Press "Enter" to skip to content

Vətənpərvərlik ruhunda tədbir

Vətən haqqında xalq yaradıcılığında: mahnılarda, bayatılarda, zərbi-məsəllərdə, atalar sözlərində gözəl fikirlər söylənilmişdir. “Qürbət eldə bəy olunca, vətənində dilən gəz”, “Vətənə gəldim-imana gəldim” və s. kimi bənzərsiz nümunələr nəsildən-nəslə keçərək ürəklərdə yaşamış, həmişə təravətli qalmışdır. Şifahi yaradıcılığımızda olduğu kimi, klassik və müasir yazılı ədəbiyyatımızda da vətən mövzusu böyük məhəbbətlə, sənətkarlıqla işlənmişdir.

Gənclərin vətənpərvərlik tərbiyəsi günümüzün vacib məsələsidir

Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıqlar da məhz vətən naminə edilib. Vətən üçün kimlər öz əziz canından keçməyib ki?! Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu vətən!

Vətən haqqında xalq yaradıcılığında: mahnılarda, bayatılarda, zərbi-məsəllərdə, atalar sözlərində gözəl fikirlər söylənilmişdir. “Qürbət eldə bəy olunca, vətənində dilən gəz”, “Vətənə gəldim-imana gəldim” və s. kimi bənzərsiz nümunələr nəsildən-nəslə keçərək ürəklərdə yaşamış, həmişə təravətli qalmışdır. Şifahi yaradıcılığımızda olduğu kimi, klassik və müasir yazılı ədəbiyyatımızda da vətən mövzusu böyük məhəbbətlə, sənətkarlıqla işlənmişdir.

“Vətən” məfhumu dövrlə, tarixi şəraitlə əlaqədar olaraq dəyişir, daha geniş məzmun kəsb edir. Dünyada hər şey kiçilər, amma vətən kiçilməz. Hər şeydən keçmək olar, vətəndən keçmək olmaz. Əslində vətənlə bağlı hissləri, düşündüklərimizi ifadə etmək heç də asan deyil. Yəni, vətən bizim hisslərimizdən, düşündüklərimizdən də qat-qat yüksəkdədir. Onu tərif edə biləcək söz isə məhəbbətlə yoğrulan ən qüdrətli kəlamdır.

“Əsl vətəndaş vətənpərvər olmalıdır, gənclərimizə vətən sevgisi aşılanmalıdır” kimi ifadələrə tez-tez rast gəlirik. Bu da təbiidir. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur”- deyən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərəfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə etmişdir: “Müstəqil Azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir. Ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir”.

Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənlərindən biri də torpağa, ana yurda, vətənə bağlılıq, xalqımızı zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün candan keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torpaq uğrunda canından, qanından keçən saysız-hesabsız, unudulmaz qəhrəmanları olmuşdur.

Deməli, vətənpərvərlik, vətən sevgisi və bu kimi ifadələrə tərif tapmaq əvəzinə, bu hissi gənclərimizə hansı vasitə ilə aşılamalıyıq? – fikrinin üzərində düşünməliyik və bu ali duyğunu suya, çörəyə olan tələbat kimi övladlarımıza aşılamalıyıq.

Bəlkə də elə bir çoxları üçün təəccüblü görünən “Uşağın tərbiyəsi ana bətnindən başlamalıdır”- məsəli təsadüfən deyilməyib. Bəli, uşaq ilk olaraq göz açdığı ailədə tərbiyə alır. Düzgün tərbiyələndirməklə, yaxşı keyfiyyətləri öyrətməklə yanaşı, vətənə, dövlət atributlarına, milli-mənəvi dəyərlərimizə sadiqlik hissi uşağa kiçik yaşlarından, ilk növbədə ailədə aşılanmalıdır. Məşhur rus pedaqoqu Uşinski yazırdı: “Uşaqlara tərbiyə vətən məhəbbətindən başlamalıdır. Mənsub olduğu vətəni, xalqı, onun dilini sevdirmək tərbiyənin başlanğıcıdır.”

Azərbaycan torpağı müqəddəs torpaqdır. Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu etmişdir. Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar xeyiri şərdən, ağı qaradan ayıra bilsinlər. Vətən yolunda şəhidlik əsl vətəndaşlığın ən ali zirvəsidir; bütün zirvələrdən yüksəkdə duran ilahi bir zirvə, həm də o, adi gözlə yox, yalnız mənəvi gözlə görülə biləcək bir zirvədir.

Məhz buna görə də bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda, gənzlərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən söz açdıqda mütləq vətən yolunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu amilə uyğun olaraq da muxtar respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərin hərbi hissələrdə görüşlərinin keçirilməsi, onlara qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə əlaqədardır. Vətənpərvər münasibət insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir.

Vətən təəssübkeşliyi, vətənpərvərlik milli qürur və milli ləyaqət hissilə vəhdətdə digər bir məfhumun – azərbaycançılığın özəyini təşkil edir. Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”

Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda, əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”.

Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi.

Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək. Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız”.

Demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin ətrafında birləşərək, milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəraitində müstəqilliyimizi daha da möhkəmləndirir.

Unutmamaq lazımdır ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə bu gün onun özünün necə yetişdirilməsindən asılıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımdır. Muxtar respublikamızda bu istiqamətdə icra edilən tədbirlər diqqətəlayiqdir. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı da keçirilən tədbirlərdə gənc nəslin vətənpərvərlik tərbiyəsinin təşkilinə ciddi əhəmiyyət verir. Bu gün əminliklə qeyd etmək olar ki, muxtar respublikamızda yaradılan şərait nəticəsində vətənpərvər gənclər nəsli formalaşmaqdadır. Məhz bu gənclər itirilmiş torpaqlarımızın bərpa olunmasında, işğal altında olan ərazilərimizin qaytarılmasında həlledici sözü deyəcəkdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin

Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xankəndi

Ali hisslər şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir. Belə ki, vətənpərvərlik dəyişkən fenomen olduğundan bu hisslər cilovlanmadan nə dövlət, nə də cəmiyyət inkişaf edə bilməz.Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətəni qorumağa hər an hazır olmaq, onun yolunda fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Çünki, sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq.

Dövlətçiliyimizin qorunmasının əsas amili də vətənpərvərlikdir. Cünki, hər bir azərbaycanlı yaxşı bilməlidir ki, mənsub olduğu xalq suverenliyini və müstəqilliyini qazanmaq üçün nə qədər uzun bir yol keçib, tarixin hansı məhrumiyyətlərinə məruz qalıb. Vətən hər bir kəsin and yerinə çevrilməli, vətənimizin sərhədlərinin toxunulmazlığı onun böyükdən kiçiyə bütün vətəndaşlarının əzəli və əbədi borcu olmalıdır. Digər tərəfdən müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr də düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf edilir.

Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır.

Birinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin torpaqlarımızın 20 faizini işğal etməsi gənclərimizin bu ruhda böyüməsini labüd edir. Hərbi vətənpərvərlik hisslərin gənclərə aşılanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gördüyü işlərdə danılmazdır. Belə ki, xidmət yarandığı gündən genişmiqyaslı tədbirlər həyata keçirir, səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətlərində əhəmiyyətli nəticələr əldə edib. Həqiqi hərbi xidmətdən yayınma halları tam aradan qalxıb. Xidmət ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses də davam edir.

Eyni zamanda qurum müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işi Xidmətin üzərinə əlavə məsuliyyətlər qoyub. Bu məsələlərin yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə ümumtəhsil müəssisələrində çağırışaqədərki hazırlıq fənninin tədrisinin müvafiq əsasnamənin tələblərinə uyğun təşkili və keçirilməsinin yoxlanılması, həmçinin əməli köməyin göstərilməsi mütəmadi olaraq nəzarətdə saxlanılır.

“Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur”

Vətənpərvərlik ruhunda tədbir

Azərbaycan Mədəniyyəti sosial platforması Vətənpərvərlik ruhunda tədbir təşkil edib. Azərbaycan Mədəniyyəti sosial platforması və Sabunçu Rayonu Gənclər evi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər.

Anım tədbirində ilk öncə Dövlət Himni səsləndirildi və 20 Yanvar Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bir sıra qonaqlar iştirak etmişlər: Millət Vəkilləri , İş adamları, ictimaiyyət nümayəndələri, Gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri , TV əməkdaşları .Eyni zamanda Gənc şair Prezident mükafatçısı Qabil Ədalət , tarda Rusif Abdullayev , kamançada Aydan Əlizadə öz hisslərini şeir və musiqi ilə ifadə etmişlər.

“20 Yanvar faciəsi”nə həsr olunan video çarx də nümayiş olunub. Tədbirin aparıcısı Fidan Oruc Əliyeva xüsusilə qeyd edib ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır və Azərbaycan xalqı 20 Yanvar faciəsinin 32-ci ildönümünü andığımız bugünlərdə ötən illər ərzində bu il ilk dəfədir ki, Şəhidlər Xiyabanına başıuca və qürurla gedir. Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı. Tədbiri giriş sözü ilə açan Sabunçu rayonu gənclər evin direktoru Samir Mehrəliyev yüksək vətənpərlik ruhunda formalaşan müasir Azərbaycan gənclərinin təlim-tərbiyəsi və ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı haqqında danışaraq bildirdi ki, Vətən müharibəsində bütün dünya gördü ki, Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı necə qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb. Biz Prezidentimizlə, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətənimizi bütün dünya miqyasında tanıtdı və əminik ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda Şəhadət zirvəsinə ucalan bütün Şəhidlərimizin ruhu şaddır, çünki uzun illik həsrətə nəhayət son qoyuldu və Azərbaycan bayrağı bu gün bütöv, azad Azərbaycan üzərində vüqar və şərəflə dalğalanır. Millet Vəkili Ceyhun Məmmədov çıxışında qeyd edib ki, bu dəhşətli faciədən 32 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar.

Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq. 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldı. “20 Yanvar gecəsi hər bir azərbaycanlı üçün müstəqilliyimizə aparan yolda qəhrəmanlıq dastanına çevrildi. Şəhidlərimizin əbədiyaşar xatirəsini daim əziz tutan Azərbaycan xalqı Birinci Qarabağ Müharibəsində və 2020-ci il Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşən igidlər yetişdirdi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımızı mənfur düşmən tapdağından xilas etdi. Azərbaycan Vətən müharibəsinin qalibi oldu. Bu misilsiz nailiyyət və Şanlı Qarabağ Zəfəri ölkəmizdə aparılan düzgün idarəetmə və gənclər siyasətinin nəticəsidir. Məhz bu siyasət və bütün Şəhidlərimizin, qazilərimizin şücaəti, mətanəti, fədakarlığı nəticəsində bu gün Azərbaycan xalqı məğrur, qalib ölkənin vətəndaşlarıdır.

Azərbaycan xalqı daim bütün Şəhidlərimizin əbədi xatirəsini yaşadacaq və onların ruhları qarşısında dərin ehtiramlarını bildirəcəkdir. Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!” Millət Vəkili Vüqar İsgəndərov çıxış edərək bildirib ki,Yanvarın 20-də Şəhidlər xiyabanını, şəhidlərin xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir. Yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Buraya Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqları və bölgələrdən gələn insanlar da gəlmişdilər. Bu dəhşətli faciədən 29 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq. 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldı. 20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib, onlara Prezident təqaüdü təyin olunub.

Qazilər Kənan Qasımov , Süpay Məmmədov çıxış edərək bildirib ki, 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırlasaq da, bu tarixi, eyni zamanda, Azərbaycan xalqının şanlı günü kimi qeyd edirik. Xalqımız həmin gün üstünə şığıyan tanklardan, sinəsinə tuşlanan güllələrdən qorxmadı, azadlıq mübarizəsini axıradək davam etdirərək müstəqilliyə qovuşdu. 1990-cı ilin 20 Yanvar günü şəhid olan cəsur oğul və qızlarımız ölümün gözünə dik baxıb “Vətən sağ olsun!” – dedilər. Belə övladları olan xalq məğlubedilməzdir. Bu gün Şəhidlər xiyabanına axışan 10 minlərlə insan onların xatirəsinə dərin ehtiramını bildirir. Bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yaşayıb-yaradan gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu bilməlidir. Şəhidlər xiyabanı xalqımızın and yeri olaraq qalacaq. Tədbirdə Uşaq İnkişa Mərkəzinin Təsisçisi,Rəhbəri,AQSİA-nın üzvü Aynur Musayeva çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib.Ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzin Direktoru Vüsalə Əmiraslanova çıxış edərək bildirib ki, Ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.Şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıb. Tədbirdə hər zaman yardıma ehtiyacı olan insanlara dəstək olan ,,Premium Assistance 2021 “ xeyriyyə şirkətinin rəhbəri və təsisçisi Elnurə Əliyeva və digər əməkdaşlar da iştirak edib. Tarixçi Rasim Rzaxanov Çıxış edərək bildirib ki, Bu gün bizim üçün həm hüznlü, həm də şərəfli gündür. 29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc əhaliyə divan tutdu. Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, yenidən dövlət müstəqilliyi əldə etdik. Şəhidlər xiyabanı ölümün gözünə dik baxan vətən övladlarının son mənzilidir. Azadlığımızın memarları, xalqı, vətəni canından çox sevən fədailər unudulmurlar. Xalqımız hər il 20 Yanvar qətliamının qurbanlarını yad edir. Təqdirəlayiq haldır ki, buraya gələnlər arasında azyaşlılar, məktəblilər də var. Şəhidlərimizin qəhrəmanlığı nəsildən-nəslə ötürülür, uşaqlar, yeniyetmələr, gənclər vətənpərvərlik ruhunda yetişirlər. Bu gün hər bir azərbaycanlı Vətən uğrunda son damla qanına kimi vuruşmağa hazır olmalıdır. Çünki işğal altındakı ərazilərimizi azad etməklə şəhidlərimizin ruhunu şad edə bilərik. Azərbaycan Mədəniyyəti sosial platformasın sədri Rəqsanə Əsədova çıxışında 1990-cı il yanvarın 19- dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildiyini ,bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək olduğunu qeyd edib. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu. Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi gələcək nəsillər üçün də bir qürur mənbəyi olacaq.

44 günlük müharibədə Prezident İlham Əliyev təkcə Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir dünya siyasətində həllini gözləyən bir sıra məsələləri uğurla həll etdi. Hər şeydən əvvəl, Azərbaycan Respublikası dövləti bu qələbəsi ilə BMT Təhlükəszilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirərək dünya müdiriyyəti adlandırılan bu təşkilatın nüfuzunu, ona olan inamı bərpa etdi. Ermənistan təkcə hərb meydanında məğlub edilmədi, Prezident İlham Əliyev dünyanın məşhur KİV- inə verdiyi müsahibələri ilə bir neçə yüz il boyunca dünyanı aldadan uydurma erməni təbliğatını təkbaşına darmadağın etdi. Yüz milyonlarla insan erməni yalanlarını başa düşdü. Dünya erməni faşizminin içi üzünü gördü. Bir daha məlum oldu ki, erməni faşizmi nasizmdən daha qəddar və iyrəncdir. Ermənistanın müharibənin əvvəlindən xristianların dini hisslərini istismar edərək baş verənləri xristianlıq əleyhinə olan kimi qələmə verməyə çalışması cəhdləri də puça çıxdı. Hamıya məlumdur ki, artıq uzun illərdir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Bakıda mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoq, humanitar forumlar keçirilir. 44 günlük müharibədə qazanılan qələbə ermənilərin bədbəxtliyinin köklərini bir daha üzə çıxardı.

Göstərdi ki, erməni ünsürünün bədbəxtliyinin başlıca səbəbi son iki yüz ildə gəlib yerləşdikləri və aborigen olmadıqları regionun yerli xalqları ilə dil tapıb keçinməməkdə və üçüncü qüvvəni gətirməkdədir. Vətən torpağı üçün son damla qanına qədər qəhərmanlıqla döyüşən və canını Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda fəda verən neçə-neçə igidlər formalaşdırıb. Bu xalq böyük Qələbələrə layiq xalqdır. Çünki xalqımız əziz Prezidentimiz, qalib Ordunun Ali Baş Komandanı İlham Əliyevə güvənir, Ona arxalanır, Ona inanır. Azərbaycanımızın gələcəyi çox parlaqdır və etibarlı əllərdədir. Sonra Anım tədbirinə yekun vuruldu. Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

Visiontv.az

Comments are closed, but trackbacks and pingbacks are open.