YENİ QANUN: Xaricdən telefon alan vətəndaşlar 18% vergi ödəyəcək
Bu qanun dəyişikliyi hansı zərurətdən edilib? Bunun tətbiqindən sonra mobil telefon bazarında nələr dəyişəcək? Suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.
Xaricə uşaq aparmaq istəyənlərlə bağlı qaranlıq məqam yaranıb
Yaxın günlərdə azyaşlı övladı ilə xarici ölkəyə səfərə hazırlaşan valideyndə qaranlıq məqamlar yaranıb.
Həmin qaranlıq məqamlara valideyn Milli.Az vasitəsilə aydınlıq gətirmək istəyir. Leyla adlı oxucu yazır ki, ötən il xarici ölkəyə səfər edərkən azyaşlı uşağının şəklini öz ümumvətəndaşlıq pasportuna vurdurmaqla aparıb. İndi isə xaricə getmək üçün mütləq uşağın özünün biometrik pasportunun olması tələb olunur. Uşağı xaricə aparmaq üçün ona pasport alınması vacibdirmi?
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Milli.Az-a bildirildi ki, valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilib. Artıq uşaqlara biometrik pasportlar alınmalıdır. Bunun üçün valideyn, ilk növbədə, yerli pasport qeydiyyatı şöbəsinə müraciət edib uşağa şəxsiyyət vəsiqəsi almalıdı, sonra ata və ananın etibarnaməsi əsasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmalıdır.
Pasportun verilməsi üçün zəruri sənədlərin siyahısına pasport verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir. Bir yaşı tamam olan uşaqlara 3, 3 yaşı olanda 5 illik pasportlar verilir. Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq, on, beş, iki və ya bir iş günü müddətində verilir və ya dəyişdirilir. Pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, məbləğ bir yaşınadək uşaqlar üçün 10, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30, on səkkiz yaşına çatmış vətəndaşlara 40 manatdır.
Pasport beş iş günündə verildikdə və ya dəyişdirildikdə rüsum bir yaşınadək uşaqlar üçün 20, bir yaşından üç yaşınadək uşaqlar üçün 40, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60, on səkkiz yaşına çatmış vətəndaşlara 80 manatdır. Pasport bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 160 manatdır.
Milli.Az
YENİ QANUN: Xaricdən telefon alan vətəndaşlar 18% vergi ödəyəcək
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Ölkəyə mobil telefon gətirənlərə 18 faizi ƏDV şamil olunacaq.
BAKU.WS xəbər verir ki, xaricdən mobil telefon gətirənlərə, həmçinin xarici Virtual Post Terminallara (VPOS) çıxış olan bütün e-məhsulların və xidmətlərin ödənişlərin hamısı bu yeni ƏDV ilə tənzimlənəcək.
Bununla bağlı ekspert Nicat Manafov sosial şəbəkələrdə maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, xaricdən alınan məhsulun öz qiymətindən əlavə 18 faiz vergi ödəniləcək.
“Bu da o deməkdir ki, Siz xarici onlayn mağazalardan aldığınız məhsula 5 dollar ödəyirsiniz, bundan əlavə Sizin kartınızdan 18 faiz vergi tutulur. Əvvəllər belə bir şey yox idi. Hər satıcı öz ölkəsinə vergi ödəyirdi. Bunun da Azərbayacan təsiri yox idi. İndi isə daxili sahibkarlığı qorumaq üçün yerli istehlakçıya satılan məhsulun qiymətindən əlavə 18 faiz ƏDV tətbiq etmək istəyirlər. Məqsəd yerli sahibkarlığı, yerli e-ticarət mağazalarını qorumaq və vergi yığımlarını artırmaqdır”.
Qeyd edək ki, parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təsdiq olunub. Layihəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.
Bu qanun dəyişikliyi hansı zərurətdən edilib? Bunun tətbiqindən sonra mobil telefon bazarında nələr dəyişəcək? Suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.
Millət vəkili, iqtisadçı ekspert Əli Məsimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu qanun dəyişikliyi fərdi vətəndaşların xaricdən mobil telefonu ucuz almaq imkanlarını məhdudlaşdıracaq.
“Hansısa məhsul, istər mobil telefon, istərsə digər məhsul şəxsi tələbatı ödəmək məqsədilə gətirilirsə, hesab edirəm ki, buna heç bir rüsum tətbiq edilməməlidir. Satmaq məqsədilə gətiriləndə isə rüsum verilir. Mən burada prinsipi deyirəm. Qoy bu qanunu bilavasitə tətbiq edənlər şərh versinlər”, – deyə Əli Məsimli bildirib.
İqtisadçı ekspert Rövşən Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanuna edilən bu dəyişikliyin heç bir iqtisadi açıqlaması yoxdur.
“Söhbət o məhsullardan gedir ki, ölkədə həmin mallar istehsal edilmir. Əgər mobil telefonu ölkədə istehsal olunsaydı, o zaman deyərdik ki, məhsul istehsalını stimullaşdırmaq üçün bu addımı atırlar. Bu şəkildə istehlakçının həddindən artıq vergilə yüklənməsi tərəfdarı deyiləm. Dolayısı ilə tətbiq edilən və ölkədə istehsal olunmayan məhsullara vergi yükünün artırılmasını dəstəkləmirəm. Nəzərə alın ki, bu davamlı şəkildə həyata keçirilir”, – deyə iqtisadçı bildirib.
Rövşən Ağayev deyir ki, bundan sonra mobil bazarında bahalaşma müşahidə olunacaq.
“Bundan əvvəl də eyni kəskin addım atılmışdı. Avtomobil bazarına tətbiq edilən vergilərlə bağlı qanundan sonra maşın bazarında ciddi bahalaşma müşahidə olunmuşdu. İndi də mobil cihaz bazarında qiymətlər artacaq. Çünki məhsulun vergi yükü artırsa, bazarda malın qiyməti bahalaşır”.
Mütəxəssis hesab edir ki, bu addımın atılması ilə mobil bazarında xoşagəlməz halların yaranmasına səbəb olacaq:
“Digər tərəfdən də bazara əvvəllkilərdən aşağı keyfiyyətdə məhsulların axını başlayacaq. Çünki bazarda yaxşı keyfiyyətli telefonların qiyməti bahalaşır. Alıcılıq qabiliyyəti aşağı düşür. Nəticədə bazara ucuz və keyfiyyətsiz məhsullar daxil olur. Hazırda mobil telefonların ölkəyə fərdi qaydada gətirilməsinin sayı həddindən artıq artıb. İnsanlar kütləvi şəkildə sifariş verib, poçt vasitəsilə gətirirlər. Bunun qarşısını almağa çalışırlar. Bu qaydaların tətbiqi ölkəyə qeyri-leqal mobil telefon gətirilməsi halları arta bilər”.
Qeyd edək ki, Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi 2016-ci ildə təklif olunub.
Ziya SƏCCAD
BAKU.WS
Aliment borcu olanlar xaricə gedə bilməyəcək – QADAĞA
Son illərdə Azərbaycanda boşanmaların və bu zaman ortaya çıxan aliment davaları xeyli artıb.
Oxu.Az-ın məlumatına görə, Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə 12 min, 2015-ci ildə isə 12800 ailə dağılıb. Ailələrin dağılması ən çox uşaqlara zərbə vurur.
Boşanmalardan sonra uşaqların kiminlə qalması və onların saxlanması üçün nəzərdə tutulan alimentin alınması valideynlər arasında ciddi problemə və mübahisələrə çevrilir.
Təcrübə göstərir ki, valideynlər ayrılarkən uşaqlar, xüsusilə, kiçik yaşlılar adətən anaları ilə qalırlar. Belə olduqda, uşağın saxlanması üçün atası aliment ödəməlidir. Ən çox mübahisələr də bu zaman yaranır – bəzi hallarda qarşı tərəf müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınırlar.
Pulsuzluq, yoxsa məsuliyyətsizlik?
Hüquqşünas Fariz Namazlı bildirib ki, alimentin ödənilməməsi əsasən 2 nüansla bağlıdır. Birinci qrupa daxil olan vətəndaşlar maddi imkanları, qazancları olmadığından alimenti ödəyə bilmirlər. Bu halda məhkəmə icraçıları onların durumunu araşdırır və üzrlü səbəbdən ödəmədiklərini qeyd edirlər. Lakin cəza tədbirləri hamı üçün eynidir.
İkinci qrupa daxil olanlar isə alimenti qəsdən ödəmirlər. Doğrudur, qanunvericiliyə görə, aliment ödəməyənlərin aylıq gəlirləri araşdırılır, əmlakı siyahıya alınır və borc həmin obyektlərə yönəldilir. Amma qarşı tərəf də bundan yayınmaq üçün müxtəlif üsullara əl atırlar.
Üsul 1 – özünü işsiz kimi göstərir
Alimenti ödəməkdən yayınmaq üçün borclu qeyri-rəsmi gəlirlərini gizlədir və özünü işsiz kimi qələmə verir.
Üsul 2 – əmlaklarını başqalarının adına keçirirlər
Ən çox yayılan üsullardan biri də budur. Aliment verməli olan tərəf öz adına olan evi, avtomobili, bank hesablarını və digər əmlakları başqalarının adına keçirərək özlərini “sığortalalayırlar”. Bu yolla alimenti ödəməkdən yayınırlar. Sonradan onlar yenə də həmin avtomobil və evlərdən istifadə edirlər.
Üsul 3 – Qeydiyyatda olduğu yerdə yaşamamaq
Bütün yuxarıda salanan üsullar nəticə vermədikdə, borclular rəsmi qeydiyyatda olan yerdə yaşamaqdan yayınırlar. Bu onlara iki məsələdə kömək edir.
Birincisi, onları fiziki olaraq tapmaq çətinləşir, ikincisi, alimenti ödəmədiklərinə görə, məhkəmə qərarları və ya digər bildirişləri onlara çatdırmaq mümkün olmur. Bu da onların bu qərardan xəbərsiz olması kimi bəhanələr yaratmasına imkan verir.
Üsul 4 – Saxta yolla əlillik almaq
Hüquqşünas qanunvericiliyin tələblərindən “yararlananların”da olduğunu istisna etməyib. Məsələn, saxta sənədlərlə özünü 2-ci qrup əlil kimi təqdim edən vətəndaş bununla xeyli müddət alimenti ödəməkdən yayına bilib.
Lakin araşdırma zamanı onun saxta sənədlər təqdim etdiyi üzə çıxıb və borcunu ödəməyə məcbur edilib. Çünki əlilliyi olan şəxslər də alimenti ödəməyə borcludurlar.
Aliment ödəməyənləri ölkədən buraxmırlar
V.Ramazanovun sözlərinə görə, aliment ödəməyənlərə qarşı bəzi tədbirlər görülür. Belə ki, icraçılar borclu şəxslərin ölkədən getmə hüququnu məhdudlaşdıra, əmlakına həbs qoya, borcu əmək haqqına yönləndirə bilərlər. Borclu şəxs həbsxanada olduqda və ya ölkəndən kənara çıxdıqda isə aliment borcu nənə və ya babadan alınır.
Ümumiyyətlə, Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsindən azad edən heç bir müddəa yoxdur. Bütün hallarda, hətta valideynlər xəstə olduqda, ölkədən kənarda yaşadıqda belə uşaqları saxlamağa borcludurlar.
Analar da aliment ödəməlidir
Yeri gəlmişkən, Ailə Məcəlləsinə görə alimenti təkcə atalar deyil, analar da ödəməlidir. Başqa sözlə, əgər uşaqlar ata ilə qalarlarsa, ana onların saxlanması üçün vəsait ödəməlidir.
Azərbaycan təcrübəsində boşanan ailələrdə kişilərin qadından aliment tələb etməsinə demək olar ki, rast gəlinmir. Bir qayda olaraq kişilər bu yükü tək çəkməyə qərar verirlər.
Ancaq son vaxtlar bu praktika da yaranıb. Hüquqşünas Vasif Ramazanov bildirib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə bir anaya aliment öhdəliyi qoyulub. Yəqin ki, gələcəkdə bu halların artmasının şahidi olacağıq.
Onu da deyək ki, ayrılandan sonra uşaqları saxlayan tərəfin maddi imkanlarının olub-olmamasından asılı olmayaraq, hər 2 valideyn onların saxlanmasında iştirak etməlidir. Bununla bağlı qanunvericilikdə heç bir istisna nəzərdə tutulmur.
Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?
Alimentlərin ödənilməməsindən əziyyət çəkən uşaqların hüquqlarını təmin etmək üçün ekspertlər müxtəlif təkliflər səsləndiriblər. F.Namazlının fikrincə, aliment fondunun yaradılması və onun işlək mexanizminin qurulmasına ehtiyac var.
Xarici təcrübədə belə fondlar istənilən halda alimenti uşağa vaxtında ödəyir. Qarşı tərəf isə işləməyə məcbur edilərək fonda olan borcunu ödəyir. Beləliklə, uşaqlar əziyyət çəkmirlər.
V.Ramazanov isə hesab edir ki, qeyri-rəsmi gəlirlərin üzə çıxarılıb rəsmi qəbul edilməsi mexanizmidə yaradılmalıdır. Bununla bir çoxları alimenti ödəməkdən yayına bilməyəcəklər.
Qeyd edək ki, Ədliyyə nazirliyindən verilən məlumata görə, bu ilin iyulun 1-dək aliment borcu olan 1100 nəfərin ölkədən çıxışına qadağa qoyulub.
Comments are closed, but trackbacks and pingbacks are open.