Press "Enter" to skip to content

Leyla Bayramova

Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1, ksq2 . ksqn -şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini, n-müvafiq yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə, I və ya II yarımildə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir. \

Vii sinif azrbaycan dilikiçik summativ qiymtlndirm

Toggle navigation MENU

  • Baş Səhifə
  • Riyaziyyat Tarixi
  • Riyaziyyatın Sahələri
  • Riyaziyyatın Sirrləri
  • Riyaziyyatçılar
  • Riyaziyyat Həyatımızda
  • Haqqımda
  • Əlaqə
  • Azərbaycanım
    • Azərbaycan haqqında ümumi məlumat
      • Dövlət Rəmzləri
      • XX əsr Azərbaycan faciələri
      • Qarabağ həqiqətləri
      • Xocalı Soyqırımı
      • Araşdırma Bölməsi
      • Qəhramanlıq Tarixi
      • Qarabağ
        • Qarabağ Bölgələri
        • Dağlıq Qarabağ Muxtar Vilayəti
        • Kurikulum .Ümumi məlumat
          • Milli Kurikulumu öyrənmək üçün vəsait
          • Fəal dərsin mərhələləri
          • İnteraktik təlim üsulları
          • 7 sinif Perspektiv Planlaşdırma
          • 8 sinif Perspektiv Planlaşdırma
          • Məşhur Riyaziyyatçılar
          • Azərbaycan Riyaziyyatçıları
          • Riyaziyyatçı Alimlər
            • Evklid
            • Arximed
            • Pifaqor
            • Nəsrəddin Tusi
            • İsaak Nyuton
            • Evarist Qalua
            • Ogüsten Lyi Koşi
            • Lütfi Ələsgərzadə
            • Hikmətli,Müdrik kəlamlar
            • 6 sinif
            • 6 класс
            • 7 sinif
            • 7 класс
            • Online Testlər
              • Faiz
              • Çevrə
              • Fırlanma cisimləri
              • Müsbət və mənfi ədədlər
              • Fəza fiqurlarının səthi və həcmi
              • Ədədi və həndəsi Silsilə

              24.10.2015

              10/24/2015 01:37:00 ÖÖ Arzu Məlikova Test Tapşırıqları Şərh yoxdur

              5 sinif Kiçik Summativ Qiymətləndirmə №4

              V sinif onluq kəsirlər, ədəd oxu, onluq kəsirlərin yuvarlaqlaşdırılması və s. mövzularını əhatə edən KSQ tapşırıqları.

              0 Şərh:

              Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz.
              Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
              Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

              Leyla Bayramova

              DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

              25 Mayıs 2019 Cumartesi

              Məktəbdaxili qiymətləndirmənin növləri, Rubrik Summativ qiymətləndirmə

              Paylaşıldı on 12:14 by Leyla Bayramova

              IX Mövzu: Məktəbdaxili qiymətləndirmənin növləri , Rubrik
              Summativ qiymətləndirmə

              Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətləndirmələrdən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.
              Kiçik və böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
              Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda, fənni tədris edən müəllim tərəfindən aparılır.
              BSQ yarımillərin sonunda məktəb rəhbərliyinin və ya məktəbdə yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
              YEKUN QİYMƏTLƏNDİRMƏ:Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.

              ÜSULLAR
              VASİTƏLƏR
              Şifahi sorğu
              Test tapşırıqları
              Tapşırıqvermə
              Tapşırıq, çalışma və laboratoriya işləri
              Yaradıcılıq və əl işləri
              Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri

              Kiçik summativ qiymətləndirmə tədris vahidinin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən hazırlanır.
              Böyük summativ qiymətləndirmə vasitələri (tapşırıqlar) ümumi təhsil müəssisəsinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.
              1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir.
              1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul olunur. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir.
              Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul edilir.

              Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60 % hesab olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:

              Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1, ksq2 . ksqn -şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini, n-müvafiq yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə, I və ya II yarımildə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir. \

              İLLİK QİYMƏT:
              İllik qiymət isə aşağıdakı düsturla müəyyən edilmə lidir:

              Burada – illik qiymət, və – yarımillik qiymətlərdir. Məsələn, şagird I yarımildə 3, ikincidə isə 4 qiymət alıbsa, olur.

              01 may 2014-cü il tarixli “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” da şagirdin illik qiymətinin hesablanmasının yeni qaydası təsbit olunub.

              RUBRİK

              Rubrik – meyar əsasında şagirdin nailiyyət səviyyəsinin qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir:
              Mən nəyi qiymətləndirməliyəm (bacarıq meyarları)? Bu meyar üzrə hansı nailiyyət səviyyələri ola bilər?

              Rubrik bacarıq və ya nəticəni artan keyfiyyət kontinuumunda (aşağı səviyyədən yuxarı səviyyəyə qədər) təsvir edir.
              Rubrik qiymətləndirmənin həm üsulu, həm də vasitəsi kimi çıxış edir.
              Qiymətləndirmə şkalası naliyyət səviyyələrinə qiymət (balla və ya sözlə) verilməsi üçün mexanizmdir.
              Rubrik – formativ qiymətləndirmənin ən faydalı üsullarından biridir.Lakin o həm diaqnostik, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər.
              Rubriklərin üstün cəhətləri:
              Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl olmasına imkan verir.
              Rubrikləri hazırlamaq üçün müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirir və bununla təlim məqsədlərini daha yaxşı təsəvvür edir.
              Rubriklər müəllimlərin şagirdin işini qiymətləndirməyə sərf etdiyi vaxtı azaldır.
              Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir.
              Rubriklər keyfiyyət səviyyələri intervalı vasitəsilə heterogen (müxtəlif qabiliyyətə malik şagirdlərin olduğu) siniflərində qiymətləndirmə aparmağa kömək edir.

              Rubriklər 2 növə ayrılır:
              Holistik rubrik
              – şagirdin fəaliyyətinə verilən tələbləri meyarlar şəklində təsvir edir və onların nailiyyət səviyyələrini göstərir.
              Analitik rubrik – şagirdin fəaliyyətinə verilən tələblərdən irəli gələn meyarları bir neçə aspektə ayıraraq nailiyyət səviyyələrini müəyyən edir.
              Holistik qiymətləndirmə şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir. Analitik qiymətləndirmə isə şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir, şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verir.
              Holistik qiymətləndirmə sürətli, analitik qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.

              Rubrik nümunəsi

Comments are closed, but trackbacks and pingbacks are open.