Press "Enter" to skip to content

Vv 9-da necə səs verə bilərəm

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

Müharibə Veteranları Haqqında Azərbaycan Respublikasının Qanunu-LAYİHƏ

Təkliflər paketi: AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli müharibə veteranları üçün ayrıca qanunun qəbul edilməsini vacib sayır. Müzakirə üçün Qanun layihəsini diqqətinizə çatdırırıq. Təkliflərinizi yazın.

Bu Qanun 1992-ci ilin dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasında qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibədə iştirak edən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi orqanları veteranlarının statusunu, müharibə veteranları barəsində Azərbaycan Respublikası Dövlət Siyasətinin əsaslarını təsbit edir.Qanun müharibə veteranlarına verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə müharibə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, müharibə veteranlarının öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etmələri üçün təminatları müəyyənləşdirir.

Maddə 1.Veteranlar barəsində dövlət siyasəti

Müharibə Veteranları barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:

— sosial və hüquqi müdafiənin təmin edilməsi;

— əmək hüququnun minimum səviyyəsindən az olmayan dolanacağı təminat verilməsi;

— fiziki və ruhi sağlamlıq, fəal uzunömürlük üçün şərait yaradılması;

— yaşayış sahəsi ilə təminat;

— hər bir veterana zəruri təlabatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;

— əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə kömək göstərilməsi, müharibə veteranının bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə balavasitə cəlb edilməsi,

Maddə 2. Müharibə Veteranları barəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Müharibə Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericilyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə müharibə veteranlarının hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3.Müharibə Veteranı

Aşağıdakılar müharibə veteranları sayılırlar:

İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə keçmiş sovet respublikası uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilər və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir

1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusiyanın, Balitkyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;

1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında ), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş,lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə»medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə.

Maddə 4.Müharibə veteranı adı verilməyən şəxslərin siyahısı

Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş hərbi qulluqçular istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövürdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dən qüvvədə olmuş Azərbaycan Respublikası cinayət məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş hərbi qulluqçular istisna olmaqla) və ya barələrində cnayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş hərbi qulluqçulara şamil edilmir.

Könüllü hərbi birləşmələrdə olan və döyüş əməliyyatlarında iştirak etməyən şəxslərə şamil edilmir.

Maddə 5.Müharibə veteranlarının pensiyaları

Müharibə veteranlarının pensiyaları «Əmək pensiyaları haqqında»Azərbaycan Respublikasının Qununu əsasında təyin edilir.

Maddə 6.Müharibə veteranı adının və vəsiqəsinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və vahid nümunədə vəsiqə təsdiq edilir.Müharibə Veteranı üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

Müharibə Veteranı statusunun təsdiq edən sənədin bu Qanuna uyğun gəlmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

Maddə 7.Müharibə Veteranı təşkilatlarının yaradılması və istehsal fəaliyyətinə təminat verilməsi

Müharibə Veteranı təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət göstərirlər.

Müharibə veteranı təşkilatı qeydiyyata alındığı gündən hüquqi şəxs hesab edilir.

Dövlət orqanları müharibə veteranı təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.

Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranları təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrədən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binalar, avadanlıq və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.

Maddə 8.Əmək fəaliyyətinin davam etdirilməsi

Müharibə iştirakçısı pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yatarmaq hüquna malikdir.

Müharibə veteranları pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər

Maddə 9.Mənzil şəraitinin yaxşlaşdırılması

Müharibə veteranları Azərbaycan Respublikasının mənzil qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikinti kooperativlərinə və bağçılıq orqanlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər.

Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

Maddə 10.Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi

Müharibə iştirakçılarına, həlak olmuşların dul arvadlarına müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla ) mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müavinət verilir.

Maddə 11.Tibbi xidmət, dərman və müalicə vasitələri ilə təminat

Müharibə iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar.

Müharibə iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dəman və müalicə vasitələri almaq üçün müavinət verilir.

Maddə 12.Geriatriya yardımı, protezləşdirmə

Müharibə iştirakçılarına, yəni qulluğa ehtiyacı olan xroniki xəstələr üçün müvafiq icra hakimiyyəti orqanı geriatriya kabinetləri, pansionatları,xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirir

Müharibə iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və protezlər düzəltdirirlər.

Maddə 13.İctimai nəqliyyatdan istifadə sahəsində müharibə iştirakçılarına güzəştlər

Müharibə iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.

Maddə 14.Müharibə veteranlarına sosial xidmət

Müharibə veteranlarına müvafiq icra hakimiyyəti orqanları,dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımı şərai yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər.

Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika dövlət büdcəsinin, müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir.

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.

Maddə 15.Müharibə veteranı təşkilatlarının beynəlxaq əlaqələri

Müharibə veteranları təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və müqavilələr bağlaya bilərlər.

Dövlət orqanları müharibə veteranları təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.

Maddə 16. Mərasim xidmətləri

Hər bir rayonun, şəhərin ərazisində müharibə veteranları üçün yas və toy mərasimləri keçirilməsi üçün müvafiq icra orqanı tərəfindən binaların tikilməsi təmin edilməlidir.

Vəfat etmiş müharibə veteranının mərasim xərcləri müvafiq icra orqanları tərəfindən ödənilir.

Vv 9-da necə səs verə bilərəm

Xəbər verildiyi kimi, Azərbaycanda ticarət və ictimai iaşə sektorunda ödənişoər üxrə ƏDV-nin qaytarılması prosesinə başlanıb.

FED.az ölkə üzrə əhəmiyyətini nəzərə alaraq ƏDV-nin qaytarılması ilə bağlı ortaya çıxan əsas suallar və onların cavablarını təqdim edir:

Satıcı kimdir?

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisidir.

İstehlakçı kimdir ?

Satıcıdan malı alan fiziki şəxsdir.

Portalda qeydiyyatın aparılması necə baş verir?

Şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və mobil nömrənizi, doğum tarixinizi, həmçinin nömrənizə göndərilmiş olan birdəfəlik şifrəni daxil etdikdən sonra şifrə təyin etməklə elektron kabinetinizi yarada bilərsiniz. Portaldan yalnız 16 yaşı tamam olmuş şəxslər qeydiyyatdan keçə bilər

Giriş etmək üçün hansı məlumatları daxil etməliyəm ?

Portala giriş etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və ya qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni, həmçinin qeydiyyat zamanı yaratdığınız şifrəni daxil etməlisiniz.

Giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm ?

“Şifrənin bərpası” imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək olan birdəfəlik şifrəni daxil etməklə yeni şifrə təyin edə bilərsiniz.

ƏDV məbləğini geri qaytarmaq üçün nə etməliyəm?

Portala giriş etdikdən sonra çekin fiskal ID-sini qeyd edib, axtarış etməlisiniz.

QR kod vasitəsilə ƏDV geri qaytarmaq mümkündür?

Bəli, BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan ‘QR kodu’ oxutmaqla, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. Bu zaman ƏDV-nin qaytarılması ilə bağlı sorğu BirBank mobil nömrəsi ilə “edvgerial.az” portalında bu nömrə ilə qeydiyyatı mövcud olan şəxsin elektron kabinetinə ötürüləcəkdir.

BirBank mobil tətbiqi haradan yükləyə bilərəm?

BirBank mobil tətbiqini android əməliyyat sistemli mobil cihazlardan “Play Store”, iOS əməliyyat sistemli mobil cihazlardan isə “Apple Store”-dan yükləyə bilərsiniz.

Kapital Bank müştərisi deyiləm, mən BirBank mobil tətbiqindən istifadə edə bilərəm?

Bəli, “Kapital Bank müştərisi deyilsiniz?” bölməsinə daxil olmaqla, mobil nömrə ilə qeydiyyatdan keçə bilərsiniz.

Fiskal ID nədir?

Malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.

Çek sistemə daxil edildikdən sonra nə baş verir?

Nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və çekin təsdiqlənməsi dərhal elektron kabinetində əks olunur.

Malların dəyəri hansı şəkildə ödənilə bilər?

Ödənişin aparılma formasında məhdudiyyət nəzərdə tutulmur, ödəniş alıcının istəyinə uyğun olaraq nağd və ya nağdsız formada ola bilər.

Geri qaytarılmalı olan ƏDV məbləği necə hesablanır?

Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.

ƏDV-yə cəlb olunan hansı mallara görə ödənilmiş ƏDV qaytarılmır?

Neft və qaz məhsullarına görə ödənilən ƏDV qaytarılmır.

Çek üzrə “gözləmə” statusu nədir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır.

Çek üzrə “qaytarılan” statusu nədir?

Çekin yaranma tarixindən 30 təqvim günü artıq keçibsə, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür , “qaytarılan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.

Çek üzrə “ləğv olunan” statusu nədir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.

Çeki neçə gün ərzində portala daxil edə bilərəm?

Çek yarandığı tarixindən sonrakı gündən başlayaraq 90 gün ərzində ƏDV məbləğinin geri qaytarılması məqsədilə portala əlavə edilməlidir.

“Çek tapılmadı” xətası hansı hallarda əks olunur?

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Qeyd: Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.

“Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası hansı hallarda əks olunur?

“Vergi Məcəlləsi”nə əsasən alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad olan məhsullar olduqda müvafiq xəta mətni əks olunur.

“Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır və ya malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır” xətası hansı hallarda əks olunur?

Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə və ya ödənişin tipi avans olduqda müvafiq xəta mətni əks olunur.

“Satıcı ƏDV ödəyicisi deyil” xətası hansı hallarda əks olunur?

“Vergi Məcəlləsi”nə əsasən ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mallar və göstərilən xidmətlərə ƏDV hesablanmadığı üçün ƏDV-nin qaytarılması nəzərdə tutulmur.

Çek məlumatlarını portala daxil etdim, lakin nəticə barədə məlumat əks olunmur. Bu halda nə etməliyəm?

Çekin fiskal ID-nin düzgün daxil olunmasını və ya həqiqiliyini “e-kassa.gov.az” internet səhifəsi üzərindən “Çeki yoxla” bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbəblərindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Çek məlumatlarını portala daxil etdim, lakin portalda çek üzrə müraciətin (və ya artıq ƏDV məbləğinin) artıq qeyd olunduğu bildirilir. Bu halda nə etməliyəm?

Bu hal ilə bağlı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” müraciət etməyiniz xahiş olunur.

Portala daxil edilmiş çekin yaranma tarixindən 30 gün keçsə də, ƏDV məbləğinin qaytarılması elektron kabinetimdə əks olunmamışdır. Bu halda nə etməliyəm?

Qeyd olunan hal üzrə müvəkkil bank (KapitalBank ASC) ilə (012 196) əlaqə saxlaya bilərsiniz.

Geri qaytarılmış ƏDV məbləğini necə istifadə edə bilərəm?

Elektron kabinetdə toplanmış ƏDV məbləğini ölkədaxili bankların emissiya etdiyi ödəniş kartlarına köçürə və ya müxtəlif ödənişlər (mobil, kommunal, internet, TV və s.) etməklə istifadə edə bilərsiniz.

Çek sistemə daxil edildikdə təsdiqlənməmə baş verə bilərmi və bu hal hansı səbəbdən yarana bilər?

Belə hal baş verə bilər, səbəbləri isə müxtəlif ola bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola bilər, çekin məlumatları daxil olunarkən alıcı tərəfindən səhvə yol verilə bilər, çekin məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar mövcud ola bilər və s.

Nəzarət mexanizmi qurğusu nədir və nə üçün nəzərdə tutulub?

Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.

Nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatın hansı müddətdən sonra sistemə daxil edilməsi mümkün olmur ki, bu da öz növbəsində sistemdə çekin müəyyən olunmamasına səbəb olur?

Nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.

Nəzarət-kassa aparatı çeki ilə yanaşı POS-terminaldan çıxarış hansı hallarda verilməlidir?

Malların dəyəri nağdsız qaydada nəzarət-kassa aparatı ilə inteqrasiya olunmayan POS-terminal vasitəsilə ödənildikdə çeklə yanaşı çıxarış verilir.

Alıcı malı qaytardıqda ƏDV məbləğinin qaytarılması necə olacaq?

Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?

Çek üzrə ƏDV hələ qaytarılmadıqda çek üzrə ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda halda isə qaytarılmış ƏDV məbləğini çıxmaqla formalaşan məbləğ qaytarılır.

Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?

Mal daha ucuz qiymətli mala dəyişdikdə, qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla vəsait qaytarılmalıdır. Mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında olan qiymət fərqi üzrə ƏDV məbləği geri qaytarılır.

ƏDV-nin qaytarılması hansı tarixdən vurulan çeklərlə mümkündür?

ƏDV-nin qaytarılması 21 mart 2020-ci il tarixdən etibarən vurulan çeklərlə mümkündür. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” prezident İlham Əliyevin 21 mart 2020-ci il tarixli fərmanı ilə təsiqlənib və həmin gündən qüvvəyə minib.

Vv 9-da necə səs verə bilərəm

Adidas və Puma dünyanın ən məşhur iki markasıdır. Hər iki şirkət yüksək keyfiyyətli idman ayaqqabıları və geyimləri istehsal edir. Hər ikisi müxtəlif bazarlara xidmət edən geniş çeşiddə məhsullar təklif edir. Amma Adidas son zamanlar mübarizə aparır, Puma isə yaxşı çıxış edir. Bu yazıda biz Adidas və Puma arasındakı bu rəqabətin səbəblərini araşdıracağıq. Bu şirkətlərin bir-biri ilə rəqabət aparmağa çalışdıqları bəzi üsullara da baxacağıq.

Adidas uzun müddət Pumanın qabaqcıl rəqibi idi, lakin 1952-ci il Yay Olimpiya Oyunlarında dəyişdi. Helsinki Olimpiadasında 1500 metr qaçışçısı Josy Barthel (Lüksemburq) Puma üçün ilk Olimpiya qızılını qazandı.

Adidas Milli Kollec Atletika Assosiasiyasına qarşı

İllərdir ki, Adidas korporasiyası ticarət nişanının pozulması və idmançıya təzminat ödənilməsi kimi məsələlərlə bağlı Milli Kollec Atletika Assosiasiyası (NCAA) ilə mübahisə edir. Bununla belə, bu yaxınlarda Adidas əmtəə nişanlarını ləğv etmək üçün NCAA-nı məhkəməyə verərək ədavətini yeni səviyyəyə qaldırdı. Bu hərəkət təkcə idmançılar üçün artan təzminat üçün presedent yarada biləcəyi üçün deyil, həm də NCAA-nın dağılmasına səbəb ola biləcəyi üçün əhəmiyyətlidir. Bu bloq yazısında biz Adidas-ın NCAA-nı məhkəməyə vermək qərarının arxasında duran xüsusi səbəbləri və bunun kollegial idmanın gələcəyi üçün nə demək olduğunu müzakirə edəcəyik.

Nəhayət, 1998-ci ildə iki tərəf Adidas-ın geyimlərində kommersiya loqolarının məhdudlaşdırılması ilə əlaqədar NCAA-nı məhkəməyə verdiyi hüquqi işi həll etdi. Tərəflər üç zolaqlı dizaynların Adidas ticarət markasının bir hissəsi kimi necə qəbul ediləcəyini razılaşdırdıqları üçün Adidas kostyumu geri götürdü.

Ayaqqabı ölçüsünün dəyişdirilməsi nədir?

İnsanların verdiyi ümumi sual “Ayaqqabı ölçüsünün dəyişdirilməsi nədir?” Əksər insanlar bir ayaqqabı markasında fərqli ölçülərə sahib olduqları halda, başqa bir markada ölçülərinin fərqli olacağını düşünürlər. Lakin, bu həmişə belə deyil. Əslində, ayaqqabılar tez-tez markadan asılı olmayaraq eyni ölçüyə çevrilə bilər. Bu təlimat ayaqqabı ölçüsünün dəyişdirilməsinin nə olduğunu və necə işlədiyini izah etməyə kömək edəcəkdir.

Böyük Britaniya, ABŞ və AB ayaqqabı ölçülərini necə dəyişdirə bilərəm?

Beynəlxalq dükanlardan onlayn alış-veriş edərkən ölçüyə çevrilmə faydalıdır. Bu düsturlar ayaqqabı ölçülərini dəyişdirmək üçün faydalıdır:

Comments are closed, but trackbacks and pingbacks are open.