Xaricdə azərbaycanlı ziyalılar
Tədbirdə çıxış edən �Qloballaşma prosesi və milli-mənəvi dəyərlərin qorunması� mövzusunda məruzəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qloballaşan dünyada xaricdə yaşayan həmvətənlərimizdən xalqımızın mənafeyi naminə çox şey gözləyir. Onun sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın, o cümlədən ziyalıların təşkilatlanması və daha səmərəli fəaliyyəti üçün Azərbaycan dövləti onlara hər cür yardım göstərir. Ə.Həsənov qeyd edib ki, � ümummilli lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalılarla maraqlanaraq, onların vətənlə əlaqələrinin genişlənməsi üçün müxtəlif təşkilatların yaradılmasına göstəriş verib: �Ulu öndər ölkəmizin müstəqilliyinin ilk illərində, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edərkən Dünya azərbaycanlılarının Həmrəyliyi Gününü təsis edərək, bu əlamətdar günün Azərbaycanın milli bayramına çevrilməsinə nail olub. Dünya azərbaycanlılarının qurultayı da bu qəbildən olan tədbirlərdəndir. Heydər Əliyev bütün dünyada məskunlaşan azərbaycanlıların birləşməsinə nail oldu. Bu gün dövlətimiz dünya azərbaycanlılarını özünün milli sərvəti kimi dəyərləndirir�. O, qloballaşan dünyada milli sərhədlərin, milli-mənəvi dəyərlərin həmişə prioritet təşkil edəcəyini və bu baxımdan, azərbaycanlıların vətəndaşı olduqları ölkələrdə xalqımız və ölkəmiz haqqında müsbət imic formalaşdırmalarının zəruriliyini vurğulayıb. �
Xaricdəki azərbaycanlı ziyalılar: “Cismimiz qürbətdə olsa da, qəlbimiz Azərbaycanda döyünür”
İyulun 12-dən 13-də keçən gecə və sonrakı günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədlərini pozaraq mövqelərimizi, dinc sakinləri artilleriya atəşinə tutması soydaşlarımızın etirazına və hiddətinə səbəb olub.
Milli.Az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir ki, bütün dünya azərbaycanlıları yaşadıqları ölkələrin rəsmi qurumlarına, beynəlxalq təşkilatlara, parlamentlərə müraciət etməklə, Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirməklə, sosial şəbəkələrdə təxribatla bağlı həqiqətləri dünyaya bəyan etməklə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır və Ermənistanı təcavüzü dayandırmağa çağırır. Belə bir məqamda azərbaycanlı ziyalılar da, harada yaşamasından asılı olmayaraq, öz sözünü deyir, dövlətimizə və ordumuza dəstək olduqlarını bildirirlər.
“Son təxribat birmənalı olaraq göstərdi ki, Ermənistan təcavüzkar ölkədir, Dağlıq Qarabağ deyilən bir ölkə yoxdur və Azərbaycanla məhz Ermənistan vuruşur”
Son günlər Azərbaycanın Ermənistan tərəfindən növbəti dəfə təcavüzə uğramasının xaricdə yaşayan bütün azərbaycanlıları sarsıtdığını deyən Varşava Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımova deyir ki, Qarabağ həqiqətlərini və son təcavüz aktını Polşa ictimaiyyətinə çatdırmaq üçün hər kəs əlindən gələni etməlidir: “Əvvəllər Polşa mediasında Tovuz rayonunda baş verənlər neytral formada – həm Azərbaycanın, həm də Ermənistanın mövqeyi əks olunmaqla işıqlandırılır. İlk baxışda bu hər bir azərbaycanlının hiddətinə səbəb olur ki, nəyə görə təcavüzkar və işğalçı Ermənistan olduğu kimi ictimaiyyətə təqdim olunmur. Hazırda isə bu məsələdə xeyli irəliləyiş var – əvvəllər münaqişə ilə bağlı xəbərlərdə Ermənistan qurban kimi təqdim olunurdu. Bu gün isə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına və fotolara da yer verilir, Ermənistanın dinc əhaliyə təcavüzü Polşa ictimaiyyətinə çatdırılır. Biz azərbaycanlılar da Azərbaycanın haqq səsini, Ermənistanın təcavüzkar və işğalçı bir dövlət olduğunu əlimizdən gəldiyi qədər yerli cəmiyyətdə çatdırmalıyıq. Son təxribat birmənalı olaraq göstərdi ki, Ermənistan təcavüzkar ölkədir, Dağlıq Qarabağ deyilən bir ölkə yoxdur və Azərbaycanla məhz Ermənistan vuruşur, həm də Dağlıq Qarabağdan uzaq olan tamamilə başqa bir istiqamətdən. Ermənistanın Tovuza hücumu beynəlxalq ictimaiyyətə kimin işğalçı və təcavüzkar olduğunu bir daha göstərmiş oldu”.
“Gənclərimiz Ali Baş Komandanın əmri ilə azadlığımız uğrunda ölüm-dirim mübarizəsinə hazırdı”
Bütün fəaliyyətini Qarabağ həqiqətlərini Avropada yaymağa həsr etmis Milan Konservatoriyasının professoru Mais Nuriyev deyir ki, Ermənistanın son təxribatına etirazını Niderland parlamentinin qarşısında iştirak etməklə bildirib: “Aksiyaya çox sayda insan toplaşmışdı – demək olar Niderlanddakı bütün diaspor təşkilatları və azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz etmək üçün bir arada idi. Mənim də Azərbaycan və italyan dillərində çıxış etdiyim aksiyada dünya birliyini təcavüzlərə biganə qalmamağa, Ermənistanın işğal siyasətinə ədalətli yanaşmağa çağırışlar olundu. Məqsədimiz Ermənilərin çirkin əməllərini dünyaya düzgün tanıtmaqdır. Avropa ölkələrindən tələb edirik ki, təcavüzə son qoyulsun. Biz Azərbaycana sülh istəyirik. Lakin igid oğullarımız Ali Baş Komandanın əmri ilə tarixi Vətənin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə də hazırdır”.
“Azərbaycan xalqının əsgəriyik, hər zaman xalqımızın yanındayıq”
ABŞ-ın Nyu-York şəhərində UPSTATE Tibb Universitetinin professoru Rauf Şahbazov hər bir azərbaycanlı kimi hesab edir ki, ermənilərin və onların havadarlarının layiqli cavabı verilməlidir: “Qısa müddətdə Qarabağı azad etmək üçün xalqımız mobilizə olunmalıdır. Biz Amerikadakı azərbaycanlılar da həm təşkilat olaraq, həm də fərdi şəkildə Azərbaycanın mövqeyini yerli cəmiyyətə çatdırmaq üçün əlimizdən gələni edirik və bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Biz də Azərbaycan xalqının əsgərləriyik, yaşadığmız ölkədən və mövqeyimizdən asılı olmayaraq xalqımızın qərarlarını yerinə yetirəcəyik”.
“Bu gün cismimiz qürbətdə olsa da, qəlbimiz Azərbaycanda döyünür”
Ermənistanın son təxribatı ilə bağlı həmvətənlərinə müraciət edən Nürnberq Universitetinin müəllimi, elmlər doktoru Yaşar Musayev soydaşlarımızı birliyə çağırıb: “Təəssüf ki, bu günədək qəbul olunmuş qərarlara və beynəlxalq qətnamələrə məhəl qoymadan işğalçı Ermənistanın vətənimizə qarşı təcavüzü davam etməkdədir. Bu gün bizim cismimiz qürbətdə olsa da, siyasi baxışlarımızdan və mövqeyimizdən asılı olmayaraq, hər birimizin qəlbi ordumuzla, Azərbaycan əsgəri ilə birgə döyünür. Bu səbəbdən Almaniyada yaşayan bütün azərbaycanlıları iyulun 18-də saat 14:00-da Berlində, Ermənistanın səfirliyi önündə keçiriləcək etiraz aksiyasına qatılmağa səsləyirik”.
Milli.Az
Xaricdə azərbaycanlı ziyalılar
Ermənistanın Tovuz təxribatları zamanı ordumuza dəstək olan Azərbaycan diasporu qarşı tərəfə istər keçirilən aksiyalarda, istərsə də qlobal platformalardakı informasiya savaşında layiqli cavab verdi və göstərdi ki, artıq güclü Azərbaycan dövlətinin güclü diasporu var.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu gün dünyanın ən nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlərində, böyük şirkətlərdə azərbaycanlı alimlər, mütəxəssislər çalışır, yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərir, eyni zamanda, Azərbaycan həqiqətlərinin təbliğatını aparır, ümummilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirirlər.
Xaricdə yaşayan minlərlə azərbaycanlı ruhu və qəlbi ilə sizin yanınızdadır
Azərbaycanın Xalq rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətov deyir ki, Ermənistanın Tovuza hücumu, qəhrəmanlarımızın şəhid olması azərbaycanlıların əksəriyyətinin milli şüurunu oyandırdı, minlərlə insan küçələrə axışıb təcavüzkar düşmənin cavabını verməyi tələb etdi. “Mən soydaşlarımıza demək istəyirəm ki, xaricdə yaşayan minlərlə azərbaycanlı da ruhu və qəlbi ilə sizin yanınızdadır. Əgər müharibə başlasa, əminəm ki, Vətənimizdən uzaqda yaşayan bir çoxumuz gəlib torpaqlarımız uğrunda vuruşacağıq. Ermənistanın iyul təxribatından sonra Azərbaycanda və xaricdə soydaşlarımızın göstərdiyi birlik, həmrəylik, mütəşəkkillik bir daha sübut etdi ki, xalqımız Qarabağı azad etmək əzmindədir.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, xalq və ordu birləşərək Qarabağ torpaqlarının azad edilməsi və işğalçılardan təmizlənməsini səbirsizliklə gözləyir. Zor və qanla işğal edilmiş torpaqlarımızı təəssüf ki, elə güc və qanla da geri qaytara bilərik. Əgər sabah müharibə başlasa, xalqımız qan axıdılacağını, qurbanlar verəcəyini bilir, amma biz qalib gələcəyik!”, – deyə Xalq rəssamı qeyd edib.
Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır
Ukraynada texnika elmləri doktoru, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, professor Murad Ömərov: “2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin tövsiyələrini əsas tutaraq Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində daha yüksək səviyyədə təşkilatlanmağa başladı. 2002-ci ildə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsi isə bu proseslərə böyük təkan verdi. Artıq 2020-ci ildə püxtələşmiş, təşkilatlanmış Azərbaycan diasporu tarixi Vətəndə gedən proseslərə, Dağlıq Qarabağ probleminə lazımi reaksiya verir və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır. Tovuz döyüşləri zamanı biz bir daha soydaşlarımızın bu reaksiyasının şahidi olduq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Amerika və Avropada Azərbaycan diaspor təşkilatlarının çoxsaylı etiraz mitinqləri dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdi. Ukraynanın bir neçə böyük şəhərində, o cümlədən Xarkovda Azərbaycanın fəxri konsulluğunun qarşısında aksiya keçirildi. Çıxış edənlər Ermənistan hərbçilərinin Tovuz rayonu ərazisində törətdiyi təxribatı qəti şəkildə pisləyərək Azərbaycan həqiqətlərini Xarkov ictimaiyyətinə çatdırdılar.
Biz əminik ki, dövlətimizin apardığı müdrik siyasət nəticəsində doğma Qarabağımız tezliklə erməni işğalından azad olunacaq. Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq və hər cür dəstək verməyə hazırıq”.
Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu bu ölkənin məkrli siyasətini bir daha ortaya qoydu. O deyib: “Belə təxribatçı hücum əslində Ermənistan tərəfinin bölgədə sülh, əməkdaşlıq və əmin-amanlıq yaratmaq əvəzinə vəziyyəti gərginləşdirmək, yeni müharibə məkanları yaratmaq, ən önəmlisi isə öz işğalçı niyyətlərindən əl çəkmədiyini ortaya qoydu. Tovuz rayonu Dağlıq Qarabağdan 100 kilometrlərlə uzaqda yerləşir və onunla birbaşa sərhədi yoxdur. Əgər beynəlxalq ictimaiyyətin fikrini Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönləndirməyə çalışırsa, açıq şəkildə demək lazımdır ki, çox uğursuz addımdır. Düşmənin niyyəti baş tutmadı, çünki Azərbaycan daha hazırlıqlı, daha mütəşəkkil orduya və digər imkanlara sahibdir. Diqqət edirsinizsə, Azərbaycan, sadəcə, bu nöqtədə gərginliyi azaltmağa çalışdı, yəni, bəhanə edib Dağlıq Qarabağ ərazisində geniş hücuma keçmədi. Bu da Azərbaycanın məsələnin sülh yolu ilə həllinə çalışmasının sübutudur.
Harada yaşamağımızdan asılı olmayaraq, beynəlxalq ictimaiyyətdən və ya beynəlxalq hüququn tərəfdarlarından Azərbaycan torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpasını tələb edirik. Əgər biz bölgədə sülh və sabitlik istəyiriksə, Qarabağ məsələsi həlli təcili olan vacib şərtlərdən biridir. Bu da təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qarabağ problemi ümummilli məsələdir, Qarabağ məsələsi Azərbaycan xalqının ortaq problemidir. Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur. Qarabağ məsələsində əslində Vətəndən uzaqda və ya yaxında yaşamaq məsələsi də yoxdur. Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir, problemidir və hamı münaqişənin tezliklə həll olunması üçün əlindən gələni əsirgəməməlidir. Son hadisələr də göstərdi ki, artıq Azərbaycan xalqı məsələnin həllini istəyir. Azərbaycanlılar istər Türkiyədə, istərsə də Rusiyada, Amerika və ya Avropanın müxtəlif ölkələrində dinc etiraz səslərini ucaltdılar. Təbii ki, ermənilərin təxribatçı əməlləri bu ölkələrdə də davam etdi. Amma bir daha təkrar edirik, məsələnin sülh yolu ilə həlli bizim tələbimizdir. Əks halda, inanırıq ki, Azərbaycan dövlətinin bu torpaqları hər vasitə ilə azad etməyə, düşməni o ərazilərdən təmizləməyə haqqı və imkanı vardır”
Xaricdə azərbaycanlı ziyalılar
Azərbaycanlı ziyalıların diaspor işində rolu böyükdür
�Ziyalıların təşkilatlanması və daha səmərəli fəaliyyəti üçün Azərbaycan dövləti onlara hər cür yardım göstərir�
Hər bir xalqın mövcud olmasında, onun tarixində ziyalıların da rolu böyükdür. Azərbaycan xalqının da ziyalıları daim bu millətin inkişafında xüsusi rol oynayıb. Lakin təəssüf ki, bu insanlar elə ziyalı olduqlarına görə də bəzən təqiblərə məruz qalaraq öz doğma torpaqlarından ayrı düşüblər. Ən böyük itki isə ötən əsrin 37-ci il repressiyaları zamanı baş verdi. Elə o zamandan da öz Vətənində təqib edilən ziyalı təbəqəsi xaricə üz tutmağa məcbur oldu. Lakin bu insanlar xaricdə də öz fəaliyyəti ilə Azərbaycanın dünyada təmsil olunmasını həyata keçirdilər. Mövcud vəziyyət onları uzun müddət vətəndən kənar salsa da, onlar daim vətən üçün çalışır, Azərbaycanı qeyri-rəsmi olaraq təmsil edirdilər. Bu isə, sonradan formalaşacaq diaspor fəaliyyətinin bünövrəsinin qurulması ilə nəticələnirdi.
� Ümumiyyətlə, ziyalı sözünü araşdırdıqda, internet şəbəkəsinin ensiklopediyası hesab edilən Vikipediyada bu sözün mənşəyinin 19-cu əsrdən başladığı göstərilir. Belə ki, ziyalı(intelligent) sözü ilk dəfə olaraq 1844-cü ildə polyak K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski tərəfindən bütün savadlı təbəqənin adı olaraq işlədilib. Qərbdə isə daha çox intellektual anlayışı kimi işlədilən ziyalı sözünün tərifi isə cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsi deməkdir. Daha sonra isə bu anlayış genişləndirilərək, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsi də buraya daxil edilir. Azərbaycan dilində bu söz ilk vaxtlar osmanlıcada olduğu kimi �münəvvər� və ya ruscada olduğu kimi �intelligent� və �obrazovonnı� terminləri ifadə edilib. XX əsrin əvvəllərindən �ziyalı� sözü özünə vətəndaşlıq hüququ qazandı.
Azərbaycan ziyalısı da istər Vətəndə, istərsə də Vətəndən uzaqda daim ölkənin ictimai həyatında aktiv iştirak edərək cəmiyyətə təsir göstərməyə çalışıb. Amma, bir sıra səbəblərdən ziyalı təbəqəsi doğma vətəndən uzaqda yaşamağa məcbur olub. Azərbaycan ziyalılarının xaricə ikinci axını isə, ötən əsrin 90-cı illərində oldu. Həmin dövrdə Azərbaycan azadlığını qazansa da, ölkədəki qeyri-sabit vəziyyət, işsizlik digər vətəndaşlar kimi, ziyalı təbəqəsinin də xaricə üz tutması ilə nəticələndi. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bir çox problemlər kimi, bu da öz həllini tapdı. Bu dövrdən sonra xaricdə yaşayan Azərbaycan ziyalısı özünü, artıq vətənindən qaçaq düşmüş kimi deyil, öz vətəninin təmsilçisi kimi hiss etməyə başladı. Təbii ki, elə həmin dövrdən başlayan diaspor quruculuğunda da ziyalı təbəqəsinin fəaliyyəti artdı. Yeni yaranan diaspor təşkilatlarının əsas hərəkətverici qüvvəsi də məhz ziyalılar oldu. Azərbaycan dövlətinin onlara dəstək verməsi, həyata keçirdikləri işləri qiymətləndirməsi isə bu fəaliyyəti bir daha stimullaşdırdı. Təsadüfi deyil ki, xaricdə yaşayan azərbaycanlı ziyalıları bir arada toplaşaraq müzakirələr aparmaq, fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və bir sıra imkanlar əldə etdilər. Ən nəhayət isə, Dünya azərbaycanlıları ziyalılarının I forumu baş tutdu. 2006-ci � il iyunun 5-də Türkiyənin Antalya şəhərində keçirilən forumda dünyanın təqribən 40 ölkəsindən 300-ə yaxın nümayəndə – azərbaycanlı ziyalılar, Azərbaycan və Türkiyənin dövlət və hökumət rəsmiləri, deputatlar, diaspor təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib.
Tədbirdə çıxış edən �Qloballaşma prosesi və milli-mənəvi dəyərlərin qorunması� mövzusunda məruzəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qloballaşan dünyada xaricdə yaşayan həmvətənlərimizdən xalqımızın mənafeyi naminə çox şey gözləyir. Onun sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın, o cümlədən ziyalıların təşkilatlanması və daha səmərəli fəaliyyəti üçün Azərbaycan dövləti onlara hər cür yardım göstərir. Ə.Həsənov qeyd edib ki, � ümummilli lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalılarla maraqlanaraq, onların vətənlə əlaqələrinin genişlənməsi üçün müxtəlif təşkilatların yaradılmasına göstəriş verib: �Ulu öndər ölkəmizin müstəqilliyinin ilk illərində, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edərkən Dünya azərbaycanlılarının Həmrəyliyi Gününü təsis edərək, bu əlamətdar günün Azərbaycanın milli bayramına çevrilməsinə nail olub. Dünya azərbaycanlılarının qurultayı da bu qəbildən olan tədbirlərdəndir. Heydər Əliyev bütün dünyada məskunlaşan azərbaycanlıların birləşməsinə nail oldu. Bu gün dövlətimiz dünya azərbaycanlılarını özünün milli sərvəti kimi dəyərləndirir�. O, qloballaşan dünyada milli sərhədlərin, milli-mənəvi dəyərlərin həmişə prioritet təşkil edəcəyini və bu baxımdan, azərbaycanlıların vətəndaşı olduqları ölkələrdə xalqımız və ölkəmiz haqqında müsbət imic formalaşdırmalarının zəruriliyini vurğulayıb. �
�Azərbaycan diaspor quruculuğunda və milli həmrəyliyin əldə olunmasında mədəni irsin rolu� mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə foruma Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verən azərbaycanlıların toplaşdıqlarını vurğulayaraq bildirib ki, Azərbaycanda 6308 mədəniyyət abidəsi var ki, bu abidələrin qorunmasında dövlət səviyyəsində işlər aparılır. Nazir, torpaqlarımızın 20 faizini işğal etmiş ermənilər tərəfindən mədəni irsimizin də təcavüzə məruz qaldığını bildirərək, xaricdə yaşayan azərbaycanlıları düşmən təbliğatına layiqli cavab vermək üçün daha fəal olmağa çağırıb (diaspora.gov.az).
Daha sonra forum iştirakçılarının prezident İlham Əliyevə müraciəti qəbul edilib. Müraciətdə deyilir ki, Azərbaycanda milli dövlətçilik ənənələrinin qorunub möhkəmlənməsi, demokratik dəyərlərin bərqərar olması, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış uğurlu addımlar respublikamızın dünya birliyinə inteqrasiyasının sürətlənməsinə təkan verərək, onun nüfuzunu artırıb: �Ölkəmizin iqtisadi-siyasi, sosial-mədəni sahələrdə əldə etdiyi nailiyyətlər onun hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının qəlbini böyük qürur � hissi ilə doldurur, soydaşlarımızın doğma Vətənə bağlılığını artırır, xalqımızın ümumi tərəqqisinə, � milli həmrəyliyin inkişafına xüsusi təkan verir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Sizin uğurla davam etdirməkdə olduğunuz azərbaycançılıq ideyalarının təşəkkülü eyni zamanda, xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların bu prosesdə fəal iştirakından çox asılıdır. Azərbaycan ziyalısı tarix boyu ümummilli əhəmiyyət daşıyan proseslərin ön sıralarında gedən aparıcı qüvvə olub. Xalqımızın keşməkeşli və zəngin tarixi bunu dəfələrlə sübut edib�.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının � əksəriyyətinin məhz ziyalı təbəqəsinin nümayəndələri olduğu diqqətə çatdırılan müraciətdə cümhuriyyətin süqutundan sonra amansız bolşevik repressiyyaları, totalitar sovet sisteminin təqibləri nəticəsində minlərlə ziyalımızın məhv edildiyi, bir qismi isə ölkəni tərk etməyə məcbur olduğu vurğulanıb.
�Lakin bütün təzyiqlərə, mənəvi sıxıntılara baxmayaraq, xalqımızın mənəvi sərvəti � olan intellektual potensial tükənməmiş, milli məfkurəçiliyin inkişafında, cəmiyyəti ümumi mənafelər ətrafında birləşdirəcək idealların müəyyənləşdirilməsində həlledici rol oynayıb. Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanda baş vermiş müsbət ictimai-siyasi proseslər – milli dövlət quruculuğunun konseptual əsaslarının müəyyənləşdirilməsi, ölkədə sabitliyin bərqərar edilməsi, iqtisadi inkişaf yoluna qədəm qoyması Azərbaycan ziyalılarının nə qədər doğru bir addım atdığını təsdiqlədi. Hələ Sovetlər İttifaqı dönəmində yüzlərlə azərbaycanlını totalitar sistemin təqib və repressiyalarından qorumuş Heydər Əliyev təcrübəli dövlət xadimi və böyük siyasətçi olaraq ziyalıların cəmiyyətin inkişafında rolunu həmişə yüksək qiymətləndirib, onlara hərtərəfli qayğı göstərib. O, həmişə ziyalıların � rəyini nəzərə alır, fikirlərini dinləyir, � hər birinə qarşı həssaslıqla yanaşırdı. � Heydər Əliyev bir şəxsiyyət olaraq əsl azərbaycanlı ziyalısına məxsus bütün keyfiyyətləri özündə təcəssüm etdirən təkrarsız insan, qayğıkeş rəhbər idi�- deyə müraciətdə bildirilib.
Bu forumun təşkili məhz Prezident İlham Əliyevin ziyalılar təbəqəsinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilən müraciətdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, soydaşlarımızın doğma vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, � dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində dövlət başçısının səyləri ürəkdən alqışlanır. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, milli dövlətçiliyimizin ideoloji-siyasi və sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi naminə görülən işlərin ölkəmizi dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxaracağına əminlik qeyd olunur. �
Forumun sonunda bəyanat da qəbul edilib . Bəyanatda isə forum iştirakçıları müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza , eləcə də � elm və mədəniyyət xadimlərinə , yaradıcı şəxslərə müraciət edərək , onları azərbaycançılıq ideyalarının təbliği , həmvətənlərimiz arasında milli həmrəyliyin , mənəvi dəyərlərin möhkəmləndirilməsi , ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində fəal iştirak etməyə çağıraraq bildirirlər ki , dünyada yaşayan azərbaycanlı ziyalılar Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarını , ölkəmizin dünya birliyinə inteqrasiyası prosesini , Dağlıq Qarabağ münaqişəsinin həlli , milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti dəstəkləyirlər . Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı məsələlər yalnız Azərbaycanın daxilində müzakirə olunmalı olduğunun vacibliyi vuğulanan bəyanatda azərbaycanlı ziyalılar məskunlaşdıqları � ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları ilə əlaqələri daha da möhkəmləndirməyə � dəvət edilir . Həmçinin Azərbaycanlı ziyalıların yaşadıqları dövlətlərin ictimai-siyasi həyatında fəal iştirak etmək tövsiyə � edilir . Forum iştirakçıları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalıları – elm və mədəniyyət xadimlərini Azərbaycan diasporunun təşkilatlanması , ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması , Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası istiqamətində səylərini gücləndirməyə çağırır . Qeyd edilir ki , forum Azərbaycan həqiqətlərinin , xalqımızın zəngin mənəvi irsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bədii əsərlərin , incəsənət nümunələrinin yaradılmasını və xarici ölkələrdə təbliğini , eyni zamanda bu istiqamətdə elmi araşdırmaların � nəticələrinin yayılmasını ideoloji mübarizədə əsas amil hesab edir və Azərbaycanın müvafiq dövlət və hökumət strukturlarının bu işdə ziyalılara lazımi dəstək verəcəyinə əminliyini bildirir . Azərbaycanlı ziyalıların diaspor işində rolunun böyüklüyü də qeyd olunur .
Forumun gedişi zamanı � Azərbaycan ədəbiyyatının antologiyası � kompakt diskin təqdimatı da həyata keçirilib . Kompakt diskdə toplanmış əsərlər şifahi xalq ədəbiyyatından başlayaraq , orta əsr klassik irsini əhatə edir , XII-XIX əsrlərin görkəmli şair və mütəfəkkirlərinin yaradıcılığı barədə məlumat verilir . � Təqdimat mərasimində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri , tanınmış azərbaycanlı ziyalılar , mədəniyyət və incəsənət xadimləri , Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri , parlamentlərin üzvləri , ictimai birliklərin , qeyri-hökumət təşkilatlarının rəhbərləri , kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər . �
Forumda o da qeyd olunub ki , Azərbaycan ziyalısı obrazı bu gün hər bir soydaşımızın düşüncəsində nurlu , işıqlı fikirlərə malik olan , yüksək mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən , ən mürəkkəb şəraitlərdə xalqa düzgün yol göstərən ləyaqətli vətəndaş , şəxsiyyət � anlayışını � təcəssüm etdirir : � Zəngin tarixi irsə malik Azərbaycan xalqı ötən dövrdə � dünya mədəniyyətinə misilsiz töhfələr vermiş yüzlərlə ziyalı yetiribdir . Onların bir çoxunun adı bu gün bəşəriyyətin ünlü simalarının sırasındadır . Azərbaycan ziyalısı Azərbaycan xalqı üçün əvəzolunmaz milli sərvət və ləyaqət rəmzidir �.
Göründüyü kimi , azərbaycanlı ziyalılar Azərbaycanın diaspor fəaliyyətinə öz töhfələrini verirlər . Təbii ki , burada dövlətin də onlara qayğısının , diqqətinin xüsusi rolu var. Ən azından , hər bir azərbaycanlı ziyalı Azərbaycan kimi dövləti olduğu üçün qürur hissi keçirir . Onlar daha özlərini ehtiyac , yaxud da təqiblər üzündən vətəni tərk edənlər deyil , doğma Vətənin təmsilçiləri hesab edirlər . �
Asif NƏRİMANLI
Paritet.- 2011.- 4-5 oktyabr.- S.10.
Comments are closed, but trackbacks and pingbacks are open.