Xalid huseyni min möhtşm günş
“Hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır. Bizim kimi qadınların çəkdikləri əzabı xatırlatmaq üçün qayıdır. Beləcə, başımıza yağan hər bir şeyi səbirlə, dözümlə qarşılayırıq”.
Xalid Hüseyni “Min Möhtəşəm Günəş” PDF
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.
1965 – Həyatdadır
Xalid Hüseyni 1965-ci ildə Kabulda anadan olub. Xalid Hüseyninin atası diplomat olmuşdur. Kabulda olan daxili qeyri-sabitliyin hökm sürdüyü bir vaxt atasının diplomat olduğu üçün Xalidin ailəsinə ABŞ-da siyasi sığınacaq verilir.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Xalid Hüseyni “Min Möhtəşəm Günəş” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
English.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Xalid huseyni min möhtşm günş
“Min Möhteşem Güneş” (Xalid Hüseyn)
Bu kitabı əlimə alıb ilk dəfə oxuyanda o qədər də sevə biləcəyimə inanmamışdım. Oxuduqca insan özünü, yaşadıqlarını, həyat tərzini, ən çoxda peşmanlığın nə olduğunu hiss edir. Oxuduqca əsl dostluğun, qayğının, mənəvi tənhalığın, mənəvi ehtiyacsızlığın nə olduğunu hiss edir. Duyğusu var olan bir insanın bu əsəri göz yaşları içində oxumaması mümkün deyil.
Əsərin müəllifi əfqan əsilli Xalid Hüseynidir. Kitab 2004-cü ildə Amerikada çap olunub. Kitab qısa zamanda gözlənilməz oxucu kütləsinə nail olub. Buna görə də kitab demək olar ki, müasir dünya ədəbiyyatının ən gözəl nümünəsinə çevrilib.
Əsər Əmir adlı bir oğlanın həyatından bəhs edir. “Çərpələng uçuran” uşaq vaxtı başına gələn dəhşətli hadisəni unutmağa və atası ilə dil tapmağa çalışan gənc oğlan Əmirdən, hər şeyə rəğmən öz dostundan əsla əl çəkməyən Həsəndən, oğlunu əyilməz, “hərtərəfli” yetişdirməyə çalışan Babadan, Əmiri anlamağa çalışan Rəhim xandan, Əmirin yaşadığı peşmanlqdan və onu hər tərəfli qəbul edən Sürəyyadan bəhs edir.
Bununla yanaşı romandakı hadisələr monarxiyanın çökməsindən bəhs edir və Taliban hərəkatının dağılmasına qədər Əfqanıstanda, sonra isə Kaliforniyada baş verir. Kitabın başqa bir mövzusu Əfqanıstanda olan etnik qruplar – xəzərlər və puştunlar arasındakı fikir ayrılıqları, eləcə də Əmirin və onun atasının emmiqrant həyatından bəhs edir.
2005-ci ildə roman ABŞ-da “bestsellerlər” (ən çox satılan kitablar) arasında 3-cü yeri qazanıb. 2007-ci ildə kitabda olan hadisələrin əsasında eyni adlı film də çəkilib .
25 мая 2017
“Min Möhteşem Güneş”
25 мая 2017
Bu romani iki gune oxumusam.
Xalid Huseyni heyatda her seyi ogurluq sayir. Qatillerin oldurduyu adamlarin heyatin ogurladigini vurgulayir. Lakin ozunun Efqan xalqinin haqqini taptaladigini,onlari Amerikanin ayagina toz etdiyini saymir.
25 мая 2017
Efqanistandaki tacikleri pustunlari pisleyir amerikani ise xeyirxah adlandirir. Amma gormezden gelir. Talibani amerika maliyelesdirib efqan xalqina zulm etdiyini yazmir
KİTAB ADASI
Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…
“Min möhtəşəm günəş” Xalid Hüseyni
Bir aydan çoxdur ki, blogda yazı yazmırdım, çünki gərək oxuduğum kitabdan o qədər təsirlənim ki, hisslərimi yazıya çevirə bilim. Nəhayət, bu müddət ərzində məni yenidən yazmağa təhrik edən bir kitab oxudum- Xalid Hüseyninin “Min möhtəşəm günəş”i…
Mən müəllifin ilk romanı “Çərpələng uçuran”ı oxuyanda ondan çox təsirlənmişdim və həminki təsir hələ də keçib getməyib. Sayca üçüncü romanı olan “Və dağlardan səda gəldi”ni də oxudum, amma müəllifin bu əsəri məndə ilk əsərdə olan təsiri bağışlamadı, gözlədiyimi tam da tapmadım. Onun üçün də 2007-ci ildə ikinci nəşr olunan “Min möhtəşəm günəş” əsərini oxumağı bir müddətlik təxirə saldım.
Xalid Hüseyninin digər əsərləri kimi bu əsəri də əfqanların həyatından, orada gedən müharibələrdən, günahsız insanların öldürülməsindən, qadınların hüquqsuzluğundan, onların ağır və kəhməkeşli həyat tərzindən bəhs edir. Əsərin baş qəhrəmanları olan Məryəm və Leyla bütün əfqan qadınlarının prototipidir. İki ayrı yaşda, iki ayrı xarakterdə , iki ayrı dünyagörüşlü insan və həyat yolunda birləşən eyni taleyi yaşayan iki insan…
Kitabın hər bir cümləsi qəlbə ayrı toxunur, ayrı bir həyəcan yaradır. Məryəmin anası Nananın özünü asdığı səhnə, atası Cəlilin Məryəmin küçədə yatmağına razı olması, qardaşlarının ölümünü eşidəndə Leylanın anasının etdiyi ah-vahlar, ərləri Rəşidin Məryəm və Leylaya etdiyi əzablar, Leylanın uşaqlıqdan sevdiyi, amma Rəşidin oyunu ilə öldüyünü zənn etdiyi Tariqi canlı görməsi və s. kimi hadisələri oxuyarkən beynimdə film lenti kimi canlandı.
Əsərdəki hadisələr negativdən pozitivə doğru irərləyir, sonu nikbin sonluqla bitir. Həyatda “kaş ki” deməmək üçün çox vaxt iki dəfə düşünmək lazım olur. O nə deyər, bu nə deyər düşünülüb yaşanan həyat çox vaxt bizi xoşbəxt etməyə bilər, ömürlük əzaba, peşmançılığa apara bilər, Məryəmin atası Cəlil kimi… Əsərdə təsvir olunan bütün hadisələr haqqında tam açıq yazmaq istəmirəm ki, əgər sonradan bu əsəri oxuyanlar olacaqsa mənim kimi əsər haqqında heç bir şey bilmədən təsirlənməsini istədiyimdəndir.
Əsərdə xoşuma gələn cümlələri sizin üçün ayrıca qeyd etmişəm:
“Şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır”.
“Hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır. Bizim kimi qadınların çəkdikləri əzabı xatırlatmaq üçün qayıdır. Beləcə, başımıza yağan hər bir şeyi səbirlə, dözümlə qarşılayırıq”.
“Boş yerə gözləməkdən ağır heç nə yoxdur, əsl iztirabdır”.
“Dostlu, oğlanlar üçün günəşin mövcudluğu kimidir, mübahisəolunmazdır, əgər varsa, sevinci, ışığı danılmazdır”.
“Əfqanın qalib gəlmədiyi yeganə düşmən-onun özüdür”
Əsəri “Qanun nəşriyyatı” nəşr edib, dilimizə ingiliscədən Firidun Ağazadə tərcümə edib.
SƏMƏDOVA JALƏ
Comments are closed, but trackbacks and pingbacks are open.