Dost seçməyin meyarları. Həqiqi dost necə olur
Rəhman və Rəhim Allahın adı ilə! Hamımızın ağız dolusu “dostum” deyib danışdığımız anlar var. Hamımız “dostum” deyəndə kimisə nəzərdə tuturuq.
Dost seçməyin meyarları. Həqiqi dost necə olur?
Day.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: “Kimin ki, dostu yoxdur, bədəninin mühüm üzvünü itirmiş insan kimi olar”. Həzrət (ə) başqa yerdə buyurur: “İnsanların ən gücsüzü o insandır ki, özü üçün dost seçə bilməz. Ya da əldə etdiyi dostunu əldən verər”.
Dost seçməyin də öz meyarları vardır. O zaman ki, iki nəfər Allaha xatir və bir-birinə xidmət etmək üçün bir-birinin əlini sıxar və dost olarlarsa, dostluqları günü-gündən güclənəcək və möhkəm olacaqdır.
Ancaq o zaman ki, insanlar şəxsi mənafelərinə xatir dost olarlarsa, dostluq əlaqələri süst və zəif olar. İmam Əli (ə) buyurur: “Dost odur ki, səni canı ilə qoruyar, səni malından, övladlarından və qohumlarından üstün tutar”. Həzrət (ə) başqa yerdə buyurur: “Yaxşı dost ehtiyacı olan zaman hətta öləndən sonra belə dostuna kömək edən və onun sirrini qoruyandır”.
Yaxşı dost insanın ən güclü və həm də zəif cəhətlərini üzünə deməlidir. Zəif cəhətlərini gücləndirsin və güclüləri də daha inkişaf etdirsin deyə. O dost ki, rəfiqinin səhvlərini üzünə demir, onu getdiyi səhv yoldan çəkindirməz. Bu, heç də yaxşı dost deyildir.
Həmçinin o dost ki, insanın yaxşı cəhətlərini olduğundan da çox şişirdirsə, dostunu təkəbbürə sövq edər. Belə bir dostluğa yenidən nəzər salmaq lazımdır. İmam Əli (ə) buyurur: “Sənin dostun səni pislikdən saxlamalıdır”.
“Hər kim eyblərini aşkar edərsə, sənin dostundur”.
“Dostunu daima öyüdlə nəsihət et, istər yaxşı olsun, istərsə də çirkin”.
Dostluğun öz qanunları vardır. Bu qanunlara riayət edən zaman dostluq davamlı olar. Dostluq gərək mötədil olsun, yəni nə ifrat edəsən və nə də təfrit. Biri ilə əlaqəni kəsən zaman arxanda olan bütüb körpüləri xarab etmək lazım deyildir. Qayıtmaq üçün də yol qoymaq lazımdır. Bəzən səhv nəticə çıxartdığın və hisslərinə məğlub olduğun üçün hadisəni düzgün dəyərləndirmirsən. Ona görə də İmam Əli (ə) İmam Həsənə (ə) belə buyurur: “Əgər qardaşınla əlaqəni kəsmək istəyirsənsə, öz yanında onun dostluğu üçün yer saxla. Əgər bir gün qayıtmaq istəsən bu yolla qayıda bilərsən”.
İmam (ə) başqa yerdə buyurur: “Dostu o qədər sev ki, ola bilsin bir gün düşmənin olar. Düşmənini də mehribanlıqla düşmən bil ki, ola bilsin bir gün dostun olsun”.
İmam (ə) yenə buyurur: “Səninlə kobud rəftar edən kəsi yumşalt”. İnsan öz rabitəsinə o qədər diqqət etməlidir ki, səhv etməsin. Bu yolla da dostuna bəhanə vermiş olar.
Dostluğun davamlı olması üçün dostunu imtahana çək. Bu, dostluq üçün zəruri bir məsələdir və hədislərimizin çoxunda da bu mövzu xüsusi vurğulanmışdır. İmam Əli (ə) bu haqda buyurur: “İmtahan etməmişdən qabaq hansısa bir insana etimad etmək ağlın azlığındandır”. Hər bir insanın öz dostu qarşısında vəzifəsi vardır. Bu vəzifələri yerinə yetirməklə dostluğu möhkəmləndirmək olar. İmam (ə) buyurur: “O zaman ki, qardaşın paxıllıq edər, sən bəxşişi əsirgəmə”.
“Dostun səndən uzaqlaşan zaman ona yaxın olmalısan”.
İmam (ə) dost ilə yumşaq və mehriban olmağı həmişə tövsiyə etmişdir. O, bu işə əmr edərək, buyurur: “Dostun səninlə sərtlik edəndə sən yumşaqlıq et”. Yeri gələndə dostundan üzr istəmək, nəsihəti ixlasla etmək, dostuna hüsnü-zənn bəsləmək, ona etimad etmək, dostunun qohumları ölən zaman başsağlığı vermək, dostlarının hədiyyələrini qəbul etmək, dostuna vəfadar olmaq, dostuna pislik etməmək və haqqını zay etməmək – dostuluğun mühüm vəzifələrindəndir.
İmam Əli (ə) dostluğa vəfadarlıq haqqında buyurur: “Həqiqi dost o kəsdir ki, dostluq və qardaşlığına üç halda riayət edər: çətinlikdə və bəlada olan zaman, olmadığı müddətdə və ölüm zamanı”.
Beləliklə insan öz dostuna çətinliyi olan zaman canı və malı ilə dəstək olmalı, özü olmayan zaman arxasınca deyilən sözlərdən onu qorumalı və ölən zaman da dua və istiğfarla onu yada salmalıdır.
Başqalarını sevindirmək İslam dininin bəyəndiyi əməllərdəndir.
Dostluğumuzun qədrini bilək və özümüzə saleh dostlar seçə bilək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Dost seçməyin meyarları. Həqiqi dost necə olur?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: “Kimin ki, dostu yoxdur, bədəninin mühüm üzvünü itirmiş insan kimi olar”. Həzrət (ə) başqa yerdə buyurur: “İnsanların ən gücsüzü o insandır ki, özü üçün dost seçə bilməz. Ya da əldə etdiyi dostunu əldən verər”.
Dost seçməyin də öz meyarları vardır. O zaman ki, iki nəfər Allaha xatir və bir-birinə xidmət etmək üçün bir-birinin əlini sıxar və dost olarlarsa, dostluqları günü-gündən güclənəcək və möhkəm olacaqdır.
Ancaq o zaman ki, insanlar şəxsi mənafelərinə xatir dost olarlarsa, dostluq əlaqələri süst və zəif olar. İmam Əli (ə) buyurur: “Dost odur ki, səni canı ilə qoruyar, səni malından, övladlarından və qohumlarından üstün tutar”. Həzrət (ə) başqa yerdə buyurur: “Yaxşı dost ehtiyacı olan zaman hətta öləndən sonra belə dostuna kömək edən və onun sirrini qoruyandır”.
Yaxşı dost insanın ən güclü və həm də zəif cəhətlərini üzünə deməlidir. Zəif cəhətlərini gücləndirsin və güclüləri də daha inkişaf etdirsin deyə. O dost ki, rəfiqinin səhvlərini üzünə demir, onu getdiyi səhv yoldan çəkindirməz. Bu, heç də yaxşı dost deyildir.
Həmçinin o dost ki, insanın yaxşı cəhətlərini olduğundan da çox şişirdirsə, dostunu təkəbbürə sövq edər. Belə bir dostluğa yenidən nəzər salmaq lazımdır. İmam Əli (ə) buyurur: “Sənin dostun səni pislikdən saxlamalıdır”.
“Hər kim eyblərini aşkar edərsə, sənin dostundur”.
“Dostunu daima öyüdlə nəsihət et, istər yaxşı olsun, istərsə də çirkin”.
Dostluğun öz qanunları vardır. Bu qanunlara riayət edən zaman dostluq davamlı olar. Dostluq gərək mötədil olsun, yəni nə ifrat edəsən və nə də təfrit. Biri ilə əlaqəni kəsən zaman arxanda olan bütüb körpüləri xarab etmək lazım deyildir. Qayıtmaq üçün də yol qoymaq lazımdır. Bəzən səhv nəticə çıxartdığın və hisslərinə məğlub olduğun üçün hadisəni düzgün dəyərləndirmirsən. Ona görə də İmam Əli (ə) İmam Həsənə (ə) belə buyurur: “Əgər qardaşınla əlaqəni kəsmək istəyirsənsə, öz yanında onun dostluğu üçün yer saxla. Əgər bir gün qayıtmaq istəsən bu yolla qayıda bilərsən”.
İmam (ə) başqa yerdə buyurur: “Dostu o qədər sev ki, ola bilsin bir gün düşmənin olar. Düşmənini də mehribanlıqla düşmən bil ki, ola bilsin bir gün dostun olsun”.
İmam (ə) yenə buyurur: “Səninlə kobud rəftar edən kəsi yumşalt”. İnsan öz rabitəsinə o qədər diqqət etməlidir ki, səhv etməsin. Bu yolla da dostuna bəhanə vermiş olar.
Dostluğun davamlı olması üçün dostunu imtahana çək. Bu, dostluq üçün zəruri bir məsələdir və hədislərimizin çoxunda da bu mövzu xüsusi vurğulanmışdır. İmam Əli (ə) bu haqda buyurur: “İmtahan etməmişdən qabaq hansısa bir insana etimad etmək ağlın azlığındandır”. Hər bir insanın öz dostu qarşısında vəzifəsi vardır. Bu vəzifələri yerinə yetirməklə dostluğu möhkəmləndirmək olar. İmam (ə) buyurur: “O zaman ki, qardaşın paxıllıq edər, sən bəxşişi əsirgəmə”.
“Dostun səndən uzaqlaşan zaman ona yaxın olmalısan”.
İmam (ə) dost ilə yumşaq və mehriban olmağı həmişə tövsiyə etmişdir. O, bu işə əmr edərək, buyurur: “Dostun səninlə sərtlik edəndə sən yumşaqlıq et”. Yeri gələndə dostundan üzr istəmək, nəsihəti ixlasla etmək, dostuna hüsnü-zənn bəsləmək, ona etimad etmək, dostunun qohumları ölən zaman başsağlığı vermək, dostlarının hədiyyələrini qəbul etmək, dostuna vəfadar olmaq, dostuna pislik etməmək və haqqını zay etməmək – dostuluğun mühüm vəzifələrindəndir.
İmam Əli (ə) dostluğa vəfadarlıq haqqında buyurur: “Həqiqi dost o kəsdir ki, dostluq və qardaşlığına üç halda riayət edər: çətinlikdə və bəlada olan zaman, olmadığı müddətdə və ölüm zamanı”.
Beləliklə insan öz dostuna çətinliyi olan zaman canı və malı ilə dəstək olmalı, özü olmayan zaman arxasınca deyilən sözlərdən onu qorumalı və ölən zaman da dua və istiğfarla onu yada salmalıdır.
Başqalarını sevindirmək İslam dininin bəyəndiyi əməllərdəndir.
Dostluğumuzun qədrini bilək və özümüzə saleh dostlar seçə bilək.
Milli.Az
Dost necə olmalıdır?
Rəhman və Rəhim Allahın adı ilə! Hamımızın ağız dolusu “dostum” deyib danışdığımız anlar var. Hamımız “dostum” deyəndə kimisə nəzərdə tuturuq.
Bu həyatda hər bir insanın doğma olmayan, lakin çox yaxın, sirdaş saydığı bir dostu var. Həzrəti Əli bin Əbu Talib (r.a) buyurub ki: “Dostunu həddindən artıq çox sevmə, çünki bir gün düşmənin ola bilər. Düşməninə həddindən artıq kin, nifrət bəsləmə, çünki bir gün dostun ola bilər.” Həqiqətən də, bir çoxlarımız illər boyu dost saydığımız bir insandan bəzən xəyanət görürük və aramızdakı əlaqə düşmənçiliyə çevrilir.
Bu günümüzdə, bir müsəlman kimi biz seçdiyimiz dostlarımızı nəzərdən keçirmirik. Niyə və kimi dost saydığımızın səbəbini də bilmirik. Səbəbi olsa da belə, adi və dünyəvi səbəblər olur. Lakin dost və yoldaş seçməyin də öz ədəbləri və öz qaydaları var. Bu ədəblərə riayət edilərək dost seçilən şəxs də gələcəkdə düşmənə çevrilməz.
Ən birincisi biz özümüzə dost seçdiyimiz şəxsi Allahın razılığı üçün seçməliyik. Bu əlaqəni Allaha xoş gedən və Onu razı salan halda davam etdirməyi düşünməliyik və niyyət etməliyik. Seçdiyimiz dost dini dəyərləri və əxlaqı gözəl olmalıdır ki, həm Allah qarşısında, həm də insanlar qarşısında rüsvay olmayaq. Peyğəmbərimiz (s.a.s) buyurub ki; “Hər kəs özünə dost seçdiyi şəxsin dinindəndir. Hər biriniz seçdiyi dostuna diqqətlə baxsin.”. Dost ağıllı,dərrakəli və başa düşən olmalıdır. Hər şeydə ədalətlə davranan və mədəniyyətsizlikdən uzaq olmalıdır. Dost dostun eybini hər zaman örtməli, biruzə verməməli, başqalarından gizlətməlidir. Dost bizə hər zaman öyüd-nəsihət və məsləhət verməlidir. Öyüd-nəsihətində isə yumşaq və xoş rəftar etməlidir. Yaxud biz dostumuza nəsihət veririksə, bunu can-başla dinləməlidir, bunu səmimi qəbul etməlidir. Bilmədən və qəsd etmədən əziyyət vermişiksə, buna səbr etməyi bacarmalıdır.
Dostluğun ən əsas şərtlərindən biri də vəfalı olmaqdır. Nə baş verirsə versin, dost dosta qarşı hər zaman vəfalı yanaşmalıdır. Dostumuz daim bizimlə görüşməli və ya bizi ziyarət etməlidir. Görüşlər və ziyarətlər isə heç bir dünya mənfəəti naminə həyata keçirilməməlidir. Bir müddət xəbər almadıqda narahat olmalı və bizi axtarıb tapmalıdır. Biz səfərdə olsaq, ailəmizlə əlaqədə olmalı və qayğısına qalmalıdır.
Dost sənə qarşı həmişə gülərüz və xoş olmalıdır. Xəstələndiyin zaman həmişə sənə baş çəkməlidir, halınla maraqlanmalı və kömək əlini uzatmalıdır. Sənin dostun, yalnız sənin yaxşı cəhətindən danışmalı və hamıya yaxşılıqlarını bildirməlidir. Dostun özünə məsləhət gördüyü və ən çox istədiyi şeyi eynilə sənə də arzu etməlidir. Bilmədiyin şey varsa, bunu sənə çatdırmalı və ya öyrətməlidir. Sənin haqqında bir pislik eşitsə, araşdırmalı, aydınlaşdırmalı və həmişə səni müdafiə etməlidir. Darlığa düşərsənsə bir an da sənə qarşı paxıl davranmamalıdır. Sənə lazım olan bir şey dostuna da lazımdırsa, sənə verməyi bacarmalıdır. Dəvət etdiyin məclislərdən və münasibətlərdən qalmamalıdır. Daim özünə dua edərkən, sənə də dua etməlidir. Hər bir vəziyyətdə və hadisədə sənə üzürlü bir səbəb tapmalı, çox tənqid etməməli və töhmətdən uzaq durmalıdır. Yaxud bir üzürlü səbəb gətirərsənsə, bunu tərəddütsüz qəbul etməlidir. Kiçik səhvlərin olarsa, buna göz yummalı, sərt davranmamalıdır. Yaxud bir yaxşılıq edibsə, mütləq səndən əvəzini gösləməməlidir.
Dost dostla heç bir zaman istehza etməməlidir, ona qarşı sərt davranmamalı, təvazökar olmalı, təkəbbürlükdən uzaq olmalıdır. Mübahisəli halları uzatmamalı, mübahisəli məsələləri ortaya atmamalı, hətta dostu haqqına heç bir zaman pis zənn etməməlidir.
Dost dostun sirrini ölənə kimi gizlətməlidir. Ona bir şeyi vəd edibsə, bunu heç bir zaman unutmamalıdır, yaxud xilaf çıxmamalıdır. Dost dostundan azca da olsa yaxşılıq görübsə, bunu küçümsəmək deyil, əksinə minnətdarlıq bildirməlidir. Dost dostun düşməniylə sıx əlaqəyə girməməlidir. Dost dostun həmişə yaxşılığını istəməli, onu həvəsləndirməli və irəli getməyinə dəstək olmalıdır.
Qardaşım və bacım, insan özünə məhz bu cür dost seçməlidir. Bu sifətləri özündə cəm edən bir dost səni özüylə cənnətə aparacaq və Allah həmişə sizdən razı qalacaq. Həmçinin sən də dostuna qarşı həmişə bu cür olmalısan. Yuxarıda sadalanan sifətlər və xasiyyətlər eynilə səndə olmalıdır.
Allah bizə həmişə düzgün və doğru dost seçməkdə yardımçı olsun! Allah dost saydığımız pis insanları bizdən uzaq etsin, əsl dostluğa layiq olan və tanımadığımız insanları qarşımıza çıxarsın! Allah hər şeyi xalis olaraq ONUN üçün etməyə bizi müvəffəq etsin!
Comments are closed, but trackbacks and pingbacks are open.