Press "Enter" to skip to content

Xalq mahnıları notları

Qodu burdan ötəndə

Azerbaycan xalq mahnilari notlari — Рейтинг сайтов по тематике

sim sim, cin kart, Azercell, Bakcell, Narmobile, Vodofon, sim sim kartlari, Azerbaycan gsm operatorlari, Connect kartlari, Netmoney kartlari, Internet odeme, Webmoney kartlari, PIN, danisiq kartlari ,

sim sim, cin kart, azercell , bakcell , narmobile

Рейтинг Alexa: #3,093,727 Google PageRank: 1 из 10

0 / 5.0 оценка (Голосов: 0 )

Azerbaycan, futbol, football, premier liga, premyer liqa, affa, xeber, news, qol, goal, uefa, fifa, milli, champions leage, intertoto

Рейтинг Alexa: #25,710 Google PageRank: 2 из 10

0 / 5.0 оценка (Голосов: 0 )

multimedia, portali azeri, chat,Azərbaycan xəbərlər, proqramlar, azəri proqramlar, maraqlı, yumor, azeri mp3, islam, şəkillər, video, klip, chat, teleserial, tanınmışlar, avto dünya, futbol, skriptlər, e-kitab

Рейтинг Alexa: #265,664 Google PageRank: 2 из 10

0 / 5.0 оценка (Голосов: 0 )

Vektormap.Az xəritə və məlumat mərkəzi

vektor , maps , azerbaycan

Рейтинг Alexa: #209,713 Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0

0 / 5.0 оценка (Голосов: 0 )

oguz,azerbaycan, огуз, варташен,скачать,

Google PageRank: 0 из 10

0 / 5.0 оценка (Голосов: 0 )

xebərlər, bürclər, hava, hadisələr, gündəlik xəbərlər və məlumat portalı Maraqli.ru

Рейтинг Alexa: #1,425,075 Google PageRank: 0 из 10 Яндекс ТИЦ: 0

0 / 5.0 оценка (Голосов: 0 )

resept, keks reseptleri, salat reseptleri, sirniyyat reseptleri, oktay usta reseptleri,azerbaycan metbexi, xemir reseptleri. usaq yemekleri reseptleri resept

Похожие тематики

Динамика популярности – Azerbaycan xalq mahnilari notlari

Google Тренды это диаграмма для отслеживания сезонности ключевых слов. Этот график позволяет лучше понять сезонное изменение полулярности запросов по определенной тематике.

Значения приведены относительно максимума, который принят за 100. Чтобы увидеть более подробную информацию о количестве запросов в определенный момент времени, наведите указатель на график.

Все товарные знаки и торговые марки являются собственностью их владельцев и используются здесь исключительно в целях идентификации.

Şuşada yaranan xalq mahnıları

Xalqımızın tarix boyu yaratdığı milli mədəniyyət nümunələrindən biri də mahnılardır. Xalq mahnıları mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Ayrı-ayrı istedadlı adamların yaradıcılıq məhsulu olan mahnı və musiqilər zaman-zaman el arasında yaşayıb, sevilib və dildən-dilə, ağızdan-ağıza düşərək, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib. Onların arasında Şuşa qalasında yaranan və məşhurlaşan xalq mahnıları da var.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyevın dediyinə görə, geniş yayılan xalq mahnılarından biri olan «Sarı bülbül”ün maraqlı yaranma tarixi var: „İran hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir İran dövləti ilə münasibətlərin düzəlməsi üçün öz sevimli qızı Ağabəyim ağanı hakimiyyətə yeni gəlmiş Fətəli xan Qacara ərə verib. Ağabəyim ağa ömrü boyu qərib ölkədə Vətən həsrəti ilə yaşayaraq, “Ağabacı” təxəllüsü ilə dərd-qəmini kağıza köçürüb, qəmli bayatılar qoşub, qəzəllər, qoşmalar yazıb. Ağabəyim ağa bir gün Fətəli şahdan xahiş edib ki, Tehranda Qarabağda bitən bütün gül-çiçək kolları, meyvə ağaclarının əkildiyi bir bağ saldırsın. Şah onun xahişini yerə salmayıb onun arzu etdiyi bağ saldırıb, hətta bağbanı da Şuşadan gətirdib. Ağabəyim ağa bağın adını „Vətən bağı” qoyub. Bağda Qarabağın bütün ağac və güllər bitsə də, yalnız Qarabağ torpağını özünə vətən seçmiş xarıbülbül bitməyib. Bundan məyus olan və kədərlənən şair:

“Vətən bağı” al-əlvandı,
Yox içində xarı-bülbül.
Nədən hər yerin əlvandı,
Köksün altı sarı bülbül?,-

misraları ilə başlanan kədərli və qəmli bir şeir yazıb.

Qərib bir diyarda yazılmış el-oba həsrətli, sızıltılı bu şeir az bir vaxtda ürəklərə yol tapıb, kök salaraq yaşayıb, naməlum bir şuşalı onun sözlərinə musiqi bəstələyib və bu melodiya xalq mahnısı kimi ağızdan-ağıza, dildən-dilə düşərək şair ruhunu, xalq ruhunu yaşada-yaşada bu günümüzə gəlib çatıb. Bu xalq mahnısını Ağabəyim ağa Ağabacının kədərli həyatı barədə musiqili hekayət də adlandırmaq olar.
»Qalalıyam, qalalı” XIX əsrin axırlarında yaranmış Azərbaycan xalq mahnısıdır. Sözləri və musiqisi görkəmli xanəndə Cabbar Qaryağdıoğlunundur. O, bu mahnını doğulub boya-başa çatdığı Şuşa qalasına həsr edib. Mahnının ən mahir ifaçıları müəllif özü və Xalq artisti Rəşid Behdudovdur.

Lirik tonda oxunan “İrəvanda xal qalmadı” mahnısının sözləri və musiqisi də Cabbar Qaryağdıoğluna aiddir.

Mahnının yaranma tarixçəsi belədir: Cabbar Qaryağdıoğlu İrəvan şəhərinin varlı sakinlərindən birinin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyir ki, bayaqdan bəyi tərifləyirsiniz, bəs gəlini niyə tərif eləmirsiz? Xanəndə gəlinin atasının xətrinə dəyməmək üçün onun xahişini yerinə yetirir və qızın nişanələrini soruşur. Öyrənir ki, gəlinin üzündə qoşa xalı var. Xanəndə bədahətən bu mahnını ifa edərək çalğıçılara onun dalınca gəlməyi işarə edir. Həmin vaxtdan Cabbar Qaryağdıoğlu bu melodiyanı gəlinin şərəfinə “İrəvanda xal qalmadı” adlandırıb.

XIX əsrin axırlarında Şuşada yaranan mahnılardan biri də sözləri və musiqisi yenə də Cabbar Qaryağdıoğluna aid olan «Tiflisin yolları”dır. Xanəndə çox gənc yaşlarında Qafqazın və İranın bir çox şəhərlərində toy məclislərinə dəvət olunur. Uzunmüddətli səyahətdən sonra o, Tiflisə gəlib çıxır. Şəhərin gözəlliyi onu o qədər valeh edir ki, ona ithaf olaraq „Tiflisin yolları” mahnısını yazır. Dövrünün bir çox xanəndələri mahnını ifa ediblər.
Sözləri və musiqisi Xan Şuşinskiyə aid olan “Qəmərim” ötən əsrin 30-cu illərində Malıbəyli kəndində yaranıb. Xanəndə həmin kəndə yaxın dostu, məşhur çekist Məmmədəli Novruzovun toy məclisini aparırmış. Bəyin bacıları, o cümlədən Qarabağ gözəli, qara, uzun hörükləri topuqlarına düşən Qəmər xanım qardaşının toyunda rəqs edərkən Xan onu görüb və bədahətən bu mahnını qoşaraq məclisdəki ağsaqqalların icazəsi ilə ilk dəfə elə həmin toyda ifa edib. O vaxtdan da həmin mahnı dildən-dilə düşüb, başqa xanəndə və müğənnilərin repertuarına daxil olaraq el arasında geniş yayılıb.
Şuşada yaranmış mahnılardan biri də „Şuşa təsnifi”dir. İlk ifaçısı məşhur xanəndə Məcid Behbudov olub. XX əsrin əvvəllərində İngiltərənin dünyada tanınmış “Qrammofon Rekord” şirkəti tərəfindən onun ifasında vala yazılıb. Val „Şuşa təsnifi” adlanır.
Musiqisi və sözləri Novruzlu İsgəndərə aid olan “Qarabağın maralı” da məşhur xalq mahnılarındandır. Mahnı Şuşanın teatr aktrisası Suqra Bağırovaya həsr olunub. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər „Qarabağın maralı”nı öz repertuarlarına daxil edib, adını və sözlərini təhrif edərək “Azərbaycan maralı” adı ilə ifa ediblər.

Ötən əsrin ortalarında yaranan xalq mahnılarından biri də „Şuşa yaylağı”dır. Sözləri və musiqisi hüquqşünas İldırım Məhərrəmova aid olan mahnının ilk ifaçıları xanəndə İsa Rəhimov və Hüsnü Qubadovdur.

Mənbə: yarpaq.az

  • Teqlər:
  • Şuşa
  • , Sarı bülbülun yaranma tarixi
  • , xalq mahnıları
  • , Xan Şuşinski

Xalq mahnıları notları

QƏDİM VƏ ZƏNGİN XALQ YARADICILIĞI

Azərbaycan şifahi xalq ədəbiyyatı bədii cəhətdən kamil, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu əsərlər öz janr, dil-üslub əlvanlığı, poetik siqləti, xəlqiliyi, yığcamlığı ilə seçilir. Xalqımızın şifahi ədəbiyyatı janr, bədii forma, mövzu, süjet, qəhrəmanlar, bədii təsvir və ifadə vasitələri baxımından zəngin, rəngarəngdir.

Şifahi xalq ədəbiyyatının kökləri tarix baxımından daha qədimlərə – ümumtürk mədəniyyətinə gedib çıxır. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk folklorunun mühüm tərkib hissəsidir. Həmin dövrdən etibarən xalqımızın şifahi ədəbiyyatı böyük tarixi inkişaf yolu keçmişdir. Folklor xalqımızın tarixini, məişətini, əməyini, arzu və istəklərini, inkişaf prosesində əldə olunmuş mənəvi dəyərlərini geniş şəkildə əks etdirir. Xalqımız özünün şifahi yaradıcılığında həmişə ədəbiyyatın tərbiyəedicilik imkanlarına xüsusi fikir vermiş, böyük idealların, müqəddəs məramların, arzuların daşıyıcısı olan kamil qəhrəmanların obrazını yaratmışdır. Tənbəllik, xudbinlik, xəsislik, məsləksizlik və s. mənfi xüsusiyyətlərin doğurduğu faciələri bütün genişliyi ilə təsvir edən şifahi xalq ədəbiyyatı insanları həmin qüsurlardan təmizləməyə, mənən, ruhən müalicə etməyə çalışmışdır. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında aşağıdakı fərqlər vardır:

  • şifahi ədəbiyyat daha qədim zamanlardan etibarən meydana çıxmış, yazının mövcud olmadığı uzun əsrlər, hətta minillər boyu şifahi yolla, dildən dilə, ağızdan-ağıza keçərək yayılmış, inkişaf etmiş, yazılı ədəbiyyatın təşəkkülünə təsir göstərmişdir;
  • şifahi ədəbiyyat nümunələrinin konkret müəllifi olmur, o, bütövlükdə xalqın ümumi yaradıcılığının məhsuludur, yazılı ədəbiyyatsa müəllifli ədəbiyyatdır;
  • şifahi ədəbiyyat çoxvariantlı, yazılı ədəbiyyatsa təkvariantlıdır. Məsələn, «Koroğlu» dastanının türk, kürd, özbək, tacik, türkmən variantları da mövcuddur. Bir sıra atalar sözləri, nağıl, lətifələrin də müxtəlif variantları vardır.

Azərbaycan folklorunu üç ədəbi növdə yaradılmışdır: Lirik növ, epik növ, dramatik növ.

Lirik folklorun janrları

Şifahi xalq ədəbiyyatında lirik növ əsasən nəzmlə olub bu və ya digər əhvali- ruhiyyənin, psixoloji ovqatın emosional ifadəsini verir. Buraya nəğmələr, mahnılar, bayatılar, ağılar və s. daxildir.

Əmək nəğmələri folklorun ən qədim növü sayılır. Qədim dövrlər insanlar ovçuluq, əkin-biçinlə, heyvandarlıla məşğul olmuş, əmək mərasimləri keçirmişlər. Əmə prosesində yaranan ovqat, söz və ifadələr poetik forma alımış, holavarlara, sayaçı sözlərə çevrilmişdir. Əkinçi, cütcü nəğmələri olan holavarlar hodaqçı-cütçünün dilindən öküzə, kələ müraciətlə söylənilir. Bu nəğmələrdə cütçü öz qayğılarından söz açır, ağır əmək prosesini yüngülləşdirən, ruzi, bərəkət yaradan heyvanları tərifləyir, əkin-biçin işlərinə həvəsləndirir:

Boynunu mən yağlaram,

Yaman gözü dağlaram,

Tez çək, maral öküzüm,

Geri qalsan ağlaram.

Qoyunçuluqla bağlı nəğmələr olan sayaçı sözlərində əmək adamının onu ruzi, bərəkətlə bol-bol təmin edən qoyuna,keçiyə qayğıkeş münasibəti ifadə olunur:

Nənəm, a şişək qoyun,

Yunu bir döşək qoyun,

Bulamanı tez yetir

Gözləyir uşaq qoyun.

Qədim dövrlərdə təbiət hadisələri ilə bağlı ifa edilən nəğmələr mərasim folklorunun yaranması ilə nəticələnmişdir. Mövsüm mərasimləri müxtəlif fəsillərlə bağlıdır. Xalq öz müşahidələrindən, müxtəlif fəsillərdə təbiət hadisələrinin xarakterindən çıxış edərək fəsillərə, aylara öz münasibətini poetik bir dillə ifadə etmişdir:

Üçü bizə yağıdır,

Üçü cənnət bağıdır,

Üçü yığıb gətirir,

Biri vurub dağıdır.

Günəşi çağırmaq mərasimində “Gün çıx” mövsüm nəğməsi ifa edilmişdir:

Gün çıx, gün çıx,

Kəhər atı, min çıx.

Oğlun qayadan uçdu,

Qızın təndirə düşdü.

Keçəl qızı qoy evdə

Saçlı qızı götür çıx.

İl quraqlıq keçəndə yağışçağırma mərasimi vasitəsilə nəğmələr oxunmuşdur:

Göydən, göydən nə gələr?

Damla-damla yağmur gələr.

“Qodu-qodu” nəğməsi isə uzun zaman yağan yağışın kəsilməsi, dumaın, buludun qovulması məqsədilə ifa edilmişdir:

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı gün gördünmü?

Toy mərasimi nikbin, şənlik əhval-ruhiyyəli məişət mərasimidir. Bu mərasimdə oxunan nəğmələr musiqi, oyunun müşayiəti ilə ifa edilir. Elçilik, nişan mərasimində qız evinin razılığı alındıqdan sonra oğlan evi nişan üzüyüny təqdim edir. Məclisə şirniyyat, şirin çay gətirilir:

Bizdə olan gözəllər,

Nişan günü süfrəyə

Şirni, şərbət düzərlər.

Toy mərasiminin hər mərhələsinin xarakterinə uyğun nəğmə ifa edilir:

Qismətinmiş sənin güllər butası,

Sən olasan doqquz oğul atası,

Dursun xələt versin bəyin atası,

Görüm, a bəy, oyun mübarək olsun,

Sağdışın, doldışn, elin var olsun!

Yol açın gəlin gəlir.

Ağılar ölüm hadisəsi baş verəndə keçirilən yas mərasimlərində ifa edilib. Bu nəğmələrdə əzizini itirmiş insanların sonsuz kədəri, keçirdiyi ağrılı-acılı hislər öz əksini tapıb:

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir qərib ölüb

Göy kişnər, bulud ağlar.

Qəhrəmanlıq nəğmələri düşmənə qarşı mübarizədə mərdlik, hünər göstərən igidlərin şəninə ifa edilib. “Koroğlu” dastanında Koroğlu qəhrəmanlıq nəğməsini ifa edərək öz dəlilərini düşmən üstünə hücum çəkməyə, igidlik göstərməyə səsləyrir:

Hoydu, dəlilərim, hoydu
Yeriyin meydan üstünə!
Havadaki şahin kimi,
Tökülün al qan üstünə!

Laylalar və oxşamalar uşaq folklorunun geniş yayılmış janrlarıdır. Laylalar ananın öz körpəsini yuxuya vermək, əzizləmək məqsədilə söylədiyi nəğmələrdir. Bu nəğmələr dördlük şəklində, dörd misradan ibarət olur. Laylalar heca vəznində, yeddi hecalı olur. Laylaların bir qismində iki misradan ibarət nəqərat verilir. Əksər hallarda «lay-lay» və «balam» sözləri təkrar olunur:

Lay-lay dedim həmişə,

Karvan gedər enişə,

Yastığında gül bitsin,

Lay-lay, balam, a lay-lay,

Körpə balam, a lay-lay.

Laylaların bir qismində – arzulamalarda ana öz arzularından, övladının gələcəyinə bəslədiyi ümidlərdən, qəlbindəki ülvi istəklərdən söz açır. Bu, övladını dünyalarca sevən, onun yolunda hər cür fədakarlığa hazır olan ananın təbii arzulardır. Dünyaya övlad gətirən hər bir ananın qəlbində körpəsinin dil açması, ayaq tutub yeriməsi, gəzib oynaması, deyib – gülməsi, boya-başa çatıb qız sevməsi, toy etməsi, ailə qurması arzusu var. Ana övladının toy gününü görmək arzusundadır. Axı, bu, onun həyatında ən əziz br gündür:

Lay-lay, a gəlin bala,

Yuxusu dərin bala.

Tanrıdan əhdim budur:

Toyunu görüm, bala.

Oxşamalar öz körpəsini atıb-tutan, əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələrdir. Son dövrlərdə elmi ədəbiyyatda oxşama əvəzinə nazlama terminindən də istifadə olunur. Oxşamalar iki misralı və dörd misralı, əsasən yeddi və beş hecalı olur. İki misralı oxşamalarda birinci misra səkkiz, ikinci misra yeddi hecalı olur. Ana birinci misrada heyvanları, quşları, əşyaları balasına qurban deyir. İkinci misrada körpənin dil açması, iməkləməsi, əl çalması, oynaması kimi arzulardan söz açılır:

Balama qurban inəklər,

Balam haçan iməklər.

Balama qurban sərçələr,

Balam haçan əl çalar.

Dördlük şəklində olan oxşamaların qafiyə sistemi a a b a ( birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra sərbəst) və ya a a a b şəklində (birinci, ikinci, üçüncü misralar həmqafiyə, dördüncü misra sərbəst) olur.

Balam hər nədir,

Şifahi xalq ədəbiyyatının geniş yayılmış lirik janrlarından olan bayatılar insanın həyatın müxtəlif məqamlarında keçirdiyi fərqli duyğuları, düşüncələri əks etdirir. Mövzuca müxtəlif olan, bayatılarda sevgi, ayrılıq, vətənpərvərlik, qəriblik, mərdlik, haqsızlığa etiraz və s. motivlər əsas yer tutur:

Yol vermə yada, Təbriz.

El gedər bada, Təbriz.

Can sənə fəda, Təbriz!

Əzizim, baxtı yarım,

Könlümün taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı yarım?

Lirik xalq mahnıları folklorun kütləvi janrlarındandır. Şeir-musiqi folkloruna aid edilən xalq mahnıları nəğmələrdən fərqli olaraq musiqisi, havası olur. Xalq mahnılarından insanların gündəlik həyatında istifadə olunur.Mahnılarda insanın sevgi, həsrət, ayrılıq hisləri, vətənpərvərliyi, təbiətə məhəbbəti öz əksini tapır.

Apardı sellər Saranı,
Gedin deyin xan çobana.
Gəlməsin bu il Muğana,
Gəlsə batar nahaq qana.

Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Arpa çayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər saranı,
Bir ala gözlü balanı.

Epik folklorun janrları

Azərbaycan xalqının yaratdığı şifahi söz sənətinin mühüm bir qolunu epik folklor təşkil edir. Folklorun epik növünə aid olan əsərlərdə hadsələrin nağıl edilməsi, təhkiyə əsas yer tutur. Epik növ əsasən nəsrlə olub həyat hadisələrinin müfəssəl, ətraflı təsvirini təqdim edir. Lirik növdən fərqli olaraq epik növdə, adətən, bu və ya digər əhvalat nəql edildiyindən süjet geniş, çoxşaxəlidir. Buraya xalq nağılları, dastanları, tapmaca, yanıltmac və s. daxildir.

Epik folklor nümunələrinin məzmunu öz həyatiliyi, xəlqiliyi ilə seçilir. Bu əsərlərdə xalqın həyatı, məişəti, arzu və istəkləri, mübarizəsi, onu düşündürən məsələlər öz bədii əksini tapır. Həmin əsərlərdə xalq üçün əhəmiyyətli olan mətləblər – mühüm tarixi hadisələr, xalqın gündəlik qayğıları, azadlıq, haqq, ədalət uğrunda mübarizəsi, adət-ənənələri, ailə münasibətləri işıqlandırılır. Bu əsərlərin qəhrəmanları da əksər hallarda xalqın nümayəndələri – sadə insanlardır.

Epik növün ən qədim və çox yayılmış janrlarından əfsanələr xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə bağlı surətdə yaranmışdır. Əfsanələri epik növün başqa janrlarından fərqləndirən ən mühüm əlamət onlarda real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri- adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır. Əfsanələrdə insan asanlıqla quşa, heyvana, səma cisimlərinə çevrilir, dağlar, çaylar, güllər, çiçəklər dil açıb danışır, Tanrı öz bəndəsinin səsini eşidib, dərhal onun istədiyini yerinə yetirir və s.

Zoonimik əfsanələr heyvan və quş, toponimik əfsanələr müxtəlif yer – şəhər, kənd, qala, dağ, bürc və s. adları ilə bağlı əfsanələrdir. «Maral», «Qu quşu», «Qızıl ilan», «Turac», «Şanapipik» zoonimik, «Pəri qala», «Siyəzən», «Beşbarmaq dağı», «Səngəçal», «Dədəgünəş», «Dəmirqaya» isə toponimik əfsanələrdir. Bu əfsanələrdə adları çəkilən heyvan, quş və yer adlarının yaranmasından danışılır. Folklor yaradıcıları əfsanə qəhrəmanlarının timsalında Xeyirə, Gözəlliyə məhəbbət, Şərə və Eybəcərliyə nifrət hissi oyadırlar.Etnonimik əfsanələr – tayfa, xalq, el, nəsil adları ilə əlaqədar yaranmışdır. Belə əfsanələr içərisində «Oğuz» və «Bayat» çox məşhurdur. Həmin əfsanələrin birincisində Azərbaycan türklərinin ulu babası sayılan oğuzların yaranması təsvir edilir.Kosmoqonik əfsanələr – səma cisimləri haqqında olan əfsanələrdir. Xalqın qədim kosmoqonik təsəvvürləri ilə bağlı yaranan belə əfsanələrin qəhrəmanları Ay, Günəş və müxtəlif ulduzlardır. Xüsusilə Ayın üzərində görünən ləkələr, onun gecələr, Günəşin isə gündüzlər çıxması qədim insanları maraqlandırmış və onlar bu iki səma cismini insaniləşdirərək, onlar haqqında müxtəlif əfsanələr yaratmışlar. Bu baxımdan «Günəşlə Ay» əfsanəsi çox səciyyəvidir.

Əsərdə Ay səmimi, fədakar bir aşiqdir. O, Günəşi dərin bir məhəbbətlə sevir. «Öz məhəbbətini Günəşə bildirmək üçün ikiyə bölünür, bədənini parça- parça edir. Bəzən də həsrətdən o qədər nazilir ki, Günəşin özü də onu görəndə xəcalət çəkib gizlənir». Sevgilisi yolunda bütün fədakarlıqlara hazır olan Ay Günəşin istəyinə əməl edərək üzündəki xalı qoparıb ona verir. Lakin Günəş aşiqinin bu fədakarlığını lazımınca qiymətləndirə bilmir:- Sənin gözəlliyin o xalda idi, onu da qopartdın, indi dünyanın ən gözəli mənəm, – deyə qürrələnir. Ay sevdiyi qızın sözlərindən elə heyrətlənir ki, üzünə tökülən qan sifətinədəcə donur və elə o vaxtdan Ayın üzündə ləkə qalır. Sevgilisinin hərəkətindən qəlbi sınan Ay ondan uzaqlaşaraq bir daha Günəşi görmək istəmir. Əməlindən peşman olan Günəş nə qədər Ayı çağırırsa da cavab almır. Odur ki, Günəş çıxarkən Ay üzünə pərdə çəkir, onun sifəti solğunlaşır. Ay istəmir ki, Günəş onun üzündə olan ləkəni görsün.

Rəvayətlərdə keçmişdə real şəxsiyyətlə bağlı, baş vermiş həyat hadisələri yığcam şəkildə əks etdirilir. Rəvayətlərin süjeti sadə, obrazların sayı az olur. Tarixi şəxsiyyətlər və yer adları ilə bağlı rəvayətlər geniş yayılıb. Nəsimi, Xətayi, Makedoniyalı İskəndər, Teymurləng, Nadir şah rəvayətlərində tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti iə bağlı hadisələr əks olunub. “Bibiheybət”, “Şuşa” rəvayətləri yer adları ilə bağlıdır.

Atalar sözü və məsəllər ibrətli, müdrik məzmun ifadə edən yığcam, bitkin ifadələrdir. Məsəllər müəyyən əhvalat, hadisə ilə bağlı olur. Atalar sözü və məsəllər xalqın əsrlər boyu topladığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir:

​- Yüz ölç, bir biç.

– Görünən dağa bələdçi lazım deyil.

Məsəldə söylənilən mfikri başa düşmək üçün dinləyənin həmin əhvalatı bilməsi lazım gəlir: “Karın könlündəki”, “Qələt yağ küpəsindədir”, “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu” və s.

Şifahi xalq ədəbiyyatının maraqla danışılan və dinlənilən janrlarından biri lətifələrdir. Onlar ictimai həyatdakı və məişətdəki qüsürları əks etdirən yığcam və gülməli hekayələrdir. Lətifələrin əsasında gülüş dayanır. Xalq öz dünyagörüşünə, mənəviyyatına, əxlaqına zidd olan pis xüsusiyyətlərə gülməklə onların islahına çalışır. Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım və başqa lətifə qəhrəmanları vardır. Onların ən məşhuru Molla Nəsrəddindir. Azərbaycan lətifələrinin çoxu onun adı ilə bağlıdır. Qədim zamanlardan bəri xalq arasında gəzən bir çox əhvalatlar biçimlənərək lətifə şəklinə salınmış və Molla Nəsrəddin adı ilə əlaqələndirilib, onun ətrafında cəmləşmişdir.Molla Nəsrəddin ümumiləşdirilmiş surətdir. Öz ağlı, hazırcavablığı, təmkinli və tədbirli olmasına görə o, əhatə olunduğu mühitdə hamıdan yüksəkdə dayanır və hökm sahiblərinə qalib gəlir; xan da, qazı da, hakim də onun biliyi, müdrikliyi qarşısında aciz qalır, gülünc vəziyyətə düşürlər.

Tapmacalar uşaq folkorunun geniş yayılmış əyləncəli səciyyə daşıyan janrlarındandır. Tapmacalarda müəyyən əşya, hadisə haqqında üstüörtülü şəkildə məlumat verilir. Burada əşyanin məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur.

Tapmacalar mövzu baxımından geniş, rəngarəng, həcmcə yığcam olur. Bu janrda bənzətmə, təzad, epitet, kimi məcaz növlərinə geniş yer verilir. Şifahi xalq ədəbiyyatının digər janrlarında olduğu kimi, tapmacalarda da xalqın dünyagörüşü, tarixi, mənəvi baxışları öz əksini tapır.

Tapmaca termini əvəzinə bilməcə də işlədilir. Bu, onların qarşıya qoyulan məqsədlə – tapmaq, bilmək tələbi ilə bağlı olmasından irəli gəlir. Tapmacanın cavabını bilmək asan deyildir. Bunun üçün düşünmək, fikirləşmək lazım gəlir. Çünki burada fikir birbaşa, açıq şəkildə deyilmir, məcazi mənada, metaforik yolla, köçürmə vasitəsilə çatdırılır. Məsələn, aşağıda nümunə gətirilən tapmaca metaforadan (köçürmədən) ibarətdir:

Hər evdə var ( Od )

Odun qırmızı olmaq əlaməti narın üzərinə köçürülmüş, lakin adı çəkilməmişdir.

Tapmacanın cavabını tapmaq üçün qarşıdakı tərəfdən obrazlı – assosiativ, poetik təfəkkür, məntiqi fikirləşməklə çətinlikləri dəf etmək, hazırcavab olmaq tələb edilir. Tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu, sadəcə səhv yoldur.

Tapmacalar həm nəzm, həm də nəsr şəklində olur. Nəzm şəklində olan tapmacalar qafiyəsi, ölçüsü, ahəngi olan mənzum parçalardır. Bu nəzm parçaları a a, a a b a, a a a a şəklində qafiyələnir:

Qara toyuq qaqqıldar,

Qanadların şaqqıldar (Bulud, göy gurultusu).

Epik folklorun yanıltmac janrı səs oyunu üzərində qurulmuşdur. Məumdur ki, uşağın dilinin açılması, nitqinin inkişafı bütün valideynləri düşündürən problemlərdəndir. Yanıltmaclar eyni səsin, yaxın səslənən sözlərin, söz birləşmələrinin fonetik sırası, əvəzlənməsi prinsipi üzərində qurulur. Bu janrda əsərlər yumoristik məzmuna malik olub uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir. Yanıltmaclar həm nəzm, həm də nəsr şəklində olur:

Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.

Yorğana yorul yorğun.

Küp qulpu, xub küp qulpu.

Ağa evinin dar aralığı.

Ay dəyirmilənməyə nə qalıb?

Epik folklorun ən qədim janrlarından olan nağıllar bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Nağılda bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bu qəhrəman əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələrə qalib gələrək əsərin sonunda öz arzusuna çatır. Nağıllarda geniş epik lövhələr, dramatik gərginlik, hadisələrin dinamik inkişafı, insana xas olan xüsusiyyətlərin əşya və heyvanlar üzərinə köçürülməsi, şəxsləndirmə, fantastika elementləri, nikbin sonluq mühüm yer tutur. Nağıllarda çox zaman dəhşətli, qeyri-adi. sirli hadisələrdən söz açılır, əhvalatlar macəra səciyyəsi kəsb edir.Nağıllarda hadisələr sürətlə cərəyan edir, onları ləngidən təbiət və məişət təsvirlərinə geniş yer verilmir, əsas diqqət hadisələrin dinamik inkişafda təsvirinə yönəldilir. Bu janrda olan əsərlərdə qeyri – adi hadisələrin təsviri, fantaziya, bədii uydurma geniş yer tutsa da, həmin hadisələr real varlığa uyğun olur, inandırıcı mahiyyət kəsb edir.

Nağılların üç növü var: sehrli, məişət, qəhrəmanlıq nağılları. Bu növlərin hər birinin öz süjet xətti, qəhrəmanları, bədii xüsusiyyətləri, üslubu vardır.

Sehrli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, sehrli şər qüvvələrlə mübarizə aparmalı olur. Burada cin, div, əjdaha, ifritə kimi sehrli qüvvələr iştirak edir. Lakin onlar köməkçi rol oynayır. Şər qüvvələrlə mübarizədə nağılın qəhrəmanına xeyirxah sehrli qüvvələr ( simurq quşu, at, uçan xalça və s.) kömək edir. «Məlikməmməd”, “Cırtdan», «Ağ atlı oğlan» nağılları belə sehrli nağıllara nümunə ola bilər. Məişət nağıllarında həyatda baş verən real hadisələr təsvir edilir. Bu nağıllarda qəhrəmanlar çox zaman adi, sadə, lakin xeyirxah və fərasətli insanlardır. Onlar həyatda çətinliklə qarşılaşır, yoxsul həyat keçirirlər. Məsələn, “Daşdəmirin nağılı”, «Yalançı çoban», «Yeddi nar çubuğu», «Yoxsul qocayla vəzir» nağılları məişət nağıllarıdır.

Bu nağılların qəhrəmanlar öz arzularına çatmaq üçün mətinliklə mübarizə aparır, dara düşən insanların dadına yetişir, çətin sınaqlardan üzüağ çıxaraq öz ağlı, cəsarəti, fərasəti ilə şər qüvvələrə qalib gəlirlər. Haqqın qələbəsi, xeyrin şərə qalib gəlməsi bu nağılların başlıca xüsusiyyətlərindəndir.

Heyvanlar haqqında nağıllarda əxlaqi baxımdan iki əsas ideya qabarıq şəkildə özünü göstərir: yoldaşlığın, dostluğun yüksək qiymətləndirilməsi və birlik, sədaqət nəticəsində zəiflərin güclülərə qalib gəlməsi. Belə nağıllarda məhz dostluq, yoldaşlıqda sədaqət nəticəsində gücsüzlər güclülərə – fağır qoyun canavara, dinc dovşan şirə, tülkü qurda, aslana qalib gəlir.Bu nağıllarda heyvan, quş obrazları özündə həm də insana xas olan xüsusiyyətləri birləşdirir. Həm insana, həm də heyvana xas olan cəhətlərin qorunub saxlanılması nağılın bədii – estetik təsirini artırır. Belə nağıllara nümunə olaraq “Pıspısa xanım və Siçan Solub bəy”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Ac qurd”, “Aslan və dovşan”, “Tülkü ilə canavar”, “Qoca aslan”, “Hiyləgər keçi” və s. göstərmək olar.

Qədim və zəngin inkişaf yolu keçmiş aşıq yaradıcılığı müasir dövrdə də uğurla davam etməkdədir. Aşıq musiqi, şeir, rəqs, nağıletməni birləşdirən sənətkardır. El şənliklərində, bayram və toylarda aşıqlar saz çalıb mahnı oxumuş, şeir demiş, nağıl, dastan danışmışlar. Dədə Qorqud ənənələrini yaşadan Aşıq Alı, Aşıq Ələsgər, Abbas Tufarqanlı, Xəstə Qasım, Qurbani kimi ustad aşıqlar həmişə xalqın içində olmuş, onun sevincinə, dərdinə şərik olmuşlar.

Aşıq şeirində vətənpərvərlik, xalqın mənəvi dəyərlərinə bağlılıq, təbiətə məhəbbət motivləri, insan taleyi ilə bağlı düşüncələr mühüm yer tutur. Aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs, və s. janrlarında ustad aşıqlar tərəfindən söz sənətimizin dəyərli nümunələri yaradılmışdır. Azərbaycan folklorunun irihəcmli janrlarından olan dastanlar aşıq yaradıcılığının məhsuludur.

Dastan epik –lirik növün janrıdır. Qəhrəmanlıq dastanlarında əsasən, xalqın, onun igid övladlarının yadlarla, düşmənlərlə vətən, azadlıq uğrunda fədakarlıqla döyüşü əks olunur. Qıhrəmanlıq dastanlarının kamil nümunəsi olan «Kitabi-Dədə Qorqud» da qədim dövrlərdən Azər­bay­can ərazisində yaşayan oğuzların vətənpərvərliyi, düşmənə qarşı mübarizədə göstərdiyi igidlik əbə­diləş­dirilmişdir. Dastanda xal­qımızın müdrikliyi, tarixi, qəhrəmanlığı geniş epik lövhələrlə, incə, zərif qəlb dünyası lirik bədii nümunələrlə ifadə olunmuşdur. “Koroğlu” dastanında isə həm də ədalətsiz yerli hakimlərə, xalqa zülm edən bəy və xanlara qarşı mübarizə motivləri mühüm yer tutur.”Qurbani”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Şah İsmayıl” məhəbbət dastanları nın kamil nümunələridir. “Tahir və Zöhrə” dastanın müxtəlif variantları var. Bir varianta görə, Tahirin əmisi Hatəm Sultan Qaraman hökmdarıdır. Onun qızı Zöhrə ilə Tahir bir-birini sevir. Zöhrəni öz oğluna almaq istəyən Qara vəzir hiylə qurub Hatəm Sultana Tahirin atasını öldürtdürür, özünü isə sürgün etdirir. Xanverdi sövdəgərin qızı Nərgiz qərib həyatı keçirən Tahirə aşiq olur. Lakin Tahir Zöhrəyə olan məhəbbətinə sadiq qalıb vətənə qayıdır. Zöhrə onun gizlənməsinə kömək edir.Tahirin gizləndiyi sandığı su Çinə aparıb çıxarır. Çin şahzadəsi Banu məsələni bilib sevgililərə kömək etmək qərarına gəlir. O, Hatəm Sultanı öıdürüb sevgililəri bir-birinə qovuşdurur.

Dramatik növün janrları

Azərbaycan şifahi xalq ədəbiyatının dramatik növünə xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Xalq dramlarının bir növü olan xalq oyunları vaxtilə toy, bayram şənliklərində oynanılıb. Novruz bayramında ifa edilən “Xan oyunu”nda xan, vəzir, vəkil, fərraşlar iştirak edir. Xan “günahkarları” cəzalandırır, onlara cərimə kəsir. Xalq tamaşalarına xalq dramları da deyilir. ”Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşasında hadisələr üç səhnədə cərəyan edir. Əkinçilik fikrinə düşən iki qardaş yeri şumlayanda, suvarılanda, taxıl xırmanda döyüləndə birinci qardaş özünü xəstəliyə vurur. Məhsul hazır olanda zəhmətkeş qardaş ona heç nə vermək istəmədiyi üçün aralarında dava düşür.Kənd hakimi çalışqan qaraşı haqlı sayır. Tənbəl qardaş arıqlayıb əsa ilə gəzir, arvadı ondan ayrılıb, nə özünün, nə də arvadının yaxın durmadığı uşaqlarını çalışqan qardaş götürüb saxlayır. Əsərin sonuncu səhnəsində çalışqan qardaş yenə tarlada işləyir, qardaşının uşaqları ilə birlikdə əkin-biçinlə məşğul olur. Peşman olmuş tənbəl qardaş gəlib duz-çörəyə and içir ki, daha tənbəllik etməyəcək. Qardaşlar barışıb şərikli işləməyə başlayırlar.

Uşaq oyunları da dramatik növün janrlarındandır. Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunların yaranma tarixi daha qədimdir, insan­ların ilk əmək fəaliyyəti ilə bağlıdır. Hərəkətli oyunlarda əşyalardan istifadə olunması mühüm yer tutur. “Dəsmalı ver”, “Xəndəyə düşmə”, “Pula-pula”, “Dəyirman” və s. əşyalarla oyun­lardır. “İynə-iynə”, “Barmaq”, “Əl üstə kimin əli”, “Bənövşə”, “Ən­zəli”, “Yol­daş, səni kim apardı?”, “Siçan-pişik” və s. əşyalarsız oyun­lar­dır.

Oyun uşaqlarda müstəqillik, fəallıq tərbiyə edir. Onlar oyun va­sitəsilə həyatı dərk etməyi, əməli işlə məşğul olmağı öyrənir, es­tetik zövq alırlar. Bu da öz növbəsində uşaqların dünyagörüşünün inki­şa­fına, fiziki, mənəvi tərbiyəsinə müsbət təsir göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.