Vtndaşların müracitlri haqqında qanun-
– Bu sistemin tətbiqi həkimlərin əməkhaqlarına nəcə təsir edəcək?
İcbari tibbi sığorta nədir və vətəndaş ondan necə yararlanacaq?
Respublikanın 4 rayonunda 3 ildir ki, icbari tibbi sığorta pilot layihə kimi icra olunur. İlk olaraq Mingəçevirdə fəaliyyətə başlayan pilot layihənin 1 yanvar 2020-ci ildən bütün ölkə boyu tətbiqinə qərar verilib.
Qaynarinfo icbari tibbi sığortanın tətbiq incəlikləri, yeniliklər, güzəştlər və digər məsələləri araşdırmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyi sorğunun cavablarını təqdim edir.
– İcbari tibbi sığorta nədir?
– İcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.
– Bu sistemin bütün ölkə üzrə tətbiqi necə tənzimlənəcək?
– 1 yanvar 2020-ci ildən etibarən İTS-nin bütün ölkə üzrə tətbiqinə başlanılacaq. Bu məqsədlə 2018-ci ilin sonlarında İTS-in ölkə üzrə tətbiqinə şərait yaradan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunda dəyişiklik edilməsi barədə qanun qəbul edildi, mühüm fərmanlar imzalandı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci il 20 dekabr tarixli 418 №-li “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalandı. Fərmana əsasən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması, İTS-in tətbiqi üçün lazım olan normativ hüquqi aktların, tibbi protokolların və digər sənədlərin tətbiqi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, İTS-in məlumat bazasının yaradılması və xəstəxanaların həmin məlumat bazasına inteqrasiyası, tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatının hazırlanması və Fərmandan irəli gələn digər məsələlərin həlli İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sözügedən fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradıldı və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edildi. 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi İTS-in tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini İTS sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. Bununla yanaşı, qanunun tətbiqini təmin etmək məqsədilə ölkə başçısı 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərman imzaladı. Sözügedən fərmanların icrası məqsədilə Agentlik tərəfindən 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı hazırlandı.
– İcbari tibbi sığorta çərçivəsində hansı yeni xidmət növləri əlavə olunacaq?
– Agentlik tərəfindən görülən ilk işlərdən biri “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədinin hazırlanması oldu. Təkliflərə əsasən, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək. Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Bu günədək 120 tibb müəssisəsi 2300 ədədə yaxın kompüter avadanlığı ilə təchiz olunub. İnternetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 72 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub. İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri etdi. Bu məqsədlə iyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanıldı. Bu günədək ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.
Ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib tədbirlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən zərfin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər isə artıq yekunlaşmaq üzrədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
Həmçinin, qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir.
– Bu sistemin tətbiqi həkimlərin əməkhaqlarına nəcə təsir edəcək?
– İTS-in ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Tədbirlər planına əsasən, ölkə əhalisini İTS barədə məlumatlandırmaq məqsədilə respublikanın bir sıra regionlarında (Quba, Qusar, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ) maarifləndirici tədbirlər təşkil olunub. İlin sonuna qədər digər regionlarda və paytaxt Bakının bütün rayonlarında, eləcə də ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
İTS barədə çap materiallarının, videoçarxların hazırlanması, məlumatlandırıcı postların hazırlanaraq Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılması istiqamətində də bir sıra işlər həyata keçirilir.
– Vətəndaş sığorta haqlarını hansı qaydada ödəyəcək?
– Qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Azərbaycan Respublikasının vətəndaşları, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.
Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslər hər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2%-i miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).
– Tibbi sığortadan istifadə edənlər üçün hansı güzəştlər olacaq və kimlərə veriləcək?
– Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddır:
18 yaşınadək şəxslər
23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər
Sosial müavinət almaq hüququna malik olan şəxslər
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri
Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.
Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
Vtndaşların müracitlri haqqında qanun-
“Vətəndaşların müraciəti haqqında” qanun vətəndaşlara hansı imkanlar açacaq?
Çingiz Qənizadə: “Yeni qanun layihəsinə görə, hansısa qurumdan şikayət edən vətəndaşın şikayətini araşdırmaq üçün elə həmin quruma göndərmək qadağan edilir”
Hər bir vətəndaş Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən dövlət orqanlarına müraciət edə, həmin qurumdan müraciətinə baxılmasını tələb edə bilər. Bu konstitusiyamızla Azərbaycan vətəndaşına verilən “Müraciət etmək hüququ”dur. Amma indiyədək ölkə vətəndaşlarının “Müraciət etmə hüququ” həm də “Vətəndaşların müraciət qaydaları haqqında” qanunla tənzimlənib. Bu günlərdə isə Milli Məclis “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə etdi.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Bəs görəsən yeni hazırlanan qanun layihəsi vətəndaşlara aidiyyatı orqanlara müraciətlə bağlı hansı yeni imkanlar açacaq?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyir ki, 17 maddədən ibarət “Vətəndaşların müraciəti haqqında” qanun layihəsi 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır. Həmin qanuna görə vətəndaşların araşdırılması rəsmi tələb olunan 3 rəsmi müraciət – təklif, ərizə və şikayət forması var idisə, yeni qanun layihəsində bu artırılaraq 10 müraciət formasına çatdırılır. Buraya hazırda qüvvədə olan 3 müraciət formasından başqa elektron, şifahi, telefon, anonim, kollektiv müraciətlərlə yanaşı, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Əlavə olunmuş yeni müddəalar vətəndaşların müxtəlif üsullarla vəzifəli şəxslərə, aidiyyatı qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq”.
Deputat Çingiz Qənizadə isə bi fikirdədir ki, müəyyən dövlət qurumundan daxil olan müraciətlər çox zaman araşdırılması üçün elə həmin dövlət qurumuna göndərilirdi. “Əgər həmin dövlət qurumu problemi həll edən olsaydı, daha vətəndaş bizə niyə şikayət edirdi? Qanuna dəyişiklikdə isə şikayəti həmin qurumun özünə göndərmək qadağan edilir. Bu, müsbət haldır. Həmçinin bir çox hallarda vətəndaş şikayət etdikdən sonra müxtəlif yollarla şikayəti geri götüzdürürlər. Yazdırırlar ki, əsəbi olduğuma görə şikayət etmişəm, hazırda şikayətim yoxdur. Ancaq bütün hallarda, hətta şikayətçi öz şikayətini geri götürübsə belə, həmin sənəd mütləq araşdırılmalıdır” .
Beləcə görünür ki, Milli Məclisdə birinci oxunuşdan keçən qanun layihəsi aylarla bir şikayətinin həlli üçün məmur qapısında sürünən vətəndaşlara yeni imkanlar açacaq. Belə ki, “Vətəndaşların müraciəti haqqında” qanun layihəsinin 4-cü maddəsində “Vətəndaşların müraciətlərinə baxılmanın əsas prinsipləri” öz əksini tapıb. Bu maddəyə görə, vətəndaşların müraciətlərinə baxılmanın əsas prinsipləri aşağıdakılardır:
4.1.1. qanunçuluğa riayət edilməsi;
4.1.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;
4.1.3. müraciətlərə dair tələblərin vahidliyi;
4.1.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;
4.1.5. müraciətlərə baxılmasında süründürməçiliyə və ayrı-seçkiliyə yol verilməməsi;
4.1.6. müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;
4.1.7. vətəndaşların müraciət etmək hüququnun və dövlət maraqlarının uzlaşdırılması.
Qanun layihəsinin 7-ci maddəsində “Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası” öz əksini tapıb. Bu maddəyə görə, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini həmçinin elektron formada həyata keçirmək hüququ vardır. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və yaxud müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə, həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti beş iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə, müraciətin surəti beş iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və yaxud digər müraciətə baxan subyektə göndərdikdə, həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda, vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qanun layihəsinin 14-cü maddəsində isə “Müraciətlərə baxılma zamanı vətəndaşların hüquqları” göstərilir. 14.1. bəndə görə, müraciətinə baxılan vətəndaşın hüquqları bunlardır: “Müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;müraciətə baxılmanın dayandırılması barədə ərizə ilə müraciət etmək; təkrar yazılı müraciətə ilkin müraciətə baxılmanın nəticəsi barədə sənədləri əlavə etmək; ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək; müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq; müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə, həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq; müraciətə baxılma barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq; müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək; müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək”.
Bu qanun layihəsinin 16-cı maddəsi ilə bu qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
“Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minib
“Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minib “Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
1 Yanvar , 2023 09:10
https://static.report.az/photo/5e453f1c-0eca-384b-aa2c-b392d6f341e0.jpg
“Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib. “Report” xəbər verir ki, qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur. Qanuna əsasən, bu gündən etibarən sahibkarlıq subyektlərini bir sıra yeniliklər gözləyir. Belə ki, təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, AQTİ-nin səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək. Qanunun 38.6-cı maddəsinə əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır (Qanunun 16.2-ci maddəsi). Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar (Qanunun 19.3-cü maddə) bağlı müddəalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektləri üçün bu Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün dörd il, mikro sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün altı il sonra qüvvəyə minir. Qanunun 38.7-ci maddəsinə əsasən, həmin Qanunun 25.1-ci maddəsi, yəni yeni növ qida məhsullarının, təbii mineral suların və genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının qeydiyyata alınması ilə bağlı tələblər bu Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minir. Qanunun 38.8-ci maddəsinə əsasən, həmin Qanunun 27-ci maddəsi, yəni qida və yem məhsullarının izlənilməsi bu Qanun dərc olunduğu gündən iki il sonra qüvvəyə minir. Qeyd edək ki, 9 fəsil, 38 maddədən ibarət olan qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.