Press "Enter" to skip to content

Книга Min möhtəşəm Günəş, автор Xalid Hüseyni

Müharibə mövzusu deyəndə Remarkın ağla gələn ilk əsəri “Qərb cəbhəsində təbəddülat yoxdur” əsəri olur. Ümumiyyətlə, müharibə mövzusu Remarkın demək olar bütün əsərlərindən qırmızı xətt kimi keçir. Təsadüfi deyil. Çünki müəllif özü şəxsən müharibədə iştirak edib, baş verən vəhşilikləri öz gözləri ilə görüb. Məktəbi bitirdikdən sonra Remark könüllü orduya yazılıb və Qərb cəbhəsində gedən döyüşlərdə iştirak edib.

Müharibə mövzusunda 12 əsər

Müharibə mövzusunda oxuduğum ən yaxşı əsərlərdən danışacam. Paradoksal səslənir: ən ağır mövzulardan biri və ən yaxşı nümunələri.

Demək olar bütün həyatım fasilələrlə müharibə şəraitində keçib. Müharibə bilavasitə mənə itki yaşatmayıb, amma itki ilə üzləşənlərin həyatına şahid olmuşam.

Təkcə müharibə səhnələrinin, döyüşlərin təsvir edildiyi əsərlərə deyil, eyni zamanda müharibənin səbəb olduğu hadisələrdən, səbəb-nəticə zəncirində “müharibə”nin səbəb kimi iştirak etdiyi hekayələrdən bəhs edən kitablara toxunacam. Siyahı subyektiv xarakter daşıyır və şəxsən mütaliə etdiyim kitablardan tərtib edilib. Məsələn, Tolstoyun “Hərb və sülh” əsəri siyahıda yer almayıbsa, deməli, o əsəri oxumamışam.

Ernest Heminquey “Əcəl zəngi”

Bədii ədəbiyyatda müharibə mövzusu dedikdə, “İtirilmiş nəslin” (XIX əsrin sonunda doğulan və 18 yaşı tamam olduqdan sonra Birinci Dünya Müharibəsində iştirak edənlər) haqq səsi hesab edilən Erix Mariya Remark və Ernest Heminqueyin adları mütləq bu mövzu ilə bağlı siyahılarda ön sıralarda gəlir. Hər iki müəllifin yaradıcılığı ilə yaxından tanışam. Hərçənd Heminqueyin üslubu ədəbi zövqümə çox yaddır. Onun çılpaq təsvirləri, monoton dialoqları mənə darıxdırıcı gəlir, əsərlərini oxuyanda elə bilirəm yavan plov yeyirəm. Müharibə mövzusunda iki əsərini oxumuşam: “Əlvida, silah” və “Əcəl zəngi”. Onlar arasında seçim etməli olsam, ikinciyə üstünlük verərəm, o da Pilar xanımın şərəfinə. Əsərdə hadisələr İspaniya vətəndaş müharibəsi dövrünə təsadüf edir.

Gənc amerikalı döyüşçü Robert Cordan Franko tərəfdarlarına qarşı döyüşmək üçün partizan dəstəsinə qoşulur. Dəstəyə hərbi məqsədlə bir körpünü partlatmaq tapşırılır. Hazırlıq prosesində dəstə üzvlərini tanıyırıq, onların həyat hekayələrini öyrənirik. Əsər də bu insanların istəkləri, gələcəklə bağlı gözləntiləri, mübarizələrinə inamı üzərində qurulub.

Erix Mariya Remark “Qərb cəbhəsində təbəddülat yoxdur”

Remarkı təxminən 10 il öncə “Zəfər tağı” sayəsində tanımışam. Əsərin melanxolik ab-havasını, şeir kimi axıcı dilini, fəlsəfi-ironik dialoqlarını o qədər bəyənmişdim ki, görməmiş kimi ard-arda müəllifin dörd-beş kitabını oxumuşdum. Sonra da doymuş buxara çevrilmişdim. Üstəgəl, mütaliə təcrübəm zəif idi, bədii priyomlarla elə də yaxından tanış deyildim. Xüsusi heyranlığıma bu çatışmazlıqlar da səbəb olmuşdu. Məsələn, indi Remarkdan nəsə oxumağa hövsələm çatmaz.

Müharibə mövzusu deyəndə Remarkın ağla gələn ilk əsəri “Qərb cəbhəsində təbəddülat yoxdur” əsəri olur. Ümumiyyətlə, müharibə mövzusu Remarkın demək olar bütün əsərlərindən qırmızı xətt kimi keçir. Təsadüfi deyil. Çünki müəllif özü şəxsən müharibədə iştirak edib, baş verən vəhşilikləri öz gözləri ilə görüb. Məktəbi bitirdikdən sonra Remark könüllü orduya yazılıb və Qərb cəbhəsində gedən döyüşlərdə iştirak edib.

Yazıçı bu əsərində militarizmə olan nifrətini təsvir edir, öldürməkdən başqa heç nə bilməyən, “gün üzü görməyən” gənclərdən bəhs edir, təbliğat maşınını, sinfi bərabərsizliyi, ədalətsizliyi tənqid edir. Əsərdə müharibənin səbəblərini götür-qoy edən əsgərlər aldadıldıqlarının fərqinə varırlar, müharibədə aldıqları travmalara, həm fiziki, həm mənəvi – görə sonradan mülki həyata uyğunlaşa bilmirlər.

Roman 1928-ci ildə nəşr olunan kimi kult əsərlərdən birinə çevrilib. Bu əsər Almaniyanın müharibədəki məğlubiyyətinə haqq qazandırmağa və əsgərləri qəhrəmanlaşdırmağa çalışan Veymar Respublikası dövründə üstünlük verilən sağçı mühafizəkar hərbi ədəbiyyata zidd olub. Məhz bu kitab yazıçı ilə nasist rejimi arasında mübahisənin yaranmasına səbəb olub. Remark “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını Kramer təxəllüsü altında nəşr etdirməyə çalışıb. Bu da hitleryönlü mətbuatın əlinə əsas verib ki, yazıçını yəhudi mənşəli olmaqda günahlandırsın. Nasistlər hakimiyyətə gəldikdən sonra Remarkın kitabları ümumiyyətlə qadağan edilib, hətta satışdan qaldırılıb və meydanlarda yandırılıb.

Xalid Hüseyni “Min möhtəşəm günəş”

Dövrümüzdə tez-tez müharibə mövzusuna müraciət edənlərin arasında yazıçı Xalid Hüseyni var. O, “Çərpələng uçuran” romanı ilə Əfqanıstan reallığını yenidən diqqət mərkəzinə sala bilmişdi. Çoxları əsərin Amerikanın sifarişi ilə qələmə alındığını, Amerikanın xilaskar imicinə xüsusi diqqət ayrıldığını iddia edir. Bununla belə, “Çərpələng uçuran” müharibə gedən ölkədə gənclərin arzularının yarıda qaldığını, müharibənin demək olar hər bir ailəyə təsir etdiyini göstərir. Burada həmçinin o da qeyd edilir ki, vəziyyət qarışan kimi (verilmiş halda, sovet qoşunları Əfqanıstana girir) zənginlər, varlı ailələr ölkəni tərk edir, vətəni qoruyanlar isə yenə kasıblar olur.

Nə isə… qızışdım, halbuki bu mövzu ilə bağlı yazıçının digər əsərini – “Min möhtəşəm günəş” əsərini qeyd etmək istəyirdim. Çünki Hüseyni burada müharibə içində müharibəni göstərir. Çevrilişlər, qırğınlar, dağıntılar fonunda iki qadınının tale yolları kəsişir. Onlar eyni kişinin arvadı olurlar. Şəxsi azadlıqları əllərindən alınan bu iki qadın həmin kişinin əsarətindən qurtulmağa çalışırlar. Bir daha şahid oldum ki, azadlığa ancaq mübarizə və birlik yolu ilə nail olmaq olar. “Çərpələng uçuran” ilə müqayisədə bu əsəri daha çox sevməyimə obrazların qadın olması ilə yanaşı, onların daha sivil bir ölkəyə köçmək imkanının olmaması idi. Xeyr, mazoxist oxucu deyiləm. Obrazların əziyyət çəkməsindən zövq almıram. Sadəcə seçim imkanı olmayan insanların – bu siyahıda mən də varam – mübarizəsinin nə ilə nəticələnəcəyini görmək maraqlı idi.

Nodar Dumbadze “Mən günəşi görürəm”

Toxunmaq istədiyim növbəti əsər –sevimli yazıçılarımdan biri Nodar Dumbadzenin “Mən günəşi görürəm” povestidir. Düzdür, mövzu ilə bağlı müəllifin “Mən, nənəm, İliko və İllarion” romanını da qeyd edə bilərəm. Əsərdə Böyük Vətən müharibəsi illərində Gürcüstanın ucqar bir kəndi təsvir edilir. Yetim qalan balaca oğlan nənəsinin himayəsində böyüyür. Bütün əsər də onun dili ilə verilir. Kənd əhalisi ağır şəraitdə yaşayır, çətin günlərdən keçir, hər gün cəbhədən qara xəbər gəlir. Bununla belə, bu insanlar hələ də zarafat etməyi, sevinməyi, gülməyi bacarırlar.

“Mən günəşi görürəm” povesti də oxşar süjetə malikdir. Bu dəfə də hadisələr balaca oğlanın – Sosonun dili ilə verilir. O, 1937-ci il repressiyasında valideynlərini itirib, bibisi ilə yaşayır. Soso məktəbdə oxuyur. Onun parta yoldaşı Xatiya adlı bir qızdır. Xatiya anadangəlmə kordur. O, yalnız günəş işığını hiss edə bilir. Sonra müharibə başlayır, bununla da kənd camaatının dinc həyatı dəyişir.

Oxşar süjetə baxmayaraq, “Mən günəşi görürəm” əsərinə üstünlük verməyimə də məhz Xatiya obrazı səbəb oldu. O, gözəldir, ağıllıdır, həmişə gülümsəyir, nikbindir. Ətrafda baş verən qorxunc hadisələrə rəğmən insanları ruhdan düşməyə qoymur. İnamın yoluxucu olduğunu göstərir. Bu obraz mənim üçün ümidin rəmzidir. Hər şeyin yaxşı olacağına bəslənən ümidin.

Qurban Səid “Əli və Nino”

Regiona nəzər salmışkən, Qurban Səidin “Əli və Nino” əsərini qeyd etməsəm olmaz. Romanda Birinci Dünya Müharibəsi fonunda bakılı iki gəncin – azərbaycanlı Əli xan Şirvanşir və gürcü Nino Kipianinin məhəbbəti təsvir edilir. Məhəbbət xəttində diqqətəlayiq bir şey yoxdur: iki mədəniyyət – şərq və qərb mədəniyyəti toqquşanda meydana çıxan standart çətinliklər. Mən bu əsəri tamam başqa xüsusiyyətinə görə sevirəm: bu kitab zaman maşını kimidir, hər dəfə vərəqləyəndə tanış Bakının tanış olmayan tərəflərini görürəm.

Həmçinin bu nəsr nümunəsi dünya miqyasında əhəmiyyətsiz görünsə də, bizim üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisələrə (inqilab, vətəndaş müharibəsi, mart soyqırımı, ingilislərin şəhərə gəlişi, Azərbaycan Demokratik Respublikasının qurulması, bolşeviklərin Bakını ələ keçirməsi, Azərbaycanın sovetləşdirilməsi, milli müqavimət ocaqlarının yatırılması) bədii baxışdır. İndiki dövrə proyeksiya etsək, “Euronews” kanalında müxtəlif ölkələrlə bağlı yayımlanan reklam çarxları kimidir. Bircə fərqlə, bu piar kampaniyasında ölkənin təkcə müsbət tərəfləri deyil, mənfi tərəfləri də işıqlandırılır.

Bu əsər bir də ona görə mənə doğmadır ki, bir növ gözümün açılmasında xüsusi rol oynayıb. Məktəb dövründə qəhrəman kimi bizə sırınan tarixi şəxslərin, ictimai fiqurların əslində indiki dövrün dırnaqarası “çörəkverən kişilər”lərdən heç nə ilə fərqlənmədiyini göstərib.

Markus Zuzak “Kitab oğrusu”

Müəllif qeyri-adi təhkiyə üslubu seçib: bütün hadisələr Ölümün dilə ilə verilir. Məncə, verilmiş halda ən doğru bədii gedişdir. Söhbət qanlı müharibədən gedirsə, danışanın da Ölüm olması çox məntiqlidir.

Hadisələr faşist Almaniyasında cərəyan edir. 1939-cu ilin yanvarında Hubermanlar ailəsi balaca Lizeli övladlığa götürür. Lizelin həm analığı, həm atalığı nasizmə qarşıdır, onlar hətta evlərinin zirzəmisində Maks adlı yəhudi bir gənci gizlədirlər.

Zuzak romanda bir çox məsələyə – nasizm ideyasına, yəhudilərin təqib olunmasına, alman xalqının Hitler ideologiyasının tərəfdarları və əleyhdarları olmaqla iki hissəyə bölünməsinə toxunub. Müəllif göstərir ki, hansı millətdən, hansı ölkədən olursan ol, həmişə insanlığını qoruyub saxlamalısan, insan itkisinə, qəminə, kədərinə laqeyd olmaq olmaz, bu dünyada ən əsas şey xeyirxahlıq, hörmət və cəsarətdir. Və bütün bunları pafossuz, sakit, soyuqqanlı bir şəkildə təsvir edir. Əsərin müsbət tərəfi də məhz budur: təsvir edilən hadisələr ağırdır, amma nəql edildiyi dil bir o qədər pafosdan, dramatizmdən uzaqdır. İnsanı ifrat həssaslığa sürükləmir, döyə-döyə ağlatmır, sağlam şəkildə düşünməyə məcbur edir.

Kurt Vonnequt “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü”

İkinci Dünya Müharibəsi mövzusunu davam etdirsək, alman mənşəli amerikalı yazıçı Kurt Vonnequtun ən məşhur əsərlərindən biri olan “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” əsərini qeyd etməsəm olmaz. Niyə olmaz? Çünki kitab avtobioqrafik motivlərlə zəngindir, xüsusilə müəllifin ağır hərbi təcrübəsi burada öz əksini tapıb.

1941-ci ildə Yaponiya ABŞ-ın Sakit okeanda yerləşən Pörl-Harbor hərbi dəniz bazasına hücum etdikdən sonra Vonnequt könüllü şəkildə orduya yazılır. 1944-cü ildə III Reyxin həyata keçirdiyi Arden əməliyyatı nəticəsində əsir düşür və digər hərbi əsirlərlə Drezdenə göndərilir. Burada hamilə qadınlar üçün səməni siropu istehsal edən zavodda çalışır.

Əsirlər axşamlar fəaliyyət göstərməyən şəhər sallaqxanasına saxlanılırdı. Bomba hücumu zamanı onlar heyvan cəmdəklərinin saxlanıldığı zirzəmiyə aparılırdılar. 1945-ci ildə Drezden şəhəri ittifaq qüvvələri tərəfindən bombalananda zirzəmidə olan yazıçı sağ qalır. Drezden strateji cəhətdən mühüm hədəf olmadığı üçün şəhərdə demək olar ki, bomba sığınağı olmayıb.

Vonnequt hesab edirdi ki, Drezdenin bombalanması hərbi zərurətdən doğmayıb. Əməliyyat nəticəsində həlak olanların çoxu dinc insanlar olub, yaşayış məntəqələri dağıdılıb, memarlıq abidələri məhv edilib. Vonnequt nasizmə qarşı olsa da, sonralar etiraf edir ki, Drezdenin darmadağın edilməsini nasistlərin cinayətlərinə cəza kimi nəzərdən keçirmək olmaz. Ona görə yazıçının bu əsəri ABŞ-da senzuraya məruz qalır, “zərərli” kitablar siyahısına salınır və kitabxanalardan çıxardılır. Hətta 1973-cü ildə Amerikanın Dreyk şəhərində məktəb şurasının qərarı ilə bu kitab “şeytan aləti” kimi yandırılır. “Sallaqxana N5”-i tövsiyə edilən ədəbiyyat siyahısına daxil edən müəllim isə işindən azad edilir.

Roman Vonnequta xas tərzdə qələmə alınıb. Bir az fantastika, bir az fəlsəfə, bir az qara yumor. İnsanın şər və zorakılıq qarşısında nə qədər aciz olduğunu görürük.

Herta Müller “Nəfəs yelləncəyi”

Herta Müller 2009-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Əsər İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra rumın almanlarının aqibətindən bəhs edir. On yeddi yaşlı transilvaniyalı alman Leo Auberq 1945-ci ildə SSRİ-ə deportasiya edilir. Qəhrəmanımız Rumıniyanın almandilli şairi Oskar Pastiorun prototipi hesab edilir. Qeyd edim ki, yazıçının anası da SSRİ-ə deportasiya edilənlərin arasında olub.

Bəs bu insanlar niyə SSRİ-ə köçürülürdü? Mən də bu tarixi faktla əsəri oxuyandan sonra tanış olmuşdum. Belə ki, Almaniyanın SSRİ-ə hücumu ölkə iqtisadiyyatına ciddi zərər vurmuşdu, on milyonlarla vətəndaşı həlak olmuşdu. Bu səbəbdən 1945-1946-cı illərdə sovet düşərgələrində alman vətəndaşlarının əməyindən məcburi istifadə edilirdi. Bura Almaniya, Rumıniya, Yuqoslaviya, Macarıstan, Bolqarıstan, Çexoslovakiyadan gətirilən almanlar da daxil idi.

Şair Oskar Pastior da etnik alman kimi 1945-ci ildə Donbas ərazisində əmək düşərgəsinə deportasiya edilib. 1949-cu ildə geri qayıdıb. Herta Müller kitabı Pastiorla birlikdə yazmaq istəyirmiş. Lakin 2006-cı ildə şairin vəfat etməsi onun planlarını pozur. Və müəllif təkbaşına bu ağır işin öhdəsindən gəlməyə çalışır.

“Nəfəs yelləncəyi” elə bir yerdən bəhs edir ki, burada artıq mədəniyyətə, mənəviyyata yer qalmır, burada sadəcə sağ qalmağa çalışırsan. Bir fərd olaraq kim olduğunu unudursan, yalnız bioloji varlığını davam etdirmək uğrunda mübarizə aparırsan. Artıq dini mənsubiyyətin, cinsi oriyentasiyan, istəklərin, arzuların boş bir şeyə çevrilir. Özün də böyük bir boşluğa. Hər gün, hər saat, hər dəqiqə yalnız bir şey haqqında düşünürsən – yemək tapmaq və ac qalmamaq.

Meri Enn Şeffer və Enni Berrouz “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq həvəskarları klubu”

Siyahıda nisbətən yüngül və dramadan uzaq bir əsərə də yer vermək istədim. Sırf adına görə oxuduğum və uzun müddət hamıya təriflədiyim bir romandan danışacam. Meri Enn Şeffer və Enni Berrouzun birlikdə qələmə aldığı “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq həvəskarları klubu”.

Roman epistolyar janrda qələmə alınıb. Hadisələr 1946-cı ildə baş verir. Dünya müharibədən sonra yavaş-yavaş özünə gəlməyə başlayıb. Müharibə ardınca “kabus” insanlar, yarımçıq qalmış talelər, xarabalıq və çoxlu yetim uşaq qoyub gedib. Londonda yaşayan gənc yazıçı Culiet yaradıcılıq böhranından keçir. O, yeni kitabı üçün süjet tapa bilmir. Müharibənin dəhşətləri barədə yazmaq istəmir, amma digər mövzular da ona darıxdırıcı və yersiz gəlir. Elə bu vaxt təsadüf yazıçının köməyinə çatır – Görnsi adasında donuz saxlayan bir kişidən məktub alır. Sən demə, həmin şəxs də mütaliə həvəskarıdır. Özünü Dousi kimi təqdim edən məktub müəllifi Culietdən kitab məsləhəti almağa çalışır.

İş orasındadır ki, bir vaxtlar almanlar tərəfindən işğal edilmiş və özünə təzə-təzə gələn Görnsi adasında kitab tapmaq müşkül məsələdir. Bu məktub Culietin həyatını alt-üst edir. Kitab klubu adı altında fəaliyyət göstərsə də, əslində ada sakinlərinin gizli görüşü üçün nəzərdə tutulmuş klubun yaranma tarixçəsi onun marağına səbəb olur. Və beləliklə yazıçı klub üzvləri ilə tanış olmaq üçün adaya üz tutur. Məlum olur ki, 1941-ci ildə komendant saatını pozduğu üçün alman əsgərlər tərəfindən saxlanılan dörd dost həbsə düşməmək üçün ədəbiyyat klubundan qayıtdıqlarını söyləyirlər və yalan ayaq tutub yeriyir. Uydurma klub həqiqi kluba çevrilir.

Oxuduqca insanların nə qədər möhkəm olduğuna, müharibənin isə nə qədər dəhşətli olduğuna təəccüblənirsən. Roman eyni zamanda həm kədərlidir, həm əyləncəli. Müharibə dövründə də ümidini, cəsarətini, sadəlövhlüyünü itirməyən insanları gördükcə, Baytell demiş, bəşəriyyətin gələcəyinə inamım artdı.

Romanda çox gözəl bir fikir var: “”. Kaş müharibə də eyni təsir gücünə malik olardı.

Etqar Keret “Yeddi bəhrəli il: memuar”

Siyahıya Etqar Keretin “Yeddi bəhrəli il” əsərini də salmaq istədim. Bu kitab mənə hədiyyə edilmişdi. Annotasiyasında müharibə, terror sözlərini gördükdən, müəllifin yəhudi olduğunu öyrəndikdən sonra nəsə məni qaramat basmışdı. Ona görə yox ki, qaramat kitabları oxumağı sevmirəm, sadəcə bir çox müəllif bu mövzuları spekulyasiya etməyi, oxucuda mərhəmət hissi oyatmağı, ağlatmağı sevir. Lakin əksi baş verdi. Keret göstərdi ki, mərhəmət və yumor hissi ilə müharibə kabuslarının və həyatdakı faciələrin öhdəsindən gəlmək mümkündür.

Müəllif həyatının 7 ilini təsvir edir. Oğlunun dünyaya gəlməsi ilə atasının ölümü arasında keçən 7 ilini. Oğlu Leo terror hücumları zamanı doğulur; atasına xərçəng diaqnozu qoyulur. Müharibə, ölüm təhlükəsi Keretin gündəlik həyatını kabusa döndərir. Sərt reallıqdan qaçmağa çalışan müəllif fikirlərini qələmə almağa başlayır. Nəticədə həyatın qeyri-mümkünlüyü, məhəbbət, ailə və sülh haqqında gözəl bir kitab alınır.

Əsər qısa hekayələrdən ibarətdir. Bu hekayələrin hər birində yazıçının həyatından müəyyən bir epizod, müəyyən bir hadisə, dostları, tanışları, qohumları ilə əlaqəli fikirləri öz əksini tapır.

Aqota Kristof “Qalın dəftər”

Qayıdaq yenə dramaya. Siyahının sonlarına doğru yaxınlaşırıq. Deməli, bu mövzuda oxuduğum ən təsirli iki əsərdən birini elan etməyin vaxtıdır: Aqota Kristofun “Qalın dəftər” əsəri.

Yazıçının adına ilk rast gəldiyim məqalədə elə bilmişdim ki, məqalə müəllifi Aqata Kristinin adını səhv yazıb. Sonra başqa yazıçı olduğunu öyrəndim. Məhz ad oxşarlığı yeni tanışlığa gətirib çıxardı. Və ən məşhur əsəri – “Qalın dəftər” ilə başlamaq qərarına gəlmişdim.

Əsər İkinci Dünya müharibəsi dövründə yaşayan qardaşların həyatından bəhs edir. İlk dəfə 1986-cı ildə İsveçrədə nəşr olunan bu əsər tənqidçilər tərəfindən böyük heyranlıqla qəbul edilib. Sonradan müəllif “Qalın dəftər”ə “Sübut” və “Üçüncü yalan” hissələrini artıqmaqla onu trilogiya səviyyəsinə qədər genişləndirib.

Süjet xətti əkiz qardaşlar – Klaus və Lukas tərəfindən yazılmış gündəlik üzərində qurulub. Ancaq romanın gedişatında qardaşlar bir adama çevrilir. Və yalnız son anda oxucu oxuduqlarının həqiqət yoxsa yalan olduğunu aydınlaşdıra bilir.

Ötən əsrin ən qəddar əsərinin qadın tərəfindən yazılması, bu azmış kimi, bu hekayəni uşaqların nəql etməsi olduqca rəmzi xarakter daşıyır. Romanda əyləncəyə yer yoxdur. Hər cümləsindən dəhşət yağır. Oxuduqca şüuraltı hiss edirsən ki, əsər nə qədər uydurma olsa da, bədiiləşdirilsə də, həqiqət payı çox böyükdür. Və səhifələri çevirdikcə həmin həqiqət payının çoxalması adamı dəhşətə salır. Mənə təsiri o qədər güclü olmuşdu ki, cəsarətimi toplayıb trilogiyanı tamamlaya bilməmişdim. İndinin özündə də hərdən davam etdirmək fikrinə düşürəm, amma içimdən bir hiss buna qarşı çıxır.

Bernhard Şlink “Qiraətçi”

Və gəldik çatdıq birinci yerin sahibinə: Bernhard Şlinkin “Qiraətçi” romanı. Auditoriyası geniş olan bloggerlər kimi, mövzuya “məni tanıyanlar bilir ki” sözləri ilə başlamaq istərdim. Təəssüf, heç məni tanıyanlar da bilmir ki, bu əsərin yeri məndə başqadır. Çünki ilk dəfə bu əsərdə zərərçəkənin deyil, zərərvuranın cildində olmuşdum.

Süjetini bildiyim halda aldığım nadir kitablardandır. 15 yaşlı məktəbli oğlan Mixael Berq 36 yaşlı tramvay bələdçisi Hanna Şmits ilə tanış olur. Onlar görüşməyə başlayırlar, aralarında eşq münasibəti başlayır. Hanna hər görüşdə Berqdən ona kitab oxumasını xahiş edir və bir neçə aydan sonra qəfil yoxa çıxır.

Səkkiz ildən sonra hüquq fakültəsində təhsil alan Mixael Osvensim düşərgəsində nəzarətçi kimi fəaliyyət göstərən qadınların məhkəmə prosesində iştirak edir. Müttəhimlər arasında Hannanı tanıyır. Nəzarətçilər bomba hücumundan sonra başlayan yanğın zamanı kilsədə gizlənən yəhudi qadınlara qapı açmadıqları üçün onların yanaraq ölməsində ittiham edilirlər. Sübut kimi Hannanın imzaladığı hesabat təqdim edilir. Mixael onda başa düşür ki, Hanna əslində yazıb oxumağı bilmir, ona görə həmişə ondan kitab oxumağı xahiş edirmiş. Qadının aqibəti necə olur? Bu haqda spoyler verməyəcəm.

Şlink özü də ixtisasca hüquqşünasdır. Bəlkə bu səbəbdən məhkəmə səhnələri daha real alınıb. Ümumiyyətlə, məhəbbət xəttinin oxucunu cəlb etmək üçün bədii fənd olduğunu düşünürəm. Çünki əsər aralarında yaş fərqi böyük olan iki insanın münasibət yaşayarkən hansı çətinliklərlə üzləşdiyinə toxunmur. Bu iki obrazın yerinə ata və oğul, ana və oğul, dayı və oğul və s. qoyula bilərdi. Əsas məsələ iki nəsli üzləşdirməkdir. Cinayət törədən nəsillə həmin cinayətləri qınayan nəsli. Yazıçı elə hey qulağının dibində qara mələk kimi soruşur: cinayət törətdiyini başa düşmürsənsə, həmin əməl cinayət hesab edilirmi? Başa düşəndə hökm vermək olur? Bəs hökm verəndə başa düşmək? Oxucu kimi mənim gəldiyim nəticə bu oldu ki, başa düşərək hökm vermək mümkün deyil.

Mətnin video formatı YouTube kanalımda:

Книга Min möhtəşəm Günəş, автор Xalid Hüseyni

В романе рассказывается о жизни двух афганок, ставших жертвами войны, разрушившей Афганистан: внебрачной дочери богатого афганца Марьям, с детства лишенной семейной любви, и Лейлы, любимой дочери доброй семьи, кто мечтает об интересной и яркой жизни. У них нет ничего общего, они живут в разных мирах, но война объединяет их жизненные пути. Они даже не знают, кто они – соперница, друг или сестра. Понимая, что в одиночку им не устоять против средневекового десспортизма и жестокости, они вместе сражаются и проходят тяжелые испытания. Тысяча сияющих солнц — сильный, драматический, лирический роман — своей болью, радостью, благородной целью, бесконечной благодатью, трогающей сердце читателя.

Рейтинг и отзывы о товаре

Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв

Описание

В романе рассказывается о жизни двух афганок, ставших жертвами войны, разрушившей Афганистан: внебрачной дочери богатого афганца Марьям, с детства лишенной семейной любви, и Лейлы, любимой дочери доброй семьи, кто мечтает об интересной и яркой жизни. У них нет ничего общего, они живут в разных мирах, но война объединяет их жизненные пути. Они даже не знают, кто они – соперница, друг или сестра. Понимая, что в одиночку им не устоять против средневекового десспортизма и жестокости, они вместе сражаются и проходят тяжелые испытания. Тысяча сияющих солнц — сильный, драматический, лирический роман — своей болью, радостью, благородной целью, бесконечной благодатью, трогающей сердце читателя.

Xalid Hüseyni Min Möhtəşəm Günəş. Bütün dünyada inanılmaz uğur qazanan Çərpələng uçuran ın yazarından

2 Xalid Hüseyni Əfqanıstanın paytaxtı Kabildə bir diplomat ailəsində doğulmuşdur. Ailəsi 1980-ci ildə Amerika Birləşmiş Ştatlarında siyasi sığınacaq alıb və o vaxtdan Şimal Kaliforniyada yaşayır. Yazarın ilk romanı Çərpələng uçuran ın ardından Min möhtəşəm günəş romanı oxucuların ixtiyarındadır. 2

3 Haraya gedirsiniz gedin vətəniniz həmişə sizin arxanızca gələcək. Artıq siz orada yaşamasanız da o sizin içinizdə yaşayır. Əfqanıstanın Xalid Hüseynidə yaşadığı kimi. Min möhtəşəm günəş ilk romanı Çərpələng uçuran la bütün dünyada inanılmaz uğur qazanan Hüseyninin ikinci romanıdır. Yazar bu romanında da doğulduğu torpaqlardan bəhs edir. Bu dəfə iki qadının kəsişən həyatları və dostluqları fonunda. Erkən yaşda ərə verilən qızlar, dünyaya uşaq gətirə bilməyən qadınlar, ataya, başqa adla uşaqlıq dostuna bəslənən və keçmişə gömülmüş sevgilər. Xalid Hüseyni həsrəti, dostluğu, sevgi və insanlığı ən möhtəşəm qələmə alan yazarlardandır. O, uğurla ilmələdiyi hadisələr hörgüsüylə çıxılmaz yollardan necə çıxılacağını göstərən yaradıcı bir qələm sahibidir. Min möhtəşəm günəş sözün əsl mənasında ehtiyac duyulan bir romandır. Joanna Trolp 3

4 Bu kitab gözümün iki nuru Harislə Fərəhə və Əfqanıstanın qadınlarına həsr olunur. 4

5 Azərbaycan dilinə tərcümə edən: Orxan Əmrullayev facebook.com 5

6 Birinci hissə Məryəm ilk dəfə harami sözünü eşitdəndə beş yaşı var idi. Həftənin cümə axşamı günü idi. Buna əmin idi, çünki Məryəm bu gün səbirsiz və fikirli olduğunu özü də bilirdi; təkcə cümə axşamıları Cəlilin onu görmək üçün daxmaya gəldiyi günlər belə olardı. Məryəm Cəlilin dizə qədər otların arasından keçib açıqlığa çıxdığını və ona əl yellədiyini görəcəyi ana qədər başını qatmaq üçün bir stula çıxaraq anasının çin istehsalı olan farfor çay dəstisini bilməyərəkdən yerə atdı. Bu dəst anası Nananın əlindəki yeganə ailə yadigarı idi, iki yaşındaykən itirdiyi anasından qalmışdı. Nana üçün açıq mavi rəngli farforların hər bir parçası, çaynikin lüləyinin zərif əyrisi, əllə çəkilmiş alacəhrələr və payızgülləri, kasanın üzərindəki şeytanı qovan əjdahanın hamısı əziz və qiymətsiz şeylər idi. Bu da Məryəmin əlindən düşən, daxmanın taxta döşəməsinə çırpılıb qırılan sonuncu parça idi. Nana qırılmış kasanı görüncə qıpqırmızı oldu, üst dodağı titrəməyə başladı; gözləri həm zəif, həm də normal görəni qırpılmayan və dümdüz bir baxışla Məryəmə dikildi. Nana elə hirsli görünürdü ki, Məryəm ona yenə cin girəcəyindən qorxdu. Amma cin bu dəfə gəlmədi. Onun yerinə, Nana Məryəmi biləklərindən tutdu, yanına çəkdi, qapalı dişlərinin arasından, “Sən balaca və yaramaz haramisən” dedi. “Çəkdiyim o qədər əziyyətin mükafatı budur. Ailə yadigarımı qıran, bacarıqsız bir harami.” O vaxt Məryəm anlaya bilməmişdi. Haramı bic sözünün mənasını bilmirdi. Məryəm bu haqsızlığı başa düşmək, əsl günahkarın tək günahı 6

7 doğulmaq olan harami yox, onu dünyaya gətirənlər olduğunu anlamaq üçün hələ çox balaca idi. Yenə də, Nananın sözü demə forması Məryəmi şübhələndirirdi; haramı olmaq, yəqin ki, çirkin, iyrənc, Nananın həmişə qarğış yağdıra-yağdıra daxmadan süpürüb bayıra atdığı, ora-bura qaçışan tarakanlar kimi bir şeydi. Daha sonra, bir az böyüyəndə Məryəm bunu başa düşdü. Məryəmin ağlına ilişib qalan Nanənın ona bu sözü deməyi yox, deyərkən təhqiramiz şəkildə çığırması idi. Anasının nə demək istədiyini artıq qavrayırdı, haraminın sevilməyən bir şey olduğu bir kənarda qalsın, başqalarının sahib olduğu şeylərdə, sevgi, ailə, ocaq, cəmiyyətə qəbul edilmə kimi mövzularda heç bir zaman haqqını tələb edə bilməyəcək, qeyri-qanuni bir varlıq idi. Cəlil ona əsla bu şəkildə xitab etməzdi. Ona həmişə “kiçik çiçəyim” deyirdi. Qızı qucağına oturtmaqdan, ona əhvalatlar söyləməkdən zövq alırdı; bir dəfə ona Herat Məryəmin 1959-cu ildə doğulduğu şəhər haqqında danışdı; oranın bir zamanlar fars mədəniyyətinin beşiyi, yazarların, rəssamların və sufilərin ocağı olduğunu dedi. “Orada ayağını hara uzatsan bir şairin ayağına dəyərdi,” deyərək güldü. Cəlil ona Kraliça Cövhər Şahın hekayəsini, on beşinci əsrdə Herata olan sevgisinin nişanəsi olaraq ucaltdığı məşhur minarələr haqda danışdı. Heratın yamyaşıl buğda tarlalarını, meyvə bağlarını, bir müddət sonra iri üzümlərlə dolacaq salxım-salxım budaqlarını, tavanı qübbəli olan izdihamlı bazarlarını uzun-uzadı təsvir etdi. Cəlil bir gün “Heratda bir püstə ağacı var,” dedi, “onun altında da böyük ozan Cəmi uyuyur, Məryəm co.” O əyildi və pıçıldadı: “Ozan Cəmi beş yüz il bundan əvvəl yaşayıb. Həqiqətən. Səni bir dəfə oraya o ağacın yanına aparmışdım. Çox balaca idin. Yadına gəlməz.” Doğru idi. Məryəm xatırlamırdı. Ömrünün ilk on beş ilini Herata o qədər yaxın yaşayırdı ki, hətta piyada da oraya gedə bilərdi Buna baxmayaraq, əhvalatını dinlədiyi bu ağacı heç vaxt görə bilməyəcəkdi. Məşhur minarələri yaxınına gedə bilməyəcək, Heratın meyvə ağaclarından bircə meyvə qoparmaq, buğda tarlalarında gəzmək belə ona nəsib olmayacaqdı. Amma Cəlil nə vaxt bunlardan danışsa, Məryəm ovsunlanmışcasına onu dinləyərdi, o, Cəlilin dünya görüşünün 7

8 ənginliyinə heyran idi. Bu cür şeyləri bilən bir atası olduğu üçün qürurlanırdı. Cəlil getdikdən sonra Nana “yaman böyük uydurmalardır!” dedi. “Böyük adama da böyük uydurmalar yaraşar. Səni heç vaxt heç bir ağacın yanına aparmayıb. Səni sözləri ilə məftun etməsinə, gözünü pərdələməsinə icazə vermə. Sənin sevimli atan bizə xəyanət edib bizi küçəyə atdı. Onun üçün heç bir dəyərimiz yoxdu ki, o bizi böyük və dəbdəbəli evindən qovdu. Həm də o bunu böyük bir məmnuniyyətlə etdi.” Məryəm bunları sakitcə dinləyirdi. Cəlil haqqında belə danışanda Nanaya nə qədər nifrət etdiyini üzünə deməyə cəsarət etmirdi. Düzü, Cəlilin yanındaykən özünü heç də harami kimi hiss etmirdi. Hər cümə axşamı Cəlil öz təbəssümü, hədiyyə və oxşamaları ilə bir-iki saatlığa onu görməyə gələndə Məryəm həyatın bəxş etdiyi bütün gözəllik və səxavətə layiq olduğunu hiss edirdi. Elə buna görə də Cəlili sevirdi. Hətta onu paylaşmaq məcburiyyətində olsa belə. Cəlilin üç arvadı, doqquz uşağı vardı. Doqquz qanuni uşaq, heç birini də Məryəm tanımırdı. Cəlil Heratın ən varlı adamlarından biriydi. Bir kinoteatrı vardı, Məryəm oranı heç vaxt görməmişdi, amma qızın israrlarından sonra Cəlil ən xırda təfərrüatına qədər onu Məryəmə təsvir etmişdi, buna görə də Məryəm ön fasadın mavi və sarı-darçını rəngində olan kərpiclərdən düzəldildiyini, qəfəs kimi barmaqlıqlarla örtülmüş tavanının, balkonunda xüsusi oturacaqların olduğunu bilirdi. İkitaylı, içəri və çölə hərəkət edən giriş qapısı dəhlizə açılır, bu dəhlizdəki vitrinlərə isə hind filmlərinin afişaları vurulmuşdu. Cəlil burada hər çərşəmbə axşamı pulsuz dondurma paylandığını da əlavə etmişdi. Nana bunu eşidincə altdan-altdan gülümsədi. Kişinin daxmadan gedəcəyi ana kimi gözlədi, sonra lağlağayla gülərək dedi: “Başqalarının uşaqlarına dondurma verilir. Bəs sənə nə verirlər, Məryəm? Dondurma haqqında hekayələr?” Cəlilin kinoteatrdan başqa, Kəroh və Fərahda torpaq sahəsi, üç xalça mağazası, bir geyim dükanı və 1956-cı ilin modeli qara Buick Roadmaster i vardı. Heratın imtiyazlı şəxsləri ilə güclü əlaqələrə malik idi; bələdiyyə başçısı və əyalət qubernatoruyla dost idi. Evində bir aşpaz, bir şəxsi sürücü və üç xidmətçi çalışırdı. 8

9 Nə vaxtsa Nana da xidmətçilərdən biri idi. Ta ki qarnı şişməyə başlayana qədər. Nana demişdi ki, Cəlilin ailəsi nəfəsini bir ağızdan elə bir tutdu ki, Herat havasız qaldı. Arvadlarının ana-ataları and içdilər, bu işi qan təmizləyər, dedilər. Arvadları Nananı evdən qovmağını istəyirdilər. Nananın atası yaxındakı Gül Daman kəndində yaşayan yoxsul bir daş ustası qızını övladlıqdan rədd etdi. Sonra da heç kimin üzünə baxa bilmədiyini, rəzil olduğunu söyləyərək əşyalarını yığdı, İrana gedən bir avtobusa mindi; ondan bir daha xəbər gəlmədi. Bir gün səhər tezdən Nana bayırdakı toyuqları yemləyərkən, “kaş ki atamın da, başqalarının qürurla edə biləcəyi şərəfli işi etmək cəsarət olsaydı, dedi. Eləsi mənim üçün çox daha xeyirli olardı.” Hinə bir ovuc yem atdı, dayandı, Məryəmə baxdı. “Bəlkə sənin üçün də. Heç olmazsa kim olduğunu öyrənmə ağrısını dadmazdın. Amma atan qorxağın biri idi. Onda bunu edəcək ürək yox idi.” Şərəfli şeyi deyəcək dil Cəlildə də yox idi, deyə əlavə etdi. Ailəsinə, arvadlarına və qayınlarına qarşı gələcək, səhvinin məsuliyyətini boynuna götürəcək bir ürək. Məsələni lazım olan kimi həll etmək yerinə, bağlı qapıların arxasında tələm-tələsik, vəziyyətdən çıxış yolu kimi ailəlikcə iyrənc bir sövdələşmə edilmişdi. Sabahısı gün Cəlil Nanaya xidmətçilərin otağında olan bir neçə əşyasını yığdırmış, evdən çıxarmışdı. “Özünü müdafiə etmək üçün arvadlarına nə dediyini bilirsənmi? Başına zorla bəla olduğumu. Hər şeyin mənim günahım olduğunu dedi. Anlayırsanmı? Bu dünyada qadın olmaq elə bu deməkdir.” Nana əlindəki yem tasını yerə atdı. Bir barmağıyla Məryəmin çənəsini tutub qaldırdı. “Mənə bax, Məryəm.” Məryəm istəməsə də baxdı. “Bunu öyrən və yadında yaxşıca saxla, qızım!” dedi, Nana. “Kompasın şimalı göstərən əqrəbi kimi bir kişinin də günahkar arayan barmağı mütləq bir qadına tuşlanar. Həmişə. Bunu heç vaxt unutma, Məryəm.” 9

10 2 “Cəlillə arvadları üçün mən bir alaq otu idim. Bir yovşan kimi. Sən də həmçinin. Halbuki hələ heç doğulmamışdın.” “Yovşan nədir?” “Yabanı bir alaq otdur,” dedi Nanə. ” Ələ-ayağa dolaşan, qoparıb atılan, bir şey.” Məryəm nisgilli-nisgilli qaşlarını çatdı. Cəlil ona yabanı alaq otu kimi davranmırdı axı. Heç bir zaman da bu cür davranmamışdı. Amma ağıllı tərpənib etirazını dilinə gətirmirdi. “Ancaq, yabanı otların əksinə, mənim yenidən bir yerə əkilməyim, bəslənib sulanmağım lazım idi. Sənin xəritinə həyatda qalmağım vacib idi. Elə Cəlilin ailəsiylə etdiyi sövdələşmə də bu idi.” Nana Heratda yaşamağı qəbul etməmişdi. “Hansı üzlə orda qalacaqdım? Əziz-xələf arvadlarını axşama qədər avtomobillə gəzdirməsini seyr etmək üçün?” Üstəlik, o demişdi ki, Heratın iki kilometr şimalındakı Gül Daman kəndində atasından qalma boş evdə də yaşamayacaq. Uzaq və rahat bir yerdə – qonşuların gözlərini zilləyib qarnına baxmayacağı, onu göstərib ağız-burun əyməyəcəyi, ya da daha pisi, səmimilikdən uzaq, süni bir şəfqətlə qarşılanmayacağı mühitdə yaşamaq istəyirdi. “İnan mənə, atan da gözünün qarşısında olmadığıma görə rahat nəfəs alırdı. Bu vəziyyət maraqlarına hədsiz uyğun gəlirdi.” Bu kiçik ərazini təklif edən, Cəlilin ilk arvadı Xədicədən olan, ən böyük oğulu Möhsün olmuşdu. Gül Damandan aralı idi. Bura Heratla Gül Daman arasındakı baş yoldan ayrılan, dəlik-deşik yoxuşlu torpaq yolla gəlib çatmaq olurdu. Cığır hər iki yandan dizə qədər otlarla, bəyaz və parlaq sarı çiçəklərin yayıldığı çayırlarla əhatə olunmuşdu. Yoxuş qıvrıla-qıvrıla yuxarı dırmanır, müxtəlif qovaq növlərinin boy atdığı, yabanı kol-kosların böyüdüyü düz bir əraziyə çatırdı. Bu yüksəklikdən baxılanda, solda Gül Damanın yel dəyirmanlarının paslı qanadlarını gözlə seçmək olurdu; sağ tərəfdə isə Herat uzanırdı. 10

11 Cığırın sonunda alabalıqlarla dolu, Gül Damanı əhatə edən Safid- Koh dağlarından aşağı geniş çay süzülürdü. Dağlara doğru iki yüz metr yuxarıda, salxım söyüdlərindən ibarət olan, dairəvi bir ağaclıq vardı. Bu söyüdlərin kölgəsinin mərkəzində olan açıqlıq idi. Cəlil bir dəfə gəlib bu əraziyə nəzər salmaq üçün gəlmişdi. Cəlil geri qayıdanda Nanə həbsxanasının təmiz divarları və parlayan döşəməsiylə öyünən həbsxana gözətçi kimi idi. “Beləcə atan bizə bu siçan yuvasını düzəltdi.” *** Nana on beş yaşında olanda evlənməyinə çox az qalmışdı. Adaxlısı Şindandlı bir cavan, bülbül satıcısı idi. Məryəm əhvalatı şəxsən Nanadan dinləmişdi; anasının o qismə heç toxunmamasına baxmayaraq, gözlərindəki xülyalı, həsrət dolu işıqdan onun üçün çox xoşbəxt bir dövr olduğunu kəsdirə bilmişdi. Toy gününə doğru axıb gedən bu günlər bəlkə də Nananın həyatında xoşbəxt olduğu, gerçək səadəti daddığı yeganə dövr idi. Nanə əhvalatı danışarkən, onun qucağında oturan Məryəm, gəlin paltarı seçib geyərkən anasını gözünün önündə canlandırmağa çalışırdı. Onu bir atın belində oturan təsəvvür etdi; yaşıl duvağının arxasından xəcalətli-xəcalətli gülümsəyirdi; ovucları qırmızı xınalı, gümüş tozuyla ortadan ayrılan saçlarına hansısa bir bitki sapına keçirilmiş muncuqlar taxılmışdı. Sanki Şinnay zurnası üfləyən, dəf döyən çalğıçıları, gəlin və yanındakı həmyaşıdlarının arxalarına düşən çığırıb-bağıran uşaqları görürdü. Sonra, toya bir həftə qalanda Nananın bədəninə bir cin girmişdi. Bunu Məryəmə uzun-uzadı izah etməyə ehtiyac yox idi. Onsuz da, öz gözləriylə buna dəfələrlə şahid olmuşdu. Belə vəziyyətlərdə Nanə qəflətən yerə yıxılır, bədəni sıxılıb daşlaşır, gözləri süzülür, içəridən kimsə onu boğurmuş kimi qolları və ayaqları titrəməyə başlayardı; ağızının iki yanında ağ, bəzən də qan qarışıq çəhrayı köpüklər olurdı. Sonra isə keylik, qəribə şüursuzluq, anlaşılmaz sayıqlamalar keçirərdi. Xəbər Şindanda çatanda, bülbül satıcısının ailəsi toyu ləğv etdi. Nanənın deyimiylə: “Qorxuya qapıldılar.” Gəlin paltarı bir şkafa qoyuldu. Ondan sonra da başqa bir elçisi çıxmadı. 11

12 *** Cəlillə oğullarından ikisi, Fərhad və Möhsin, ağaclığın ortasındakı açıqlıqda Məryəmin həyatının ilk on beş ilini keçirəcəyi kiçik bir daxma düzəltdilər. Onlar evi günün altında qurudulmuş kərpiclərdən tikdilər, divarlarını palçıq və saman qatılmış palçıqla suvadılar. İçinə yataq üçün iki döşək, bir taxta masa, iki stul qoydular; bir pəncərə, bir də Nananın sevimli farfor dəsti və gil qablarını düzəcəyi rəfləri divara mismarladılar. Cəlil qış üçün çuqundan bir soba qurdu, daxmanın arxa tərəfinə kəsdiyi odunları düzdü. Bayıra bir çörək yapmaq üçün təndir və ətrafı qəfəs formasında örtülmüş bir hin tikdi. Bir neçə qoyun gətirdi, bir yem qabı qoydu. Fərhadla Muhsinə söyüdlərin meydana gətirdiyi dairədən yüz metr aralıda dərin bir çuxur qazdırdı, üstünə də taxta bir daxma qoydurub bir tualetə çevirdi. Nana dedi ki, usta tutub tikdirə bilərdi, amma etmədi. “Elə bilir ki, günahının bədəlini bununla ödəmiş oldu.” Nana Məryəmi doğduğu günü izah edərkən, köməyinə heç kimin gəlmədiyini söyləyirdi. Dediyinə görə, onu 1959-cu ilin baharında, yağışlı bir gündə dünyaya gətirmişdi; Zahir Şahın ümumiyyətlə səssiz keçən, qırx illik səltənətinin iyirmi altıncı ilində. Cəlil bir həkim, hətta bir tibb bacısı çağırmamışdı; həm də bədəninə cin girə biləcəyini biləbilə. Daxmanın yerində tərə batmış bədəniylə tək başına yatmışdı, yanında bir bıçaq vardı. “Sancılar artanda, yastığa dirənib səsim qısılana qədər bağırırdım. Yenə də, bir Allah qulu gəlib üzümü silmədi, bir stəkan su vermədi. Sənə gəlincə, Məryəm co, heç tələsib eləmədin qızım! O soyuq, daş kimi yerin üstündə düz iki gün yatırtdın məni. Nə bir şey yedim, nə də yatdım; dünyaya tez gəlməyin üçün Tanrıya yalvarıb-yaxarırdım.” “Üzr istəyirəm, Nana.” “Göbək bağını özüm kəsdim. Bıçağı onun üçün yanıma qoymuşdum.” “Üzr istəyirəm.” Nananın üzündə ağır, dərdli bir gülümsəmə meydana çıxırdı; bitmək bilməyən bir şikayətlənməninmi, yoxsa zorakı bir bağışlamanınmı 12

13 ifadəsi idi, Məryəm heç cür anlaya bilmədi. Doğulmasına görə üzr istəməyinin haqsızlığını, buradakı ədalətsizliyi dəyərləndirmək gənc Məryəmin heç ağılına gəlmədi. Gəldiyi zaman, yəni on yaşına çatdığı vaxtlarda da, zatən bu doğum əhvalatına inanmaz olmuşdu. Cəlilin izah etdiyinə inanırdı: O sırada özü uzaqlarda olsa da, Nanənın Heratdakı bir xəstəxanaya aparılması, doğuşun bir həkim tərəfindən həyata keçirilməsi üçün lazımlı olanları etmişdi. Nananı yaxşı işıqlandırılmış bir otaqda, təmiz, düz bir yatağa yatırtmışdılar. Məryəm bıçaqdan danışınca, Cəlil başını təəssüflə yellədi. Məryəm, artıq anasına tam iki gün ərzində sancı çəkdirdiyindən də şübhəli idi. Cəlil isə hər şeyin bir saatdan da az olduğunu dedi. “Sən həmişə yaxşı bir övlad olmusan, Məryəm. Hətta doğulanda da heç kimi incitməmisən.” Nana deyindi “O heç yanımda da deyildi!”. “Taxtı-səfərdə idi, dəyərli dostlarıyla at çapırdı.” Dediyinə görə, yeni bir qızı olduğunu xəbər alanda Cəlil çiyinlərini silkələyib atının boynundaki incə tükləri oxşamağa davam etmiş və taxtı-səfərdə daha iki həftə qalmışdı. “İşin doğrusu, səni bir aylıq olana qədər qucağına belə götürmədi. O zaman da əyilib üzünə baxdı, sifəti bir az uzun kimidi dedi, sonra da səni mənə geri verdi.” Məryəm əhvalatın bu qisiminə də inanmırdı artıq. Bəli, Cəlil özünün də qəbul etdiyi kimi, taxtı-səfərdə ovla məşğul idi, amma xəbəri alınca çiyinlərini silkələməmişdi. Yəhərinə minib kimi Herata qayıtmışdı. Qızını qucağında atıb-tutmuş, baş barmağıyla qaşlarını sığallamış, qulağına bir layla söyləmişdi. Ola bilər, üzünün azca uzun olduğu doğru idi, amma atasının bunu belə təhqiramiz şəkildə söylədiyinə qəti inanmırdı. Nana Məryəm adını özünün seçdiyini demişdi, çünki anasının adı idi. Cəlil isə bu adı onun seçdiyini, çünki sünbüllü bir bitkinin çox gözəl bir çiçək açdığını dedi. “Bu ən çox sevdiyin güldü?” deyə soruşdu Məryəm. “Eh, onlardan biri,” dedi, sonra gülümsədi. 13

14 3 Məryəmin xatırlaya bildiyi ilk xatirələrindən biri bir arabasının daşlara sürtünən dəmir təkərlərinin cırıltısı idi. Ayda bir dəfə düyü, un, çay, şəkər, yağ, sabun, diş məcunu ilə yüklənmiş avtomobili itələyənlər Məryəmin ögey qardaşları, ümumiyyətlə Möhsinlə Ramin, bəzən də Raminlə Fərhad olurdu. Torpaq yoldan yuxarı, qayaların və xırda çay daşlarının üzərindən çuxurların və kolların ətrafından dolanaraq növbə ilə çaya çatana qədər arabanı itələyərdilər. Çayın yanında əl arabasının boşaldılması və malların qarşı sahilə əldə keçirilməsi lazım idi. Sonra oğlanlar boş arabanı çaydan keçirər və malları yenidən yükləyərdilər. Bu dəfə uzun otların arasından, sıx tikanların ətrafından, iki yüz metrlik bir yol başlayardı. Qurbağalar əl arabsının qarşısında qaçışırdı. İki qardaş tərli üzlərinə qonan ağcaqanadları qovalayardı. Məryəm “xidmətçiləri var onlardan birini göndərə bilər,” – dedi “Elə bilir ki, xidmətçi göndərməməklə özünü cəzalandırır,” Nana dedi. Ana-bala təkərlərin cırıltısını eşidincə çölə çıxardılar. Məryəm Nananın ərzaq gələn günlərdəki halını hər zaman xatırlayacaqdı: qapının astanasından çölə boylanan uzun boylu, sümüklü, yalın ayaqlı, bir gözü yumulub incə yarığa çevrilmiş bir qadın qollarını həyasız və teatral bir ədayla qovuşdurardı. Günəşdə parlayan qısa saçları açıq və daranmamış, əynində isə boğazına qədər düymələdiyi boş bir köynək olardı. Cibləri qoz iriliyində daşlarla dolu idi. Oğlanlar suyun kənarında oturub Məryəmlə Nananın ərzaqları daxmaya daşımalarını gözləyərdilər. Onlar ana-balaya otuz metrdən çox yaxınlaşmamağın lazım olduğunu çox yaxşı bilirdilər. Baxmayaraq ki, Nana nişan almağı bacara bilməyib daşların çoxunu hədəfdən uzağına atırdı. Nana düyü torbalanı içəriyə daşıyarkən oğlanlara ara-sıra qışqırar, Məryəmin anlaya bilmədiyi sözlər deyərdi. Onların analarını qarğıyar, nifrətlə dolan üzünü şəkildən-şəkilə salardı. Oğlanlar Nananın bu hərəkətlərinə əsla cavab verməzdilər. Məryəm anasının etdiklərinə görə onlardan utanırdı. O ağır arabanı sürməkdən əl-ayaqları yorulur deyə onlara yazığı gəlirdi. Kaş ki onlara su təklif etməyinə mümkün olsaydı. Amma heç bir şey deməz, əl 14

15 yellədikləri vaxt da qarşılıq verə bilməzdi. Bir dəfə Nanaya kömək üçün o da Muhsinə qışqırdı, ağzının kərtənkələ ayağına bənzədiyini söylədi – sonra da peşmanlıqdan, utancdan və Cəlilə söyləyəcəkləri qorxusundan içi-içini yedi. Amma Nana bu hərəkətə çürük ön dişini göstərərək elə çox güldü ki, qız onun bu dəqiqə ürəyinin dayanacağını sandı. Ərzaqları evə yığdıqdan sonra Nana Məryəmə baxdı, “Sən yaxşı övladsan,” – dedi. Araba boşalandan sonra oğlanlar onun tutacağından yapışıb itələməyə başladılar. Məryəm dayanıb onların uzun çayırların və çiçəkli otların arasında gözdən itmələrini seyr edirdi. “Gəlirsən?” “Hə, Nana, gəlirəm.” “Sənə gülürlər. Qəhqəhələrini eşidirəm.” “Dayan gəlirəm.” “Mənə inanmırsan?” “Gəldim.” “Mənim səni nə qədər sevdiyimi bilirsən, Məryəm co Səhərlər uzaqdan gələn qoyun mələmələriylə, sürülərini çəmənli yamacda otlamağa aparan Gül Damanlı çobanların tütək səsiylə oyanardılar. Sonra keçilərini sağar, toyuqlara dən atar, yumurtaları yığardılar. Birlikdə çörək bişirərdilər. Nana ona xəmirin necə yoğurulduğunu göstərdi, təndirin necə yandırılacağını, əldə yastılanan xəmirin təndirin iç divarlarına necə yapışdırılacağını öyrətdi. Tikiş tikməyi, plov bişirməyi, plova qatılan şalğamı, ispanaqlı tərəvəz, zəncəfilli gül kələmi hazırlamağı öyrətdi. Nana qonaqlardan, daha doğrusu, insanlardan xoşu gəlmədiyini heç vaxt gizlətməzdi, amma digər insanlardan ayırdığı bir neçə tanışı vardı. Məsələn, Gül Damanın muxtarı, kəndin mütəxəssisi Həbib Xan; bu kiçik başlı, saqqallı, qarnı qabağa olan kişi ayda bir dəfə, yanında eşikağasıyla çıxıb gəlirdi; eşikağasının qucağında Məryəm üçün bir toyuq, bəzən bir qazan plov, ya da bir səbət boyanmış yumurta gətirərdi. Sonra Nananın Bibi co dediyi, yaşlı qadın gələrdi; mərhum əri daş ustası və Nananın atasının yoldaşı idi. Bibi conun yanında mütləq gəlinindən biri yaxud nəvələrindan bir-ikisi olardı. Axsaya-axsaya deyinərək açıqlığa çatar, Nanənın gətirdiyi stula ombasını kobud 15

16 hərəkətlərlə ovxalayıb inləyərək yavaş-yavaş əyləşərdi. O da əliboş gəlməz, hər gəlişində Məryəmə nəsə bir şey gətirərdi; bu bir qutu şiriniyyat ya da bir səbət heyva ola bilərdi. Nana üçünsə əvvəl gedərək pozulan sağlamlığıyla bağlı şikayətlər, sonra da Herat və Gül Damanı bürümüş,, dadını çıxararaq uzun-uzandı xırdaladıqları dedi-qodular gətirərdi. Yanında gətirdiyi gəlini həyalı bir şəkildə onları dinləyərdi. Amma Məryəmin Cəlilden sonra ən çox sevdiyi qonaq Molla Feyzullah idi; o kəndin yaşlı Quran müəllimi, axundu idi. Həftədə bir ya da iki dəfə Gül Damandan gələr, Məryəmə gündə beş dəfə qılınan namaz dualarını öyrədər, Quranı əzbərlədərdi, eynən balaca ikən Nanaya öyrətdiyi kimi. Məryəmə oxumağı öyrədən də Molla Feyzullah olmuşdu; qızın dodaqları səssizcə tərpənıb şəhadət barmağı hər kəlmənin altında durarkən qızın başının üstündə dayanıb səbirlə onu izləmişdi; Məryəm barmağını hərflərin üstünə elə basardı ki, barmağının rəngi qaçıb dümağ olardı; hərfləri kifayət qədər sıxdığı təqdirdə mənalarını çəkib ala biləcəkmiş kimi dirənərdi. Onun əlini tutan, qələmi hər əlif in quyruğuna, hər ba nın qıvrımına və başqa nöqtələrə doğru tək-tək istiqamətləndirən də Molla Feyzullah olmuşdu. O, ahıllıqdan beli bükülmüş, arıq və zəif bir adam idi; dişsiz bir gülümsəməsi, sinəsindən aşağıya qədər enən dümağ saqqalı vardı. Adətən daxmaya tək gəlir, nadir olaraq yanında qırmızımtıl saçlı oğlu Həmzəni gətirərdi; oğlan Məryəmdən bir neçə yaş böyük idi. Məryəm müəllimini qapıda qarşılayıb əlini incə dəri təbəqəsiylə örtülmüş bir dəstə zərif budağa toxunarmış kimi öpərdi. Molla Feyzullah da qızın alınından öpüb içəriyə girər və dərsə başlayardılar. Dərsdən sonra, birlikdə daxmanın qarşısında oturar, fıstıq yeyib yaşıl çay içər, ağacdan ağaca uçan bülbülləri seyr edərdilər. Bəzən, tökülmüş qızılı rəngi yarpaqların, ağac-kollarının arasında, çayın sahilində və dağların ətəklərində gəzişərdilər. Gəzişərkəm Molla Feyzullah bir yandan təsbeh çəkər, bir yandan da titrək səsiylə gəncliyində baş vermiş əhvalatları, gördüyü əsrarlı şeyləri Məryəmə nağıl edərdi; İranda tapdığı iki başlı ilanı, İsfahanın oyuz üç taclı körpüsünü, bir dəfə Məzardaki Mavi Məscidin qarşısında bir qarpız yarıb çaşıb qaldığını, yarılmış qarpızın birində tumlardan Allah, o birində isə Əkbər sözləri yazıldığını söyləyərdi. 16

17 Bir gün, Məryəmə Qurandakı sözlərin mənasını qavraya bilmədiyini etiraf etdi. Amma yenə də, ərəbcə sözlərin məqamı, ovsunlayıcı və dilə yatan forması xoşuna gəlirdi. Onu hüzur verib qəlbini fərəhləndirdiyini və sakitləşdirdiyini söylədi. “Sənə də sakitlik gətirəcək, Məryəm co. Ehtiyacın olan kimi onları çağır, səni heç vaxt köməksiz və ümidsiz qoymazlar. Tanrının sözləri səni əsla yarı yolda buraxmaz, qızım.” Molla Feyzullah əhvalat izah etməyi sevdiyi qədər, dinləməyi də sevərdi. Məryəm danışarkən, ona qulaq kəsərdi. Başını yavaşca yelləyər, minnət dolu bir ifadəylə, ona hər kəsin qibtə etdiyi bir fərqlilik bəxş edilmiş kimi gülümsəyərdi. Nanəya qətiliklə deyilə bilməyəcək şeyləri Molla Feyzullaha söyləmək asan idi. Bir gün gəzərkən, Məryəm məktəbə getməyi çox istədiyini söylədi; kaş ki icazə versələr, dedi. “Əsil məktəbi nəzərdə tuturam, axund sahib. Siniflərdə dərs keçirilən məktəbləri. Atamın o biri uşaqlarının getdiyi məktəb kimi.” Molla Feyzullah dayandı. Bir həftə əvvəl Bibi co Cəlilin Səidə və Nahidin, Heratdakı Mehri qız məktəbinə getdiklərini xəbər gətirmişdi. O andan bəri Məryəmin zehnində siniflər və müəllimlərlə əlaqədar fikirlər fırlanır, xəttli dəftərlərin, sütünlarda yazılmış rəqəmlərin, tünd və qalın cizgilərlə şəkil çəkən qələmlərin xəyalı uçuşurdu. O özünü həmyaşıd qızlarla bir sinifdə oturduğunu təsəvvür edirdi. Xətkeşi kağızın üzərinə qoyub son dərəcə əhəmiyyətli görünən xətlər çəkməyi dəlicəsinə arzulayıb həsrət çəkirdi. Molla Feyzullah mehriban və sulu gözlərini qıza dikərək “İstədiyin budur?” dedi; əllərini arxada, bükülmüş belində qoymuşdu, Əyninə sarınmış libası tikanlı sanki qaymaqçiçəyindən düzəldilmişdi. “Bəli.” “İcazə verməyi üçün ananla danışmağımı istəyirsən?” Məryəm gülümsədi. Cəlili saymasaq, dünyada heç kim onu yaşlı müəllimi qədər yaxşı anlaya bilməzdi. Sümükləri sızlayan barmağıyla qızın yanağına toxunub “bu vəziyyətdə, əlimdən nə gələr ki? Uca Tanrı hamımıza bəzi zəifliklər 17

18 vermişdir; mənim zəifliyimdən biri, bəlkə də birincisi, sənə xeyir deyə bilməməyimdi, Məryəm co,” dedi. Sonra isə məktəb məsələsini Nanaya deyəndə o, soğan doğradığı bıçağı əlindən yerə saldı. “Nə üçün?” “Qız öyrənmək istəyirsə, qoy öyrənsin, canım. İcazə ver təhsil alsın.” Nana kobudluqla dedi “Öyrənmək? Nəyi öyrənməlidir ki, Molla sahib? Öyrənməli nə var ki?” Alov saçan gözlərini Məryəmə yönəltdi. Məryəm başını aşağı əyib əllərinə baxırdı. “Sənin kimi bir qızın məktəbə getməyində nə məna var? Bu zibil qabını təmizləyib parıldatmağa bənzəyir. Həm də məktəblərdə vacib olan heç nə öyrənə bilməzsən. Səninlə mənim kimi qadınlara həyatda bircə bacarıq lazımlıdır, o da məktəbdə öyrədilmir. Mənə bax.” “Ona belə şeylər demə, qızım,” dedi Molla Feyzullah. “Mənə bax.” Məryəm baxdı. “Bizim kimilərə təkcə bir hünərli bacarıq lazımdır. Bu da ki təhəmmüldür. Taleylə barışıb dözmək lazımdır.” “Axı nəyə dözmək lazımdı, Nana?” “Bax, bu mövzuda heç narahat olma,” – dedi Nana. “Dözmək üçün səbəb tapmaqda heç çətinlik çəkməyəcəksən.” Sonra sözünə davam etdi: Cəlilin arvadlarının onu adi daş ustasının eybəcər qızı deyib alçaltdığını, buz kimi havada necə paltar yuduzdurduqlarını; üzünün soyuqdan necə donduğunu, barmaq uclarının necə göynəyib yandığını ard-arda sadaladı. “Bizim payımıza düşən elə budur, Məryəm. Bizim kimi qadınların. Biz dözərik. Sahib olduğumuz yeganə hünər bu bacarığımızdır. Başa düşürsən? Həm də məktəbdə sənə gülüb, lağa qoyarlar. Harami deyərlər. Haqqında qorxunc şeylər söyləyərlər. Buna göz yuma bilmərəm.” Məryəm başıyla təsdiqlədi. “Məktəb mövzusu artıq burada bağlanmışdır. Mənim səndən başqa heç kimim, heç nəyim yoxdur. Ona görə də səni onlara verməyəcəm. Mənə bax. Bir də məktəb barədə danışmaq yoxdu, yaxşı?” 18

19 “Bir az düşün. Yaxşı görək Bir şeyi ki, qız istəyir. ” deyə başladı Molla Feyzullah. “Sənə gəlincə, axund sahib, hörmətsizlik etmək istəmirəm, amma bu cür fikirlərə müxalif olmağı hamıdan yaxşı sənin bilməyin lazımdır. Onu həqiqətən düşünüb yaxşılığını istəyirsənsə, onun bura aid olduğunu, yerinin anasının yanı olduğunu ona bircə-bircə başa sal. Başqa yerlərdə ona uyan heç bir şey yoxdu. Yalnız çıxdaş edilmə və kədər var. Bunu çox yaxşı bilirəm, axund sahib, inan ki, bilirəm.” 19

20 4 Daxmaya qonaq gələndə Məryəm çox sevinirdi. Kəndxuda və onun hədiyyələri, Bibi co və ağrıyan ombası, bitmək bilməyən dedi-qoduları və bir də Molla Feyzullahı çox sevirdi. Amma heç kimi Cəlili gözlədiyi kimi həsrətlə gözlənilməz, heç kim onun qədər Məryəmin burnunun ucunu göynətməzdi. Həyəcan və narahatlıq çərşənbə axşamının sonlarından başlayardı. Məryəm heç düz-əməlli yata da bilməzdi. Cəlilin hansısa bir işi çıxıb onun cümə axşamı gəlməsini təxirə salacağından qorxardı, birdən onu görmək üçün daha bir həftə gözləmək məcburiyyətində qalsam – deyə həyəcandan nəfəsi kəsilərdi. Çərşənbə günləri çölə çıxıb daxmanın ətrafında dövrə vurar, dalğındalğın hinə toyuq yemi səpərdi. Həvəssiz gəzişər, çiçəklərin ləçəklərini qoparar, qoluna qonan mığmığaları qovardı. Nəhayət cümə axşamı gəlib çatanda kürəyini bir divara dayayıb oturmaqdan, gözlərini çaya zilləyib gözləməkdən başqa heç bir şey edə bilməzdi. Cəlil gecikəndə ürəyinə getdikcə böyüyən, qorxunc bir dəhşət yayılardı. Dizlərinin üstündə dura bilməyib qıvrılıb bir yerə dayanardı. Sonra Nana səslənərdi: “Budu, gəlir! Atan! Bütün həşəməti ilə.” Məryəm ürəkdən gülümsəyərək əlini yelləyə-yelləyə daşları taptalayıb çayı keçən Cəlili görəndə bir sıçrayışla durduğu yerindən qalxardı. Nananın ona göz qoyduğunu bilirdi; sevinclə qucağına qaçmamaq və bir yerdə dayanıb asta-asta yaxınlaşan kişini seyr etmək həmişə bir səy tələb edirdi. O özünü cilovlayar, çıxarıb çiyininə atdığı pencəyi və küləkdə uçuşan qırmızı qalstukuyla uzun otların arasından gəlməyini səbirlə gözləyərdi. Cəlil açıqlığa çatanda pencəyini təndirin üzərinə atıb qollarını iki yana açardı. Məryəm ona doğru getməyə, sonra isə qaçmağa başlayardı. Atası da onu qucağına alıb havada atıb-tutardı. Məryəm civildəyərək qışqırardı. Bir an kəsiyində havada qalan Məryəm aşağıya baxanda Cəlilin yuxarı çevirilmiş üzünü, geniş, hiyləgər təbəssümünü, almacıqlarını, qəmzəli çənəsini və çeçələ barmağının ucu boyda boşluqlar olan çürük dişlərlə dolu bir şəhərdəki ən ağ dişləri gördü. Qırxılmış bığına, hava necə olursa olsun, mütləq tünd qəhvəyi rəngli, üst sinə cibindədirsə bir dəsmalın ağ üçbucağı qatlanmış kostyum geyərdi. Məryəm atılıb- 20

21 tutularkən özünü də görə bilirdi; Cəlilin qəhvəyi gözlərindəki qabarmış saçlarının, həyəcandan işıldayan sifətinin, arxasındakı göy üzünün əksini. Nana bir gün qızı tuta bilməyib yerə atacağını, əlindən sürüşən Məryəmin yerə çırpılacağını, bir yerini əzəcəyini deyərdi. Amma Məryəm heç vaxt inanmırdı ki, Cəlilin onu yerə ata bilər. Hər dəfə atasının dırnaqları səliqə ilə tutulmuş, təmiz əllərinin arasında etibarla qalacağına inanırdı. Çöldə kölgəlikdə oturdular. Nana onlara çay gətirdi. Cəlillə Nana narahat bir gülümsəmə və bir baş hərəkətiylə salamlaşdılar. Cəlil, Nananın oğlanlara tolazladığı daşlar və qarğıdığı tikanlı sözlər haqda heç bir şey demirdi. Arxasınca deyinməyinə baxmayaraq, Nana kişinin yanında sakit və ədəblə dayanırdı. Belə günlərdə saçlarını mütləq yuyardı. Dişlərini fırçalayır, onun şərəfinə ən yaxşı hicabını bağlayırdı. Cəlilin qarşısındakı bir stulda əllərini qucağına qoyub dinməz-söyləməz otururdu. Kişiyə zillənib baxmaz, kobud sözlər deməzdi. Gülərkən çürük dişini gizləmək üçün əliylə ağızını örtərdi. Ondan işlərinin gedişini xəbər alardı. Arvadları barədə də bir-iki sual verərdi. “Bibi codan eşitdim ki, ən kiçik arvadın Nərgiz üçüncü uşağa hamilədir,” deyəndə, Cəlil nəzakətlə gülümsədi və başıyla təsdiqlədi. Yəqin ki çox xoşbəxtsən,” Nana dedi. “Neçə nəfər oldular indi? On? Maşallah” Hə, on Cəlil dedi. “Məryəmi də saysaq on bir uşağın var.” Məryəm kişi getdikdən sonra Nananın bu sözünə görə onunla mübahisə etdi. Məryəm anasını Cəlilə fənd gəlməkdə günahlandırdı. Nanayla içilən çaydan sonra atayla qız balıq tutmaq üçün çaya tərəf getdilər. Cəlil ona qarmağı necə tutub suya atacağını, qarmağa düşən balığı çəkərkən ipi çarxa necə sarıyacağını öyrətdi. Bir balığı təmizləməyin ən doğru üsulunu – pulcuqları bircə hərəkətlə sıyırıb götürməyi göstərdi. Qarmağın tərpənməsini gözləyərkən qıza şəkillər çəkir, qələmi kağızın üzərindən heç qaldırmadan, bir dəfəyə necə fil çəkməyi göstərirdi. Ona şeirlər, mahnılar öyrədirdi. Birlikdə söyləyərdilər: 21

22 Lili lili, quş tasında yunundu, Çirkli, tozlu torpaq bir yolda durdu, Uçub gəlib tas kənarına qondu, Qonub tasa su içməyə qoyuldu, Ayağı sürüşdü, suda boğuldu. Cəlil, Heratda nəşr olunan İttifaqı-İslam qəzetindən kəsdiyi məqalələri gətirər, qıza oxuyardı. Bu məqalələr Məryəmin xarici dünyayla arasındakı yeganə bağ idi; daxmanın, Gül Damanın, hətta Heratın kənarında böyük bir dünya uzandığının dəlili idi; çöldə, tələffüzü qeyri-mümkün adları olan dövlət başçılarının, qatarların, muzeylərin, futbolun, planetimizin ətrafında dönən, sonra da aya gedən kosmik gəmilərin olduğu bir dünya vardı və Cəlil hər cümə axşamı onun bir parçasını özüylə birlikdə daxmaya gətirirdi cü ilin yazında, on dörd yaşındakı Məryəmə paytaxt Kabildən qırx ildir ölkəni idarə edən Zahir Şahın qansız bir inqilabla devrildiyini söyləyən də o oldu. “Kral İtaliyada müalicə görərkən həmləni əmi oğlusu Davud Xan vurdu. Davud Xanı xatırlayırsan? Onun haqda sənə danışmışdım. Sən doğulanda, Kabildə baş nazir idi. Hər nədirsə, Əfqanıstan artıq monarxiyayla idarə olunmur, Məryəm. O artıq bir respublika, Davud Xan da respublika başçısıdır. Rəhbərliyə qol qoymasına Kabildəki sosialistlərin kömək etdiyinə dair söz-söhbətlər gəzir. Yox, özü əlbəttə sosialist deyil, ancaq onu sosialistlər dəstəkləyiblər. Nəysə, bu yalnız əsassız dedi-qodudur. Məryəm sosialistin nə olduğunu soruşdu, Cəlil də şərhə girişdi, lakin qız onu diqqətlə dinləmirdi. “Eşidirsənmi?” “Bəli.” Məryəmin, yan cibindəki qabarıqlığa baxdığının fərqinə vardı. “Doğurdan, lap yadımdan çıxmışdı. Söhbətə davam etmədən əvvəl. ” Cibindən kiçik bir qutu çıxarıbqıza verdi. Arada bir belə kiçik hədiyyələr gətirərdi. Bir dəfə əqiqdən bir bilərzik, bir başqa dəfə göy muncuqlu bir tasma. O gün Məryəm qutunu açanda içində zəncirli, 22

23 yarpaq formasında bir boyunbağı gördü; ucundan, üzərində ay və ulduzlar həkk edilmiş kiçicik sikkələr sallanırdı. “Tax baxaq, Məryəm co.” Məryəm onu taxaraq “necə oldu?” dedi. Cəlilin üzünə işıq gəldi. “Bir kraliçaya bənzədin.” O gedəndən sonra Nana qızın boyundakı boyunbağını gördü. “Bu köçərilərin taxdığı şeydir,” dedi. “Bunların düzəldilməsini görmüşəm. İnsanların atdığı zir-zibilləri yığıb əridirlər, büjiteriya edirlər. Qiymətli atacığın bir dahaki gəlişində sənə qızılını gətirsin də görək. O günü bir görək.” Cəlilin qayıtma vaxtı gələndə, Məryəm qapının qarşısında dayanar, növbəti gəlişlə arasında uzanan, nəhəng, yerindən tərpədilə bilməyən bir obyekt kimi dayanan o böyük həftənin düşüncəsiylə, sönmüş bir şar qədər ölgün vəziyyətdə onun getməsini izləyərdi. Cəlilin arxasından baxarkən hər dəfə nəfəsini dərməzdi. Nəfəsini saxlayar, saniyələri sayardı. Nəfəs almadığı hər saniyə üçün, Tanrının Cəlille daha bir gün bəxş edəcəyinə inanardı. Gecələri döşəmədəki yatağında yatır, atasının Heratdakı evini düşünürdi. Onunla birlikdə, o evdə yaşamanın, onu hər gün görmənin necə bir şey olacağını təsəvvür edərdi. O üzünü təraş edərkən, ona dəsmal tutduğunu, bir yerini kəsdiyində, qızına səsləndiyini xəyal edərdi. Məryəm ona çay dəmləyərdi. Qopmuş düymələrini tikərdi. Birlikdə Heratda gedər, Cəlilin hər axtardığını taparsan dediyi, üstü qapalı bazarda gəzərdilər. Onun avtomobiliylə gəzər, insanlar onları göstərib, “Bunlar Cəlil Xan və onun qızıdır,” deyərdilər. Məryəmə altında ozanın yatdığı bu məşhur ağacı göstərərdi. Məryəm qərarını vermişdi; bu yaxınlarda bunları Cəlilə də deyəcəkdi. Bunları eşidəndə qızın onu nə qədər istədiyini anlayınca, heç şübhəsiz, onu da özü ilə aparacaqdı. Məryəm Herata gedib onunla bir evdə yaşayacaqdı; eynilə o biri uşaqları kimi. 23

24 5 “Nə istədiyimi bilirəm,” – Məryəm Cəlilə dedi cü ilin yazı idi, Məryəmin on beş yaşının tamam olduğu il. Üçü bir yerdə söyüdlərin kölgəsində üçbucaq formasında yerləşdirilmiş, yığılıb-açılan stullarda oturmuş-dular. “Ad günüm üçün nə istədiyimi bilirəm.” “Bilirsən demək?” – Cəlil dedi, qızı ürəkləndirərcəsinə gülümsəyərək. İki həftə əvvəl Cəlilin kinoteatrında bir Amerikan filminin göstəriləcəyini söyləmişdi. Xüsusi bir film növü idi; onun dediyi kimi desək “cizgi film. Əvvəldən axıra qədər film şəkillərdən ibarət olur, minlərlə şəkildən; onları ard-arda düzüb bir pərdəyə əks etdirirlər, tamaşaçı da şəkillərin hərəkət etdiyini zənn edir. Film tənhalıq acısı çəkən, həsrətlə bir oğul istəyən, yaşlı və uşaqsız bir oyuncaqçının əhvalatından bəhs edirdi. Oyuncaqçı bir gün taxtadan kukla bir oğlan uşağı yonub düzəldir və oyuncaq möcüzəvi şəkildə canlanır. Məryəm bir az daha izah etməsini istəyəndə, Cəlil yaşlı adamla kuklanın başına bir çox macəra gəldiyini söylədi; əyləncə adası deyilən bir yer vardı, hələ eşşəyə çevrilən pis uşaqları demirəm. Başlarına o qədər şey gəlirdi ki, sonda kuklayla atası hətta bir balina tərəfindən udulurdular. Məryəm filmi Molla Feyzullaha da ağzı sulana-sulana təsvir etmişdi. “Məni kinoteatrına aparmağını istəyirəm,” – Məryəm dedi. “Cizgi film izləmək istəyirəm. Kukla uşağı görmək istəyirəm.” Bu vaxt ortamda bir dəyişilmə hiss etdi. Anasıyla atası stullarında narahatlıqla tərpəndilər. Məryəm onların baxışdığını sezdi. “Bu çox da yaxşı bir fikir deyil,” – dedi Nana. Cəlilin yanında Nananın səs tonu idarəli, nəzakətli və sakit idi, lakin Məryəm onun sərt, günahlandırıcı baxışlarını hiss edə bilirdi. Cəlil ayağını ayağının üstünə aşırdı. Öskürdü, boğazını arıtladı. “Bilirsənmi,” deyə başladı, “filmin keyfiyyəti, görünüş çox da yaxşı deyil. Səsi də elə. Son zamanlarda maşında bir xarablıq var. Məncə anan haqlıdı. Bəlkə də başqa bir hədiyyə düşünməlisən, Məryəm co. “Anam,” dedi Nana. “Gördün? Atan da mənimlə eyni fikirdədir.” 24

25 Sonra isə, çay kənarında, Məryəm “məni də apar,” – dedi. “Bax gör nə deyirəm. Səni alıb kinoya aparması üçün birini göndərərəm. Sənə yaxşı bir yer ayırmalarını, istədiyin qədər şiriniyyat vermələrini təmin edərəm.” “Yox, məni oraya sənin aparmağını istəyirəm.” “Məryəm co. “O biri bacı-qardaşlarımı da çağırmağını istəyirəm. Onlarla tanış olmaq istəyirəm. Birlikdə gəzməyimizi istəyirəm. İstədiyim bax budu.” Cəlil dərin bir ah çəkdi. Baxışları uzaq dağlarda idi. Məryəm onun izah etdiklərini – insan üzünün pərdədə bir ev qədər böyük göründüyünü, orada bir avtomobil qəza etdiyi zaman, metalların əzilişini, parçalanmasını sümüklərində hiss etdiyini çox yaxşı xatırlayırdı. İndi də özünü, balkondakı xüsusi kresloların birində, bacıqardaşlarının və Cəlilin yanında oturarkən, dondurmasını yalayaraq görmək istəyirdi. “Tək arzum budur,” – deyə təkrarladı. Cəlil üzündə çarəsiz bir məna ilə ona baxırdı. “Sabah,” – dedi Məryəm. “Günorta. Düz burada görüşək. Yaxşı? Sabah” “Gəl bura,” – atası dedi. Əyildi, qızı özünə çəkdi, uzun, çox uzun bir müddət, möhkəm-möhkəm tutdu. Nana əvvəl, daxmanın ətrafında fırlanır, yumruqlarını sıxıb açırdı. “Sahib ola biləcəyəm o qədər qız varkən, Tanrı niyə mənə sənin kimi bir nankoru verdi? Sənin uğruna dözdüyüm o qədər şeydən sonra! Nə cürətlə? Məni belə tərk etməyə necə cürət edirsən, səni kiçik xain. Sonra məzəmmət etməyə başladı. “Sənin qədər gic də görmədim! Səni əhəmiyyətli hesab etdiyini, evinə qəbul edəcəyini sanırsan, hə? Səni qızı kimi görür. hələ bir evinə də aparacaq, eləmi? Sənə nə deyim. Bir kişinin ürəyi fəsadlı, xəbis bir şeydir, Məryəm. Bir ananın rəhminə heç bənzəməz. Qanamaz, sənə yer açmaq üçün genişləməz. Səni sevən yalnız mənəm. Bu dünyada sahib olduğun tək insan mənəm; mən öləndən sonra, heç kimin qalmayacaq. Heç bir şeyin olmayacaq. Bir heç olacaqsan!” Sonra, duyğu müamiləsi etdi. 25

26 Getsən, ölərəm. Cin gəliə, mən də şok keçirərəm. Görərsən, dilimi içəri udub boğularam. Məni buraxma, Məryəm co. Lütfən getmə. Getsən yaşaya bilmərəm.” Məryəm heç bir şey demədi. “Səni nə qədər sevdiyimi özün də bilirsən, Məryəm co. Məryəm bir az gəzişəcəyini söylədi. Orada bir az daha qalsa, lazımsız şeylər deyə biləcəyindən qorxurdu: cinin bir yalan olduğunu, hadisənin doğrusunu Cəlildən öyrəndiyini, Nananın bir adı olan, dərmanlarla yaxşılaşdırıla biləcək bir xəstəliyi olduğunu bilirdi amma demirdi. Nanaya, niyə Cəlilin sözünü dinləyib onun həkimlərinə görünmədiyini, onun gətirdiyi həbləri qəbul etmədiyini soruşa bilərdi. Doğru sözləri tapa bilsə, anasına, bir vasitə, bir silah olmaqdan, yalanlarla yüklənilməyindən, günahlandırılmaqdan, istifadə edilməkdən bezib usandığını söyləyərdi. Nananın gerçəkləri təhrif etməsindən, Məryəmi dünyaya qarşı düzdüyü saysız şikayətlərdən, çəkdiyi min bir əziyyətdən bir dənəsinə, bu upuzun siyahının başqa bir maddəsinə çevirməsindən necə bezdiğini açıb tökərdi. Nana ona qorxursan deyərdi. Heç dadmadığın xoşbəxtliyi mənim tapmamdan qorxursan. Mənim xoşbəxt olmağımı istəmirsən. Yaxşı bir həyatımın olmasını istəmirsən. Xəbis və qara ürəkli olan sənsən. Açıqlığın bir kənarında, Məryəmin çox sevdiyi bir mənzərəli yeri vardı. İndi də gedib oraya, quru, ilıq otların üzərinə oturdu. Herat buradan rahatca görünürdü; şəhər bir uşağın oyun taxtası kimi əl altındaydı: şəhərin şimalında Qadınlar baxçası, Çarsuk bazarı; cənubda Böyük İskəndərdən qalma köhnə qalanın qalıqları görünürdü. Uzaqdan da olsa, divlərin tozlu barmaqlarını xatırladan minarələri, insanlarla, at arabalaıyla, qatırlarla qaynaşdığını arzuladığı küçələri seçə bilirdi. Başını qaldırıb baxınca, təpəsində dönüb dayanan, arada bir civildəyən qaranquşları gördü. Bu quşları elə qısqanırdı ki. Herata getmişdilər. Şəhərin məscidlərinin, bazarlarının üstündə uçmuşdular. Bəlkə də Cəlilin evinin divarlarına, kinosunun ön cərgələrinə qoyulmuşdular. Yerdən on dənə çay daşı götürdü, düz xətt boyunca üç sütun şəklində düzdü. Bu hərdənbir – Nananın ona baxmayan vaxtlar gizlicə oynadığı bir oyun idi. İlk sütuna dörd daş qoydu, Xədicənin uşaqları; 26

27 ikinciyə Efsununkular üçün üç, üçüncü sütuna da Nərgizin uşaqları üçün üç dənə. Sonra, dördüncü sütunu əlavə etdi: tək bir daş: on birinci. Ertəsi səhər, dizlərinə qədər uzanan, krem rəngli paltarını, pambıq şalvarını geydi, başına da yaşıl bir hicab örtdü. Hicab onun ürəyini sıxırdı, çünki yaşıl idi, paltarına uyğun gəlmirdi, amma başqa çarəsi yox idi – ağ olanı güvələr yemiş idi. Saata baxdı. Bu siferblatı nanə yaşılı, rəqəmləri qara, əllə qurulan köhnə saat Molla Feyzullahın hədiyyəsi idi. Doqquz. Nana harada idi görəsən? Bayıra çıxıb baxmağı ağlından keçirdi, amma onunla qarşılaşmaqdan, o incimiş, xəyanətə uğramış baxışlarından yaman qorxurdu. Nana onu xainliklə günahlandırardı. Yersiz, ani həvəslərinə rişğənd edərdi. Məryəm oturdu. Vaxt keçirmək üçün, Cəlildən öyrəndiyi kimi, bir dəfəyə fil çəkməyə başladı. Bunu bir neçə dəfə, təkrar-təkrar sınadı. Oturmaqdan hər tərəfi tutulmuşdu, lakin yatağına da uzana bilməzdi, paltarı büzülərdi. Əqrəblər on ikinin yarısını göstərəndə, on bir çay daşını cibinə qoydu, çölə çıxdı. Çaya doğru enərkən, Nananın kölgəyə, qübbəli bir salxım söyüdün altına qoyduğu bir stulda oturduğunu gördü. Nananın onu görüb görmədiyini anlaya bilmədi. Çaya catan kimi, bir gün əvvəl sözləşdikləri yerdə gözləməyə başladı. Səmada bir neçə boz rəngli, gül kələmi formasında bulud görünürdü. Cəlil ona, buludların boz olmasının səbəbini açıqlamışdı: bu buludlar elə qatı, elə sıx idi ki, üst tərəfləri günəş işığını alır, alt tərəfə isə öz kölgələrini salırlar. Gördüyün şey budu, Məryəm co, – demişdi. Aradan uzun bir müddət keçdi. Məryəm daxmaya qayıtdı. Bu dəfə, açıqlığın qərbə baxan tərəfindən gəlmişdi ki, Nana onu görə bilməsin. Saata baxdı. Birə az qalmışdı. O məşğul bir adamdı, deyə düşündü. Yəqin ki bir işi çıxmıb. Yenidən aşağıdan axan çayın yanına qayıtdı, az da gözlədi. Başının üstündə bir neçə qaratoyuq fırlanırdı; otların arasına bir yerə qondular. Hələ yetkinləşməmiş bir dəvətikanının dibində yavaş-yavaş irəliləyən tırtıla baxdı. Ayaqları keyləşənəcənr gözlədi. Bu dəfə daxmaya qayıtmadı. Şalvarının balaqlarını dizlərinə qədər qatladı, çayı keçdi və həyatında ilk dəfə, təpəni enib Herata yola düşdü. Nana Herat haqqında da yanılmışdı. Kimsə barmağıyla onu göstərmirdi. Heç kim ona gülmürdü. 27

28 Məryəm səs-küylü, izdihamlı, iki yanı sərvi ağacları sıralanmış bulvarlarda gəzdi; kəsilməz bir insan axının içindən keçdi, heç kim ona daş atmadı. Heç kim haramı demədi. Diqqətlə baxan belə olmadı. Burada bir anın içində, möcüzəvi bir şəkildə sıravi, hər hansı bir sakin kimi olmuşdu. Bir müddət, daş cığırların kəsişdiyi böyük bir parkın ortasındakı oval hovuzun yanında dayandı. Barmaqlarını hovuzun kənarında dayanan, donuq gözlərini suya tikmiş mərmər atlarda heyrətlə, heyranlıqla gəzdirdi. Kağız gəmilərini üzdürən oğlan uşaqlarını, bildirməmyə çalışaraq izlədi. Hər yanda çiçəklər vardı; lalələr, zanbaqlar. İnsanlar cığırlarda gəzişir, taxta yerlərə oturur, çaylarını içirdilər. Məryəm burada olduğuna inana bilmirdi. Ürəyi həyəcandan duppuldayırdı. Kaş ki, Molla Feyzullah onu indi görə bilsəydi. Nə qədər cəsur olduğunu anlayardı. Nə qədər qorxmaz olduğunu! Onu bu şəhərdə gözləyən yeni həyatın, atası, bacı və qardaşlarıyla paylaşacağı, insanları çəkinmədən, utanmadan, istisnasız sevə biləcəyi, qarşılığında da seviləcəyi bir həyatın xəyalına dalıb getdi. Sonra canlı, şən addımlarla parkın yaxınındakı geniş keçidə yönəldi. Çinarların kölgəsində oturan, piştaxtalarındakı albalı piramidalarının ya da üzüm təpəciklərinin arxasından, yorğun gözlərlə ona baxan, satıcıların qarşısından keçdi. Uşaqlar ayağıyalın, maşınların, avtobusların arxasından qaçır, əllərindəki heyva torbalarını yelləyirdilər. Məryəm bir küçənin başında dayandı, yoldan keçənlərə baxdı; ətraflarındakı bütün bu möcüzə, fövqəladə şeylərə necə belə etinasız yanaşa bildiklərini başa düşə bilmirdi. Bir müddət sonra cəsarətini yığıb, müştəri gözləyən, yaşlı adama yaxınlaşdı, kinoteatrı olan Cəlilin qaldığı yeri tanıyıb tanımadığını soruşdu. Yaşlı adamın gombul yanaqları, rəngarəng xətli bir papağı vardı. İsti bir münasibətlə “başa düşdüyüm qədər sən Heratlı deyilsən,” – dedi. “Cəlil Xanın oturduğu yeri hər kəs tanıyır.” “Mənə göstərə bilərsənmi?” Sürücü əlindəki şiriniyyatın zərli kağızını açdı, soruşdu: “Təksən?” “Bəli.” “Haydı. Səni aparım.” “Pulunu ödəyə bilməyəcəm. Heç pulum yoxdu.” 28

29 Şiriniyyatı qıza uzatdı. İki saatdır tək müştəri çıxmadığını, onsuz da evə dönməyə hazırlaşdığını dedi. Cəlilin evi yolunun üstündə idi. Məryəm maşına mindi. Yan-yana, səssizcə yola düşdülər. Məryəm yol boyunca ədviyyatçılar, portağal, armud, kitab, şal, hətta qırğı satılan, qarşısı açıq dükanlar gördü. Uşaqlar torpağa çəkdikləri dairələrin içində oynayırdılar. Çay evlərinin qarşısında, üzəri xalçalarla örtülü taxta sidrlərdə kişilər çay içir, nargilə pıqqıldadırdılar. Yaşlı sürücü geniş bir küçəyə buruldu; yolun iki yanında qozalı ağaclar düzülmüşdü. Ortalarda bir yerdə, atını dayandırdı. “Budu, çatdıq. Bəxtin gətirdi. Bu onun avtomobilidi.” Məryəm yerə düşdü. Kişi gülümsədi, yola düşməsi atını üçün səslədi. Məryəm bir avtomobilə heç vaxt toxunmamışdı. Barmaqlarını Cəlilin qara avtomobilinin sürüşkən mühərrik qapağında gəzdirdi; işıldayan matorxana qapağında yastılmış, genişləmiş əksinə baxdı. Kreslolar ağ dəridən idi. Sükanın arxasında, içində əqrəblər olan, yumru, şüşə pannolar vardı. Bir an, başının içində Nananın səsini, Məryəmin parlaq, sönməyən yanğısını soyuq bir duş kimi söndürən, istehzalı tısıldamasını eşitmiş kimi oldu. Titrəyən ayaqlarıyla evin giriş qapısına doğru irəlilədi. Əllərini divara söykədi. Cəlilin divarları elə yüksək, elə asıq yüzlü idi ki. Divarın arxasından bu tərəfə daşan qovaqların yuxarısını görə bilmək üçün başını geriyə çevirməsi lazım gəldi. Ağacların ucları küləkdən iki yana yellənirdi; Məryəm onların onu salamladığını, xoş gəlmisən dediyini xəyal etdi. İçində qabaran, gözünü qorxudan dalğalara sinə gərib, özünü toplamağa çalışdı. Qapını yalın ayaqlı, gənc bir qadın açdı. Alt dodağının altında döymə vardı. “Cəlil Xanı görməyə gəlmişəm. Mən Məryəməm. Qızıyam.” Qızın üzündə çaşmış bir ifadə göründü. Sonra isə bir qavrayış işartısına çevirildi. İndi dodaqlarında yüngül bir gülümsəmə vardı, davranışındaysa bir həvəs, bir doğmalıq duyulurdu. Birdən “burada gözlə,” – dedi. Qapını bağladı. Bir neçə dəqiqə keçdi. Bu dəfə qapını bir kişi açdı. Uzun boylu, geniş çiyinli idi; mahmur gözləri, sakit və dinc bir üzü vardı. “Mən Cəlil Xanın sürücüsüyəm,” heç də kobud, tərs olmayan bir səslə dedi. “Nəyi?” 29

30 “Sürücüsü. Cəlil Xan evdə deyil.” “Avtomobili burdadı axı,” – Məryəm dedi. “Təcili bir işi çıxdı.” “Nə vaxt qayıdar?” “Bu barədə heç bir şey deməyib.” Məryəm gözləyəcəyini dedi. Sürücü qapını bağladı. Məryəm yerə oturdu, dizlərini sinəsinə çəkdi. Hava da qaralmağa başlamışdı; qarnı acmışdı. Maşın sürücüsünün verdiyi şiriniyyatı yedi. Az sonra, sürücü yenidən göründü. “Artıq evinə getməlisən,” dedi. “Bir saata çəkməz qaranlıq çökəcək.” “Qaranlığa öyrəşmişəm.” “Həm də hava soyuyur. Səni avtomobillə evinə aparım? Bura gəldiyini özünə deyərəm.” Məryəm sadəcə baxırdı. “Onda səni bir otelə aparım. Orada yat, dincini al. Səhər açılanda vəziyyətə baxarıq.” “Məni evə buraxın.” “Buraxa bilmərəm, tapşırıq var. Bax, nə vaxt qayıdacağını heç kim bilmir. Bu bir neçə gün çəkə bilər.” Məryəm qollarını çarpazlaşdırdı. Sürücü ahəstə bir ah çəkdi, sitəmlə, yumşaq bir qınaqla ona baxdı. Sonrakı illərdə Məryəmin, təklifini qəbul etsəydim və onunla birlikdə daxmaya qayıtsaydım hadisələr necə inkişaf edərdi görəsən, deyə düşünəcək xeyli vaxtı oldu. Amma qəbul etməmişdi. Gecəni Cəlilin evinin qarşısında keçirdi. Səmanın qaralmasını, kölgələrin qonşu evlərin önünü əhatə etməsini seyr etdi. Döyməli qız ona bir az çörəklə bir qab plov gətirdi, Məryəm istəmədiyini dedi. Qız nimçəni onun yanına qoyub getdi. Məryəmin qulağına ara-sıra, küçənin aşağısından gələn ayaq səsləri, açılan qapıların cırıltısı, boğuq salamlaşmalar dəyirdi. Lampalar yandı, donuq, sarımtıraq işıqlar pəncərələri işıqlandırırdı. İtlər hürürdü. Aclığa daha çox dözə bilməyincə, plovla çörəyi yedi. Sonra bağçalarda ötüşən cırcıramaları dinşədi. Yuxarıda, buludlar solğun ayın qarşısından axıb keçdilər. 30

31 Səhər, diksinərək oyandı. Gözlərini açanda, gecə birinin onun üzərinə bir ədyal örtmüş olduğunu gördü. Çiyinini silkələyən sürücü idi. “Olmadı ki. Kifayət qədər hadisə yaratdın. Bəsdi. Yetər. Artıq getmək vaxtıdı.” Məryəm dikəlib oturdu, gözlərini ovuşturdu. Kürəyi, boyu tutulmuşdu, ağrıyırdı. “Gözləyəcəyəm.” Sürücü “mənə qulaq as,” dedi. “Cəlil Xan səni geri qaytarmağımı istədi. Dərhal. İndi. Başa düşürsən? Bu, Cəlil Xanın əmridir. Avtomobilin arxa qapısını açdı. Şirin dillə “Gedək görək,” – dedi. “Onu görmək istəyirəm,” gözləri yaşla dolaran Məryəm dedi. Sürücü ah çəkdi. “Qoy səni evinə aparım. Gəl, co. Məryəm qalxdı, ona doğru getməyə başladı. Amma sonra, bir anda istiqamətini dəyişdirdi və qapıya doğru qaçdı. Çiyinində sürücünün onu tutmağa çalışan barmaqlarını hiss etdi. Bir silkələnmə ilə ondan xilas oldu, açıq qapıdan içəriyə keçdi. Bir neçə saniyə sonra Cəlilin bağçasında idi. Məryəmin gözünə ilk, içi bitkilərlə dolu, parlaq, şüşədən düzəldilmə bir şey dəydi; sonra, taxtadan işlənmiş talvara sarılmış üzüm salxımları, boz daşlardan düzəldilmiş bir balıq hovuzu, meyvə ağacları və hər tərəfdə, parlaq rəngli güllər. Bütün bunları sürətlə nəzərdən keçirən gözləri, sonunda, yumru bir üzə dikildi; bu üz bağçanın qarşı tərəfində, üst mərtəbədəki pəncərələrin birində idi. Yalnız bir anlığa peyda olmuşdu, amma bu kifayət edəcək bir müddət idi. Məryəmin gözlərin iriləşdiyini, ağızın açıldığını görməsinə yetmişdi. Sonra yoxa çıxdı. Bir əl uzandı, bir ipi sürətlə çəkdi. Pərdələr endi. Sonra bir cüt əl onu kreslodan tutub havaya qaldırdı. Məryəm təpikləməyə başladı. Cibindəki çay daşları yerə düşdü, hər tərəfə səpələndi. Avtomobilə aparılıb arxa kreslonun soyuq dərisinə qoyulana qədər havanı təpikləməyə və ağlamağa ara vermədi. Sürücü avtomobil sürərkən alçaq səslə, qızı ovuducu sözlər söyləyirdi. Məryəm onu eşitmədi. Sarsılıb söykəndiyi arxa kresloda yol boyunca ağladı. Bunlar küdurət və hirs yaşları idi. Amma özəyində çox dərin bir utanc dayanırdı; Bu Cəlilə inanmaqla nə böyük axmaqlıq etdiyini, geyəcəyi paltarı, yerinə düşməyən hicabı necə dərd etdiyini, bura qədər gəldiyini, qapının ağzından uzaqlaşmamaqla müqavimət göstərməyini, bir küçə iti kimi səkidə gecələdiyini düşündükcə artan bir 31

Comments are closed, but trackbacks and pingbacks are open.