Press "Enter" to skip to content

Kitab danışır – Xalqların və Kütlənin psixologiyası

Müəllimlərim haqda xatirələrim – Musa Kərimov

Qustav Le Bon – Xalqların və kütlənin psixologiyası

Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsəri böyük sosial qrupların psixologiyasının tədqiqinə həsr olunub. Mütəşəkkil kütlənin davranış qanunlarını ilk dəfə məhz Lebon ifadə edib. Əsərində o yazır ki, izdiham zamanı adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe olmağa vadar edir ki, tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir”. Lebon bunu belə izah edir: birincisi, “kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrıayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır”. İkincisi, izdihamda “hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir”. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, “bir növ təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur”.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Xalqların və kütlənin psixologiyası

Göyçə Mahalı Daşkənd kəndi

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

Zahid Oruc: “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!”

Qəriblikdə ölmək qorxusu.
Əmimin əziz xatirəsinə ithaf edirəm

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

Dağıstanı xilas edən azərbaycanlı – Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

Göyçə mahalı, Qaraiman kəndi

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

Düşüncələrin kölgəsindən özünə – Yazıçı Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabı haqqında – Əsəd CAHANGİR

Ələddin Allahverdiyev “Düşüncələrimin kölgəsi” kitabı haqqında

İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

Klassik şeirimizin xalq ruhunun Heyranı.

Qərbi Azərbaycan İcması müraciət yayıb

“Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək” – Misir Mərdanov

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

Ələddin Allahverdiyev – 75

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN. GÖYÇƏ ADLI İLAHİ SEVGİ.

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

Müəllimlərim haqda xatirələrim – Musa Kərimov

Səksəninci döngə

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

AŞIQ ABBASƏLİ NƏZƏROV

Altmış ilin sözə dönən anları

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

UĞUR ƏNGƏL TANIMIR

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.

Sən özün bir kitabsanAygün Xəlilqızı yazır

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

“Dədə Ələsgər ocağı” İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

Azərbaycan təbiəti və Aşıq Ələsgər

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

Bağırovun NKVD “padvalında” döydüyü qatı bolşevikin dəhşətli aqibəti

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ.

˝Xalqların və kütlənin psixologiyası˝na aid daşdan keçən 21 fikir

Bu yaxınlarda Qustav Le Bonun ˝Xalqların və kütlənin psixologiyası˝ kitabını oxudum. Daha öncə bu kitab haqqında çox eşitmişdim. Kitab artıq Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə də tərcümə edilib, mən də bu kitabı Ali-Ninodan alıb oxudum. Deyilən qədər var imiş. Təsəvvür edin ki, kitab 1898-ci ildə yazılıb, ancaq yazılan fikirlərin əksəriyyəti bu gün də siaysi və sosial qruplar arasında tətbiq edilir, aktualdır. Aşağıda kitabdan qeyd etdiyim 21 fikri, cümləni olduğu kimi Sizinlə paylaşıram. Heç bir şərh vermədən Sizi aşağıdakı cümlələri oxuyub daha sonra günümüzdə baş verənlərlə müqayisə etməyə dəvət edirəm.

  1. Müxtəlif ölkələrə uzun sürən səyahətlərimdən sonra məndə yaranan ən parlaq təəssürat ondan ibarətdir ki, hər bir xalq anatomik xüsusiyyətləri ilə bərabər, həm də dayanıqlı mənəvi quruluşa malikdir və elə buradan da onun hisləri, düşüncələri, təsisatları, etiqad və incəsənəti təşəkkül tapır.
  2. Xalqlar çox şeyi itirə və müxtəlif faciələrlə üzləşə bilərlər, amma yenə də ayağa qalxmaq iqtidarında olurlar. Lakin əgər xalq ruhunu itirərsə, onda o heç vaxt dikələ bilməz.
  3. Bir-birinə uyğun gəlməyən xalqları birləşdirən böyük imperiyalar yalnız zor gücünə yaradıla bilər və elə güc yolu ilə də məhvə məhkumdurlar.
  4. Müasir dövlət adamları daha çox təsisatların mühümlüyünə inanırlar, ideyaların vacibliyinə isə az əhəmiyyət verirlər. Elm isə onlara göstərir ki, birincilər həmişə ikincilərin övladıdır və onlara söykənmədən mövcud ola bilməzlər. İdeyalar özlüyündə şeylərin gözəgörünməz hərəkətverici qüvvəsidirlər. Onlar yoxa çıxanda, təsisat və sivilizasiyaların gizli dirəkləri də sınıb-tökülür.
  5. Nəzəri düşüncələrə az meylli olan kütlə, qarşılığında fəaliyyət göstərməyə çox meyllidir.
  6. Dolayı vergi, nə qədər böyük olsa belə, kütlənin etirazına səbəb olmur, çünki o vərdişləri məhdudlaşdırmır və kütlədə təəssürat oyatmır; çünki gündəlik istehlak malları alınarkən tutulduğundan gözə çarpmır.
  7. Şəxsiyyətin fərd olaraq arxa plana keçməsi və hiss və düşüncələrin məlum istiqamətə səmt götürməsi – təşkilatlanmağa yol alan kütləni xarakterizə edən başlıca əlamətlərdir.
  8. Yalnız say çoxluğu sayəsində fərd izdihamda qarşısıalınmaz gücü dərk edir və həmin hiss tək olduğu zaman həmin hissə heç vaxt qol-qanad açmağa imkan vermədiyi halda, kütlə arasında belə instinktlərin təsiri altına düşür. İzdihamda isə o, həmin hisləri cilovlamağa az meyllidir, çünki kütlə anonimdir və heç bir məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə bundan qoruyan məsuliyyət hissi, izdihamda tamamilə yoxa çıxır.
  9. Biz görürük ki, parlament yığıncağı elə tədbirlərə və qanunlara razılıq verir ki, ayrılıqda həmin parlament üzvlərinin hər biri onları pisləyərdi.
  10. Kütləni xarakterizə edən xüsusi xassələrin arasında, məsələn, biz bunları görürük: impulsivlik, əsəbilik, düşünmək qabiliyyətsizliyi, mühakimə və tənqidin yoxluğu, şişirdilmiş hissiyat və s.
  11. Təcrid olunmuş fərd öz reflekslərini sakitləşdirə bilir, kütlənin isə belə qabiliyyəti yoxdur.
  12. Kütlə yarpağı yerdən qaldırıb müxtəlif istiqamətlərə aparan tufana bənzər, sonra da sakitcə yerə düşən torpağa.
  13. Cahil və alim, əgər onlar artıq izdihamda iştirak edirlərsə, müşahidə qabiliyyətindən eyni dərəcədə məhrum olurlar.
  14. Kütlə fikirləşmir, o, ideyaları bütövlükdə ya qəbul edir, ya da kənara atır, nə mübahisələri, nə də ziddiyətləri xoşlayır, təlqin onun bütün düşüncə qabiliyyətlərinə tamamilə hakim kəsilir və dərhal hərəkətə keçməyə can atır.
  15. Ənənələrsiz nə milli ruh, nə də sivilizasiyalar ola bilər. Buna görə də insanın təşəkkül tapdığı andan ən əsas məşğuliyyətlərdən biri ənənələr şəbəkəsi qurmaq və ənənələrin xilaskarlıq fəaliyyəti tükənəndə isə onları dağıtmaqdan ibarət olub.
  16. Xalqların talyini onların xarakterləri müəyyən edir, heç də hökümətlər deyil.
  17. Adamları həyata hazırlamaq əvəzinə, məktəb onları heç bir xırda təşəbbüskarlıq belə irəli sürmədən və sərbəstcəsinə fəaliyyət göstərmədən, ictimai vəzifələr tutmağa hazırlaşdırır.
  18. Eyni qəzetdə daim A-nın tamamilə yaramaz biri, B-nin isə ən təmiz insan olması haqqında məlumat oxuyuruq, təbii ki, əgər bu zaman tamamilə əks fikirlər yazan digər qəzetlərdən xəbərsiziksə, lap sonda özümüz də ona inanırıq.
  19. Kütlədə heyranlıq doğurmaq üçün, həmişə onu özündən müəyyən məsafədə saxlamalısan.
  20. Seçicilər həm də istəyirlər ki, onların məğrurluqlarına yaltaqlansınlar və arzularını yerinə yetirsinlər. Təsir etmək üçün onun ünvanına ən cəfəng xoşa gələn tərifləri söyləmək və utanmadan ən fantastik vədlər vermək lazımdır. Əgər fəhlədirlərsə, onları tərfiləyib sahibkarını söymək lazımdır, rəqib namizədə gəldikdə, haqqında müddəalar, təkrar və sirayətedici fikirlər yaymaq yolu ilə onu məhv etmək lazımdır, demək lazımdır ki, o, ən sonuncu əclafdır və onun hansı cinayətləri törətməsi hamıya məlumdur.
  21. Şişirtmə vədlər həmin dəqiqə üçün çox güclü təsir bağışlayır, gələcək üçün isə heç bir öhdəliyə məcbur etmir. Əslində, seçici adətən seçilmiş namizədin sonradan həmin vədləri yerinə yetirib-yetirmədiyini heç öyrənməyə belə çalışmır.

P.S. Seçdiyim fikirlər əsasən günümüzlə səsləşən fikirlər idi. Yəqin ki, Siz də sona qədər oxudunuzsa, mütləq şəkildə parallel müqayisələr apardınız. Bəs, Sizcə yuxarıda yazılanlardan hansı bəndlər hələ də eynilə tətbiq edilir?!

Facebook Comments

Kateqoriya Resenziyalar

Comments are closed, but trackbacks and pingbacks are open.