PROQRAM TƏMİNATI
Bunun üçün cəsarət lazımdı.
LAVROVUN ÜSTÜMÜZƏ UZANAN “DİLİ”. – Rusiya XİN başçısı ilə rus dilində danışmağa borcluyuqmu?
Hər dəfə Rusiya siyasi rəhbərliyindən kimsə ölkəmizə səfərə gələndə, onun qarşısında “öyündüyümüz” əsas məsələlərdən biri Azərbaycandakı rus məktəblərinin sayı və rus dilinin ölkəmizdəki yayılma və istifadə arealı ilə bağlı olur. Hansı ki, bu yanaşma bir çoxları tərəfindən hər nə qədər ölkəmizin guya siyasi maraqlarına uyğun addım, yəni, bir növ “işinin xatirinə ayıya dayı de” gedişi kimi təqdim olunsa da, əslində, öz tarixinə, müstəqilliyinə, milli kimliyinə hörmət edən bir toplum və siyasi elita bunu özünə yaraşdırmamalı, belə şeylərlə öyünməməlidir…
Rusiya XİN başçısı Sergey Lavrovun Hindistana səfərinin Bakıya yolüstü dönüşü və Azərbaycan XİN başçısı ilə birgə brifinqi təkcə onun əvvəlki imperiyaçı, ermənipərəst ritorikası, “Laçın yolunda nəzarət buraxılış məntəqələrinin qurulması müzakirə olunmur” kimi Azərbaycanın suverenliyinə zidd açıqlamaları və canişin ədalarıyla yadda qalmadı.
Məsələnin üzücü tərəfi həm də odur ki, bütün sivil dünya Rusiyanı Ukraynadakı işğalçı müharibəsinə, ümumilikdə işğalçı, imperiyaçı mahiyyətinə və siyasətinə görə haqlı olaraq təcrid vəziyyətinə saldığı, rus dilindən imtina etdiyi halda, biz bu ölkənin XİN başçısı ilə öz dilimizi qoyub, rus dilində danışırıq. Hansı ki, buna qətiyyən borclu deyilik!
Nazirimiz onunla birgə brifinqdə rus dilində çıxış edir, jurnalistlərimiz ona rus dilində suallar verirlər. Niyə?
Görəsən, rus dilini bilən bütün XİN başçıları Lavrovla brifinqləri rus dilindəmi keçirirlər? Bildiyimizə görə, bəzi MDB ölkələrini çıxmaq şərtilə heç bir dövlətin XİN rəhbəri Lavrovla birgə brifinqlərdə rus dilində danışmırlar. Niyə də danışmalıdırlar axı?
Məsələn, Mövlud Çavuşoğlu rus dilini bilsəydi (bəlkə də bilir-C.M.), Lavrovla brifinqi rus dilindəmi keçirərdi?
Ötən il Moskvada keçirilən mətbuat konfranslarının birində gürcü jurnalist Lavrova ingilis dilində sual vermişdi. Lavrovun məlum keyfiyyətlərinə görə “qadın variantı” olan Mariya Zaxarova rus dilini çox yaxşı bilən həmin gürcü jurnalistə nədən rus dilində soruşmaması ilə bağlı irad bildirəndə, jurnalist buna əhəmiyyət vermədi və sualını ingilis dilində davam etdirdi.
Bizim jurnalistlər isə belə tədbirlərdə sanki rus dili biliklərini göstərmək üçün imtahan verirlər, hətta yarışa çıxırlar.Bu zaman kənardan nə qədər zavallı göründüklərinin fərqinə belə varmırlar…
Yəni, biz nazirindən jurnalistinə qədər Lavrov kimisinə komfortlu mühit yaratmağa borcluyuqmu? Olmazmı ki, çıxışımızı da, sözümüzü də öz dilimizdə deyək, o isə zəhmət çəkib qulaqcıq taxsın və rus dilinə tərcüməsini eşitsin?
Dövlət dilimiz Azərbaycan dili olduğu halda, əgər Lavrovun hüzurunda özümüzü rus dilində danışmağa borclu biliriksə, eyni məntiqlə Çinin XİN başçısı gələndə Çin dilində, Mozambikinki gələndə Mozambik dilindəmi danışmalıyıq?
Buna cəmiyyət və elita adına milli kimlik defisiti, zəiflik, yarımçıqlıq, mütilik, özünə inamsızlıq, özünü bəyənməmək və s. kimi müxtəlif adlar verə bilərik. Ancaq bir şeyi bilməliyik ki, bu ciddi çatışmazlığımız bizə olduqca baha başa gələ bilər və gəlir də. Başa düşməliyik ki, biz lavrovların dili ilə danışdıqca, onların dili üstümüzə daha da uzun olacaq…
Rus dilini heç də bizim məmurlardan, nazirlərdən və s. pis bilməyən Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun isə çox məşhur bir ifadəsi var – Rusiya rus dili bitən yerdə qurtarır!
Cəlal Məmmədov
“AzPolitika.info”
Şərhlər
Rr 2023-03-02 14:10:34
Lavrova deyən olmadı ki, niyə Rusiyada Azərbaycan məktəbi açmırlar?
Sozsuz 2023-03-02 13:52:53
Celal bey sizi sexsen tanimasaqda sirf xalq dili ile yazirsiz. Rayonlarda yerli icra hakimiyyetlerindenrusbas ve rus dilli bascilar qaldiqca Azerbaycan rusiya esaretinden qurtula bilmeyecek. Administrasiyada ve yerli icra hakimiyyetlerinde helede rusbas rus qanindan qarisiq qandan olanlar vezifede qaldiqca rus kesfiyyati guclu isleyecek. Sarayda hele de mueyyen himayeci antimilli quvveler qalmaqdadir.
turan 2023-03-02 11:55:10
Gözəl məqalədir. Şərhləri oxuduqca yadıma bir satirik şer düşür. özünü yorma kişi mən düzələn zad deyiləm.
Ad 2023-03-02 08:57:11
Romaya, Eldənizə 2023-03-02 00:40:13
Bu yazını oxuyandan sonra aydın olur ki, hətta sadə, kasıb insanlar niyə üşağını rus bölməsinə yazdırmağa can atır.Nə qədərki bizi yuxarıda oturan rusbaş məmurlar idarə edəcəklərsə, sadə insanlar çalışacaqlar ki, övladları bu rusbaşların dilini öyrənib normal vəzifə sahibi olsunlar.Məktəblərdə də rus bölməsini saxlayıb artıranlar da bu rusbaş məmurlardır.Yəni bu heçdə sadə insanlarımızın rus dilinə olan sevgisindən irəli gəlmir.2-ci məsələ əgər ingilis bölümündə təhsil hamı üçün əlçatan olsaydı, məncə rus dilində təhsilə belə önəm verilməzdi.Azərbaycanda işləyən yüksək maaş verən xarici şirkətlərdə çalışan yerli işçilərin 70-80%-i rus dilində təhsil alanlardır.Hansı nazirliyə, böyük müəssisəyə gedirsən rəhbərlər rus dilində danışır.Yəni demək istəyirəm ki, vəziyyət yuxarıdan düzəlməlidir.
t.ədalət 2023-03-02 00:31:49
Bizdə hələ də üest-başından rus ayaqyolusunun qoxusu gələnlərə etimad göstərilir.Onların özləri və övladları Vətən müharibəsindən qaçsalar da vəzifələrə birinci onlar irəli çəkilir.Belə olan halda Lavrovun dili uzun olacaq da.
ƏNHU 2023-03-01 23:38:58
Rus dilindən, ölkədəki rusbaşlardan və rustəhsillilərdən o qədər çəkmişik, o qədər bezmişik. onlardan o qədər yığmış, o qədər iyrənmişik ki, beləlıərinə türk insanı kimi baxmaq olmur. Bu təhlükəli zümrə Rusiyanın Azərbaycandakı quyruğu və dayağıdır. Bu nökərçilikdir və nəsildən-nəslə keçərək şəxsin bütün şəcərəni əhatə edir. Ardını özümü əziyyətə salıb yazmıram. Bilirəm ki, ixtisar edəcəksiniz və sizi də əla anlayıram.
lala metin 2023-03-01 23:30:12
TENGİZ bey cəsarət rusu görən yerde bitib qorxaqlila əvəzlənir
Doktor 2023-03-01 20:42:42
Halal olsun Cəlal bəy,çox gözəl yazıdır.Sizin bütün yazılarınızı çox bəyənirik.
dadaşyev 2023-03-01 20:17:49
Halal olsun yau kardeşim Cəlal.Elə gözəl yazırsan ki,bir qulp axtarıram ki,barmağımı keçirib şərh yazım,tapammıram.Bizim rusca danışmağımızın əsas səbəbi odur ki,Akademiyamız elmlə yox,məsəla,”dovşan” sözünün yeni yazılış qaydaları barədə baş sındırır.”Azacıq elmimiz olsaydı əgər əsrə görə,Boyun əydirməz idi qonşuya yoldaşa bizi”.Şimali Koreya elə bizim boyda bir ölkədir,ümumdaxili məhsulu isə bizimkindən 10-15 faiz azdır,amma görün elmdə necə irəlidir ki,o boyda Amerikayla,Avropa Birliyi ilə kəllə-kəlləyə gəlir.Biz isə nə qədər ki,yaşamağın mənasını sərvət toplamaqda və eyş-işrətdə görəcəyik çətin ki elmə yetərincə diqqət ayrılsın,elm arxa plana keçdikdə isə qüdrətli ölkələrə yarınmaqdan başqa əlac qalmır.Qurbanəli bəyin pristavla sınıq-salxaq şəkildə olsa da rusca danışmağını başa düşmək olar,o buna məcbur idi,çünki bütün Azərbaycan o dövrdə rusların işğalı altındaydı.İndi işğal altında deyilik axı,elə isə Rusiyadan gələnlərlə nə deyib rusca danışmalıyıq?
Elmira 2023-03-01 19:24:35
Cəlal bəy, Sizə halal olsun! Dil- silahdır! Və ruslar bu silahı məharətlə işlədirlər. Amma bilirlər kiminlə işlətmək olar.
Turan 2023-03-01 18:18:26
Düşmənlə düşmənin dilində danışmaq lazımdır.
Türk Turan 2023-03-01 17:42:54
Qarğa tovuzquşu yerişini yerimək istədi, öz yerişini itirdi. Allah bizi islah eləsin!
Roma 2023-03-01 17:38:00
“Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun isə çox məşhur bir ifadəsi var – Rusiya rus dili bitən yerdə qurtarır!”. məncə, rus dili sahəsində ən rekordu biz vurmuşuq. Belə ki, indidə Bakı və Sumqayıtda, bizimkilər öz aralarında rus dilində danışırlar və bunu çox normal bir hal kimi qəbul edirlər. Məktəblərdə azərbaycan sektorlarında yerlər bəs qədər boş olduğu halda, rus sektorlarında boş yer qalmır və ya əlavə yerlər açılır ki, bu da bizim “Lenin babamıza” sevgi göstəricisidir.
Eldəniz 2023-03-01 17:24:40
Bu gün uşaq bağçalarinda , orta məktəblərdə bəhsə bəs övladlarını rus bölməsine göndərmək istəyən hətta dəridən qabıqdan çıxan valideynlər öz övladlarına ilk növbədə doğma dilimizə danışmağı öyrənsinlər ..Onsuz da bizim ölkədə yetərincə rusbaslar var ..
TENGİZ 2023-03-01 16:42:47
Bunun üçün cəsarət lazımdı.
PROQRAM TƏMİNATI
LOGO dili V-VII sinif şagirdlərində yaradıcı təfəkkür və məsələ həll etmək bacarıqlarının inkişafına böyük kömək göstərir
LOGO dili V-VII sinif şagirdlərində yaradıcı təfəkkür və məsələ həll etmək bacarıqlarının inkişafına böyük kömək göstərir. Seymur Papert, Uolli Feurzeig, Daniel Bobrov və Sintiya Solomon tərəfindən kiçik və orta yaşlı məktəblilərə proqramlaşdırmanın əsaslarını tədris etmək, öyrətmək məqsədi ilə yaradılan LOGO proqramlaşdırma dilinin tarixi 1967-ci ildən başlayır.
Hazırda bu dilin müxtəlif ölkələrdə fərqli versiyaları mövcuddur.
Məsələn, 1997-ci ildə LOGO dilinin rus versiyası – “LoqoMirı”, 2012-ci ildə isə Azərbaycan versiyası – “ALPLogo” proqramlaşdırma mühiti yaradılıb. “ALPlogo” proqramlaşdırma mühitinin Azərbaycan versiyası “İnformatika” dərsliyinin həmmüəllifləri – Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva və proqramçı Cəmşid Naxçıvanski tərəfindən yaradılaraq, V-VII siniflər üçün dərslik komplektinə əlavə edilib. Naidə İsayevanın sözlərinə görə, artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində LOGO dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir: “Nəhayət, 2014-cü ilin aprel ayında isə Azərbaycanda ilk dəfə olaraq “ALPLogo” proqramlaşdırma mühiti üzrə məktəblilər arasında müsabiqə keçirilib.
“ALPLogo” dili V-VII sinif şagirdlərində ilkin proqramlaşdırma vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Yuxarı siniflərdə daha mürəkkəb proqramlaşdırma dillərində işləmək üçün baza rolunu oynayır. Proqramın son versiyasında həqiqi ədədlərlə, dəyişənlərlə, altproqramlarla iş imkanları nəzərdə tutulub. Bu proqramda işləmək üçün onu kompüterinizə yazmaq kifayətdir”. “ALPLogo” proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proqramda “Bağa” üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər: “Sistem hər üç dili qəbul edir.
Dilin komandaları ilə tanış olmaq üçün proqram menyusunun “Yardım” bölməsindən “Komandalar sistemi” bəndi seçilməlidir. Proqramı “informatik.az” saytının “Proqram təminatı” bölməsindən yükləmək olar”.
Həqiqət İSABALAYEVA
Comments are closed, but trackbacks and pingbacks are open.