Press "Enter" to skip to content

Windows faylları və qovluqlarının kontekst menyusuna “Sahiblik hüququ”nu necə əlavə etmək olar

Mülkiyyətçilik elə anlayışlara aiddir ki, onun ətrafında uzun əsrlər boyu insanların düşüncələri qarşı-qarşıya gəlmişdir. Lakin, təkcə nəzəri döyüşlərlə iş bitmir. İnsanların mülkiyyətçilik münasibətlərinin dəyişdirilməsi, bu sahədə yeni münasibətlərin bərqərar olunması uğrunda mübarizələri bütün dünyada həmişə sosial təbəddülatların meydana gəlməsinə səbəb olmuşdur. Bu mübarizələr bəzən müvəffəqiyyətli, bəzən də çox uğursuz nəticələrə səbəb olmuşdur. Olmuşdur ki, cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə qalxmışdır. Lakin, mülkiyyətçilik münasibətlərinin dağıdılması nəticəsində cəmiyyətin çox geri düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi halları da olmuşdur.
XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə dağıdılması prosesi baş vermişdir. Birinci dəfə bu fəlakətlə nəticələnmiş və nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır. İkinci dəfə isə bizim günlərdə baş verir. Onun əsas məqsədi mülkiyyətçilik münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə, nə deməkdir mülkiyyət?
Bu, ilk növbədə şəxsin və yaxud kollektivin ona mənsub əmlaka öz əmlakı kimi münasibət bəsləməsi kimi başa düşülə bilər. Mülkiyyət «mənimki» və «səninki» olanların fərqləndirilməsinə əsaslanır. Hər hansı bir konkret məqamda hansı mülkiyyət forması və ya növünün daha yüksəkdə olmasından asılı olmayaraq mülkiyyətçilik o vaxt meydana gələ bilər ki, istehsalın nəticələrinə və şərtlərinə kimsə «özününkü», kimsə «özgəninki» kimi münasibət bildirə bilsin. Bunsuz, ümumiyyətlə, mülkiyyət yoxdur. Bu nöqteyi-nəzərdən hansı ideoloji niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir.
Mülkiyyətin elementar izahından belə bir nəticəyə gəlmək olar ki, o, insanın əşyaya münasibəti deməkdir. Lakin bu mülkiyyətin məzmununun açılmasında kifayət edici deyildir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə de mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o cümlədən bu əşyada təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən imtina etməyə borcludurlar.
Mülkiyyətin müəyyən olunması o deməkdir ki, o, əşya qismində olanın maddi qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə ki, məhz mülkiyyətçinin suveren iradəsi ona mənsub olan əşyanın məişət təyinatını müəyyən edir.

Windows faylları və qovluqlarının kontekst menyusuna “Sahiblik hüququ”nu necə əlavə etmək olar

Fiziki şəxslər üçün:

  • ərizə (sorğu);
  • şəxsiyyət vəsiqəsi;
  • etibarnamə (ərizə fiziki şəxsin adından verildikdə).

Hüquqi şəxslər üçün:

  • ərizə (sorğu);
  • hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi;
  • hüquqi şəxsin adından ərizənin verilməsi səlahiyyətini təsdiq edən etibarnamə;
  • şəxsiyyət vəsiqəsi (ərizəni təqdim edən nümayəndə üçün).

Fiziki və hüquqi şəxslər yuxarıda qeyd edilənlərdən başqa sorğu ediləcək arxiv sənədinin məzmunundan asılı olaraq aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Əmək kitabçası – Əmək haqqının və ya əmək stajının təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə;
  • Doğum və ya ölüm haqqında şəhadətnamə – Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sənəd barədə sorğu verildikdə;
  • Nikah və ya nikahın pozulması haqqında şəhadətnamə – Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sənəd barədə sorğu verildikdə;
  • Təltif haqqında vətəndaşa təqdim edilmiş sənəd (vəsiqə) – Təltif edilmənin təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə;
  • Daşınmaz əmlaka dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş order, bu əsasla arxiv sənədinin verilməsi mümkün olmadıqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək (10.08.2004-cü il) daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri – Daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə.

Azərbaycan Respublikasının bütün fiziki və hüquqi şəxsləri dövlət arxiv fondu sənədləri əsasında arxiv arayışları almaq hüququna malikdirlər.

Dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında müvafiq qanunvericilik aktlarına uyğun olaraq fiziki və hüquqi şəxslərə, idarə, təşkilat və müəssisələrə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, arxiv çıxarışı və yaxud sənədlərin təsdiq olunmuş surətlərini verir.

Qeyd

Azərbaycan Respublikası Dövlət Arxivində yalnız 1939-cu ilə qədər Bakı şəhəri üzrə VVADQ sənədləri saxlanılır. 1939-cu ildən sonrakı illər barədə doğum, ölüm, nikah və boşanma faktının qeydiyyata alındığı inzibati ərazi vahidliyi üzrə müvafiq VVADQ şöbələrinə müraciət edilməlidir. Hər il mütəmadi olaraq, müvafiq VVADQ idarələrindən sənədlər növbəti illər üzrə arxivə mühafizə üçün daxil olur.

“Qəhrəman Ana” adı almış şəxslər bu barədə sorğu göndərərkən beşinci uşaqdan başlayaraq digərlərinin doğum tarixlərini qeyd etməlidirlər.

Daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə vətəndaş dəqiq tarix bilmirsə maksimum 1 il müddətində təxmini tarix (mövzusu 1920-ci ilə qədər olan sorğular üzrə maksimum 5 il, mövzusu 1920-ci ildən sonra olan sorğular üzrə 1 il) verə bilər. Bununla yanaşı, mülkün ilkin sahibi vətəndaş özü olmadıqda, lakin cari dövrdə həmin mülkə qanuni əsaslarla sahiblik edirsə, həmin sahiblik hüququ verən sənədlərin surətini sorğusuna əlavə etməlidir (mülkün qeydiyyat vəsiqəsi, alqı-satqı müqaviləsi və s.).

Bu xidmət 1 saylı Gəncə və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Mülkiyyət hüququ

Mülkiyyətçilik elə anlayışlara aiddir ki, onun ətrafında uzun əsrlər boyu insanların düşüncələri qarşı-qarşıya gəlmişdir. Lakin, təkcə nəzəri döyüşlərlə iş bitmir. İnsanların mülkiyyətçilik münasibətlərinin dəyişdirilməsi, bu sahədə yeni münasibətlərin bərqərar olunması uğrunda mübarizələri bütün dünyada həmişə sosial təbəddülatların meydana gəlməsinə səbəb olmuşdur. Bu mübarizələr bəzən müvəffəqiyyətli, bəzən də çox uğursuz nəticələrə səbəb olmuşdur. Olmuşdur ki, cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə qalxmışdır. Lakin, mülkiyyətçilik münasibətlərinin dağıdılması nəticəsində cəmiyyətin çox geri düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi halları da olmuşdur.
XX əsrdə bizim ölkəmizdə mülkiyyətçilik münasibətlərinin iki dəfə dağıdılması prosesi baş vermişdir. Birinci dəfə bu fəlakətlə nəticələnmiş və nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır. İkinci dəfə isə bizim günlərdə baş verir. Onun əsas məqsədi mülkiyyətçilik münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə, nə deməkdir mülkiyyət?
Bu, ilk növbədə şəxsin və yaxud kollektivin ona mənsub əmlaka öz əmlakı kimi münasibət bəsləməsi kimi başa düşülə bilər. Mülkiyyət «mənimki» və «səninki» olanların fərqləndirilməsinə əsaslanır. Hər hansı bir konkret məqamda hansı mülkiyyət forması və ya növünün daha yüksəkdə olmasından asılı olmayaraq mülkiyyətçilik o vaxt meydana gələ bilər ki, istehsalın nəticələrinə və şərtlərinə kimsə «özününkü», kimsə «özgəninki» kimi münasibət bildirə bilsin. Bunsuz, ümumiyyətlə, mülkiyyət yoxdur. Bu nöqteyi-nəzərdən hansı ideoloji niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir.
Mülkiyyətin elementar izahından belə bir nəticəyə gəlmək olar ki, o, insanın əşyaya münasibəti deməkdir. Lakin bu mülkiyyətin məzmununun açılmasında kifayət edici deyildir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə de mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə borclu olan digər, üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o cümlədən bu əşyada təcəssüm edən mülkiyyətçinin iradəsinə hər cür təcavüzdən imtina etməyə borcludurlar.
Mülkiyyətin müəyyən olunması o deməkdir ki, o, əşya qismində olanın maddi qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə ki, məhz mülkiyyətçinin suveren iradəsi ona mənsub olan əşyanın məişət təyinatını müəyyən edir.

Mülkiyyət – ictimai münasibətdir. Əgər özgə şəxslərdə mülkiyyətçinin əşyasına «özgəninki» münasibəti olmasaydı, mülkiyyətçinin də həmin əşyaya «özününkü» münasibəti olmazdı. İctimai münasibət kimi mülkiyyətin məzmunu mülkiyyətçinin maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd olan əlaqə və münasibətlərdə açılır.
Mülkiyyət maddi və iradəvi məzmuna malik olan ictimai münasibətdir və əmlak münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər hansı bir konkret formada ifadə oluna bilən iradəvi aktını göstərməsi lazımdır. Mülkiyyətçi öz əmlakıyla bağlı istənilən münasibətə girə bilər, bir şərtlə ki, bu qanunvericiliklə qadağan edilməsin və yaxud mülkiyyətin sosial təbiətinə zidd olmasın. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.
Sahiblik dedikdə, mülkiyyətçinin əmlak (əşya) üzərində faktiki sahibliyi, yəni təsərrüfat ağalığı başa düşülür. Sahiblikdə mülkiyyətçilik münasibətlərinin tarazlığı, əmlakın fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı təbii xassələrinin hasil edilməsi, habelə ondan fayda götürülməsi istifadə adlanır. İstifadədən fayda – gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam dedikdə isə mülkiyyətçi tərəfindən əmlakın hüquqi müqəddəratının təyin edilməsi başa düşülür. Bu, əmlakın özgəninkiləşdirilməsi, kirayə verilməsi, girov qoyulması və s. üsullarla ola bilər. Əmlakdan istifadə edilməsi və onun üzərində sərəncam verilməsində, artıq mülkiyyət münasibətlərinin dinamikası ifadə olunur.

İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olmuşdur. Əlbəttə, insanların hələ təbiətdən ayrılmadığı, öz ehtiyaclarını sadə vasitələrlə ödədiyi bəşər cəmiyyətinin ilk başlanğıc mərhələsi istisna olunur. Cəmiyyətin inkişafının müxtəlif dövrlərində əmlak münasibətləri də müxtəlif olmuşdur. İctimai formasiyalara uyğun olaraq mülkiyyətin müxtəlif tipləri – ibtidai icma, quldarlıq, feodal – təhkimçi və kapitalist tiplərini bir-birindən ayırmaq olar. Yaxın keçmişə qədər mülkiyyətin bir tipi kimi sosialist mülkiyyəti də kifayət qədər əsaslar olmadan qeyd edilirdi. Sosializm birliyinə daxil olan dünyanın heç bir ölkəsində sosializm əslində qurula bilmədi. Bilavasitə istehsalçılar istismara məruz qalır, istehsal vasitələrinin istehsalçılara verilməsi həqiqətdə baş vermədi. Bu ölkələrin totalitar rejimləri mülkiyyətin o tipini təsdiq etdi ki, o, mülkiyyətin xarakterik əlamətlərinə, tamamilə, yabancı idi.
İstər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına baxmayaraq mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır.
Beləliklə, iqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və sərəncam verməklə əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv və subyektiv mənada.
Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir.

Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Söhbət əgər faktiki sahiblikdən gedirsə, bu o demək deyildir ki, sahibkar əşya ilə bilavasitə təmasda olsun. Məsələn, uzunmüddətli məzuniyyətdə olan şəxs onun evində olan əmlakın sahibi olaraq qalır. Deməli, əşyaya faktiki sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir.
Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul sahibliyi deyilir. Hüquqi əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə hallarda mübahisəli məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır. Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta yetirilməzsə, tanınır.
Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (Mülki Məcəllənin 164-cü maddəsi).
Qanunsuz sahiblik öz növbəsində iki yerə, vicdanlı və vicdansız sahibliyə ayrılır. Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən bəhs edilir. Həmin maddəyə uyğun olaraq daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.
Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir.
Əşyanın vicdanlı sahibi isə öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən şeyin əvəzini ödəməyə borclu deyildir.
İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Ola bilsin ki, bəzi əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə istifadə edilsin. Məsələn, tikiş maşını ilə nəinki ailə üzvləri üçün, habelə haqqı ödənilməklə digər şəxslər üçün də paltar tikilə bilər. İstifadə hüququ, adətən sahiblik hüququna söykənir. Lakin sahibi olmadığın əşyadan da istifadə etmək olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak kirayəsi müqaviləsinə görə kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o, həmçinin, əmlakın istifadəçisi hesab edilir.
İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanın başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər.
Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını satmaq, kirayə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edir. Bir qayda olaraq, əmlak üzərində sərəncam mülkiyyətçiyə məxsus olur. Mülkiyyətçi olmayanın əmlak üzərində sərəncam verməsi yalnız qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu ödəmək məqsədilə mülkiyyətçinin əmlakının məcburi satılmasında ve s. hallarda özünü göstərir. Məsələn, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda almaq məqsədilə lombardlara təhvil verirlər. Əgər onlar göstərilən müddətdə aldıqları pulu geri qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş ssuda götürülür, qalan hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə edildikdə onlar öz varlığını itirir, məhv olurlar. Bununla əlaqədar olaraq mülkiyyət hüququ xitam edilir. Deməli, mülkiyyətçi tərəfindən əmlakın məhv edilməsi də sərəncam hesab edilir. Lakin əmlakını məhv edən mülkiyyətçinin fəaliyyətinin hüquqi tənzimini vermək nəzərə çarpacaq dərəcədə mürəkkəbdir. Əgər mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına və yaxud bu hüquqdan imtina olunmasına yönəldilmişdir. Yox, əgər əmlakdan bir dəfə istifadə olunmaqla (məsələn, meyvəni yemək və s.) mülkiyyət hüququna xitam verilirsə, onda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına deyil, əmlakdan faydalı xassələrin hasil edilməsinə yönəlir. Deyilən misalda əmlak üzərində sərəncam hüququnun deyil, istifadə hüququnun həyata keçirilməsi baş vermiş olur.

Mülkiyyət hüququnun anlayışının açılması mülkiyyətçinin malik olduğu səlahiyyətlərlə başa çatmır. İş ondadır ki, eyni səlahiyyətlərə həm mülkiyyətçi, həm də digər şəxslər (məsələn, mülkiyyətçinin əmlakına tam təsərrüfatçılıq aparmaq hüququ olan şəxs və s.) malik ola bilər. Bunun üçün məhz mülkiyyətçinin səlahiyyətlərini əks etdirən spesifik əlamətlər müəyyən olunmalıdır. Bu əlamətlər ondan ibarətdir ki, mülkiyyətçi öz səlahiyyətlərini öz mülahizəsinə görə həyata keçirir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir.
Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər.
Lakin mülkiyyətçinin əmlak üzərində sahibliyini nəhayətsiz hesab etmək olmaz. Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir.
Mülkiyyətçinin sahiblik və istifadəsində olan əmlak üzərində hüquqlarını həyata keçirmək üçün təkcə o lazımdır ki, üçüncü şəxs həmin əmlaka təcavüz etməsin. Lakin həmişə belə olmur. Əmlak üzərində sərəncam verərkən (əmlakı satarkən, kirayə verərkən, girov qoyarkən və s.) mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, kirayə və ya girov götürənlə və s.) hüquq münasibətinə girir. Mülkiyyətçi bu zaman öz hüquqlarını həyata keçirsə də, bəzən həmin hüquqların tənzimlənməsi mülkiyyət hüququnun hüdudlarından kənara çıxır, o, özü isə satıcı, kirayə verən, girov qoyan kimi çıxış edir. Belə hallarda mülkiyyət hüququ pozulmuşsa, onda hər şey bu hüququn saxlanıb saxlanılmamasından asılı olur. Əgər bu hüquq saxlanmışsa, pozulmuş hüquqların bərpası mülkiyyət hüququ institutu normaları ilə baş verir. Əgər mülkiyyət hüququ qalmamışsa (deyək ki, əmlak məhv edilmişdir), onda pozulmuş hüquqların bərpası digər hüquq normaları ilə mümkün olur (məsələn, zərərvurma nəticəsində əmələ gələn öhdəliklər, yaxud sığorta hüququ). Beləliklə, mülkiyyət hüququ normaları digər hüquq normaları ilə daimi əlaqədə və qarşılıqlı fəaliyyətdədir.

  • Teqlər:
  • mülkiyyət
  • , mülkiyyət hüququ
  • , mülki hüquq

Comments are closed, but trackbacks and pingbacks are open.