Press "Enter" to skip to content

Azərbaycana nə qədər xarici valyuta gətirilə və çıxarıla bilər

Vergilər Nazirliyinin “vergilər.az”a açıqlamasında qeyd olunur ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmçinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 2019-cu il yanvarın 1-dən Vergilər Nazirliyinə həvalə edilib. Odur ki, vergi ödəyiciləri borclarını vaxtında ödəmədikdə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam göndərir.

BEYNƏLXALQ VALYUTA MÜNASİBƏTLƏRİ VƏ VALYUTA SİSTEMİ

1. Valyuta münasibətləri və valyuta sist emi haqqmda anlayış.
Beynəlxalq valyuta münasibətlərinin inkişafı səbəblərinə aşağıdakıları aid etmək olar:
– məhsuldar qüvvələrin inkişafı;
– dünya bazarının yaranması;
– beynəlxalq əmək bölgüsünün dərinləşməsi;
– təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi.
Valyuta münasibətləri və təkrar istehsal arasında qarşılıqlı əlaqə vardır. Göründüyü kimi, ictimai təkrar istehsal prosesi valyuta münasibətlərini formalaşdırırsa, beynəlxalq valyuta münasibətləri öz növbəsində ayrı-ayrı ölkələrdə istehsalın səmərəliliyinə təsir edir.
Valyuta sistemi iqtisadi nöqteyi-nəzərdən təsərrüfat əla¬qələrinin beynəlmiləlləşməsi əsasında münasibətlərin məcmusudur.
Valyuta sistemi milli, regional və dünya sistemləri kimi fərqləndirilir.
Tarixən əvvəlcə milli valyuta sistemi meydana gəlmişdir. Bu sistem ölkədə təkrar istehsal prosesi üçün zəruri olan valyuta resurslarının yaradılması və istifadəsinə, beynəlxalq tədiyə dövriyyəsinə xidmət edir.
Milli valyuta sistemi ölkənin pul sisteminin tərkib hissəsidir. Bununla belə, o nisbi müstəqildir və milli sərhədlərdən kənara çıxır. Onun xüsusiyyətləri ölkənin iqtisadiyyatının və xarici iqtisadi əlaqələrinin inkişaf səviyyəsi ilə müəyyən olunur. Milli valyuta sisteminin quruluş prinsipləri ölkənin qanunvericiliyi ilə təsbit edilir.
Milli valyuta sistemi dünya valyuta sistemilə ayrılmaz surətdə əlaqədardır. Dünya valyuta sistemi beynəlxalq valyuta münasibətlerinin təşkili forması olub, beynılxalq təsərrüfatın ikişafından irəli gəlir və dövlətlər arası razılaşmalarla tənzimlənir.
Milli və dünya valyuta sistemi arasında əlaqə valyuta münasibətlərinə xidmət edən və onu tənzimleyən milli banklar tərəfindən həyata keçirilir.
Əgər milli valyuta sistemi ölkənin pul vahidinə (milli valyutaya) əsaslanırsa, dünya valyuta sistemi bir və ya bir neçə ehtiyat valyutaya və ya beynəlxalq hesablaşma vahidlərinə əsaslanır.
Valyuta sisteminin elementlərindən biri valyuta paritetidir. Valyuta pariteti iki valyuta arasında, qanunvericilik əsasında müəyyən edilən nisbətdir.
Ehtiyat valyuta-aparıcı ökələrin dönərli milli valyutasının xüsusi kateqoriyası olub, beynəlxalq tədiyə və ehtiyat vəsaitləri funksiyasını yerinə yetirir; digər ölkələr üçün valyuta pariteti və valyuta məzənnəsi müəyyənləşdirilməsində baza rolunu oynayır; dünya valyuta sisteminin iştirakçıları olan ölkələrin valyuta kursunun tənzimlənməsi məqsədilə valyuta müdaxiləsini həyata keçirmək üçün geniş istifadə olunur.
Valyuta dönərliliyi dedikdə, milli valyutanın heç bir məhdudiyyət olmadan digər milli valyutalara sərbəst dəyiş¬dirilməsi qabiliyyəti başa düşülür.
Valyutanın dönərliliyinin ölkə üçün əhəmiyyəti aşağıdakılardan ibarətdir:
– valyutanın dönerliliyi sübüt edir ki, milli iqtisadiyyat dünya iqtisadiyyatına qoşulub və onunla birlikdə inkişaf edir;
– dövlətlərarası ödəmələri asanlaşdırır, dünya ticarətini inkişaf etdirir;
– beynəlxalq əmək bölgüsündə müqayisəli üstünlüklər prinsipindən istifadə etmək üçün geniş imkanlar yaradır. Belə ki, valyutanın dönərliliyi imkan verir ki, ölkə xarici bazarlarda öz milli valyutası ilə ticarət etsin. Başqa sözlə, bunun üçün xarici valyütanı yığmağa və xərcləməyə ehtiyac yoxdur;
– kapitalın beynəlxalq hərəkətinə, xüsusilə onun ölkə iqtisadiyyatına miqrasiyasına əlverişli iqtisadi zəmin yaradır. Belə ki, valyuta dönərliliyi ona olan inamın dərəcəsini və deməli həm də ölkənin iqtisadi imkanlarına olan inamın də¬rəcəsini ifadə edir.
Dönərlik baxımından valyutalar aşağıdakı kimi fərqləndirilir:
– sərbəst dönərli valyuta – bu valyuta istənilən xarici valyu¬taya məhdudiyyətsiz dəyişdirilir və əsasən inkişaf etmiş ölkələrə məxsusdur.
– qismən dönərli valyuta. Bu ölkələrdə valyuta mehdudiyyətləri mövcuddur.
– dönərli olmayan (qapalı) valyuta. Bu ölkələrdə valyuta mübadiləsi (dəyişdirilməsi) qadağan edilmişdir.
Ehtiyat valyuta statusunu əldə etməyin obyektiv ilkin şərtləri aşağıdakılardır:
– ölkənin istehsalda, mal və kapital ixracında, qızıl-valyuta ehtiyatlarında dünyada aparıcı mövqeyə malik olması;
– inkişaf etmiş kredit-bank sisteminə (həmçinin xaricdə) malik olması;
– təşkil edilmiş ve tutumlu borс kapitalı formasına malik olması;
– valyuta əməliyyatlarının liberallaşdırılması. İnstitusional aspektdə milli valyutanın ehtiyat valyuta statusu alması üçün zəruri şərt bu valyutanın beynəlxalq dövriyyəyə mərkəzi banklar və beynəlxalq valyuta-kredit təşkilatları tərəfindən buraxılmasıdır.
Ehtiyat valyuta statusu emitent ölkəyə aşağıdakı üstünlükləri verir:
– milli valyutada tədiyə balansının kəsirini faizsiz və müddətsiz kredit almaq (avtomatik olaraq) hesabına ləğv etmək;
– rəqiblərin ziyanına olaraq milli inhisarların xaricə iqtisadi müdaxiləsini stimullaşdırmaq.
Eyni zamanda emitent ölkə aşağıdakı işləri görmək məcburiyyetinde qalır:
– valyutanın nisbi sabitliyini təmin etmək;
– devalvasiya, valyuta və ticarət məhdudiyyətlərinə yol verməmək.
Qeyd edək ki, milli kredit pulları (banknotlar) çox uzun müddətə ehtiyat valyuta statusunu oynaya bilmir. Buna səbəb ölkələrin inkişaf surətlərinin müxtəlifliyi və dəyişkənliyidir. Digər tərəfdən ehtiyat valyuta tam mənada qızılın funksiyasını yerinə yetirə bilmir.
Qızılın pul funksiyalarını itirməsi prosesi beynəlxalq hesab¬laşma vahidlərinin meydana gəlməsi üçün şərait yaratdı. Beynəlxalq hesablaşma vahidləri dünya kredit pulları kimi çıxış edir və beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsinə xidmət edir.
Beynəlxalq hesablaşma vahidi, valyuta vahidi olub, beynəlxalq tələb və öhdəliklərin nisbi miqyasının ölçülməsi, valyuta pariteti və valyuta kurslarının müəyyən edilməsi üçün istifadə olunur.
Beynəlxalq hesablaşma vahidlərinə aşağıdakılar aid edilir:
1. SDR (borc almaq üçün xüsusi hüquq);
2. AVRO (Avropa valyuta vahidi).
SDR BVF-da, (beynəlxalq nağdsız hesablaşmalar) AVRO isə Avropa iqtisadi Birliyinin Avropa emekdaşlığı Fondunda hesablaşmalar üçün istifadə olunur. Bu beynəlxalq aktivlərin şərti dəyəri valyuta səbətinə daxil olan valyutaların dəyəri və məzənnəsinin dəyişməsinin orta çəkili kəmiyyəti bazasında hesablanır.
Beynəlxalq valyuta likvidi valyuta sisteminin elementidir. Valyuta likvidinə aşağıdakılar daxildir:
– qızıl-valyuta ehtiyatları;
– BVF ehtiyat kreditləri;
– SDR və AVRO ilə hesablar.
2. Valyuta məzənnəsi: təsir edən amillər və tənzimləmə.
Valyutanın qızıl mezmununun ləğv edilməsi ilə (1978-ci il) əlaqədar Beynəlxalq Valyuta Fondunun (BVF) nizamnaməsinə görə valyuta pariteti beynəlxalq hesablaşma vahidi olan SDR bazasında müəyyənləşdirilir. Faktiki olaraq bir-sıra ökələrin valyutaları aparıcı ökələrin birinin valyutasına və ya valyuta səbətinə«bağlanmış»olur.
Valyuta pariteti valyuta məzənnəsinin əsasını təşkil edir. Valyuta məzənnələri aşağıdakı kimi fərqləndirilir:
– qəti müəyyən edilmiş valyuta məzənnələri. Onlar dar çərçivədə dəyişilir;
– tərəddüd edən valyuta məzənnələri. Onlar valyutanın bazar tələb və təklifindən asılı olaraq dəyişir.
Çox amilli proses kimi valyuta məzənnəsi digər iqtisadi kateqoriyalarla (dəyər, qiymət, pul, faiz, tədiyə balansı və s.) əlaqədardır.
Valyuta məzənnəsinə təsir edən amillər sırasına aşağıdakıları aid etmək olar:
– pul vahidinin alıcılıq qabiliyyəti və inflyasiya. Valyuta məzənnəsi onun obyektiv əsasını təşkil edən milli pul va¬hidlərinin əmtəələrə (xüsusi əmtəə olan-qızıla) münasibətdə alıcılıq qabiliyyəti bazasında dəqiqləşdirilir.
– tədiyə balansının vəziyyəti. Valyuta məzənnəsi, bey¬nəlxalq ödənişlərin vəziyyətini və müxtəlif bazarlarda faiz dərəcələrini ifadə edir. Bu, ilk növbədə beynəlxalq hesab¬laşmaların xarici iqtisadi əlaqələrin iştirakçıları tərəfindən lazımi xarici valyutaların alınıb-satılması yolu ilə həyata keçirilməsi ilə əlaqədardır. Aktiv tədiyə balansı milli valyutanın məzənnəsinin yüksəlməsinə kömək edir. Passiv tədiyə balansı isə milli valyutanın məzənnəsinin aşağı düşməsinə imkan verir. Balansın aktivliyi halında milli valyutaya tələbat artır, passivliyi halında isə borclular milli valyutanı xarici valyutaya dəyişməyə can atırlar. Bir sözlə, tədiyə balansının vəziyyəti valyutaların tələb və təkliflərinə bilavasitə təsir etməklə, valyuta məzənnəsinin səviyyəsini sərtləndirən amil kimi çıxış edir.
– müxtəlif ölkələrdə fərqli faiz dərəcələrinin mövcudluğu. Faiz dərəcələrinin yüksəldilməsi ölkəyə xarici kapitalın (xüsusile qısamüddətli kapitalın) axınını stimullaşdırırsa, bu dərəcələrin aşağı düşməsi kapitalın ölkədən getməsinə səbəb olur. Valyuta və borc kapitalə bazarlarında əməliyyatlar zamanı bankların mənfəətinin maksimumlaşdırılması milli və beynəlxalq kapital bazarlarındakı faiz dərəcəsi fərqləri ilə manevr hesabına əldə edilir. Təbii ki, banklar kreditin daha ucuz olduğu bazarlara üz tuturlar.
– valyuta bazarlarının vəziyyəti və valyuta ilə möhtəkirlik. Valyuta bazarlarının daimi iştirakçıları olan banklar, müəssisə və şirkətlər üçün valyuta məzənnələrinin səviyyəsi olduqca vacib parametrdir. Məzənnələrin vəziyyətindən istifadə edərək möhtəkirlik edən subyektlər demək olar ki, bütün səviyyələrdə fəaliyyət göstərirlər. Odur ki, möhtekirlik əməliyyatları valyuta məzənnələrini sərtləndirən mühüm əhəmiyyətli amil kimi böyük təsir dairəsinə malikdir.
Əlbəttə, sadalananlar valyuta məzənnələrinə təsir edən amillərin tam siyahısı deyildir. İqtisadi inkişafın müxtəlif səviyyələrində və inteqrasiya proseslərinin intensivliyinin müxtəlif dərəcələrində valyuta məzənnələrinə təsir amilləri dəyişə bilir.
Valyuta məzənnələrinin dəyişməsi prosesinin tənzimlənməsi demək olar ki, D.Yum və D.Rikardonun yaşadığı dövrdən başlayır. Belə ki, onların formalaşdırdığı nəziyyələrdə valyuta mə¬zənnələrinin müəyyənləşdirilməsi qaydaları, dəyişmələrin xarakteri və s. barədə mülahizələr öz əksini tapmışdır.
Valyuta bazarlarının vəziyyətini müəyyənləşdirən mühüm amillərdən biri «üzən» valyuta məsələsidir. C.Keyns tərəfindən tam hüquqlu termin kimi elmə gətirilmiş (1933-cü il) «üzən» valyuta məzənnələri anlayışı valyuta bazarlarında tələb və təklifin dəyişməsinin təzahür formasıdır.
1929-1933-cü illər dünya iqtisadi böhranı iqtisadiyyatın dövlət tənzimlənməsi zərurətini meydana çıxartdı. Bu baxımdan valyuta tənzimlənməsi məsələləri də ön plana çıxmışdır. Məhz bu dövrdə amerika iqtisadçıları İ.Fişer və C.Keyns tənzimlənən valyuta nəzəriyyəsini irəli sürdülər.
Məlumdur ki, böhranlar milli valyutalara ciddi təsir edir və inflyasiyalara səbəb olur. Milli valyutaların məzənnəsini tənzimləməklə dövlət böhranın nəticələrini yumşaltmağa çalışmalıdır. Muvafiq tenzimleme mexanizmi aşağıdakı tərkib elementlərini əhatə edir.
İlk növbədə, valyuta ehtiyatlarının tərkibini müxtəlif valyutalar cəlb etməklə formalaşdırmaq tədbirləri qeyd edilməlidir. Ehtiyatların müxtəlifliyi beynəlxalq hesablaşmalarda valyuta it¬kilərini minimumlaşdırmaq imkanı verir. Muxtəlif valyutalarda ifadə olunmuş ehtiyat valyuta bazarlarda baş verən dəyişiklərə adekvat reaksiya vermək üçün əlverişli şərait yaradır.
Valyuta tənzimlənməsi tədbirləri sırasına həmçinin aşağıdakıları aid etmək olar:
-devalvasiya və revalvasiya siyasəti;
– valyuta məhdudiyyətləri;
– valyuta məzənnələri rejiminin tətbiqi və s.
Valyuta tənzimlənməsi metodlarını müəyyən şərtilik də¬rəcəsi ilə tam liberal, natamam liberal və qeyri-liberal valyuta tənzimləmələri kimi fərqləndirmək olar.

3. Azarbaycamn valyuta sistemi.
Azərbaycan Respublikasında valyuta sisteminin esasını 1992-ci ildə tədavülə buraxılmış manat təşkil edir. Valyuta münasibətləri sahəsində əsas qanunverici akt «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanunu hesab olunur. Bu qanun ölkədə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini, funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq və bunlardan istifadə etmək, onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını, vəzifələrini və valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.
Hal-hazırda Azərbaycanda valyuta birjalarında tələb və təklifdən asılı olan «üzən» valyuta məzənnəsi fəaliyyət göstərir. Dolların manata olan rəsmi məzənnəsini Mərkəzi Bank Bakı Banklararası Valyuta birjasının (BBVB) nəticələri əsasında müəyyənləşdirir.
Azərbaycanda valyuta əməliyyatlarını Mərkəzi Bankın müvafiq lisenziyasını alan banklar və digər kredit idarələri apara bilər.
Xarici valyutaların alqı-satqısı səlahiyyətli kommersiya bankları tərəfindən həyata keçirilir. Xarici valyutaların alqı-satqısı üzrə sövdələşmələri birbaşa olaraq səlahiyyətli banklar öz aralarında, həmçinin Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi qaydalar və şərtlər çərçivəsində fəaliyyətt göstərən valyuta birjaları ilə həyata keçirə bilərlər. Xarici valyutaların alqı-satqısına səlahiyyəti olmayan banklar müdaxilə ede bilməz.
Azərbaycanda valyuta tənzimini Mərkəzi Bank həyata keçirir. O rezidentlərə məxsus olan xarici valyutaların və xarici valyutada ifadə olunan qiymətli kağızların dəyişdirilməsi, göndərilməsi qaydasını müəyyənləşdirir, valyuta lisenziyalarının verilməsi və valyuta birjalarında valyuta əməliyyatlarına müdaxilə edə bilir.
Azərbaycan Respublikasında valyuta nəzarətini valyuta nəzarəti orqanları və onların agentləri həyata keçirir.
Valyuta nəzarəti orqanları Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsidir.
Valyuta nəzarəti agentləri Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında hesabat verən müvəkkil banklardır.
Valyuta nəzarəti orqanları və onun agentləri ölkədə heyata keçirilən valyuta emeliyyatlarının mövcud qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsini və bu əməliyyatlar üzrə uçotun, hesabatın və sənədləşmələrin forma və qaydalarını müəyyən edir.

Azərbaycana nə qədər xarici valyuta gətirilə və çıxarıla bilər

Manset.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.

Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.

Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

VERGİLƏR

Son günlər bəzi kiçik sahibkarların yaranmış vergi borclarına görə bank hesablarının və ya bank kartlarının tam şəkildə dondurulması barədə məlumat yayılır. Bildirilir ki, Vergilər Nazirliyi vergi borcları olan fiziki şəxslərin faktiki borcların məbləği göstərilməklə bank hesabları və ya kartlarındakı vəsaitlərin müvafiq hissəsinin dondurulması barədə banklara sərəncam göndərib. Banklar isə vergi borcları üzrə məbləğləri deyil, sahibkarın bank hesabındakı bütün vəsaitlərini dondurub ki, bu da narazılığa səbəb olur.

Vergilər Nazirliyinin “vergilər.az”a açıqlamasında qeyd olunur ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmçinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 2019-cu il yanvarın 1-dən Vergilər Nazirliyinə həvalə edilib. Odur ki, vergi ödəyiciləri borclarını vaxtında ödəmədikdə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam göndərir.

Vergi Məcəlləsinə uyğun olaraq, borcların alınması haqqında sərəncam bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman borclar vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər borcların dövlət büdcəsinə alınmasını təsdiq edən sənəd əsasında alınmış həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Vergilər Nazirliyi bildirir ki, banklar və ya digər kredit təşkilatları vergi ödəyicilərinin bank hesablarında olan vəsaitinin yalnız icra sənədi olan sərəncamda göstərilən məbləğ
üzrə dondurulması və ya alınmasını təşkil etməklə, digər hissəsi üzrə onların
istəyinə uyğun olaraq müvafiq hərəkətlər etməyə borcludurlar

Xatırladaq ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır. Əvvəllər vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. 2019-cu ildən isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılır və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq təmin edilir. Nəticədə vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Elxan SALAHOV

Comments are closed, but trackbacks and pingbacks are open.