Xarici ölkələrin jurnalistika tarixi
Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.
XəZƏr universiteti
Sillabus tədris olunan fənnin təsviri və məqsədi, istifadə olunan tədris metodları, gözlənilən tədris nəticələri və ona uyğun qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.
Sillabus bakalavr, magistr və doktor pilləsində tədris olunan bütün fənlər üzrə hazırlanır.
Sillabus hər bir konkret fənn üzrə tədris prosesində müəllimlərin tələbləri və tələbələrin öhdəliklərini müəyyənləşdirir.
- Strukturu və məzmunu
Universitet kataloquna uyğun olaraq tədris olunan fənnin adı və kodu, AKTS kreditlərinin sayı, fənnin öncə şərtləri (əgər varsa)
Tədris dili və fənnin növü (məcburi, seçmə və s.), tədris semestri
Müəllim haqqında məlumat
Müəllimin adı və əlaqə məlumatı (e-mail və telefon nömrəsi), kafedranın adı, dərs vaxtı və məsləhət saatları, mühazirə otağı
Fənnin təsviri və məqsədləri
Universitet kataloquna uyğun olaraq fənnin xülasəsi, onun əhəmiyyəti, tədris planındakı digər fənlər ilə əlaqəsi və məqsədləri haqqında məlumat
Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.
Tövsiyə olunan əsas və əlavə ədəbiyyat
Son illər çap olunmuş və Xəzər Universitetinin kitabxanasında sayı kifayət qədər olan əsas dərslik, dərs vəsaitləri və tövsiyə olunan əlavə mənbələr göstərilir. Tövsiyə olunan mənbələrin siyahısında həm çap, həm də elektron resurslar (məlumat bazası, vebsayt və s.) qeyd olunur.
Fənninin tədrisi prosesində mühazirə, qrup işi, seminar, laboratoriya işləri, praktiki məsələnin təhlili və s. tədris fəaliyyətinin növləri kimi qeyd olunur.
Qiymətləndirmə
Aralıq və yekun imtahanlarını daxil etməklə, qiymətləndirmə komponentləri, məsələn fərdi prezentasiya, kurs işi, qrup işi, esse və s., haqqında məlumat verilir və hər komponentin çəkisi faizlə göstərilir. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür. Nəzərə alınmalıdır ki, Xəzər universitetinin qəbul olunmuş qiymətləndirmə sistemində aralıq və yekun imtahanları müvafiq olaraq 20-25 və 35-40 bal təşkil edir. Bakalabr səviyyəsində aralıq və yekun imtahanlarının ümumi balı 60-dan, magistr səviyyəsində isə 65-dən artıq olmamalıdır. Davamiyyət üçün isə 5-10 bal nəzərdə tutulur. Xəzər Universitetində bakalavt tələbəsi üçün fənn üzrə nəzərdə tutulmuş keçid balı 60, maqistr tələbəsi üçün isə 65 -dır.
Tədris siyasəti və davranış
Müəllim davamiyyət (universitet qaydalarına görə fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır), tapşırıqlar, onları yerinə yetirilməsinin son vaxtı, dərsdə fəal iştirak və s. üzrə qoyulan tələbləri müəyyən edir.
Təqvim-tematik planı
Təqvim-tematik planında dərslərin mövzuları, tapşırıqlar və onların yerinə yetirilmə müddəti cədvəl şəklində göstərilir.
- Hazırlanması və təsdiq prosesi
Sillabus fənnin tədris olunduğu dildə hazırlanır
Tələbələr sillabus ilə dərsin birinci günündə tanış olmalıdırlar və hər semestrin əvvəlində Xəzər universitetinin vebsaytında yerləşdirilməlidir.
Sillabus davamiyyət jurnalına əlavə olunur.
Xarici ölkələrin jurnalistika tarixi
Jurnalistlərin xəbər mənbələrindən biri də əcnəbi ölkələrin Azərbaycanda olan səfirlikləridir.
Bəs jurnalistlər xarici ölkələrin Bakıdakı səfirliklərindən hansını daha aktiv hesab edirlər?
Modern.az saytı bununla bağlı jurnaləstlərin mövqeyini öyrənib.
Müstəqil jurnalist Natiq Cavadlı mütəmadi olaraq, Amerika, Böyük Britaniya və Fransa səfirlikləri ilə işlədiyini qeyd edir.
“Məsələ ondadır ki, bu səfirliklər özləri tədbirlərində iştiraka maraqlı olur. Normal qiymətləndirirəm. Təəssüf ki, Almaniya və Norveç səfirlikləri əvvəlki illərdə olduğu kimi, daha tədbirlərə də dəvət etmirlər. Bunun isə səbəbini bilmirəm, maraqlanmamışam da”.
“Trend” İnformasiya Agentliyinin beynəlxalq əlaqələr üzrə baş direktor müavini Elçin Hüseynov deyir ki, bəzi səfirliklərin media ilə zəif işləməsi onların daxili siyasətləridir.
“Səfirliklərlə jurnalistlərin iş prosesini normal və yaxşı qiymətləndirirəm. Peşəkar jurnalist üçün heç bir problem yoxdur. Hər bir sahədəki kimi səfirliklərlə də işləyəndə inam yaratmaq, öz professionallığını göstərmək lazımdır. Belə olan halda heç bir problem ola bilməz. Yalnız səfirlik özü jurnalistlərlə işləməyi istəmədiyi halda bu proses zəif ola bilər.
Xəbər mənbəyi kimi ABŞ, Ukrayna, Belarus, İran, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya, Gürcüstan, Koreya səfirliklərini daha əlçatan hesab edirəm.
“Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu Amerika və Avropa İttifaqına daxil olan ölkələrin Azərbaycandakı səfirliklərinin media ilə iş prinsipini yaxşı qiymətləndirir.
O qeyd edib ki, bəzi səfirliklər əlçatan olmasa da, bəzilərini isə əlçatan hesab etmək mümkündür.
“Səfirliklər media ilə əlaqələri özləri qururlar. Əksər səfirliklərin rəsmi internet adresləri var ki, orada öz informasiyalarını yayırlar. Bəzi səfirliklər isə “e-mail” vasitəsilə informasiya ötürürlər. Bu baxımdan Amerika səfirliyinin saytı daha fəal və operativdirlər. Məlumatlar daha tez-tez paylaşılır. Xüsusilə onların sosial şəbəkə hesabları olduqca interaktivdir”.
“Həftə içi” qəzetinin beynəlxalq siyasət yazarı Vüsal Tağıbəyli hesab edir ki, bu gün mediaya ən açıq səfirlik Meksika səfirliyi və xüsusilə də cənab Labardinidir.
Jurnalist onu da qeyd edib ki, İngiltərə, Almaniya, Avropanın bir sıra digər ölkələrinin, xüsusilə Serbiyanın səfirliyi də qapılarını mətbuata açmağa meylli olmalıdırlar. V. Tağıbəyli bəzi səfirliklərdən şikayətlənib:
“Azərbaycanda akkreditə olunmuş səfirliklər və digər beynəlxalq nümayəndəliklərlə iş prosesində 8-10 il əvvəl ilə müqayisədə ciddi sıxıntılar var. O vaxt səfirliklərə bircə dəfə zəng vurmaqla görüş təyin etmək, müsahibə almaq mümkün idisə, bu gün bəzi ölkələrin diplomatik nümayəndəlikləri istisna olmaqla, bu sadəcə xəyaldır. Niyə? Ona görə ki, bəzi səfirliklər ölkələrinin Xarici İşlər Nazirliyi tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən jurnalistlərlərə müsahibə verə bilmir, bəziləri isə sadəcə özləri istəmir.
Sadə bir misal göstərim: İraqda son illər olduqca ağır hərbi-siyasi vəziyyət hökm sürür. Əlbəttə, həm gündəm olduğu, həm də tarixən xalqlarımızın yaxın münasibətləri olduğu üçün istəyirik ki, bu ölkədə olub-keçənləri yazıb Azərbaycan oxucusuna çatdıraq. Amma indiki müvəqqəti işlər vəkili nə edir? Yeni qaydalara görə, müsahibə istəyən kəs rəsmi blankda sualların siyahısını yazılı şəkildə göndərməli, səfirlikdə isə nə zaman vaxt ayrılsa o zaman müsahibə təşkil edilir. Həm də bəzi mövzulara toxunmaq yasaqdır. Şəxsən mənə bir vaxtlar müsahibədən əvvəl bu cür yasaqlar xatırladıldığı üçün müsahibədən imtina edib, geri qayıtdım.
Əvəzində iki dəfə – 2015-ci ildə və 2017-ci ildə – İraqa səfər edərək, istədiyim suallara yerindəcə cavab aldım. Demək istəyirəm ki, İraqa gedib reportaj yazmaq iki addımlıqda yerləşən səfirlikdə müsahibə eləməkdən daha asandır. Məndən inciməsinlər. Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinə, təxminən iki il əvvəl müsahibə üçün suallar göndərdim, dedilər ki, həmin sualları bu ölkənin Xarici İşlər Nazirliyinə göndəriblər. Bildirdilər ki, razılıq versələr müsahibə alınacaq. Amma hələ də xəbər-ətər yoxdur. Qətərə qarşı bölgə ölkələrinin münasibəti dəyişəndə şəxsən səfirliyə müraciət edib, olub-keçənlər barədə səfirin dili ilə açıqlama almaq istədim. Səfirlə görüşdüm, saat yarım söhbət elədik, amma müsahibə vermədi.
Bu günədək hansı media orqanı Rusiyanın keçmiş səfiri Vladimir Daroxinlə müsahibə edib? Heç biri. Əminəm ki Moskva öz səfirinə “müsahibədən kənar ol” deməyib, bu onun şəxsi mövqeyidir. Üstəlik, onun mediaya münasibəti Bakıda fəaliyyət göstərən Dağıstan və Tatarıstan nümayəndəliklərinin başçılarına da mənfi təsirini göstərməkdədir. Onlar da mediadan qaçırlar və ya ümumiyyətlə, Azərbaycanda tapılmırlar.
ABŞ səfiri tədbirlərdə açıqlama verir, jurnalistlərdən də uzaq dayanmır. Amma nə vaxt bir jurnalisti müsahibə üçün qəbul edib? Hansı ki, bizim qəzetdə bir vaxtlar Enn Dörsi ilə bir səhifəlik müsahibə yayımladı. Özü də müsahibəni evində verib.
İran səfirindən danışım. Keçmiş səfir Möhsün Pakayin, həmişə demişəm, medianın dostu idi, insan heç vaxt müsahibəyə yox deməzdi. İndi təzəsi gəlib və ilk gündən də qapılarını bağlayıb. Deyə bilərsiniz ki, niyə, müsahibə verir axı. Amma kimə, özünə yaxın bildiyi bir media orqanını tanımaq media ilə işləmək demək deyil. Mən də bilirəm ki, bir neçə müxbiri eyni vaxtda çağırıb az qala mətbuat konfransı kimi müsahibə verirlər. Buna isə mənim aləmimdə müsahibə demirlər.
Türkiyənin Bakıdakı səfirliyi əvvəllər jurnalistlərin üzünə daha açıq olub, istənilən vaxt fərdi müsahibələr verilib. İndi nəinki səfirlə, müşavirlərlə müsahibə etmək xeyli müşkülə çevrilib.
Zənnimcə, bu gün mediaya ən açıq səfirlik Meksika səfirliyi və xüsusilə də cənab Labardinidir. Ola bilsin ki onun köməkçisi olan Günel xanımın da burda rolu var, hər halda səfirlik media ilə işləməyə həvəslidir. Ümumiyyətlə, Mərkəzi Amerika ölkələrinin Azərbaycandakı səfirlikləri (Meksika, Kosta -Rika, Peru, Kolumbiya) Azərbaycan mediasına qarşı olduqca böyük mədəniyyət nümayiş etdirir.
Braziliya və Argentina səfirlikləri də var Bakıda, heç onların üzünü görən, səfir kimdir, necədir bilən varmı? Sadəcə, jurnalistlərlə işləmək istəmirlər. Kuba da həmçinin. Əvvəlki səfir – cənab Marsello əla idi, heç vaxt yox deməzdi jurnalistlə görüşə. İndiki isə bilinmir ümumiyyətlə, var, yoxsa yoxdur.
Zənnimcə, Hindistan səfirliyi də mətbuata açıqdır. Səfir isə hər birimizlə dostdur. Eyni sözü Pakistan, İordaniya, Fələstin səfirlikləri barəsində də deyə bilərəm. Səudiyyə Ərəbistanı səfirliyi media ilə işə xüsusi önəm verir. Müsahibələr istənildiyi halda təşkil edilir, suallara cavab verilir. Yəni mətbuat nümayəndəsi olaraq bu səfirlik barəsində, tam səmimi deyirəm, razıyam. Misir səfirliyi də əvvəlki səfirlərin vaxtından fərqli olaraq, xanım Suzan Cəmil səfir təyin ediləndən sonra mətbuatla sıx əməkdaşlıq edir. O, fəaliyyətə başladığı ilk vaxtda bir qrup media təmsilçisinin Misirə səfərini də təşkil etdi ki, o heyətdə mən də var idim. Hər bir tədbirdə bizimlə rastlaşdığında görüşür, hal-əhval da tutur. Bu Suzan Cəmilin heç kimin edə bilməyəcəyi ən gözəl iş üslubudur.
Qeyd edim ki, Misir səfirliyinin media ilə əməkdaşlığında səfirliyin ölkəmizdəki Mədəniyyət Mərkəzinin və xüsusilə onun rəhbəri Əhməd Sami Elaydinin də böyük rolu var. Hətta arzulayardım ki, digər səfirliklər də media ilə işlərini Misir səfirliyinin üslubunda qursunlar.
İsrail səfirliyi hər zaman mediaya açıq olub, amma bir neçə il əvvəl sanki bir az soyumuşdular. İndiki səfir isə vəziyyəti düzəldib, müsahibəyə gedənlərə yox deyilmir.
Sonda vurğulayım ki, bəzi hallarda səfirliklə mətbuatın arasını məhz səfirlərin müsahibəni təşkil edəcək əməkdaşları vurur. Onlar ya müsahibə istənilməsi barədə səfirə məruzə etmir, ya da bunu başdansovdu edirlər ki, nəticə də istənilən olmur. ”
Modern.az saytının əməkdaşı Aqşin Kərimov deyir ki, xarici ölkələrin Azərbaycandakı bir çox səfirlikləri ilə əməkdaşlıq edir. O hesab edir ki, bir çox səfirliklər mətbuata qapalıdır.
“Nüfuzlu ölkələrdən birinin Azərbaycanda səfirliyi var. Onlarla əməkdaşlıq etmək istəyimi bildirəndə, mənə “yox” cavabı verdilər. Adını çəkməyəcəyəm. Bir onu deyə bilərəm ki, nəyə görə həmin səfirliyin “qara siyahı”sına düşdüyümü hələ də anlaya bilmirəm. Belə əsaslandırdılar ki, bu ölkənin Xarici İşlər Nazirliyi səfirin mənə müsahibə verməsinə razı olmayıb. İndi həmin səfir artıq sabiqdir, yəni keçmiş səfirdir. Bununla belə digər səfirliklərlə də əlaqələrim var. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Qətər, ABŞ və digər səfirliklərlə əməkdaşlıq edirik. Bu səfirliklərin hər biri aktivdir və səlahiyyətləri çərçivələrində suallarımıza cavab verməyə çalışırlar. Düzdür, səfirlərlə müsahibə almaq istəsək də, bu bəzən çətin başa gəlir. Hətta bəzən alınmır.
Ən aktiv səfirliyə gəlincə, ABŞ,Böyük Britaniya, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin adlarını çəkə bilərəm. Zənnimcə, ABŞ səfirliyi jurnalistlərlə daha interaktiv işləməyə maraqlıdır. Lakin ABŞ səfiri cənab Robert Sekuta ilə müsahibəmiz üçün hələ ki gözləmə mövqeyindəyik. Ümumilikdə bir neçə səfirliyi çıxmaq şərti ilə yerdə qalanlarının media ilə iş prinsipini normal qiymətləndirirəm”.
Azvision.az saytının əməkdaşı Eldar Tanrıverdiyev, ölkəmizdə olan səfirliklərlə media nümayəndələri arasındakı işbirliyini normal qiymətləndirir.
“Ölkəmizdə olan xarici ölkələrin rəsmi təmsilçilərinin böyük bir hissəsi, onların mətbuat xidmətləri media üçün açıqdır. Onlara sorğu göndərdikdə və ya zəng etdikdə, dərhal sualları cavablandırır və ya ölkələrində olan müvafiq qurumlara yönləndirirlər. Təbii ki, müəyyən səfirliklər var ki, onlarla ilk başda əlaqə saxlamaq, əməkdaşlıq etmək çətin məsələdir. Lakin hər iki tərəf arasında müəyyən münasibət yarandıqda bu çətinliklər aradan qalxır.
Jurnalist olaraq fəaliyyətlərini bəyəndiyim diplomatik nümayəndəliklər siyahısında ABŞ, Böyük Britaniya, İsrail, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Türkiyə, İran İslam Respublikası, Fransa və Cənubi Koreya səfirliklərini qeyd etmək istərdim”.
Nəzrin CAVİD
Mətbuat Şurasında “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı keçirildi – FOTO
Bu gün Azərbaycan Mətbuat Şurasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı keçirilib.
Day.Aza MŞ-dən verilən məlumata əsasən, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan jurnalistlərinin dünyada jurnalistikanın xarakterik xüsusiyyətləri barədə elmi biliklərə sahib olması dövrün aktual tələblərindəndir. Bu tələblərin ödənilməsi ümumən medianın həyatın müxtəlif istiqamətlərinə dair daha dolğun fikirlər yürütməsi nöqteyi-nəzərdən də önəmlidir. Mövcud mənada professor H.Vəliyevin təqdimatı edilən kitabı olduqca müstəsna elmi vəsaitdir. “Həmid müəllimlə tanışlığım çoxdana təsadüf edir. O, mənim də əslən mənsub olduğum bölgəylə bağlı ziyalıdır. Gürcüstanda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsini bitirib. Ali Partiya Məktəbində də jurnalistika ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə “Sovet Gürcüstanı” qəzetində başlayıb. Uzun illər peşəsində sədaqətlə çalışıb. 1992-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Həmid Vəliyev Azərbaycanda və Gürcüstanda çapdan çıxmış kitabların, elmi-publisistik məqalələrin, mühüm dərs vəsaitlərinin müəllifidir. Hesab edirəm ki, onun “Xarici ölkələrin jurnalistikası tarixi” vəsaiti daha əhəmiyyətli hadisədir”, – deyən Ə.Amaşov H.Vəliyevə Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.
BDU-nun professoru İzzət Rüstəmov çıxışında yeni nəşrin əhatəliliyinə diqqət çəkib. Kitabın poliqrafiya cəhətdən də gözəl işlənildiyini deyən İ.Rüstəmov belə bir dərsliyi zəruriləşdirən səbəblərdən ətraflı danışıb.
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Azərbaycanda xarici ölkələrin jurnalistikasının öyrənilməsi ilə bağlı problemlərin həmişə aktual səciyyə daşıdığını vurğulayıb. O, mövcud istiqamətdə həmişə boşluğun olduğuna diqqət çəkərək “Xarici ölkələrin jurnalistikası tarixi” dərsiliyini həmin boşluğun doldurulmasına yönələn mühüm töhfə kimi dəyərləndirib.
Eyni problemə toxunan MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas ümumən jurnalistika sahəsindəki tədqiqat əsərlərinin azlığından söhbət açıb, mövcud tendensiyanın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təqdimatı keçirilən dərsliyin Azərbaycanda müasir jurnalistikanın inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O, vəsaitin sahə tədqiqatçıları üçün etmi istinad mənbəyi kimi də müstəsna önəm daşıdığını diqqətə çatdırıb.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistika ilə bağlı dərsliklərin inkişafa apardığını deyərək bildirib ki, həmin kitabların ömrünü-gününü bu sahəyə həsr etmiş adamlar tərəfindən ərsəyə gəlməsi xüsusilə vacibdir. O, H.Vəliyevin müəllifi olduğu nəşrin ana dilində yeni dərsliklərin yazılmasına stimul rolunu oynayacağına inandığını da dilə gətirib.
Müasir jurnalst kadrların yetişdirilməsində üç başlıca məqama – mətbuat tarixinə, nəzəriyyəsinə və təcrübəsinə diqqət yetirildiyini qeyd edən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, H.Vəliyevin müəllifi olduğu nəşrdə toplanmış faktlar ayrı-ayrı dövrlərdə həmin üç cəhətə kompleks yanaşma nöqteyi-nəzərdən səmərəlidir.
BDU-nun jurnalistika fakultəsinin dosenti İlham Mazanlı müasir jurnalistikanın yeni yanaşma metodları tələb etdiyini bildirərək təqdimatı baş tutan nəşrin eyni zamanda beynəlxalq standartların çatdırılması baxımından mühüm missiya daşıdığına izah verib.
BDU-nun jurnalistika fakultəsinin müəllimi, “Xalq qəzeti”nin əməkdaşı Məsaim Abdullayev “Xarici ölkələrin jurnalistikası tarixi” kitabı ilə əlaqədar bir neçə xarakterik xüsusiyyətdən danışıb: “Kitabda jurnalistikanın tarixi ilə bağlı bütün proseslər ictimai-siyasi əhəmiyyət daşıyan hadisələrin fonunda verilib. Nəticədə jurnalistikanı öyrənən şəxs eyni zamanda konkret ölkənin tarixindən xəbərdar olur. İkinci cəhət dövrün görkəmli xadimlərinin jurnalistikaya münasibətidir ki, bu da dərslikdə özünəməxsus şəkildə göstərilib. Üçüncü məqam kitabın mənbə zənginliyidir”.
BDU-nun jurnalistika fakultəsinin dosenti, “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının elmi redaktoru Vüqar Əliyev bildirib ki, yeni nəşrdə başlıca xətt Azərbaycan jurnalistikasının dünya jurnalistikasına inteqrasiyasıdır. “Təfəkkür” Universitetinin jurnalistika fakultəsinin professoru Tofiq Yusifov belə kitabların Azərbaycanda jurnalistikanın bir elm kimi zənginləşməsində də böyük rol oynadığını vurğulayıb. Nəşrin tələbə və müəllimlərlə yanaşı, ziyalılar üçün də vacibliyindən danışıb.
Sonda çıxış edən H.Vəliyev kitab və özü barədə deyilən xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Böyütmək üçün şəkillərə klikləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.