin, dizel, maye qaz da bu vergiyə cəlb olunur.

8. Mədən vergisi: mədən işləri ilə bağlı müxtəlif dərəcələrdə tətbiq olunur, məsələn neft üzrə 26%, qaz isə 20% dərəcə ilə tətbiq edilir.

9. Sadələşdirilmiş vergi: Bu vergi illik dövriyəsi 200 000 manatdan aşağı olan ƏDV qeydiyyatında olmayan kiçik həcmli bizneslərə 2% dərəcə ilə tətbiq edilir, ictimai iaşə fəaliyyəti göstərən illik dövriyyəsi 200 000 -dən çox olan şirkətlərə, eləcə də tikinti sahəsində, nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərə 8% dərəcəsi ilə idövriyyədən tətbiq edilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər aşağıdakı cəhətdən spesifikdirlər:

– Sahibkarlıq fəaliyyəti üçün, xüsusi ilə kiçik bizneslər üçün vergi güzəştləri müəyyən edilmir;

– Bəzi vergi dərəcələrinin aşağı salınmış;

– Qeyri-neft sektorunda işçilərin gəlirlərinə tətbiq olunan vergilərin ləğv edilmiş və ya azaldılmış;

– Vergi prosedurları və vergi auditləri üçün müəyyən aşkarlıq və aydınlaşdırılmalar aparılmışdır.

1 Yanvar 2019-cu iil tarixindən qüvvədə olan Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz. 1 Yanvar 2020-ci ildən qüvvəyə minən vergi qanunvericiliyi tənzimləməsi (Vergi Məcəlləsinə dəyişiklərin əsas xülasəsi) ilə tanış olmaq üçün məqaləmizi buradan oxuya bilərsiniz.

Azərbaycanda vergi xidmətləri

Biz Şirkət olaraq, təmin edirik ki, sahibkarlar vergi və gömrük tənzimləmələrinə uyğun fəaliyyət göstərisinlər, vergi və gömrük sahəsində olan güzəştlərdən faydalansınlar. Azərbaycanda idxan və ixrac əməliyyatları ciddi şəkildə Gömrük Məcəlləsi ilə tənzimlənir və sahibkarların sadəcə vergi və gömrük sahəsində hüquqi məsləhətlər deyil, praktiki məsləhətlərin də alınmasına ehtiyac yaranır.

CLC-nin vergi hüquqsünasları və ekspertləri Azərbaycanda beynəlxalq vergitutma (ikiqat vergiqoyma, transfer qiymətləri) və vergi xidmətləri göstərirlər. Mühasiblər və vergi məsləhətçilərinin də dəstəyi ilə, komandamız istər beynəlxalq biznes münasibətlərində iştirak edən yerli sahibkarlara, istərsə də Bakıda fəaliyyət göstərən müxtəlif ölkələrdə fəaliyyəti olan bizneslərə tam vergi və mühasibatlıq xidmətləri göstərir.

Mühasibatlıq xidmətləri və insan resursları üzrə xidmətlər:

Müştərilərimiz əsasən beynəlxalq korporasiyaların yerli bölmələri olub, Bakıda mühasibatlıq xidmətlərini tam “outsource” şəklində bizə həvalə edən əcnəbi şirkətləri və yerli hüquqi şəxslərdir. Bir sıra hallarda, müştərimiz tərəfindən mühasibatlıq daxili resursları ilə aparılır, bizim mütəxəssislər isə təsdiq və yoxlama ilə vergi bəyannamələri təqdim edilir. Digər format isə mühasibatlığın və vergi uçotunun qurulması, habelə ayrı-ayrı məqamların yoxlanılması və spesifik məsləhətlərin verilməsidir. Ümumi olaraq xidmətlərimizə daxildir:

– Xüsusi proqramlar vasitəsi ilə və maliyyə hesabatları tələblərinə uyğun olaraq, tam mühasibatlıq xidmətlərinin göstərilməsi;

– Əmək haqqı hesablanması, işəgötürmə, əmək haqqıların ödənilməsi, işçilərin qeydiyyatı;

– əmək müqavilələri, işçilərin qeydiyyatı, əmək müqavilələrinin ləğv edilməsi, kardlarla bağlı sənədləşmələr kimi (xəstəlik məzuniyyəti, növbəti məzuniyyətlər, ezamiyyət xərcləri, və digər əlaqəli sənədlər) insan resursları xidmətləri;

– vergi, DSMF, statistik hesabatların verilməsi və əməliyyatlar üzrə qeydlərin aparılması;

– müştərilərin banklar qarşısında təmsil edilməsi, bankla müştəri arasında əlaqələndirici şəxsin təyin edilməsi, banklarla bağlı anlaşılmazlıqların həlli;

– digər mühasibatlıq və vergi uçotuna, əmək haqlarının hesablanmasına dair xidmətlər.

Mühasibat xidmətlərinin təşkili zamanı üstünlük veririk:

– Qanunvericiliyə tam əməl etmə;

-Mühasibat uçotuna və beynəlxalq mühasibatlıq standartlarına əməl etmə;

-Mühasibatlıq xidmətlərinin şirkətin maraqları baxımından optimal təşkili;

-Mühasibat uçotunun qurulmasında vergi məsləhətlərindən faydalanma (xərclərin optimallaşdırılması)

-Şirkət daxilində şəffaf mühasibatlıq və maliyyə sisteminin qurulması.

Vergi məsləhətçiləri tərəfindən Azərbaycanda peşəkar vergi məsləhətləri

Vergilər Nazirliyində Vergi Qanunvericiliyinin Təkmilləşdirilməsi sahəsində aparıcı praktiki təcrübəyə malik olan kollektivimiz vergitutma məsələlərində geniş təcrübəyə malikdir. İkiqat vergitutma və transfer qiymətləri qaydaları da daxil olmaqla geniş beynəlxalq vergi tətbiqetmə təcrübəmiz vardır. Beynəlxalq Vəkillər Assosiasiyası tərəfindən Azərbaycandan vergi sahəsində Vergi Reportyoru olaraq təyin edilmiş heyətimizlə, müştərilərimizə daim vergi yeniliklərini təqdim edir və ən qabaqcıl beynəlxalq təcrübələri nəzərə alaraq, qanunvericiliyə dəyişikliklər təklif edirik.

Biz aşağıdakı vergi xidmətlərini təqdim edirik:

– vergi məsləhətləri və planlaması;

– vergilərin planlanması, restruktizasiyası və optimallaşdırılması (artıq vergi xərclərinin aradan qaldırılması);

– İqtisadi və yurisdiksiya üzrə ikiqat vergitutmanın qarşısının da alınması, ikiqat vergiqoyma məsələləri üzrə müqavilələrindən irəli gələn məsələlər üzrə ödənilmiş vergilərin geri qaytarıılması da daxil olmaqla İkili vergitutma məsələlərində vergi məsləhətləri;

– Azərbaycanda ödəmə mənbəyində tutulan vergilər ilə bağlı məsləhətləşmələr;

– Rezident və qeyri-rezidentlər üçün ƏDV məsləhətləri;

– Azərbaycanda olan beynəlxalq şirkətlər, eləcə də digər dövlətlərdə biznes təsisləri olan yerli şirkətlərə transfer qiymətləri ilə məsləhətlərin verilməsi;

– Dövlət və yerli orqanlarla danışıqlar yolu ilə vergi və digər güzəştlərin əldə edilməsi;

– Vergi məsələləri və biznes əməliyyatları üzrə yaranacaq vergi öhdəlikləri və tənzimləmələri barədə hüquqi rəylərin verilməsi;

– Şirkətin vergi uyğunluğunun auditinin həyata keçirilməsi və məsləhətlər;

– Çoxtərəfli və müxtəlif ölkələrdə əməliyyatları nəzərdə tutan, mücərrəd biznes əməliyyatları və vergi məsələləri üzrə vergi-hüquq həllərinin verilməsi.

Caspian Legal Center geniş-çeşidli hüquq və vergi xidmətləri göstərən və Bakıda yerləşən konsaltinq şirkətidir. Əsasən transmilli şirkətlərə tam hüquq, vergi və əlaqədar mühasibatlıq xidmətləri göstərən CLC Legal 500, IFLR 1000, World Tax 2020, Lawyers Global və Global IP Lawyers tərəfindən Azərbaycanda aparıcı şirkət kimi qiymətləndirilmişdir. Xidmətlərimiz bütün Azərbaycan ərazisini, habelə beynəlxalq əməliyyatları və beynəlxalq vergi məsələlərini də əhatə edir.

  • 15 Nobel Avenue, Azure Business Center,, 15th floor, office 98,, Bakı 1025, Azerbaijan
  • (+994 50) 289 89 73
  • (+994 55) 260 49 40
  • (+994 12) 480 14 86
  • [email protected]

Vergi Məcəlləsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsi – tam mətnlə elektron formatda.
Proqramdan istifadə tam ödənişsizdir.
Reklamlar mövcuddur.
Bütün vətəndaşlarımızın bu proqramdan faydalanmaları üçün proqram barədə öz çevrənizi məlumatlandırmanız tövsiyyə olunur.

Vergi Məcəlləsi 4 APK for Android 4.1+

Version 4 for Android 4.1+
Update on 2020-08-22
Installs 1.000++
File size 3.330.226 bytes
Permissions view permissions
What’s new Yeniləndi: 15.08.2020

Versions history:

  • 1. LATEST. Vergi Məcəlləsi 4 APK (2020-08-22, 3 MB)
  • 2. Vergi Məcəlləsi 3 APK (2020-07-04, 3 MB)
  • 3. Vergi Məcəlləsi 2.0 APK (2020-06-29, 3 MB)
  • 4. Vergi Məcəlləsi 1.0 APK (2015-06-12, 4 MB)

Azərbaycan Respublikası Vergi Məcəlləsi

Mühasibat uçotu mütəxəssislərinin tez-tez müraciət etdikləri Vergi Məcəlləsi nədir? Strukturu necədir? Nə üçün istifadə olunur? Aşağıda bu suallara cavab verməyə çalışacağıq.

Vergi qanunvericiliyinin sistemləşdirilməsi

Azərbaycan Respublikasında vergilər üzrə əsas normativ hüquqi akt Vergi Məcəlləsidir. 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən bu akt Azərbaycanda vergi hüququnun əsas məcəllələşdirilmiş mənbəyidir.

Vergi qanunvericiliyinin məcəllələşdirilməsi (sistemləşdirilməsi, kodlaşdırılması) əvvəllər vergilərin hesablanması və tutulması prosedurunu tənzimləyən çox saylı sənədləri ləğv etməyə imkan verdi. Nəticədə bu sahə ödəyicilər üçün daha anlaşılan oldu, icbari ödənişlərin ödənilməsi prosesini optimallaşdırmaq, onlara nəzarətin keyfiyyətini yüksəltmək imkanı yarandı.

Müəyyən dövrlərdə Məcəlləyə bir-sıra düzəlişlər, dəyişikliklər edilib. Hələlik sonuncu sayılan əlavə və dəyişikliklər Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli Qanunu ilə təsdiq olunub.

  • ümumi hissə;
  • xüsusi hissə.

Yeddi fəsildən (1-94-cü maddələr) ibarət birinci hissədə vergitutmanın ümumi prinsipləri təsvir olunur. Məsələn, hansı vergi növləri var, onları kim ödəməlidir, ödənilməsə nə olacaq. Məcəllənin ikinci hissəsində vergilərin konkret növləri, onların hesablanması və ödənilməsi qaydaları şərh olunur. Xüsusi hissə on iki fəsildən ibarət olub 95-229-cu maddələri əhatə edir. Onun tam mətninə aşağıdakı linkdən keçmək olar.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin tam mətni

Yuxarıdakıları ümumiləşdirib “Vergi Məcəlləsi nədir?” sualını belə cavablandıra bilərik:

Vergi Məcəlləsi – vergilərin hesablanması və ödənilməsi qaydalarını tənzimləyən maddələr toplusudur. Məcəllə vergitutmanın əsas prinsiplərini müəyyən edir, vergilərin müəyyən edilməsi, tətbiqi, dəyişdirilməsi, ləğv edilməsi, hesablanması və ödənilməsi qaydalarını, habelə vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Vergi məcəlləsi bizə necə kömək edə bilər

Biz Vergi Məcəlləsində vergilər haqqında bizi maraqlandıran suallara cavab tapa bilərik. Məsələn, əməkhaqqından tutulacaq vergi məbləğini bilmək üçün Məcəllənin 101-ci maddəsinə müraciət etmək olar. Gəlir vergisindən azadolmalar və güzəştlər VM-in 102-ci maddəsində şərh olunub.

Yaxud belə hala baxaq. Siz öz biznesinizi qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsiniz. Bunun üçün vergi uçotu məsələlərini həll etmək lazımdır. Vergi ödəyicilərinin uçotu qaydaları Məcəllənin ümumi hissəsində, daha dəqiq desək IV fəslin 33-cü maddəsi ilə tənzimlənir. Vergi ödəyiciləri vəzifə və hüquqları haqqında bilgiləri də ümumi hissədən öyrənə bilərlər.

Əgər sizi konkret vergi növü maraqlandırsa xüsusi hissəyə müraciət etmək olar. Məsələn, əmlak vergisi haqqında xüsusi hissədə, XIII fəsildə məlumat verilib. Burada əmlakın növünə, yerləşdiyi yerə görə ödəməli olduğunuz verginin dərəcələri haqqında məlumat ala bilərsiniz.

Bəs əməliyyatların Vergi Məcəlləsinə uyğunluğunu kim yoxlayır?

Bunu Dövlət Vergi Xidməti (DVX) həyata keçirir. Sahibkarlıq subyektləri hər bir vergi dövrü üçün vergi bəyannaməsi təqdim edir. Vergi dövrü vergitutma sistemindən asılıdır, məsələn, sadələşdirilmiş vergi sistemi üçün ildə bir dəfə bəyannamə verilir.

Bəyannamə əsasında vergi işçisi kameral yoxlama aparır – sənədlərin doldurulması, vergilərin hesablanması düzgünlüyünü yoxlayır. Müəssisə vergi məcəlləsinin müddəalarını pozmaqda şübhəli bilinirsə, yerində yoxlama təyin oluna bilər.

Vergi məcəlləsinin pozulmasına görə şirkət cərimələnə bilər. Bəzən direktor yaxud baş mühasib məsuliyyətə cəlb olunur, məsələn, vergi məbləğinin bilərəkdən azaldılmasına görə. Müəyyən pozuntular cinayət cəzası ilə nəticələnə bilər.

Vergi Məcəlləsi haqqında nəyi yadda saxlamalı

  • Vergi Məcəlləsi Azərbaycanda vergi sistemini müəyyən edən qanundur.
  • AR VM-in birinci hissəsi Azərbaycan vergi qanunvericiliyinin ümumi anlayışlarını və müddəalarını təsvir edir.
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinin ikinci hissəsi konkret vergi növlərini anlamağa kömək edir.
  • Məcəlləyə əməl olunmasına DVX nəzarət edir, vergi qanunvericiliyi pozulsa azadlıdan məhrum edilməyə qədər cəza verilə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.