Vergitutma formaları
İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrə eyniləşdirmə nömrələrinin verilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
VERGİLƏR
Vergi Məcəlləsinin 5.0-ci maddəsinə əsasən, vergi məbləğləri bilavasitə mənbədən (Maddə 5.0.1- verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (Maddə 5.0.2- verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) və bildiriş üzrə (Maddə 5.0.3- vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur.
Vergitutma formaları haqqında məlumat verən iqtisadçı ekspert Anar Bayramov vergitutma mənbəyinin vergilərin hesablanması və alınması qaydaları üçün çox əhəmiyyətli olduğunu deyib.
Bilavasitə mənbədən vergitutmaya misal olaraq, ödəmə mənbəyində tutulan vergiləri göstərmək olar. Məsələn, işçilərin əmək haqlarından tutulan gəlir vergisi. İşçi əmək haqqı gəlirini əldə edənə qədər vergilərin hesablanması və tutulması həyata keçirilir. Burada əməkhaqqını ödəyən şəxs vergi agenti rolunda çıxış edir. Eyni hal dividend və ya icarə haqqı gəlirləri əldə edən bəzi şəxslərə də aiddir ki, vergi ödəyən şəxs tərəfindən ödəmə mənbəyində verginin tutulması həyata keçirilir.
Bəyannamə üzrə vergitutmaya gəlincə isə, adından göründüyü kimi vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə vergilərin hesablanması nəzərdə tutulur.
Misal 1: Hüquqi şəxsin 2019-cu ilin yekunlarına aid təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən, mənfəəti 40.000 manat təşkil edib. Həmin bəyannamə göstəricisinə əsasən, vergi ödəyicisinin ödəməli olduğu mənfəət vergisi 8.000 manat (40.000 manat x 20 faiz) təşkil edəcək.
Misal 2: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin 2020-ci ilin 3-cü rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin göstəricilərinə əsasən, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə onun əldə edilmiş ümumi hasilatı 4.000 manat təşkil edib. Vergi bəyannaməsinə əsasən, vergi ödəyicisi 40 manat (4000 manat x 1 faiz) vergi ödəməlidir.
Bildiriş üzrə vergitutma formasına gəlincə isə, bu halda verginin hesablanmasını bələdiyyə və ya vergi orqanı həyata keçirir.
Misal 1: Beyləqan rayonunun Milabad qəsəbəsində yaşayan fiziki şəxsin mülkiyyətində I keyfiyyət qrupuna aid olan 4 hektar əkin sahəsi var. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Mil-Qarabağ kadastr qiymət rayonunun I keyfiyyət qrupu üzrə 1 ha düzən torpaqları üçün şərti balı 127 müəyyən edilmişdir. Bu zaman bələdiyyənin hesabladığı torpaq vergisinin məbləği 30,48 manat (4,0 (torpağın sahəsi) x 127 (şərti bal) x 0,06 manat) təşkil edəcək.
Bələdiyyə öncədən vətəndaşa tədiyyə bildirişi göndərməlidir ki, torpaq sahəsinə görə illik 30,48 manat vergi ödəməlisən. Göründüyü kimi, verginin hesablanması fiziki şəxs yox, bələdiyyə tərəfindən həyata keçirilir.
Misal 2: Vergi orqanı vergi nəzarəti tədbirləri (kameral və ya səyyar vergi yoxlaması) apararkən müəyyən edir ki, vergi ödəyicisi vergitutma obyektini müəyyən edərkən yanlışlığa yol verib. Bu zaman vergi ödəyicisinə borc bildirişi göndərilir ki, vergi ödəyicisi əlavə vergi ödənişini həyata keçirsin.
Misal 3: Vergi ödəyicisinin hesabat dövrü üçün müəyyən edilən müddətdə bəyannamə təqdim etməməsi səbəbindən, vergi orqanı analoji məlumatlar əsasında verginin hesablanmasını həyata keçirərək, vergi ödəyicisinə borc bildirişi göndərib. Vergi orqanı tərəfindən verginin bu cür hesablanması bildiriş üzrə vergitutma formasına aiddir.
Vergitutma formaları
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5.0-ci maddəsi əsasında, vergitutmanın 3 növü təyin olunur:
• bilavasitə mənbədən (Maddə 5.0.1- verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması) ;
• bəyənnamə üzrə (Maddə 5.0.2- verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) ;
• bildiriş üzrə (Maddə 5.0.3- vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulan vergi məbləği.
Vergitutmanın mənbəyi vergilərin hesablanması və alınması cəhətdən olduqca əhəmiyyətlidir.
Bilavasitə mənbədən vergitutmaya misal olaraq, ödəmə mənbəyində tutulan vergiləri göstərmək olar. Məsələn, işçinin əmək haqqından tutulan gəlir vergisi. İşçi əmək haqqı gəlirini əldə edənə qədər vergilərin hesablanması və tutulması həyata keçirilir. Əməkhaqqını ödəyən şəxs burada vergi agenti rolunda çıxış edir. Eyni hal dividend və ya icarə haqqı gəlirləri əldə edən müəyyən şəxslərə də aid edilir ki, vergi ödəyən şəxs tərəfindən verginin tutulması ödəmə mənbəyində həyata keçirilir.
Bəyənnamə üzrə vergitutma dedikdə isə, adından da göründüyü kimi vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə vergilərin hesablanması nəzərdə tutulur. Vergi ödəyicisi nəzərdə tutulmuş müddət tamamlanana qədər öz gəliri barədə müvafiq vergi orqanlarına bəyənnamə təqdim etməlidir. Təqdim olunan bəyənnamədə əldə olunan gəlirlər, həmin gəlirlərin mənbəyi, çəkilmiş xərclər, vergi güzəştləri, eləcə də verginin hesablanması və ödənilməsi barədə məlumat verilməlidir.
Bu növ vergilərə hüququ şəxslərin mənfəət vergisi, sadələşdirilmiş vergi, sahibkar fiziki şəxslərin gəlir vergisi və s. vergi növlərini aid etmək olar.
Bildiriş üzrə verginin tutulmasının mahiyyəti ondan ibarətdir ki, vergi orqanı Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş hallarda vergini hesablayır və vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərir. Bu cür bildirişdə göstərilənlər isə aşağıdakılardır:
• vergi ödəyicisinin və ya obyektin adı;
• vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
• bildirişin tarixi;
• bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü / dövrləri;
• verginin növü, hesablanmış verginin və faizlərin məbləği;
• verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri;
• verginin ödənildiyi yer və üsul;
• verginin hesablanmasına əsas olmuş hallar;
• şikayət etmə qaydası.
Fiziki şəxslərin əmlak vergisini bildiriş üzrə tutulan vergilərə aid edə bilərik.
E. D. M. C. HÜSeynov mövzu Vergilərin yaranması və inkişaf tarixi
Vergi yoxlamaları vergilərin düzgün və tam hesablanmasına bilavasitə nəzarəti təmin edir.
Vergi ödəyicilərinin uçotu vergi yoxlamasının aparılacağı bütün obyektlər haqqında vahid məlumatlar bazasının yaradılmasını təmin edir. Bu məlumatlar bazası vergi ödəyicilərinin vahid dövlət reyestri şəklində formalaşır.
Vergi orqanları tərəfindən vergi ödənişlərinin operativ-mühasibat uçotunun aparılması hesablanmış vergilərin büdcəyə tam və vaxtında daxil olmasına nəzarətin təmin olunmasına yönəldidir.
Fiziki şəxslərin xərclərinin onların gəlirlərinə uyğunluğuna nəzarət fiziki şəxslərin faktiki olaraq çəkdikləri xərclər və onların vergi orqanlarına təqdim etdikləri bəyannamələrdəki gəlirləri barədə məlumatları müqayisə etməklə fiziki şəxslərin ödədikləri vergilərin tamlığına nəzarətdir.
2. Vergi ödəyicilərinin uçotu
Qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tam və vaxtında ödənilməsinə nəzarət vergi ödəyicilərinin vergi orqanlarında uçota alınmasından başlayır.
Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər isə yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar.
Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən filialı, nümayəndəliyi və digər təsərrüfat subyekti olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınır.
Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.
Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.
Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filial və nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən orqan göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barədə onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verir.
Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir.
Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda, təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən qərar qəbul edilə bilər.
Vergilər Nazirliyi tərəfindən müəyyən edilən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mərkəzləşdirilmiş uçota alına bilər.
İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçotu Azərbaycan Respublikası Vergilər Nazirliyinin İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə Departament tərəfindən aparılır.
İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrə eyniləşdirmə nömrələrinin verilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır.
Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən ərizə verilir.
Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin, rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer haqqında məlumatı vergi orqanına təqdim etməlidirlər.
Vergi ödəyiciləri olan hüquqi şəxslər onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar.
Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir.
Vergi ödəyiciləri olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir.
Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına onların adı, atasının adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir.
Uçota alınmaq üçün ərizənin forması Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən təsdiq olunur.
Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və digər sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.
Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin forması Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, o, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu yeri və ya yaşadığı yeri dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.
Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişilik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir.
Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma yuxarıda göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.
Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.
Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhəddindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir.
Vergi ödəyiciləri mühasibat, statistika hesabatlarında vergi haqq – hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab – fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər.
Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.
Vergi ödəyicilərinin uçot məlumatlarıda dəyişikliklər onların Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır.
Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:
- fəaliyyətinə xitam verildikdə;
- məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
- vəfat etdikdə.
Uçot məlumatları əsasında Vergilər Nazirliyi vergi ödəyicilərinin vahid dövlət reyestrini Vergi Məcəlləsinə müvafiq olaraq aparır.
Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri kağız və (və ya) elektron yazıları formasında aparılmalıdır.
Vergi Məcəlləsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir.
Vergi ödəyicisi kimi uçota alınmayan vergi agenti olan təşkilatlar yuxarıda göstərilən qaydada olduqları yer üzrə vergi orqanlarında uçota alınırlar.
Vergi ödəyicisinin uçota alınması barədə ona şəhadətnamə verilir.
Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra, bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
Bank hesabının açılması üçün şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir.
Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə- dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.
Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.
Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın filialında) hesab açmaq olar.
Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir.
İstər hüquqi şəxslər, istərsə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Vergi orqanlarında qeydiyyatdan keçdikdən sonra istənilən bankda aşağıdakı sənədləri təqdim etməklə hesab aça bilərlər:
– müəssisənin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış şəhadətnamə və nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti (hüquqi şəxs), Statistika Komitəsindən verilən şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti ;
– vergi ödəyicisinin hesab açılması üçün vergi orqanından və Dövlət Sosial Müdafiə Fondundan aldığı Şəhadətnamə-Dublikatı;
– notarial qaydada təsdiq olunmuş möhürün əksi və imzaların nümunələri.
Vergi orqanından və Dövlət Sosial Müdafiə Fondundan alınan Şəhadətnamə-Dublikatın bank tərəfindən doldurulan hissəsi vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna qaytarılır.
3. Vergi yoxlamaları
Vergi nəzarəti sistemində vergi yoxlamaları əsas yer tutur. Vergi yoxlamaları vergilərin hesablanmasının düzgünlüyünə və tamlığına nəzarəti bilavasitə təmin edir. Vergi ödəyicilərinin müəyyən edilmiş qaydada vergi orqanlarına təqdim etdikləri bütün hesabatlar vergi yoxlamasından keçir. Yoxlamanın gedişində vergi orqanlarına verilmiş məlumatlarla faktiki məlumatlar tutuşdurulur, bu məlumatlar arasında kənarlaşmalar müəyyən edilərsə qanunvericiliyə uyğun qaydada tədbirlər görülür.
Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər aşağıdakılardır:
- vergi yoxlamasının məqsədi;
- vergi yoxlamasının subyekti;
- vergi yoxlamasının obyekti;
- vergi yoxlaması aparılmasının baza üsulu.
Vergi yoxlamasının subyekti qüvvədə olan qanunverciliyə əsasən vergi yoxlaması aparmaq hüququ olan bütün dövlət nəzarət orqanlarıdır. Deməli, vergi yoxlamasının subyektləri ilk növbədə vergi və gömrük orqanlarıdır.
Vergi yoxlamasının obyekti vergi ödəyicisinin maliyyə-təsərrüfat fəaliyyətidir, daha doğrusu, onun həyata keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının məcmusudur. Vergi yoxlamasının növündən asılı olaraq, konkret hallarda onun obyekti ya vergi ödəyicisinin həyata keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının hamısının məcmusu, ya da bu məcmunun hər hansı bir hissəsi ola bilər.
Vergi yoxlaması aparılmasının əsas baza üsulu, təqdim olunmuş vergi bəyannamələrində əks olunan maliyyə-təsərrüfat fəaliyyəti haqqında ilk sənədlərdə əks olunmuş faktiki məlumatlarla müqayisəsidir.
Vergi yoxlamaları aparılma yerinə, yoxlanılan məsələlərin həcminə, təşkili üsuluna və aparılma üsuluna görə təsnifatlaşdırırlırlar. Bunu şəkildə olduğu kimi əks etdirmək olar.
Vergi yoxlamaları
Yoxlamanın təşkili üsuluna görə
Keçirilmə yerinə görə
Yoxlanılan məsələlərin həcminə görə
Comments are closed, but trackbacks and pingbacks are open.