Press "Enter" to skip to content

Vergilər izahlı

Yanvar-fevral aylarında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,6 faiz artaraq 241 927,7 min manat təşkil edib.

Ezamiyyə ilə bağlı Vergilər Nazirliyindən izahlı məlumat

Sual. Xaricə ezamiyyə ilə bağlı sualımız var idi. Bizim şirkət MMC-dir. Şirkətin Direktoru ilə Müşahidə Şurasının sədri Qazaxıstanın paytaxtı Astana şəhərinə xidməti ezamiyyətə getmək istəyirlər. Qaydalara görə Astana şəhərinə 1 nəfər üçün 1 günlük norma 200 USD təşkil edir. Sizdən bununla bağlı aşağıdakı sualların cavablandırılmasına köməklik etməyinizi xahiş edirik:

Həmçinin bax: Ezamiyyət nədir və işçilərin ezamiyyət qaydaları.
  1. Müşahidə şurasının sədri şirkətin əmək müqaviləsi ilə işçisi deyilsə, vergi məqsədləri üçün gəlirdən çıxılmasına görə ona 1 günlük norma şamil edilə bilər? Əgər edilmirsə onun xərcini şirkət adından direktor ödəsə xalis mənfəətdən çıxıla bilər? Bunun üçün sənədlə necə rəsmiləşmə aparılmalıdır?
  2. AR Maliyyə Nazirliyinin 18.01.2012 tarixli Q-01 №-li qərarında yazılıb ki, nəqliyyat xərcləri təsdiqedici sənədlər əsasında ödənilir. Buradan belə çıxır ki, 1 günlük normanın digər xərcləri üçün işçidən sənəd tələb etməyə ehtiyac yoxdur?
  3. Qaydalarda yazılıb ki, xarici ezamiyyə xərclərinin 1 günlük normasının 40%-ni gündəlik yemək xərcləri təşkil edir. Məsələn, işçi 40 % deyil normanın 30%-ni və ya 50%-ni yeməyə xərcləsə, hər iki halda digər xərclər üçün bölgü necə olacaq?
  4. Təyyarə bileti normadan kənar ödənildiyinə görə vergi məqsədləri üçün gəlirdən çıxılması üçün bilet xərcinin ekonom və ya biznes klass olmasının fərqi var?
Həmçinin bax: Ezamiyyətdəki mehmanxana xərci necə rəsmiləşdirilməlidir?

Cavab: Bildiririk ki, Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “İşçilərin ezamiyyə Qaydaları”na əsasən ezamiyyə haqqı əmək müqaviləsinə əsasən işləyən muzdlu işçiyə ödənilir. Odur ki, müşahidə şurasının sədri hüquqi şəxsin işçisi sayılmadığından bu qaydalar və Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ona şamil edilmir. Bu halda hüquqi şəxs tərəfindən müşahidə şurasının sədrinin xərclərinin ödənilməsi sərbəst mənfəəti hesabına maliyyələşdirilə bilər. Eyni zamanda bildiririk ki, faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı, ezamiyyətə göndərilən işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda isə, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir. Ezamiyyə xərclərinin norması və verilməsi qaydası barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Həmçinin bax: Respublika ərazisi daxilində ezamiyyələr

Bax: Vergi Məcəlləsinin 98.3-cü və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

VERGİLƏR

Fevralda dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 18,2 faiz artaraq 119 995,1 min manat olub.

Yanvar-fevral aylarında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,6 faiz artaraq 241 927,7 min manat təşkil edib.

Yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 008 889,2 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.

Cari ilin 2 ayında Naxçıvan Muxtar Respublikasında quraşdırılmış yeni nəsil NKA-ların sayı 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib.

2023-cü ilin yanvar ayında əsas kapitala 1091,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib.

2023-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.

Azərbaycanın yeni vergilər naziri KİMDİR?

BAKU.WS xəbər verir ki, Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.

İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib.

2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub.

2009-cu ilin martından 2013-cü ilin aprelinədək “İçəri Şəhər” Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

2013-cü il aprelin 19-da isə təhsil naziri vəzifəsinə təyin olunub.

Ailəlidir, iki övladı var.

Comments are closed, but trackbacks and pingbacks are open.