Xalq qzeti 26 avqust 2018
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mart ayı üçün zəngin və maraqlı repertuar tərtib edib. Sənət ocağının mart repertuarını təqdim edirik. 3 mart – “O olmasın, bu olsun” 4 mart – “Bremen musiqiçiləri və Pen”, “Beşmanatlıq gəlin” 5 mart – “Qırmızı papaq”, “Məchul pilləkən” 8 mart – “Nəğməmə inan” 9 mart – “Kimyagər” 10 mart – “Anamın kitabı” 11 mart – “Sehrli nəğmə”, “Mən dəyərəm min cavana” 17 mart – “Qafqazlı qardaşqızı” 18 mart – “Qoğalın macərası”, “Utancaq qız”, “Qızıl toy” 19 mart – “Yatmış gözəl və cırtdanlar”, “O olmasın, bu olsun” 24 mart – “Bəxtiyar” 25 mart – “Buratino”, “Baladadaşın toy hamamı” 26 mart – “Qızıl cücə”, “Paris Notr-Dama ithaf” 31 mart – “Bir nəfəs qədər”.xeber100.com
26 avqust
26 avqust — Qriqorian təqvimi ilə ilin 238-ci (uzun illərdə 239-cu) günü.
Mündəricat
- 1 Əhəmiyyətli hadisələr
- 1.1 1600-cü ildən əvvəl
- 1.2 1601–1900
- 1.3 1901–cari
- 1.4 Azərbaycana aid hadisələr
- 2.1 1600-cü ildən əvvəl
- 2.2 1601–1900
- 2.3 1901–cari
- 3.1 1600-cü ildən əvvəl
- 3.2 1601–1900
- 3.3 1901–cari
Əhəmiyyətli hadisələr Redaktə
1600-cü ildən əvvəl Redaktə
- 55 — Yuli Sezarın Britaniyaya ilk hücumu baş tutub.
- 1071 — Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında Malazgird döyüşü baş vermişdir.
- 1382 — Toxtamış Moskvanı tutub.
- 1498 — 23 yaşlı Mikelanceloya Romadakı Müqəddəs Pyotr Bazilikasının heykəltəraşlıq qrupu yaratmaq tapşırılıb. (“Pieta” və ya “Məsihin mərsiyəsi”)
1601–1900 Redaktə
- 1767 — İspaniya imperiyasıYezuitlər ordenini sıxışdırdığı üçün Çilinin hər yerində yezuitlər həbs olunub. [1]
- 1768 — İngilis səyyahı Ceyms Kukun ilk dünya səyahəti başlayıb.
- 1789 — Fransa Milli Assambleyası Versalda “İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi”ni qəbul edərək, Kontinental Avropada liberal hüquq dövlətinin əsaslarını qoydu.
1901–cari Redaktə
- 1920 — ABŞ-da ilk dəfə qadınlar səsvermə hüququnu qazanıb.
- 1922 — Türkiyə İstiqlaliyyət Müharibəsi: Mustafa Kamalın komandanlığında Türk Ordusu Qərb Cəbhəsində Yunan Ordusuna qarşı Böyük Hücuma başladı.
- 1936 — Böyük BritaniyaSüveyş kanalı istisna olmaqla, Misirə müstəqillik verdi.
- 1936 — BBC kanalında ilk audio televiziya şousu yayımlandı.
- 1957 — Transistor radiosu təqdim edildi.
- 1972 — XX Yay Olimpiya OyunlarıMünhendə keçirilib. [2]
Azərbaycana aid hadisələr Redaktə
- 1918 — Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu və Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş vermişdir. [3]
- 2022 — Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
1600-cü ildən əvvəl Redaktə
- 1596 — V Frederik, Bohemiya kralı
1601–1900 Redaktə
- 1676 — Robert Uolpol, Böyük Britaniyanın 1-ci baş naziri
- 1728 — İohann Lambert, Almaniya riyaziyyatçısı, astronumu və fiziki
- 1743 — Antuan Loran Lavuazye, Fransa kimyaçısı
- 1819 — Albert Saksen-Koburq Saalfeld, Böyük Britaniya prinsi
Xalq qzeti 26 avqust 2018
Zəngin mədəniyyətimizin böyük himayədarı
26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür
Duyğuların ən gözəl, bənzərsiz ifadəsi var Azərbaycan muğamlarında. Sədalarında ruhun pıçıltısı, könül harayı var . Muğam sənətindən dərs alanlar , sirlərini öyrənməyə ömrünün uzun illərini sərf edənlər də sonunda � muğam sənəti dəryadır� deyirlər. Onun dərinliklərinə baş vurmaq yalnız cəsarət yox , sevən ürək istəyir.
Sanki hər sənətkar onun dərinliklərində incilər axtarır. Bu dərya da o qədər zəngin, o qədər bərəkətlidir ki , könüldən bağlanan , aylarını, illərini verən kimsəni peşman etmir . Şöhrətlə, ən əsası isə xalqın sevgisi ilə mükafatlandırılır. Çünki yaşı bilinməyən muğamlarımızın müəllifi Azərbaycan xalqıdır. Onların bəstəkarı da , söz yazarları da xalq özüdür . Sanki müəlliflərinin adları da zamanın gərdişində buna görə unudulub ki , onlar yalnız bir adda , bir ünvanda tanınsınlar. Bütöv bir xalqın varlığına köçsün , tarixinin bir hissəsinə, milli-mənəvi sərvətinə çevrilsin .
Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımızın heyranı yanız biz deyilik . � Çahargah �, � Rast �, � Şur �, � Humayun �, � Segah �, �Bayatı-Şiraz� və digər muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir musiqisevərin qəlbinə yol tapa bilir . Ona görə də muğamı yalnız Azərbaycanda, Şərq ölkələrində deyil , ümumilikdə dünyada sevir , bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən hesab edirlər.
Muğamın dünya mədəniyyətində özünəməxsus yeri var . Hələ 1971-ci ildə UNESCO 50 albomdan ibarət � Dünya ənənəvi musiqisinin antologiyası� kolleksiyasına �Şərqin musiqi antologiyası� seriyasında çıxan �Azərbaycan musiqisi � valını daxil etdi . 1975-ci ildə Azərbaycan muğamları UNESCO tərəfindən � Musiqi mənbələri� seriyasında buraxıldı.
2010-cu ildə isə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur . Bu qərar Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə göstərilən marağı, diqqəti, yüksək dəyəri əks etdirir .
26 avqust tarixi muğamsevərlərin, bu sənəti qoruyub yaşadan , inkişaf və təbliğ edənlərin bayramıdır. Bütün dünyanı öz sehrinə salan bu sənətin xalqımızın tarixinə dərin kökləri, bağlılığı hər ilin bu günü bir daha diqqətə çatdırılır.
Azərbaycan muğamlarının yolu həmişə hamar olmayıb. Ayrı-ayrı dönəmlərdə muğam sənətinə qarşı haqsızlıqlara yol verildi , onu gözdən salmaq istəyənlər oldu . Sovet hakimiyyəti illərinin, xüsusilə amansız olduğu 1930-cu ildən 1970-ci ilədək muğam sənətinin bəsit, primitiv olduğunu iddia edənlər tapıldı. O illərdə muğam sənətini xalqın yaddaşından silməyə, unutdurmağa çalışanların qurduqları planlar , çəkdikləri zəhmət boşa çıxdı. Azərbaycan xalqı bir daha sübut etdi ki , öz milli-mənəvi dəyərlərinə sadiqdir .
Bu gün Azərbaycan muğam sənəti tarixinin parlaq dövrünü yaşayır. Çünki müstəqil ölkəmiz öz müqəddəratını həll etmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaq gücündədir. Azərbaycan muğamı da dövlət tərəfindən qorunur , təbliğ və inkişaf etdirilir . Mədəniyyətimizin tanıdılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən layihələr sırasında muğam sənətinə də xüsusi diqqət göstərilir. Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması buna bariz nümunədir. Regionlarda Muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa edilib . Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr, beynəlxalq festivallar keçirilir .
Muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə Heydər Əliyev Fondu � Muğam televiziya müsabiqəsi� keçirir .
2005-ci ildə Birinci muğam müsabiqəsi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə təşkil olundu . 2007, 2009, 2011, 2013, 2015 və 2017-ci illərdə də muğam müsabiqələri keçirildi və müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırıldı.
2008-ci ildə Heydər Əliyev Fondunun Azərbaycan muğamına həsr edilən daha bir nəşri – �Azərbaycanın muğam ensiklopediyası� ( iki cilddə) Azərbaycan, rus və ingilis dillərində işıq üzü gördü .
Fond tərəfindən muğamı qorumaq , inkişaf etdirmək, onun gözəlliyini, dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir . �Azərbaycan muğamları� layihəsi çərçivəsində � Qarabağ xanəndələri� musiqi albomu nəfis şəkildə nəşr olunub .
Dünyada ilk dəfə ölkəmizin paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə � Muğam aləmi� Beynəlxalq Muğam Festivalı keçirildi . Festival çərçivəsində təşkil olunan respublika Muğam Müsabiqəsində, Beynəlxalq Muğam Müsabiqəsində və beynəlxalq elmi simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar, eləcə də dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etdilər.
Muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti , Heydər Əliyev Fondunun prezidenti , UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir . Azərbaycan muğamının təbliğinə və inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyeva bu təkrarsız sənət haqqında deyib : �Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam , muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa , köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi , qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hislər muğam fəlsəfəsinin əsasındadır. Odur ki desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir, – səhv etmərəm�.
Hələ qədim zamanlardan muğam dinləməkdən zövq alan azərbaycanlılar bu sənəti qoruyan , yaşadan , inkişaf etdirən sənətkarlara da hər zaman çox böyük hörmət, ehtiram bəsləyiblər. Texnikanın inkişaf etmədiyi vaxtlarda xanəndələrin möhtəşəm ifalarını lentə almaq , gələcək nəsillər üçün qorumaq mümkün olmasa da , xalq görkəmli sənətkarlarının adını, ifa tərzini yaşadıb. Onların sənət yolları ardıcılları tərəfindən davam və inkişaf etdirilib . Seyid Şuşinski , Xan Şuşinski , Cabbar Qaryağdıoğlu, İslam Rzayev , Hacıbaba Hüseynov , Rübabə Muradova , Yavər Kələntərli, Əbülfət Əliyev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova , Arif Babayev , Alim Qasımov, Mənsum İbrahimov və başqa istedadlı xanəndələr muğam sənətimizi ustad s ənətkarlardan öyrənərək özlərinə məxsus səsləri, ifaları ilə ona yeni çalarlar qatdılar.
Bu gün də Azərbaycan muğam sənətinin dünyada tanıdılmasında peşəkar musiqiçilərimizin və xanəndələrimizin rolu diqqətəlayiqdir. Onların dünyanın əksər ölkələrinin konsert salonlarında müxtəlif milli mənsubiyyətə, fərqli dilə mənsub tamaşaçıların qarşısında ifa etdikləri muğamlar musiqisevərlərin qəlbini riqqətə gətirir.
Azərbaycan.- 2018.- 26 avqust.- S.12.
Xalq qzeti 26 avqust 2018
Fevralın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bəstəkarlar İttifaqından bildirilib ki, əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Xocalı soyqırımının xalqımızın tarixinin dəhşətli səhifələri kimi yaddaşlarda iz qoyduğunu vurğulayıb. Qeyd edib ki, Xocalı faciəsinə ən düzgün siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Bildirilib ki, hər il ölkəmizdə qanlı faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər, ümumxalq nümayişləri keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında da müntəzəm olaraq Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər, yeni əsərlərin dinlənilməsi keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd edib ki, 31 il əvvəl baş vermiş bu dəhşətli hadisə bəstəkarlarımızı da çox sarsıdıb. Qarabağ münaqişəsini və Xocalı hadisələrini yüksək bədii səviyyədə təcəssüm etdirən ən görkəmli əsərlərdən biri Firəngiz Əlizadənin “İntizar” operasıdır. Azərbaycan xalqının qanlı tarixini, ağrı-acısını əks etdirən, ən yüksək milli-mənəvi dəyərləri özündə ehtiva edən bu opera ənənəvi olaraq, hüznlü günlərdə Opera və Balet Teatrının səhnəsində hər zaman nümayiş olunur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, Xocalı faciəsindən sonra bəstəkarlarımız bu mövzunu özündə əks etdirən müxtəlif janrlarda yeni əsərlər ərsəyə gətirib: “Məmməd Quliyevin “Simfoniya-rekviyemi”, Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun çoxhissəli “Xocalı avazları” oratoriyası, Azər Dadaşovun “Xocalıya ədalət!” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı”, Elnarə Dadaşovanın “Xocalı laylası”, Yusif Mirişlinin “Xocalı – 613” simfonik poeması və s. musiqi əsərləri yazılıb”. Faciənin baş verməsindən 31 il ötməsinə baxmayaraq Xocalı mövzusu bəstəkarlarımızı həyəcanlandırmaqda davam edir. Bəstəkarlarımızın Xocalı faciəsi ilə bağlı yazılmış yeni əsərləri sırasında Rəna Qədımovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”, orqan və xanəndə üçün “And”, Kəmalə Əlizadənin violonçel və kamera orkestri üçün “Vokaliz” və İlham Azmanlının kamera orkestri üçün “Ağı” əsərlərini qeyd etmək olar. ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, “Humay” mükafatı laureatı Cəlal Abbasov bəstəkarlarımızın öz yaradıcılığında Xocalı faciəsinə və ümumiyyətlə Vətənimizin tarixinə həsr olunmuş əsərlər üzərində daha fəal işləməyi, iri həcmli mükəmməl simfonik və vokal-simfonik musiqini ərsəyə gətirməyi, Bəstəkarlar İttifaqı tərəfindən isə bu yeni əsərlərin səslənməsinə yönəlmiş səylərini gücləndirməyi tövsiyə edib. Anım tədbirində bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasından “İgidlərin rəqsi” (fortepiano üçün köçürmədə) təqdim olunub (ifaçı – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Jalə İslamova). Bu operanın premyerası hələ gerçəkləşməsə də, operanın müxtəlif musiqi nömrələri artıq Bəstəkarlar İttifaqının tədbirlərində səsləndirilib. Həmçinin, gənc bəstəkar Tural Məmmədli fortepiano üçün “Xocalıya İthaf” kompozisiyasını ifa edib. Tədbirdə iştirak edən tanınmış bəstəkarlar, Xalq artisti Azər Dadaşov və Əməkdar incəsənət xadimi Elnarə Dadaşova Xocalı mövzusunda yazılmış əsərlər haqqında məlumat veriblər. Musiqişünaslar – Əməkdar incəsənət xadimi Həcər Babayeva və Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı dinlənilmiş əsərlər haqqında öz mülahizələrini bildiriblər.xeber100.com
Fevral 25, 2023 12:00
Bakı Bələdiyyə Teatrının təqdimatında “Xocalıya gedən yollar görünür” adlı rekviyem-tamaşa nümayiş olunub
Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində “Xocalıya gedən yollar görünür” adlı tədbir keçirilib. DSX-nin böyük akt zalında keçirilən tədbir Dövlət Sərhəd Xidməti Akademiyası və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir başlamadan öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəli sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Xocalı soyqırımının başvermə səbəbləri və nəticələri barədə tarixi faktlara əsaslanaraq fikirlərini çatdırıb və Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci qətiyyətli qayıdışından sonra bu soyqırımına siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli Azərbaycan Ordusunun fədakarlığı, Azərbaycan Prezidentinin sərkərdə məharəti, hücum diplomatiyası və dəmir yumruğunun qətiyyəti ilə qazanılan möhtəşəm Qələbədən iftixar hissi ilə bəhs edən A.Qurbani əminliklə vurğulayıb ki, Xocalı həsrətinə də tezliklə son qoyulacaq, yolumuzu gözləyən tarixi torpaqlarımız da düşmən işğalından azad ediləcək. Bunun üçün də hər bir vətəndaşımız, o cümlədən hər bir Vətən müdafiəçisi Azərbaycan uğrunda hər an Ali Baş Komandanın əmrlərinə hazır olmalıdır. Akademiya rəisinin şəxsi heyət üzrə müavini polkovnik Tural Kərimli son 200 il ərzində Azərbaycan xalqına qarşı erməni millətçiləri və onların havadarları tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən ürək ağrısı ilə danışaraq erməni amilinin hər zaman çar Rusiyasının əlində siyasi alətə çevrildiyini xatırladıb. Diqqətə çatdırılıb ki, 19-cu əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla, etnik təmizləmə və soyqırımı siyasətini həyata keçiriblər. Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında Abdulla Qurbaninin “Xocalıya gedən yollar görünür” adlı rekviyem-tamaşası sərhədçi zabitlər və kursantlar tərəfindən maraqla qarşılanıb. Əməkdar artistlərdən Səmayə Sadıxova, Hüsniyyə Mürvətova, Rafiq İbrahimov, Mahirə Yaqubova, Əfqan Sultanov, Aydın Əliyev, Şahzadə Babayeva, tanınmış aktyorlardan İlqar Musayev, İsmayıl Atakişiyev, Rəşad Kəsəmənli, Toğrul Rza, Ülviyyə Rza, Namiq Cavadov və başqalarının çıxışları tamaşaçılara duyğulu anlar yaşadaraq onların qələbə əzmini daha da artırıb. Sonda DSX Akademiyası rəisinin adından Bakı Bələdiyyə Teatrına şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində xidmətlərinə görə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Sonda yaradıcı heyətlə akademiyanın müəllim, zabit və kursantları xatirə şəkilləri çəkdiriblər.xeber100.com
Fevral 25, 2023 11:10
Azərbaycan Opera və Balet Teatrının səhnəsində “Aida” operası nümayiş olunacaq
Fevralın 25-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində italyan bəstəkar C.Verdinin “Aida” operası nümayiş olunacaq. Tamaşada Aida obrazını Əməkdar artist Afaq Abbasova canlandıracaq. Digər rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əməkdar artist Səbinə Vahabzadə, solistlər Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrının solisti Tuncay Kurtoğlu və Almaniyanın Manheym Milli Operasının solisti İrakli Kaxidze ifa edəcəklər. Unudulmaz operaların müəllifi olan Cüzeppe Verdinin “Aida” operası qədim Misir sərkərdəsi Ramadeslə, hökmdar qızı Aidanın sevgi uğrunda apardıqları mübarizəyə həsr olunur. Tamaşanı Əməkdar artist dirijor Əyyub Quliyev idarə edəcək.xeber100.com
Fevral 24, 2023 14:50
Görkəmli xanəndə Arif Babayevin yubileyinə həsr olunmuş konsert təşkil edilib
Fevralın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib. Musiqili gecədə xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları iştirak ediblər. Əməkdar incəsənət xadimi Hafiz Quliyev tədbirin əhəmiyyətini vurğulayaraq, görkəmli xanəndə Arif Babayevin yaradıcılığından danışıb: “Bu gün biz xanəndəlik sənətimizin ən görkəmli nümayəndələrindən olan ustad sənətkar Arif Babayevin sənət işığına yığışmışıq. Arif Babayev özünəməxsus ifası ilə çox insanların sevgisini qazana bilib. Bu səbəbdən də o şəxsiyyət kimi həmişə xalqına yaxın olub. A.Babayevin yaradıcılığı o qədər geniş şaxəlidir ki, haqqında bir çox kitablar, məqalələr yazılsa da hələ ki, tam olaraq onun sənəti araşdırılmayıb. Çox güman ki bu da gələcəkdə müasir musiqişünaslar tərəfindən geniş tədqiq olunacaq. Bu, Arif Babayev sənətinin həmişəyaşar olduğunun təsdiqidir”. Diqqətə çatdırılıb ki, onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir. Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.xeber100.com
Fevral 21, 2023 14:13
Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür. Qeyd edək ki, Od çərşənbəsi 28 fevral, Yel çərşənbəsi 7 mart, torpaq çərşənbəsi 14 martda qeyd olunacaq. Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.xeber100.com
Fevral 21, 2023 13:42
Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edəcəklər. Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az internet saytı vasitəsilə aparılacaq. Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən olunacaq.xeber100.com
Fevral 20, 2023 15:24
Musiqili Teatr mart ayı repertuarını təqdim edir
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mart ayı üçün zəngin və maraqlı repertuar tərtib edib. Sənət ocağının mart repertuarını təqdim edirik. 3 mart – “O olmasın, bu olsun” 4 mart – “Bremen musiqiçiləri və Pen”, “Beşmanatlıq gəlin” 5 mart – “Qırmızı papaq”, “Məchul pilləkən” 8 mart – “Nəğməmə inan” 9 mart – “Kimyagər” 10 mart – “Anamın kitabı” 11 mart – “Sehrli nəğmə”, “Mən dəyərəm min cavana” 17 mart – “Qafqazlı qardaşqızı” 18 mart – “Qoğalın macərası”, “Utancaq qız”, “Qızıl toy” 19 mart – “Yatmış gözəl və cırtdanlar”, “O olmasın, bu olsun” 24 mart – “Bəxtiyar” 25 mart – “Buratino”, “Baladadaşın toy hamamı” 26 mart – “Qızıl cücə”, “Paris Notr-Dama ithaf” 31 mart – “Bir nəfəs qədər”.xeber100.com
Fevral 16, 2023 14:18
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı təqdim olunacaq
Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq. Mərkəzdən bildirilib ki, musiqi gecəsində “Bayatı Qacar” və “Şüştər” muğamlarını Sevinc Sarıyeva, Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Məmməd Nəcəfov oxuyacaqlar. Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.xeber100.com
Fevral 16, 2023 14:04
“Qorqud Ata Türk Dünyası” Film Festivalı təşkil olunacaq
Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı təşkil olunacaq. Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb. Oktyabr ayına nəzərdə tutulan festivalın icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.xeber100.com
Fevral 10, 2023 14:55
YARAT Müasir İncəsənət Mərkəzi təqdim edir
Fevralın 14-də YARAT Müasir İncəsənət Mərkəzində türk rejissor Pelin Əsmərin “10-dan 11-ə qədər” dram filmi nümayiş etdiriləcək. YARAT-dan bildirilib ki, “Multiperspektivdə” qrup sərgisi çərçivəsində nümayiş olunacaq ekran əsərinin xronometrajı 110 dəqiqədir. Filmdə hadisələr belə cərəyan edir: Mithat bəy təqaüddə olan dövlət qulluqçusudur. Əli onun yaşadığı binada konsyerjdir. İki qəhrəman eyni binada yaşasalar da, fərqli dünyalara mənsubdurlar. Amma bir gün həyat onları vacib məsələ üçün birləşdirir – yaşadıqları ev zəlzələyə davamlı olmadığı üçün sökülür. xeber100.com
Fevral 9, 2023 13:19
Heydər Əliyev Mərkəzində konsert-sərgi olacaq
Martın 8-də Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb. Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim ediləcək. Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə – geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib. Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək. İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim edəcəklər. Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar.xeber100.com
Yanvar 31, 2023 10:03
Azərbaycan Dövlət “Yuğ” Teatrı premyeraya hazırlaşır
Azərbaycan Dövlət “Yuğ” Teatrı “Toy dəstgahı” tamaşasının premyerasına hazırlaşır. Bu barədə sənət ocağının əməkdaşı, teatrşünas Elçin Cəfərov məlumat verib. Onun sözlərinə görə, yanvarın 27-də təqdim olunacaq tamaşa C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanıb. “Tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Milli adət-ənənələrin, ritualların vurğulandığı “Toy dəstgahı”nın janrı ambivalent artefaz kimi təyin edilib. Tamaşada aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elşən Əsgərov, Günəş Tegin, Elgün Həmidov və Nigar Mürsəlova çıxış edir”, – deyə E.Cəfərov söyləyib. Qeyd edək ki, səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.xeber100.com
Comments are closed, but trackbacks and pingbacks are open.