Press "Enter" to skip to content

Vergi nədir və vergilərin mahiyyəti

Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcələri, qanunu həyata keçirməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik, və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir social müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar. Dövlətin vergi sistemi çox hallarda onun və\və ya hökümətdə olanların ictimai dəyərləri əks etdirir. Vergi sistemi yaratmaq üçün dövlət qərar verməlidir ki, vergi ağırlığı necə bölüşdürülməlidir: kim nə qədər ödəyəcək, və qazanılan vəsaitlər nəyə sərf olunacaq. Demokratik ölkələrdə ictimaiyyət vergi sistemini idarə edənləri seçir. Vergilərdən əldə edilən vəsait həmişə dövlət tərəfindən istifadəyə gedə bilər məbləğdən çox olmalıdır. Bu fərq “riayət qiyməti” adlanır və, misal üçün, əmək haqqını və vergi qanunlarını həyata keçirməyin digər xərclərini əhatə edir.

VERGİLƏR

Əlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. Əlavə dəyər adətən ticarətdə malların alışı ilə satışı, istehsalatda malların maya dəyəri ilə satış dəyəri arasında yaranır. Lakin bu, ƏDV-nin yalnız qeyd olunan hallarda hesablanmasına dəlalət etmir.

ƏDV-nin mahiyyətini izah edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Vergi Məcəlləsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi qanunvericiliyinə görə, satış zamanı ƏDV-ni ancaq ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxslər ödəyirlər. Qeydiyyatdan keçməyən ödəyicilər isə alış zamanı ƏDV ödəsələr də, satış zamanı ƏDV ödəmirlər. Bu cür ödəyicilər alış zamanı ödədikləri ƏDV məbləğini əvəzləşdirmə hüququna malik olmasalar da, həmin məbləği mal və xidmətin dəyərinə əlavə edirlər. Buna misal olaraq Azərbaycandakı sadələşdirilmiş vergi və mənfəət (gəlir) vergisi ödəyicilərinin ödədikləri ƏDV-ni göstərmək olar.

İlk baxışdan ƏDV-ni ödəyən şəxsin satıcı olması görünsə də əməliyyat zamanı məlum olur ki, satıcı alıcı (istehlakçı) ilə dövlət arasında bir vasitəçi və ya ötürücü kimi çıxış edir. Əslində isə ƏDV-ni dövlət məhz istehlakçıdan, yəni son alıcıdan tutur.

Misal: “ABC” müəssisəsi satmaq üçün topdansatış məntəqəsindən 50 manat mal alaraq, həmin malı istehlakçıya 90 manata satır. ƏDV dərəcəsi 18 faiz olub. Burada dövlətə ödənilməli ƏDV məbləği belə hesablanır:

90-50=40 manat
40 x 18% = 7,20 manat.

Əlavə yaranan dəyər 40 manat olduğundan, vergi məbləği 7,20 manatdır.

Əslində isə satıcı alış zamanı 9,0 (50*18%) manat ƏDV ödəyib:

50 x 18% = 9 manat.

Eyni malı istehlakçıya satarkən 16,20 manat alıb:

90 x 18% = 16,20 manat.

Nəticədə, dövlətə ödənilməli ƏDV məbləği yenə də 7,20 manat təşkil edir:

Nümunədən də bir daha görmək olur ki, burada ƏDV satış və alış zamanı arada yaranan əlavə dəyərə (ticarət əlavəsinə) görə dövlətə ödənilməli olan vergi borcudur. Onu da qeyd edək ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi nədir və vergilərin mahiyyəti

VERGİ NƏDİR?
Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.

  • Vergi dövlət tərəfindən alınır.
  • Vergi, dövlət xərclərinin maliyyələşdirilməsidir.
  • Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır.
  • Vergi əvəzsiz ödəmədir.
  • Vergi məcburi ödəmədir.
  • Vergi iqtisadi bir dəyərdir.

Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcələri, qanunu həyata keçirməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik, və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir social müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar. Dövlətin vergi sistemi çox hallarda onun və\və ya hökümətdə olanların ictimai dəyərləri əks etdirir. Vergi sistemi yaratmaq üçün dövlət qərar verməlidir ki, vergi ağırlığı necə bölüşdürülməlidir: kim nə qədər ödəyəcək, və qazanılan vəsaitlər nəyə sərf olunacaq. Demokratik ölkələrdə ictimaiyyət vergi sistemini idarə edənləri seçir. Vergilərdən əldə edilən vəsait həmişə dövlət tərəfindən istifadəyə gedə bilər məbləğdən çox olmalıdır. Bu fərq “riayət qiyməti” adlanır və, misal üçün, əmək haqqını və vergi qanunlarını həyata keçirməyin digər xərclərini əhatə edir.

Vergi – birbaşa dövlətin və ya dövlətin səlahiyyət verdiyi rəsmi orqanların dövlət xərclərinin finansmanı üçün fiziki və hüquqi şəxslərdən aldığı məcburi ödəmələrdir.
Bəzən lüks və sağlığa zərərli görülən mallara dövlət yüksək vergi qoyaraq əlavə gəlir əldə etməklə yanaşı vətəndaşlarının zərərli istehlak vərdişlərini dəyişdirməyə çalışır.
Vergi bəzən də yaşıl vergi, ekologiya vergisi adı altında dövlətə gəlir gətirməklə bərabər ekologiyanı qoruma məqsədini də güdür.

Dolayı vergi – Vətəndaşların hər hansı bir məhsul aldıqda və ya xidmətdən istifadə etdikləri zaman əmələ gələn vergidir.Birbaşa yox dolayı yolla ödənilir.
Birbaşa vergi – Əldə edilən gəlirdən və ya maaşdan birbaşa ödənilən vergidir.
Subyektiv vergi – Şəxslərin şəxsi və ailəvi vəziyyətlərinə görə müəyyənləşdirilən vergidir.
Obyektiv vergi – Vergi borcunun müəyyənləşdirilməsində şəxslərin şəxsi və ailəvi vəziyyətlərinin nəzərə alınmadığı vergidir.
Gəlir üzərindən ödənilən vergi – Şəxslərin gəlirindən alınan vergidir.Gəlir artdıqca ödənilən vergi miqdarı da artır.
Sərvət üzərindən ödənilən vergi – Daşınan və Daşınmaz əmlaka görə ödənilən vergidir.
Xərclər üzərindən ödənilən vergi – Bir şəxsin gəlir və sərvətinin xərclədiyi qisimlərindən alınan vergidir.

Vergiləmə prinsipləri – bir vergi sistemində yer alan vergilərin seçimində və tətbiqində gözlənilməsi lazım olan prinsipləri ifadə edir.
Klassik prinsiplər – bu prinsiplər müasir dövrdə tam qaneedici təsir bağışlamır
Mali prinsiplər – 2 hissədə incələmək mümkündür
İqtisadi prinsiplər – vergilərin bu prinsiplərə sahib olması təsirli vergiləmənin şərtlərindəndir.
Klassik prinsiplər Adam Smith tərəfindən ortaya atılmış 4 əsas vergi prinsiplərindən ibarətdir:

1.Ədalət prinsipi
2.Müəyyənlik prinsipi
3.Uyğunluq prinsipi
4.İqtisadilik prinsipi

Ədalət prinsipi küylə içində olan və vergi ödəmə gücünə sahib hər kəsin, ödəmə gücü daxilində dövlət xərclərinin finansmanında iştirakının vacibliyini ifadə edir.Şəxslər heç bir fərq qoyulmadan ödəmə gücləri nisbətində vergi ödəməlidirlər.
Müəyyənlik prinsipi dedikdə hər kəsin ödəyəcəyi verginin növü və miqdarının əvvəlcədən müəyyən olunması nəzərdə tutulur.
Uyğunluq prinsipinə görə vergilər ödəyicilərdən ən uyğun zamanda və şərtlərdə alınmalıdır.Ödəyicilər vergi ödəmək adıyla çətin vəziyyətə salınmamalıdırlar.
İqtisadilik prinsipində isə ödəyicilərin ödəmiş olduqları vegi miqdarı ilə xəzinə daxil olan vergi miqdarı arasındakı fərqin mümkün olduğu qədər az olması nəzərdə tutulur.Bu 4 prinsip həm dövlət, həm də vətəndaşlar üçün faydalı prinsiplərdir.Ancaq müasir dövrdə bunların qəbul olmasına baxmayaraq yetərli olmadığı düşünülür.

Vergiləmənin ən önəmli məqsədi dövlət büdcəsi hesabına müəyyən edilmiş mal və xidmətlərin istehsalı üçün lazım olan finansman ehtiyacını qarşılamaqdır.Mali prinsiplər 2 başlıq altında analiz olunur:

1.Məhsuldarlıq prinsipi
2.Elastiklik prinsipi

Məhsuldarlıq prinsipi müəyyən bir zaman kəsiyində dövlət tərəfindən ediləcək xərclərin böyük bir qismini qarşılayacaq səviyyədə vergi gəliri əldə edilməsini ifadə edir.
Elastiklik prinsipi bir vergi ilə əldə olunan gəlirlərin müəyyən şərtlərə görə çoxalıb azalmasını ifadə edir.
Vergi hər şeydən öncə iqtisadi bir hadisədir.Bir ölkədə mövcud olan iqtisadi quruluşla vergi sistemi arasında çox yaxın bir əlaqə vardır.Vergi nətciə etibari ilə dövlətin milli gəlirdən aldığı paydır.Vergilərin iqtisadi prinsiplərini 2 şərt daxilində yazmaq olar:

1.Vergilərin bazarın işləyişi üzərində təsirləri
2.Vergilərin iqtisadi böyümə üzərində təsirləri

Sadələşdirilmiş Vergi Sisteminin Mahiyyəti Nədir

Video: Sadələşdirilmiş Vergi Sisteminin Mahiyyəti Nədir

Video: Vergilər üzrə video dərslər. 2-ci dərs: Sadələşdirilmiş vergi ödəyiciləri haqqında ümumi məlumat 2023, Mart

Sadələşdirilmiş vergi sisteminin mahiyyəti yalnız iki vergi obyektini, sabit vergi dərəcələrini, verginin hesablanmasının və ödənilməsinin sadəliyini müəyyən etməkdir. Eyni zamanda, təşkilatlar və sahibkarlar nadir istisnalarla digər vergi növlərindən azaddırlar. Sadələşdirilmiş vergi sisteminin mahiyyəti nədir Sadələşdirilmiş vergi sistemi ümumiyyətlə kiçik və orta həcmli fəaliyyət göstərən bir təşkilatın, bir sahibkarın xərclərinin əhəmiyyətli dərəcədə azalmasını nəzərdə tutur. Bu sistemə, şərtləri yerinə yetirildiyi təqdirdə, bir şirkətin və ya bir sahibkarın vergi orqanında qeydiyyatdan keçməsindən dərhal sonra, hər növbəti vergi dövründən (təqvim ili) əvvəl keçə bilərsiniz. Vergitutma obyekti hər kəs tərəfindən müstəqil olaraq seçilir, bu xüsusiyyətdə birinci variantda – əldə edilən gəlirdə, ikincidə – xərclərin həcmi azaldılmış gəlirdə hərəkət edə bilər. Müəyyən edilmiş vergi dərəcəsi birbaşa seçilmiş obyektdən asılıdır. Beləliklə, birinci halda göstərilən nisbət yüzdə altı, ikincidə yüzdə on beş olaraq təyin ediləcəkdir.

Sadələşdirilmiş vergi sistemindən sahibkarlar nədən azad olunur?

Sadələşdirilmiş vergi sistemi seçmiş təşkilatlar müəyyən üstünlüklərə malikdirlər, çünki təşkilatlar mənfəəti, əlavə dəyər və təşkilatların əmlakından vergi ödəmək öhdəliyindən azaddırlar. Belə bir sistemdən istifadə edən sahibkarlar fərdi gəlir vergisi, əlavə dəyər vergisi, fiziki şəxslərin əmlakını ödəməkdən də azaddırlar. Eyni zamanda, göstərilən sistem digər vergi növləri ödəmə, sahibkarlıq fəaliyyətinin aparılması, sənədləşmə işləri və hesabat vermə ilə bağlı digər öhdəliklərdən azad edilmir.

Sadələşdirilmiş vergi sistemindən necə istifadə etməyə başlayaq?

Sadələşdirilmiş vergi sisteminin tətbiqinə sahibkarlıq fəaliyyətinin başlanğıcından etibarən icazə verilir. Həm də bir təşkilat və ya sahibkar ümumi rejimdən sadələşdirilmiş vergi sisteminə keçə bilər. Birinci halda, qeydiyyatdan keçdikdən sonra otuz gün müddətində müəyyən edilmiş formada bildirişin vergi xidmətinə göndərilməsi (praktikada qeydiyyatdan keçdikdən sonra dərhal təqdim olunur), ikincisi, vergi işçilərini xəbərdar etməsi lazımdır. əvvəlki təqvim ilinin 31 dekabrından gec olmayaraq yazılı şəkildə. Eyni zamanda, sadələşdirilmiş vergi sistemini tətbiq edən təşkilatlar üçün hesabat dövründə altmış milyon rubldan çox olmamaq şərti ilə müəyyən edilmiş məhdudiyyətlərə riayət etmək vacibdir. Sadələşdirilmiş vergi sisteminin hərtərəfli tənzimlənməsi Rusiya Federasiyası Vergi Məcəlləsinin 26.2-ci maddəsi ilə təmin edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.