Press "Enter" to skip to content

Daxili və xarici iqtisadi əlaqələr

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Xarici iqtisadi əqdlər

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanın xarici iqtisadi əlaqələri: problemlər və perspektivlər

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Daxili və xarici iqtisadi əlaqələr

Ölkənin və ya onun regionlarının təbii şəraiti, sərvətləri, istehsal etdiyi məhsulların çeşidi və miqdarı onun iqtisadi əlaqələrini müəyyən edir. İqtisadi əlaqələrin quruluşu ölkədə istehsal olunan məhsulların keyfiyyətindən, kəmiyyətindən, onun xammallarla təmin edilməsi və əhalinin müxtəlif tələbatını ödəmək imkanlarından da asılıdır.

Respublikadaxili iqtisadi əlaqələr sənaye və kənd təsərrüfatı məhsullarının şəhərlər, kəndlər arasında bölüşdürülməsi, məhsulun sənaye müəssisələrinə, digər istifadəçilərə və əhaliyə çatdırılması ilə xarakterizə olunur. Belə ki, şəhərlərin əhalisini ərzaq, geyimlə, sənaye müəssisələrini xammalla təchiz etmək üçün kənd təsərrüfatı və hasilat sənayesi məhsulları şəhərlərə göndərilir. Kənd əhalisinin üstünlük təşkil etdiyi inzibati rayonlar isə əksinə sənaye məhsulları və ərzaq alır.
Şəhərlər ticarət paylayıcı və bölüşdürücü funksiyalarını yerinə yetirir. Buna görə də respublikanın idxal eldiyi məhsullar əvvəlcə iri şəhərlərə, xüsusilə Bakıya gətirilir. Sonradan onlar lazımi yerlərə çatdırılır. Respublikadaxili əlaqələrdə idxal məhsullarının daşınması mühüm yer tutur.
Xarici iqtissadi əlaqələrin həcmi və çeşidi Azəvbaycanın dünya ölkələri arasındakı BCƏB-də tutduğu yerə görə müəyyən edilir. Hazırda ölkənin müəssisə və təşkilatları, özəl qurumları dünyanın 82 ölkəsi ilə ticarət əlaqələrinə malikdir. Yaxın xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi hesabına son vaxtlar Azərbaycanın mənfi xarici ticarət saldosu azalmışdır. İdxalın həcmi azalmış, ixrac artmışdır.
Xarici iqtisadi əlaqələrin, o cümlədən idxalın və ixracın yarısından çoxu uzaq xarici dövlətlərin payına düşür. Bu ölkələr arasında İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Almaniya, B.Britaniya, ABŞ, İsveç, Isveçrə, İtaliya, Fransa və s. fərqlənir.
Respublıkamızdan xarici ölkələrə göndərilən məhsulların 74%-ni neft və neft məhsulları təşkil edir. Azərbaycandan həmçinin xalça, kondisioner, elektrik mühərrikləri, kimya sənayesi məhsulları ixrac olunur. Ölkəyə un, buğda, şəkər və şəkər tozu, yağ, ət, düyü, kartof, çay, parça, paltar, mebel, cihazlar, maşın və avadanlıq gətirilir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin, o cümlədən idxalın və ixracın 30-40%-i MDB ölkələrinin payına düşür. Bu ölkələr sırasında Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkmənistan və Belorusiya irəlidə durur.
Xarici iqtisadi əlaqələrin digər növlərinə maliyyə-kredit, elmi-tədqiqat əlaqələrini, turizm əlaqələrini, maddi-istehsal sahəsində olan əməkdaşlığı aid etmək olar.
Son vaxtlar respublikanın bir çox müəssisələri yenidən qurulur, birgə müəssisələr yaradılır. Çayçılığın inkişafı üçün Türkiyənin “Beta”, “Sara” və BƏƏ-nin “İntersun” şirkətləri ilə Bakı, Lənkəran, və Masallı çay fabriklərinin əsasında müştərək müəssisələr yaradılmışdır. Xaçmaz, Masallı və Quba konserv zavodlarının yenidən qurulması üçün İsveçin “‘Tetra-Pak” şirkətindən avadanlıqlar alınmışdır. ABŞ-ın “Reynalds” və Türkiyənin “Star” şirkətləri ilə Bakı Tütün Kombinatı arasında bağlanmış müqaviləyə əsasən birgə müəssisə təşkil edilmişdir. Abşeronda ABŞ-ın “Koka-Kola” və “Pepsi-Kola” şirkətlərinin spirtsiz içkilər istehsal edən zavodları işləyir.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatların üzvü olmuşdur. Həmin ildə o İslam Konfransı Təşkilatının və bu təşkilatın nəzdində olan İslam İnkişaf Bankının üzvü qəbul olunmuşdur.
Respublikamız 30 yanvar 1992-ci ildən ATƏT-in, 2 mart 1992-ci ildən BMT-nin, 19 sentyabr 1995-ci ildən MDB-nin üzvüdür. BMT-nin tərkibində olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu kimi iri maliyyə təşkilatlarına ölkə 1992-ci ilin sentyabrında qəbul edilmişdir.
Azərbaycan həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının, Qara dəniz hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının və bir çox kütləvi beynəlxalq təşkilatların üzvüdür. 2001-ci il yanvarın 17-də ölkə Avropa Şurasına üzv qəbul olunmuşdur.

Xarici investisiyalar və onların iqtisadiyyatın inkişafında rolu

Tədqiqatın əsas məqsədi – xarici investisiya qoyuluşunun keçid iqtisadiyyatı şəraitində ümumi və özünəməxsus cəhətlərinin öyrənilməsi, bu əsasda xarici investisiyalar nəzəriyyəsinin dərinləşdirilməsidir.

Tədqiqatın metodologiyasını xarici investisiyaların sosial-iqtisadi təhlili nəzəriyyəsi və metodologiyası təşkil edir. İnvestisiyaların ölkəmizə cəlb edilməsi vəziyyəti statistik göstəricilərlə təhlil edilir, investisiya siyasətinin nəticəsi olaraq əldə edilən nailiyyətlər konkret rəqəmlərlə ifadə edilir.

Tədqiqatın tədbiqi əhəmiyyəti. Tədqiqat dövlət orqanlarına, habelə təsərrüfat subyektlərinə investisiya sferasında real vəziyyəti qiymətləndirməyə, istehsalın beynəl-miləlləşməsini təhlil etməyə, xarici investisiya qoyuluşunun fəallaşdırılması yollarını təsbit etməyə imkan verir.

Tədqiqatın nəticələri. Araşdırma nəticəsində investisiyaların iqtisadiyyatın inkişafına təsiri istiqamətləri araşdırılır, onun reallaşdırılmasına təsir göstərən amillər müəyyən edilir, ölkəmizdə investisiya siyasəti təhlil edilir və investisiyaların ölkə iqtisadiyyatında rolu araşdırılır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi. Tədqiqatda xarici investisiya qoyuluşunun formalaşma mənbələrinin ayrı ayrılıqda iqtisadi artıma təsirinin yeri və əhəmiyyəti tədqiq edilmişdir. Xarici investisiya qoyuluşunun mahiyyəti, formaları və istiqamətləri, iqtisadiyyatın inkişaf etdirilməsində onun rolu barədə aparılan nəzəri və metodoloji prinsipləri əsaslan-dırılmışdır.

Açar sözlər: investisiya, kapital hərəkəti, neft-qaz sektoru, iqtisadiyyat, xarici inves-tisiya, iqtisadi inkişaf.

Fayl

Buraxılış

Müəllif

Əzizov Əziz Abduli oğlu

Comments are closed, but trackbacks and pingbacks are open.