Press "Enter" to skip to content

Xalid Hüseyni Və Dağlardan Səda Gəldi

Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur.

ŞaFtAlı

Xalid Hüseynin iki romanının sevərək oxumuşdum . Üçüncü roman isə o qədər də xoşuma gəlməmişdi. Bu gün romana təkrar nəzər saldım. Bir qədər haqsızlıq etdiyimi anladım. Bəlkə də vaxtilə bəyənmədiyim bütün əsərlərə ikinci şansı versəm fərqli təəssüratım yaranar. “Və dağlardan səda gəldi” yazıçının digər iki əsərindən fərqlənir. Əslində ilk 100 səhifədəki mövzu, hadisələr, Nəbi dayının məktubu- bütün bunlarda problem yoxdur. Yenə Xalid Hüseynin maraqlı və şirin təhkiyəsi özünü büruzə verir. Lakin əsərin amerikanların Əfqanstandakı “fədakar” fəaliyyəti, əfqanlı İdrisin öz keçmişi ilə indisi arasındakı fərqi, bu fərqin onun həyatında yavaş-yavaş yaratdığı boşluq bütün bunlar əsərdə o qədər yamaq təsiri bağışlayır ki, sanki ilk 100 səhifəni Xalid Hüseyin, digər səhifələri isə redaktoru yazıb)))

Yazıçının bütün əsərlərində əfqanlıların yaşamındakı həyat mücadiləsi, içtənlik, keçmişə bağlılıq, müxtəlif insanlar və onların ilk baxışdan sıradan görünən, hər birisinin bir romana mövzu olacaq taleləri öz əksinin həqiqi insan hissiyyatı ilə əks olunur. Sadəcə düşünürəm ki, Xalid Hüseyin bu romanda əhvalatı tez yekunlaşdırıb, davamını gətirə bilməyib və dəxlisiz mövzuları əlavə etməklə bir əlaqə yaratmağa çalışsa da, hər nə qədər keçmişdən insanları qarşımıza çıxartsa da (Məsələn İdrislə Abdullanın tanışlığı) yenə də bir tutarsızlıq özünü göstərir. Bəlkə də yazıçı sadəcə əfqanlıların başa düşəcəyi bir məsələyə (viran qoyulmuş şəhərlərinə qayıdıb, dağıdılmış yurdlarını görən iki əmioğlunun hərəsinin bunu bir formada dəyərləndirməsi) toxunub. Istənilən halda Xalid Hüseyni oxumaq zövqvericidir.

Gönderen ice berg zaman: 15:59

Xalid Hüseyni Və Dağlardan Səda Gəldi

1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar.

Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur.

Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımızı, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.

Xalid Hüseyni “Və dağlardan səda gəldi” PDF

1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur. Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımızı, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.

1965 – Həyatdadır

Xalid Hüseyni 1965-ci ildə Kabulda anadan olub. Xalid Hüseyninin atası diplomat olmuşdur. Kabulda olan daxili qeyri-sabitliyin hökm sürdüyü bir vaxt atasının diplomat olduğu üçün Xalidin ailəsinə ABŞ-da siyasi sığınacaq verilir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Xalid Hüseyni “Və dağlardan səda gəldi” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Azərbaycanca.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.