Press "Enter" to skip to content

Azərbaycanın xanlıqlar dövrü Ramiz Mehdiyevin əyri güzgüsündə

Tofiq Mustafazadə
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,
Tarix elmləri doktoru, professor,
Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı

Xanliqlar dövrü

3.12.2013-cü il tarixdə işlədiyim Oğuz şəhər 3 saylı məktəbin 9t sinfində açıq dərsim oldu.Öncə onu qeyd edim ki,bu dərsi eləcə də digər dərslərimi hazırlayarkən Tarix infonun mənə böyük köməyi olur.Bunun üçün TARİX İNFOYA MİNNTƏTDARAM.Dərsin icmalını,slaydları istifadə etdiyim materialları sizlərlə bölüçürəm. Dərsdə mövzuyla bağlı slaydlardan, videolardan, mövzuya uşaqların münasibətini öyrənmək üçün söz oyunundan istifadə etdim. Dərsin sonunda hazırladığım krassvordda məktəbin və sinfin adını yazmaqla şagirlərimə stimul vermək istəmişəm. Əgər münasibətinizi bildirsəniz Sizlərə minnətdar olaram.

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

Oxşar xəbərlər

smart ders

Səfəfilər (təqdimat)

Bir dərs nümunəsi

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.

« Mart 2023 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Populyar xəbərlər

Qədim Yunanıstan haqqında interaktiv oyunlar

9-04-2020, 18:42

5-cilər üçün daha bir MİLYONÇU

7-04-2020, 18:18

DUEL (Online oyun)

6-01-2020, 21:51

6-cı siniflər üçün Milyonçu

23-11-2019, 22:20

7-ci siniflər üçün “Milyonçu”

21-11-2019, 18:51

6-cı siniflər üçün Milyonçu

6-11-2019, 09:16

5-ci lər üçün Milyonçu

24-10-2019, 21:18

8-ci siniflər üçün “Milyonçu”

21-10-2019, 22:16

5-cilər üçün yeni “Milyonçu”

27-02-2018, 22:13

İbtidai cəmiyyət (interaktiv oyun)

9-11-2017, 22:35

Xronologiya (Online-oyun)

3-11-2017, 23:59

Prometanda interaktiv tapşırıqlar

5-08-2017, 20:41

İnteraktiv tapşırıqlar

9-07-2017, 21:03

Milyonçu (6-cı sinif)

15-03-2017, 20:02

İnteraktiv oyun (6-cı sinif)

30-10-2016, 21:57

Qədim Azərbaycan (İnt-Oyun)

4-10-2016, 07:13

Sayta daxil ol

Kopspekt.az 0

26 06 2020

Təbliğat və Maarifləndirmə 0

28 05 2020

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN 0

28 05 2020

Respublika gününüz qutlu olsun! 0

19 05 2020

ONLİNE dərs (5) 0

14 05 2020

Qədim Roma (Online dərs) 0

11 05 2020

5-cilərlə ONLİNE dərs (İstiqlalımızın bərpası) 0

5-cilərlə ONLİNE dərs (DİRÇƏLİŞ) 0

30 04 2020

6-cı siniflərlə ONLİNE dərs 1

29 04 2020

İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ 0

27 04 2020

5-cilərlə ONLİNE dərs 0

23 04 2020

Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs) 0

19 04 2020

Ərəb işğalına qarşı mübarizə (Video dərs) 0

17 04 2020

Xaç yürüşləri (Video dərs) 0

16 04 2020

6-cı siniflər üçün dərs 0

12 04 2020

Пособие для абитуриентов 0

12 04 2020

5-cilər üçün ONLİNE dərs 0

10 04 2020

7-cilər üçün PULSUZ ONLİNE -DƏRS 0

Yazdı → Revan777
Xəbər → Böyük Summativ qiymətləndirmə V sinif Həyat .
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → Dating_Roovareria
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → maiaa
Xəbər → Prometanda interaktiv tapşırıqlar

Video

5-cilərlə ONLİNE dərs

27-04-2020, 20:30

Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs)

23-04-2020, 20:20

Ərəb işğalına qarşı mübarizə (Video dərs)

19-04-2020, 21:53

Xaç yürüşləri (Video dərs)

17-04-2020, 17:20

Ağqoyunlu dövləti (Video-dərs)

31-03-2020, 07:41

Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)

5-08-2019, 12:31

Atropatena video dərs(

17-05-2019, 02:15

Marketinq (Video dərs)

2-05-2019, 20:39

“Azadlıq hərəkatının yeni mərhələsi”

13-04-2019, 19:34

XIX əsrdə Azərbaycanda Milli mətbuat. (Video dərs)

11-04-2019, 21:42

Qədim Şumer

7-02-2019, 19:17

Assur dövləti

4-01-2019, 23:25

Əziz istifadəçilər ! Tarix.info saytı sizi tarixin maraqlı dünyasına səyahətə aparacaqdır. Bu saytda siz Azərbaycan tarixinin şanlı səhifələrini izləyəcəksiniz. Dünya tarixinin şəxsiyyətləri, üsyanları, dövlətləri və s. haqqında geniş məlumat toplayacasınız. Saytda müəllimlər, şagirdlər və tarixlə maraqlanan hər kəs üçün əlavə məlumatlar toplanılıb. Testlər, yeni dərs modelləri, təqdimatlar, əyləncəli oyunlar, video-audio dərslər və s. Bildiyiniz kimi tarix fənni müxtəlif mənbələr əsasında öyrənilir. Odur ki, verilən xəbərlərdə mübahisə doğuracaq məqamlara rast gələ bilərsiniz. Bunu isə verilmiş xəbərin müəllifi ilə məsləhətləşmək lazımdır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. Tarixi gözünlər gör.

TARIX.INFO TARIXI GÖZÜNLƏ GÖR © 2010-2017

Azərbaycanın xanlıqlar dövrü Ramiz Mehdiyevin əyri güzgüsündə.

Açığını deyim, Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının Prezidenti seçildikdə mən onun elmi inkişafına yönələn islahatlar aparacağına inanmırdım, çünki onu mühafizəkar bir adam kimi tanıyırdım.

Ətrafımdakılara da deyirdim ki, ən yaxşı halda Mehdiyevin bir çox nazirə təsir imkanları olduğundan, Akademiya işçilərinin Respublika üzrə orta aylıq səviyyədən aşağı olan məvaciblərini qaldıra bilər. Lakin təəssüf ki, hamının bu gözləntisi də özünü doğrultmadı.

Onun Azərbaycan elminə vurduğu zərbələr artıq ayrı-ayrı elm adamları tərəfindən KİV-də və sosial şəbəkələrdə verilməkdədir. Bu fikirlərə qoşularaq şəxsən uzun illər boyu tədqiqat ilə məşğul olduğum Azərbaycan xanlıqları ilə bağlı onun 2019-cu ildə nəşr etdirdiyi “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı kitabı üzərində yığcam şəkildə fikirlərimi qeyd etmək istərdim. İlk növbədə onu deyim ki, bu kitab nəşr olunan kimi onun haqqında yüksək vəzifəli məddahlar KİV-lərdə və Elmlər Akademiyasında keçirilən toplantılarda onu xeyli təriflədilər. Əslində isə bu kitabda həmin dövrlə məşğul olan alimlərin əməyini heçə endirməyə yönələn haqsız məqamlar kifayət qədərdir.

Əvvəla, müəllif yumşaq desək, xanlıqlar dövrünə həsr olunmuş bütün tədqiqatları insafsızcasına “iş görüntüsü yaratmaq naminə ərsəyə gətirilən və mahiyyət etibarilə mənasız kağız sərfiyyatından irəli getməyən, məntiqi əlaqəsi olmayan, müfəssəl, ciddi mənbəşünaslıq bazasına söykənməyən söz yiğını”adlandırır. Halbuki, Azərbaycanın şimalında yerləşən 10 xanlıq haqqında ciddi elmi araşdırmalar aparılmış, kitablar və dissertasiyalar yazılmışdır. Təkcə Quba xanlığı üzrə H.Abdullayevin iki böyük monoqrafiyası, T.Mustafazadənin tədqiqatları İrəvan xanlığı üzrə bir neçə kitab və dissertasiyalar var. Onlardan birinə Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Mükafatı verilib. Əgər Ramiz Mehdiyev həmin əsərlərə baxıb konkret və əsaslı nöqsanlar göstərsəydi, bəlkə də onu qəbul etmək olardı. Ancaq dövrün tədqiqindən xəbəri olmadan peşəkar alimləri ucdantutma anafemaya vermək anormallıqdır, insafsızlıqdır və ədalətsizlikdir.

Daha sonra yazır: “Arxivlərlə, yaxud tərcüməsi həyata keçirilməmiş qaynaqlarla işləmək imkanlarının məhdudluğu tarixşünaslarımızı mənbəşünaslardan asılı vəziyyətə salır”. Bu fikir də başdan-başa yanlışdır. Qeyd etməliyəm ki, xanlıqlar dövrünün görkəmli tədqiqatçıları Həsi Abdullayev və Fuad Əliyev ömürlərini Rusiya arxivlərində keçirmişlər. Bu yazının müəllifi də 1975-ci ildən başlayaraq demək olar ki, hər il müxtəlif Rusiya arxivlərindən material toplamaqla məşğul olmuş, xanlıqlara dair minlərlə sənədi müasir rus əlifbasına çevirərək, 6 cildlik sənədlər toplusu nəşr etdirmişdir. Bunu görməzlikdən gələn akademik xanlıqlar dövrü üzrə demək olar ki, heç bir arxiv sənədi tapıb cap etdirməyən Şərqşünaslıq və Əlyazmalar İstitutlarını isə tərifləməyə üstünlük vermişdir.

Müəllif kitabda Şimali Azərbaycan xanlarının hamısının Rusiyapərəst siyasət yürütdüyünü iddia edir. Halbuki, Gəncə və Bakı xanlıqları Rusiya işğalına qarşı qətiyyətli mübarizə aparmış, digər xanlıqlar isə Osmanlı və Rusiya arasında manevr edərək, müstəqilliklərini qorumağa çalışmışlar.

R.Mehdiyev kitabda Şəki, Quba və digər xanlıqlar haqqında da qeyri-peşəkar və həqiqəti əks etdirməyən müddəalar irəli sürməkdən çəkinməmişdir.

R.Mehdiyev adı çəkilən kitabda ciddi yanlışlığa yol verərək, İsveç tarixçisi S.Kornellə əsaslanaraq Qarabağda ermənilərin sayının 1832-ci ildə 35 faizə, 1880-ci ildə isə 53 faizə yüksəldiyini iddia edir. Bu kökündən səhvdir və düşünülmüş şəkildə ermənilərin məkrli separatçılığına və Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq cəhdidir.

Bütövlükdə adını çəkdiyim kitab ruhuna və mahiyyətinə görə anti-Azərbaycan mövqeyini özündə əks etdirməkdədir.

Ramiz Mehdiyevin Azərbaycan tarixini erməniləşdirməkdə və tariximizi saxtalaşdırmaqdakı xidmətləri bununla bitmir. O, 2018-ci ildə tanınmış ingilis tarixçisi Maykl Aksvörtinin Nadir şah haqqında yazdığı əsəri Azərbaycan dilinə “tərcümə etdirmiş”dir. Tərcümə olduqca aşağı, qeyri-peşəkar səviyyədə aparılmışdır. Bəlli olmuşdur ki, tərcümə kompüterlə edildiyi üçün alimin istinad etdiyi mənbələr də tərcümə prosesində yox olmuşdur.

2020-ci ildə Ramiz Mehdiyevin rəhbərliyi və Tarix institutunun əməkdaşı Nigar Gözəlovanın tərtibçiliyilə “Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” adlı sənədlər toplusu nəşr olunmuşdur. Sənədlərin İrəvandakı Mətndarandan götürüldüyünə işarə var. Çox maraqlıdır ki, hələ sovetlər dövründə belə, azərbaycanlıların buraxılmadığı bir məkana Nigar Gözəlova necə giriş əldə etmişdir? Həm də nə erməni, nə də fars dilini bilmədiyi halda orada necə çalışmışdır? Deməli, əslində sənədlər hansısa çap olunmuş topludan götürmüş, lakin toplunun adını qeyd etməyi lazım bilməmişlər. Toplu müəllifləri XIX əsrə kimi ermənilərin Azərbaycan ərazisində yığcam şəklində, yerli xalq kimi yaşamasını tarixi faktlarla inkar edən Azərbaycan tarixçilərini qınayaraq, onları ittiham etməkdən belə çəkinməmişlər. Onların bu mövqeyi 44 günlük Vətən müharibəsi ərəfələrində düşmənin dəyirmanına su tökmək kimi qiymətləndirilməlidir.

Mən bu günədək subordinasiyanı gözləyib, Akademiyanın nüfuzuna xələl gəlməsin deyə susurdum. Lakin Ramiz Mehdiyevin Tarix institunun və onun baş direktorunun ünvanına söylədiyi ciddi və haqsız ittihamlar məni sükutu pozmağa vadar etdi. Mən də düşünürəm ki, bu gün cənab Mehdiyev və onun əhatəsi Azərbaycan elminin qarşısında ciddi bir əngələ çevrilmişdir. Ramiz Mehdiyev Elmlər Akademiyasının rəhbərliyindən getməli və ora daha cavan, novator və enerjili şəxs gətirilməlidir. Yeni rəhbərlik isə kosmetik deyil, əsaslı islahatlar keçirməlidir ki, EA müasir çağırışlara cavab verə biləcək modern bir quruma çevrilsin.

İslahatların içərisində, AMEA-ya müxbir və həqiqi üzvlərin seçilməsi qaydasında da dəyişiklik edilməlidi. Belə ki, seçkilər şəffaf keşrilmir, namizədlərin nə qədər səs topladığı elan olunmur. Eyni zamanda 250 işçinin çalışdığı və tarix elminə əhəmiyyətli töhvələr verən Tarix institutunda cəmi bir akademikin olması, müxbir üzvünün isə olmaması dözülməz haldır. Həm də nəyə görə elmlər doktorluğuna görə verilən vəsait AMEA-nın müxbir və həqiqi üzvlüyünə verilən vəsaitdən az qala 15-20 dəfə az olmalıdır?!

Tofiq Mustafazadə
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,
Tarix elmləri doktoru, professor,
Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı

Xanlıqlar dövrü

XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarinda vergilər: malcəhət, bəhrə, xərac, salyana, çöpbaşı, karxana , bağbaşı, çobanbəyi, dəh-yek, cütbaşı, dəzgahbaşı və s.-dən ibarət idi. Bu vergilər içərisində əsas vergini malcəhət (Naxçıvan və Şirvan xanlıqlarında bu vergi bəhrə adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi 1/10-lə 1/3 arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Kəndlilərdən toypulu da alınırdı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda o, bəyə toyxərci verməli idi. Toy bəyin ailəsində olurdusa, onda bəy kəndlidən toy pulu tələb edirdi. Hər bir kəndli həyətindən otaqxərci deyilən vergi də yığılırdı. Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi at arpası adlanırdı. Rəiyyət teztez öz hesabına xanın muzdlu əsgərlərini də saxlamalı olurdu. Bu mükəlləfiyyət dişkirəsi adlanırdı. Rəiyyətdən həmçinin xan dəftərxanasının və inzibati idarəetmənin digər qurumlarının xərclərini ödəmək üçün mirzəyanə, kələntərlik və digər vergilər toplanırdı. Vergiyığanlar xanın əmrinə əsasən öz xeyirlərinə darğalıq vergisi toplayırdılar. Mirzə Camal Cavanşir Qarabaği Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında maraqlı məlumatlar verir. O yazır ki, hər il Novruz bayramında sərkərdələrə xanın adından müxtəlif hədiyyələr – xələtlər, atlar, silahlar bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq hədiyyələr gətirirdilər. İbrahimxəlil xan Cavanşir səfərdə olarkən və ya hər hansı yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların, bəylərin, ağaların əksəriyyəti, bəzi döyüşçülər, katiblər, eşikağası, darğalar və yolçular xanın mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin bir günlük xərci onlara qoyundan, qırx puddan artıq düyüdən və s. ibarət olurdu. Bütün bunlar çoxlu xərc tələb edirdi və əsasən istehsalçıların istismarı hesabına ödənilirdi. Məhəmmədhəsən xan dövründə Şəki xanlığında Dəs-ul-əməl adlı qanunlar məcmuəsi tərtib olunmuşdu. Burada bütün vergi və mükəlləfiyyətlər tənzimlənirdi.

1828-ci il fevral ayının 10-da Təbrizdən bir qədər cənubda yerləşən Türkmənçay kəndində İranla Rusiya arasında bağlanan müqavilə nəticəsində Azərbayjan 2 hissəyə parçalandı və müasir Azərbayjanın ərazisi Rusiyanın tərkibinə qatıldı.

XIX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyasının tərkibində oldugu dövrdə vergilər haqqında qanunlar, yerli xüsusiyyətlər nəzərə alınmaqla, mərkəzi hakimiyyət tərəfindən qəbul edilirdi. Vergi sistemi dövlət vergilərindən və yerli vergilərdən ibarət idi.

  • Dövlət vergilərinə – dövlət torpaq vergisi, əmlakdan vergi, ticarət və sənaye vergisi, pul kapitalından vergilər və aksiz vergiləri aid edilirdi.
  • Y erli vergilərə- ticarət və sənaye vergisi, əlavə aksiz vergisi, şəxsi vergilər, tüstü (həyətbaşı) vergisi, qəssablardan alınan vergilər, zibilxanaların təmizlənməsi üçün vergilər, çəmən və otlaq yerlərindən istifadəyə görə vergilər, yoldan istifadəyə görə vergilər və s. aid idi.

Comments are closed, but trackbacks and pingbacks are open.