Press "Enter" to skip to content

PA-nın şöbə müdiri: “Vətəndaşların müraciətləri haqqında” qanun bir daha sübut edir ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib”

9.3. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

Vətəndaşların müraciətləri haqqında qanun-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ardıcıl davam etdirilməsi, ölkənin bugünkü və gələcək inkişafını təmin edən dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi Azərbaycanı regionun ən güclü dövlətinə çevirmiş, onun beynəlxalq nüfuzunu xeyli gücləndirmişdir. Ölkəmizin nüfuzu nümayiş etdirdiyi prinsipial mövqe ilə bütün beynəlxalq qurumlarda daha da yüksəlməkdədir.

Müstəqillik tarixinə yeni quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır, ölkədə gedən böyük abadlıq və quruculuq işləri insanları sevindirir, bütövlükdə əhalinin irəli sürdüyü məsələlər öz həllini daha tez tapır.

Ölkə əhalisinin normal həyat şəraitini təmin etmək üçün yeridilən sosial siyasətin nəticələri günbəgün özünü göstərir. Şəhər və kəndlərimizin görkəmi tamamilə dəyişir, tikilən sənaye müəssisələri yeni iş yerlərinin açılmasını təmin edir, Bütün bunlar sözsüz ki, əhalini narahat edən problemlərin həlli deməkdir.

Ölkənin iqtisadi potensialı imkan verir ki, əhalinin daha çox köməyə ehtiyacı olan kateqoriyasının, o cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtiyacı olan digər insanların həyat şəraiti daha da yaxşılaşdırılsın.

Vətəndaşların müraciətlərinə artan diqqətdən danışarkən Azərbaycan Respublikası Prezidentinin bilavasitə tapşırıq və tövsiyəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin bölgələrdə keçirdikləri qəbulların rolu da xüsusi qeyd edilməlidir.

Azərbaycan Prezidenti çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə aidiyyəti dövlət qurumlarına və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına məlumat verməyi tövsiyə etmişdir. Həmçinin ölkə başçısı dəfələrlə dövlət orqanlarının rəhbərlərinə müraciət edərək vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı tələblərini irəli sürmüşdür.

Prezident İlham Əliyev ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu xüsusi vurğulamaq olar.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ birbaşa Konstitusiyamızın 57-ci maddəsində öz təsbitini tapmışdır. Həmçinin Konstitusiyada hərbi qulluqçuların bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilməsi də nəzərdə tutulur. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Yerli əhalinin sosial, iqtisadi və ekoloji məsələlərinin həll edilməsində yerli özünüidarəetmənin rolu danılmazdır. Yerli özünüidarəetmənin əsas mahiyyəti yerli əhəmiyyət daşıyan bütün məsələlərin həllini və məsuliyyətini əhalinin öz üzərinə götürən konkret inzibati ərazidə yaşayan vətəndaşların iqtisadi – sosial və mədəni inkişafına təminat verilməsidir. Bu işi ölkə konstitusiyasına görə Azərbaycanda bələdiyyələr həyata keçirməlidirlər. Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq bələdiyyələrin əsas vəzifələrindən biridir.

Bələdiyyələr ərazilərində yaşayan yerli əhalinin konkret problemlərini həll etməli, onlarla sıx təmas halında olmalıdırlar.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda bələdiyyə orqanları da vətəndaş müraciətlərinə baxan subyekt kimi müəyyən olunmuşdur. Onların da vətəndaş hüquqlarının həyata keçirilməsində və qorunmasında böyük rolu vardır. Lakin, bəzi bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması işində yol verilən nöqsanlara rast gəlinir. Bu daha çox ərizə və şikayətlərə etinasız yanaşmada, şifahi müraciətlərə baxılmamasında və süründürməçilikdə özünü göstərir ki, nəticədə həmin bələdiyyələrdən müxtəlif dövlət orqanlarına şikayətlərə səbəb olur.

Qanunun 1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

Həmin Qanunun 7.1-ci maddəsində göstərilir ki, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Qanunun tələblərinə görə müraciəti qəbul etməkdən imtina qadağandır. Qanunun 7.11-ci maddəsinə əsasən yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.

Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.

Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində vətəndaş müraciətlərinə baxılması zamanı yol verilən pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 594-1-ci maddəsində əsasən:

– “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə;

– Vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə;

– Vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə;

– Dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

– Bu Məcəllənin 594-1.1.4-cü maddəsində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə isə 20 iş günü müddətində baxılır.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

Qanunun 10.4-cü maddəsinə əsasən əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.

Vətəndaş müraciətlərinə baxılması işinin obyektiv və düzgün araşdırılması məqsədilə Qanunda həmçinin müraciətə baxan subyektlər tərəfindən vətəndaşların bilavasitə qəbul edilməsi ilə bağlı müddəalar da nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 11.1-11.3-cü maddələrində qeyd olunur ki, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul etməlidir. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və Qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Vətəndaşların müraciətlərinə baxılarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılması təmin edilməli, məsələnin mahiyyətini öyrənilməli və onun həlli üçün lazımi sənədlər tələb edilməli, müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verilməli, müraciət təmin edilmədikdə bunun səbəbləri göstərilməli, şikayət vermək qaydası izah edilməli, müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsi və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsi həyata keçirilməlidir.

Azərbaycanda şəhid ailələrinə, qazilərə, xüsusi qayğıya ehtiyacı olan insanlara dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərmanı bu münasibətin bariz nümunələrindən biridir.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl olunması, onların haqlı tələblərinin yerinə yetirilməsinə diqqətin gücləndirilməsi, o cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtyacı olan digər şəxslərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, müraciətdə qeyd olunan məsələlərin həlli barədə onlara lazımi izahat və düzgün istiqamət verilməsinə maksimum səy göstərilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

PA-nın şöbə müdiri: “Vətəndaşların müraciətləri haqqında” qanun bir daha sübut edir ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib”

Bakı. 2 dekabr. REPORT.AZ/ “Report” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun Prezidentin imzaladığı “Vətəndaşların müraciətləri haqqında” qanun və bu qanunun tətbiqi barədə fərmanı ilə əlaqədar müvafiq şərh və qeydlərini təqdim edir (Qeyd edək ki, məqalənin mətnini “Azərtac” yayıb). Azərbaycan dövləti ölkənin iqtisadi inkişafını sürətləndirmək və onun müdafiə qüdrətini artırmaqla yanaşı, demokratik təsisatların daha da möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsi, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin daha da artırılması üçün üzərinə düşən hər şeyi edir. Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün müstəqillik illərində formalaşmış qanunvericilik bazası mütəmadi təkmilləşdirilir. Ulu öndər Heydər Əliyevin demokratik, hüquqi dövlətimizin əsaslarını yaratmaq üçün başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan respublikanın Milli Məclisində qəbul edilmiş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının yeni Qanunu xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 1997-ci il 10 iyun tarixli Qanun artıq 18 ildir ki, bu sahədə əsas normativ hüquqi akt sayılırdı və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququna dair məsələləri tənzimləyirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni Qanun müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalarla zənginləşdirilib, ilk növbədə, vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilib. Dövlət hakimiyyəti orqanları, həmçinin ictimai təşkilatlar və özəl qurumlarla vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində yeni dövr açan bu Qanunun əvvəlki redaksiyasından fərqli cəhətləri barədə danışarkən ilk növbədə onu qeyd etməliyik ki, əvvəlki Qanun cəmi 13 maddə və 51 hissədən ibarət idisə, yeni Qanun 17 maddə, 112 bənd və yarımbənddən ibarətdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq bu bəndlər və yarımbəndlərin hər biri Qanunun müvafiq maddəsi hesab olunur. Müqayisə göstərir ki, bu Qanuna əvvəlki redaksiyada olmayan bir sıra yeni maddələr, bəndlər və yarımbəndlər əlavə edilib. Yeni Qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müraciətə baxan subyektlərdə vətəndaşların müraciətlərinə baxılması prinsipləri və şərtləri, formaları, müddətləri və digər xüsusiyyətləri öz əksini tapıb. Yeni Qanunun qəbul edilməsindən əsas məqsəd vətəndaş müraciətlərinə baxılmasını tənzimləyən norma və qaydaların respublikada 1997-ci ildən sonra qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, eləcə də cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətlərin əks etdirilməsi, ilk növbədə, vətəndaşlara daha yüksək qayğının təmin edilməsi, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyən edilməsi, hər bir dövlət orqanında, idarə və müəssisədə, yəni müraciətə baxan subyektdə bu sahədə məsuliyyətin daha da yüksəldilməsidir. Konkret olaraq yeni Qanuna əlavə olunmuş müddəalara gəldikdə, onu deməliyik ki, burada əvvəllər hissə, yaxud bənd kimi verilən hər bir müddəa konkret və ardıcıl nömrələnmiş maddə kimi müəyyən edilərək daha dəqiq ifadə olunub, Konstitusiyanın 57-ci və 94-cü maddələrinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnu əks etdirən bütün tələblər təsbit olunub. Bu hüquqların təsbit olunduğu 1-ci maddədə göstərilir ki, vətəndaşlar şəxsən və ya nümayəndəsi vasitəsilə, yazılı və şifahi şəkildə, sərbəst və könüllü surətdə, digər şəxslərin hüquqlarını pozmadan müraciət edə bilərlər və onların bu hüququ irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə və digər səbəblərə görə məhdudlaşdırıla bilməz. Bundan sonra bu sahədə qanunvericiliyin nədən ibarət olduğu, həmçinin əsas anlayışlar müəyyən edilir. Qanunun “Əsas anlayışlar” adlı 3-cü maddəsində əvvəl cəmi üç anlayışın – təklif, ərizə və şikayətin izahatı var idisə, indi həmin anlayışlara bir sıra əlavələr edilib. Bu anlayışların sayı 15-ə çatıb və buna da təklif, ərizə və şikayət anlayışlarından savayı müraciət edən şəxs, müraciət, müraciətə baxan subyekt, müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi, müraciətə baxan subyektin vəzifəli şəxsi, şifahi müraciət, telefon müraciət xidməti, yazılı müraciət, elektron müraciət, kollektiv müraciət, təkrar müraciət, anonim müraciət kimi anlayışlar müəyyən edilərək onların tərifi verilib. Göstərilən anlayışlar Qanunda bilavasitə konkretliyin təzahürü sayıla bilər və Qanunda istifadə edilən əsas anlayışların məna tutumunu dəqiq müəyyənləşdirir. Qanunun yeni cəhətlərindən biri kimi “Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri” adlı 4-cü maddənin əlavə edilməsini göstərmək olar. Bu prinsiplər ilk növbədə qanunçuluğa riayət edilməsi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair vahid tələblərin müəyyən edilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, bu işdə ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi və vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Qanunun əvvəlki redaksiyasında həmin Qanunun şamil olunmadığı sahələrə aid maddə yeni redaksiyada verilib. “Qanunun tətbiq dairəsi” adlandırılan 5-ci maddədə konkret müəyyən edilib və göstərilib ki, respublikanın Konstitusiya qanunlarında, onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər qanunlarda başqa qayda müəyyən edilməyibsə, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Bu maddədə konkret olaraq Qanunun şamil edilmədiyi sahələr və həmin sahələrin hansı qanunvericilik aktları ilə tənzimlənməsi öz əksini tapıb. Qanuna yeni daxil edilmiş mühüm maddələrdən biri də “Vətəndaşların müraciətlərinə dair tələblər” adlı 6-cı maddədir ki, bu maddədə müraciətlərin forması, yazılı müraciətlərdə göstərilməli əsas məlumatlar, bu məlumatlar olmadıqda, yaxud düzgün göstərilmədikdə, onların anonim hesab edilməsi, elektron müraciətin verilmə qaydası və ona dair tələblər, rekvizitlərinin nədən ibarət olduğu dəqiq müəyyənləşdirilib. Vətəndaşlar bilməlidirlər ki, Qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir. Yeni Qanunda vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7-ci maddədə öz əksini tapıb. Bu maddədə birmənalı olaraq göstərilir ki, müraciətlərə baxan subyektlər və onların vəzifəli şəxsləri müvafiq qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyatdan keçirməli, şəxs tələb etdikdə, müraciəti haqqında məlumatları ona verməlidirlər. Burada müəyyən olunur ki, müraciət yalnız şəxsə əsaslandırılmış cavab verildikdə baxılmış hesab olunur və müraciətə dövlət dilində cavab verilir. Eyni zamanda, cavab məktubunun hansı tələblərə cavab verməli olduğu, vətəndaşa müraciəti ilə əlaqədar lazımi izahatın verilməsi, cavablandırılmasının mümkünsüzlüyü halları və sair məsələlər öz əksini tapıb. Qanunun “Müraciətin baxılmamış saxlanması” maddəsində həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ də konkretləşdirilib. 8.1.4-cü maddədə müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin 8.2-ci maddədə göstərildiyi kimi, bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Qanunun diqqəti cəlb edən əsas maddələrindən biri müraciətlərə baxılma müddətinin daha dəqiq göstərilməsidir. Qanunun 9-cu maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər üzrə xidməti araşdırmanın 20 iş günü müddətində başa çatdırılmalı olduğu, əlavə məlumat tələb olunduqda isə bu müddətin dövlət orqanı rəhbəri tərəfindən 10 iş günü uzadıla bilməsi, ümumiyyətlə isə Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada, dövlət orqanları istisna olmaqla, müraciətlərə baxan digər subyektlərdə belə müraciətlərə 20 iş günü müddətində baxılmalı olduğu müəyyən edilib. Qanunun 10-cu maddəsində isə 10.1, 10.2 və 10.3-cü maddələrdə göstərilən müddətlərin axımının müraciətlərin daxil olduğu gündən başlandığı təsbit olunur və Qanunla müəyyən edilmiş müddətin son günü qeyri-iş gününə düşərsə, müddətin bitdiyi gün növbəti iş günü hesab olunur. Ümumiyyətlə, müraciətlərə baxılma müddətləri əvvəlki Qanunda olduğu kimi, ən geci 15 iş günü, əlavə öyrənilməsi və yoxlanılması tələb edilən müraciətlər üçünsə 30 iş günü müəyyən edilib. Həmin maddədə bir məsələ, müraciətlərə baxılması müddətinin hansı qaydada uzadılması xüsusi vurğulanır və göstərilir ki, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Ancaq bu barədə həm vətəndaşa, həm də müraciəti baxılmaq üçün göndərmiş orqana məlumat verilməlidir. Vətəndaşların müraciətləri ilə işin tərkib hissələrindən biri onların qəbuludur. Artıq 3-cü ildir ki, ölkə Prezidentinin tapşırığı ilə bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın müxtəlif şəhər və rayonlarında mütəmadi olaraq səyyar qəbullar keçirirlər və bu, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Qanunun 11-ci maddəsi məhz “Vətəndaşların qəbul edilməsi qaydası” adlanır və bu maddədə vətəndaşların qəbul cədvəlinə uyğun olaraq müraciətə baxan subyektlər tərəfindən ayda bir dəfədən az olmamaqla qəbul edilməsi, qəbulların əvvəlcədən məlumat verilən günlərdə və saatlarda keçirilməsi, müraciətlərlə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi tələb edildikdə onun müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri tərəfindən dərhal qəbul edilməsi, lazım gəldikdə bu müraciətlərin yazılı şəkildə qəbul edilməsi, vətəndaşın şifahi müraciətinin qəbul zamanı dərhal cavablandırılması, müraciətə baxan subyektlərin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ olduğu təsbit edilib. Qanunun yeni redaksiyasında ölkə Prezidentinin, demək olar ki, bütün məruzə və çıxışlarında dövlət qulluqçuları, yəni məmurlar qarşısında irəli sürdüyü vəzifələr bir daha təsbit olunub. Prezident İlham Əliyevin dediyi kimi, “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”. Yeni Qanunun 12-ci maddəsi “Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri” adlanır və bu maddənin əsas mahiyyəti vətəndaşların müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin görməli olduğu işlərin konkretləşdirilməsidir. Burada müəyyən edilir ki, vəzifəli şəxslər vətəndaşların müraciətlərinə obyektiv və vaxtında baxılmasını təmin etməli, müraciətə görə vətəndaş təqib edilməməli, onun haqqında müraciətlə bağlı olmayan məlumat toplanmamalıdır və sair. Bu maddə əvvəlki Qanunun 5-ci maddəsindəki müddəalara uyğun olsa da, Qanunun 12.6-cı və 12.7-ci maddələrində dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxıldığı təsbit olunur. Bu cür müraciətlər prokurorluq orqanının səlahiyyətinə aid olmadıqda, onlar 5 iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərilirsə, müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir. Qanunun 13-cü maddəsi müraciətlərə baxılması üzrə nəzarətin həyata keçirilməsindən bəhs edir və orada göstərilir ki, müraciətə baxan subyektlərdə kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir və Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı dedikdə isə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Qanunun 14-cü maddəsi müraciətlərə baxılma zamanı vətəndaşların hüquqlarını müəyyənləşdirir. Əvvəlki Qanunun 9-cu maddəsində qismən əksini tapan bu hüquqlar daha da dəqiqləşdirilib və genişləndirilib. Bu maddəyə əsasən vətəndaş ərizə ilə müraciət etmək, müraciətə baxılmanın nəticəsi barədə sənədləri əlavə etmək, ictimai informasiya və fərdi məlumatların əldə edilməsi üçün sorğu vermək, dövlət sirri olmayan məlumatla, sənəd və materiallarla tanış olmaq, müraciətinin başqa yerə göndərilməsi barədə məlumat almaq, qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək, ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və kommersiya sirri olan məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək hüququna malikdir. Qanunun yeni müddəalarından biri də 15-ci maddə ilə müəyyən olunur və bu maddə “Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri” adlanır və burada göstərilir ki, canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparılmadan izah verilməsi mümkün olduqda, müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandıra bilər. 15.3-cü maddənin məzmunu da tamamilə yenidir və telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılmasının bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirildiyini müəyyən edir. Qanunun əsas maddələrindən biri də 16-cı maddədir və bu Qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən həmin maddədə konkret olaraq göstərilir ki, belə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu ehtiva edir. Vətəndaş müraciətlərinə baxılmasında yeni bir mərhələnin başlanmasına təkan verən “Vətəndaşların müraciətləri haqqında” Qanunun tətbiqi ilə əlaqədar ölkə Prezidentinin 2015-ci il 12 noyabr tarixli Fərmanına uyğun olaraq digər normativ hüquqi aktlar da təkmilləşdiriləcək və xüsusilə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları yenidən işlənib qəbul ediləcəkdir. Azərbaycan Respublikasının yeni qəbul olunmuş bu Qanunu ölkə Prezidentinin tapşırıq və tövsiyəsi ilə hazırlanıb və onun qəbul edilməsi Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara, onların problemlərinə böyük qayğı və diqqətinin təzahürüdür. Dövlət başçısının dediyi kimi, siyasi islahatlar modelinə görə Azərbaycan nümunə ola bilər. Bu Qanun bir daha sübut edir ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib və nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir.

Vətəndaşların müraciətləri haqqında qanun dəyişdi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.5. həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 12.7-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.8-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.

3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində nəzərdə tutulmuş məlumata dövlət orqanının qanunazidd qərarları və onun vəzifəli şəxsinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə məlumatlar da daxil edilir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

Maddə 1. Müraciət etmək hüququ

1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

1.3. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.

Maddə 2. Vətəndaşların müraciətləri haqqında qanunvericilik

Vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 3. Əsas anlayışlar

3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

3.0.1. müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs;

3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;

3.0.3. təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət;

3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

3.0.6. müraciətə baxan subyekt – fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları;

3.0.7. müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi – müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs;

3.0.8. müraciətə baxan subyektin vəzifəli şəxsi – müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;

3.0.9. şifahi müraciət – vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;

3.0.10. telefon müraciət xidməti – müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;

3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;

3.0.12. elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;

3.0.13. kollektiv müraciət – eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;

3.0.14. təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;

3.0.15. anonim müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət.

Maddə 4. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri

4.0. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır:

4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;

4.0.3. müraciətlərə dair tələblərin vahidliyi;

4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;

4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi;

4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;

4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması.

Maddə 5. Bu Qanunun tətbiq dairəsi

5.1. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir.

5.2. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.

5.3. Hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.

5.4. Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.

5.5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.

5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

5.7. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

5.8. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu Qanunla tənzimlənir.

5.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir.

Maddə 6. Vətəndaşların müraciətlərinə dair tələblər

6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.

6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.

6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir:

6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla);

6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;

6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.

6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.

6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.

6.6. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.

6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.

6.8. Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.

6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara

baxılması qaydası

7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.

7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.

7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır.

7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.

7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.

7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.

7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.

7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.

7.9. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.

7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.

7.11. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.

7.12. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.

7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.

Maddə 8. Müraciətin baxılmamış saxlanılması

8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:

8.1.1. bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;

8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə;

8.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;

8.1.5. bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;

8.1.6. müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.

8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.

8.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.

Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə

baxılmasının xüsusiyyətləri

9.1. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır.

9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.

9.3. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;

9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;

9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə.

9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur.

9.5. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.

9.6. Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır.

Maddə 10. Müraciətə baxılması müddəti

10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.

10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.

10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.

Maddə 11. Vətəndaşların qəbul edilməsi qaydası

11.1. Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər.

11.2. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.

11.3. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

11.4. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

11.5. Qəbul zamanı təqdim edilmiş yazılı müraciət bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona baxılır.

11.6. Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda müraciət yazılı şəkildə təqdim olunur. Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 11.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

11.7. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur.

11.8. Müraciətə baxan subyektlərin rəhbərlərinin və digər vəzifəli şəxslərinin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır. Bu cür qəbul zamanı təqdim edilən müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu maddəyə uyğun olaraq həyata keçirilir.

Maddə 12. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin

vəzifələri

12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər.

12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.

12.3. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən:

12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;

12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;

12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.

12.5. Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.

12.6. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir.

12.7. Azərbaycan Respublikasının Baş prokuroru bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Maddə 13. Nəzarətin həyata keçirilməsi

13.1. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 14. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları

14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:

14.0.1. müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;

14.0.2. müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;

14.0.3. təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;

14.0.4. ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək;

14.0.5. müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;

14.0.6. müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;

14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq;

14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;

14.0.9. müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək.

Maddə 15. Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət

xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri

15.1. Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır.

15.2. Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

15.3. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 17. Yekun müddəa

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 417; 1998, № 7, maddə 444; 1999, № 10, maddə 570; 2001, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002, № 8, maddə 463; 2004, № 1, maddə 10; 2006, № 5, maddə 390, № 12, maddə 1005; 2007, № 11, maddə 1053; 2010, № 3, maddə 173; 2011, № 7, maddə 615) ləğv edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il.

Comments are closed, but trackbacks and pingbacks are open.