Xarici vətəndaşlara azərbaycandilinin öyrədilməsi
Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Əcnəbi şəxslərlə nikah bağlamanın qayda və şərtləri
Statistikaya görə, 2012-ci ildə Azərbycanda 78 min 480 nikah qeydə alınıb. 11 min 182 nikah isə pozulub.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Statistikaya görə, 2012-ci ildə Azərbycanda 78 min 480 nikah qeydə alınıb. 11 min 182 nikah isə pozulub. Belə ki, onlardan 1932 nəfəri məhz xarici vətəndaşlarla nikah bağlayıblar. Ümumiyyətlə, son illər əcnəbilərlə bağlanan nikahların sayının xeyli artdığını göstərir. Nikah bağlamış şəxslər arasında Türkiyə və İran vətəndaşları çoxluq təşkil edirlər.
Trend-in məlumatına görə, bununla bağlı, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı mətbuata açıqlamasında bildirib ki, ailə qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi və Ailə Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilmişdir. Bu hallara görə, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanılmasına yol verilmir: “Əgər, nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir”.
P.Zamanlı deyib ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində bağlanır. Eyni zamanda, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir:
“Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah o zaman Azərbaycan Respublikasında etibarlı hesab olunur ki, bağlanmış nikahda yuxarıda göstərilmiş nikahın bağlanmasına yol verməyən hallar mövcud olmasın”.
O, deyib ki, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahının qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:
1. nikaha daxil olan şəxslərin yazılı razılığı;
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
4. subaylıq haqqında arayış;
5. dövlət rüsumunun ödənilməsi barədə qəbz;
6. əvvəllər nikahda olmuş şəxslər – nikahın pozulması haqqında şəhadətnamə (surəti) və ya ərinin (arvadının) ölümü haqqında şəhadətnamə (surəti), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).
Həmçinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən nikahın qeydə alınması ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunmalıdır:
1. Nikahın qeydə alınması və nikah haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi;
2. Nikah haqqında akt qeydinin nümunəsi;
3. Nikah haqqında şəhadətnamənin nümunəsi;
4. Nikah haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi.
Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.
Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:
1) təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;
2) daimi yaşamaq üçün başqa yerə köçmə;
3) birgə uşaqların olması;
4) nikaha daxil olmaq istəyən qadının hamilə olması;
5) evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;
6) hərbi xidmətə çağırılma;
7) digər hallarda.
Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.
Hüquqşünas qeyd edib ki, xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Bir halı da xüsusilə qeyd etmək önəmlidir ki, ər-arvadın hüquq və vəzifələri konsulluq tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır:
“Konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina edə bilər və bu barədə ərizə ilə müraciət etmiş şəxsə (şəxslərə) yazılı formada bildirilməlidir. Konsulluq nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər və ya onlardan biri inzibati qaydada yuxarı orqana və məhkəməyə şikayət edə bilərr”.
Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Həmçinin hüquqşünas vurğulayıb ki, Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Əgər ər-arvadın o birgə nikahdan yetkinlik yaşına çatmayan övladları və aralarında əmlak mübahisələri yoxdursa, hər ikisinin yazılı razılığı əsasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində də pozula bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan öladlarının olmasından asılı olmayaraq ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə və ya ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi hallarda da nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.
Xarici vətəndaşlara azərbaycandilinin öyrədilməsi
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-1998, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 607)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
- 30 dekabr 2014-cü il tarixli 1161-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 93)
- 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255)
- 04 dekabr 2015-ci il tarixli 28-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 dekabr 2015-ci il, № 269, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1442)
- 24 iyun 2016-cı il tarixli 302-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 avqust 2016-cı il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1367)
- 31 may 2017-ci il tarixli 705-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu “Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, “Azərbaycan” qəzeti, 5 iyul 2017-ci il, № 141,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1059)
- 1 fevral 2018-ci il tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 161 )
- 1 oktyabr 2018-ci il tarixli 1267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 27 oktyabr 2018-ci il, № 242,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1970 )
- 1 fevral 2019-cu il tarixli 1468-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 371 )
- 1 may 2020-ci il tarixli 70-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 520)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 5-ci maddənin birinci hissəsinin 1-ci bəndində “(əsas: bu Qanunun qüvvəyə mindiyi günədək şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması)” sözləri “, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;” sözləri ilə əvəz edilmişdir.
[2] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 5-ci maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
[3] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 6-cı maddənin 1-ci bəndi ləğv edilmişdir.
[4] 1 fevral 2019-cu il tarixli 1468-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 371 ) ilə 6-cı maddəyə yeni məzmunda 2-1-ci bənd əlavə edilmişdir.
[5] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 10-cu maddə yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
[6] 1 may 2020-ci il tarixli 70-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 520 ) ilə 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılmışdır.
[7] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 11-ci maddənin 1-ci bəndində “ərazisində” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[8] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 12-ci maddə yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12. Vətəndaşlığı olmayan şəxslərin uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır.
[9] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 14-cü maddənin birinci hissədə “yaşayan və” sözləri “fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə” sözləri ilə əvəz edilmişdir.
[10] 24 iyun 2016-cı il tarixli 302-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 5 avqust 2016-cı il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1367) ilə 14-cü maddəsinin ikinci hissəsinə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri əlavə edilmişdir.
1 fevral 2018-ci il tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 161 ) ilə 14-cü maddənin ikinci hissəsinə “hesablanır” sözündən sonra “(bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[11] 1 fevral 2018-ci il tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 161 ) ilə 14-cü maddənin dördüncü-doqquzuncu hissələri müvafiq olaraq beşinci-onuncu hissələr hesab edilmişdir və yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
[12] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 14-cü maddəyə ikinci-altıncı hissələr əlavə edilmişdir, ikinci-dördüncü hissələr müvafiq olaraq yeddinci – doqquzuncu hissələr hesab edilmişdir.
[13] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 15-ci maddənin birinci hissəsində “ikinci” sözü “yeddinci” sözü ilə əvəz edilmişdir.
1 oktyabr 2018-ci il tarixli 1267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 27 oktyabr 2018-ci il, № 242 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1970 ) ilə 15-ci maddənin birinci hissəsində “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəz edilmişdir.
[14] 30 sentyabr 2005-ci il tarixli 1021-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan “ qəzeti, 2 noyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 905) ilə 15-ci maddəyə ikinci hissə əlavə edilmişdir.
[15] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 15-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.
[16] 30 dekabr 2014-cü il tarixli 1161-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 5 fevral 2015-ci il, № 027 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 93 ) ilə yeni məzmunda 15-1-ci maddə əlavə edilmişdir.
[17] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 16-cı maddənin ikinci hissəsi ləğv edilmişdir.
[18] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 17-ci maddənin üçüncü hissəsində “müttəhim kimi cinayət məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində” sözləri ilə əvəz edilmişdir.
[19] 31 may 2017-ci il tarixli 705-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu “Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, “Azərbaycan” qəzeti, 5 iyul 2017-ci il, № 141 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1059 ) ilə 14-cü maddəsinin doqquzuncu, 15-ci maddəsinin ikinci və 17-ci maddəsinin dördüncü hissələrində “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir” sözləri “tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” sözləri ilə əvəz edilmişdir.
[20] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 17-ci maddəyə yeni məzmunda beşinci hissə əlavə edilmişdir.
[21] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 18-ci maddə yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi
[22] 04 dekabr 2015-ci il tarixli 28-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 06 dekabr 2015-ci il, № 269 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1442 ) ilə 18-ci maddəsinin birinci hissəsinə yeni məzmunda 3-1-ci və 3-2-ci bəndlər əlavə edilmişdir.
[23] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 18-ci maddənin ikinci hissəsinə “nəzərə alınmaqla” sözlərindən sonra “məhkəmə tərəfindən” sözləri əlavə edilmişdir.
Azərbaycanın sürücülük vəsiqələri xaricdə keçərli deyil? – RƏSMİ AÇIQLAMA
Tanınmış radio aparıcısı, yol nəqliyyat eksperti Tural Yusifov sosial hesabında Azərbaycanda verilən sürücülük vəsiqələri ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin 7 ildir, keçərli olmadığını deyib. Buna səbəb isə yol hərəkəti haqqında Vyana konvensiyasına 29 mart 2011-ci ildən dəyişiklik edilməsini göstərib:
“Bu konvensiyaya uyğun olaraq konvensiya iştirakçıları bir-birilərinin sürücülük vəsiqələrini qəbul edirlər. Lakin bu dəyişiklik bizim vəsiqədə öz əksini tapmayıb. Bu səbəbdən xaricdə bizim vəsiqəni qəbul etmirlər. Saytımızda ərizə formasını götürüb ərizə ilə müraciət edib sürücülük vəsiqəsini pulsuz dəyişdirə bilərsiniz. Bu diqqətsizliyə görə sürücü məsuliyət daşımır”.
Radio aparıcısının mövzu ilə bağlı yazısını sizə təqdim edirik:
Azərbaycan Respublikasının sürücülük vəsiqəsi
2. Ad (və ya digər adlar)
3. Doğum tarixi və yeri
4. a) Vəsiqənin verilmə tarixi
4. b) Vəsiqənin bitmə tarixi
4. c) Vəsiqə verən orqanın adı və möhürü
5. vəsiqənin nömrəsi
6. Vəsiqə sahibin fotosu
7. Vəsiqə sahibinin imzası
9. Vəsiqə sahibin kateqoriyası və altkateqoriyalar
10. Hər bir kateqoriya üçün ayrıca verilmə tarixi
11, 13, 14 kateqoriyalar üzrə əlavə məlumat, yaşayış yeri dəyişərsə onun üçün əlavə məlumat, yol hərəkəti təhlükəsizliyi ilə bağlı digər məlumatlar
12. Xüsusi qeydlər
Belarus Respublikasının sürücülük vəsiqəsi
6 saylı əlavəyə əsasən sürücülük vəsiqəsində ad və soyad mütləq latın qrafikası ilə yazılmalıdır. Əgər mənsub ölkəsində latın qrafikası mövcud deyilsə və ya oxunma hərifəri düzgün gəlmirsə, o zaman bu informasiyalar transkript edilməlidir. Məsələn : Əliməmməd Əliyev Əli – Alimammed Aliyev Ali olaraq mütləq təkrarlanmalıdır.
Qazaxıstan Respublikası sürücülük vəsiqəsi
Göründüyü kimi ətraf respublikalar yeni nümunəli sürücülük vəsiqəsindən istifadə etsələr də, bizdə bu sürücülük vəsiqələri dəyişdrilməyib. Baxmayaraq ki, Vyana konvensiyası bu vəsiqələrin dəyişdirilməsini, həmçinin 6 saylı əlavəyə uyğun aparılmasını məcbur edir. Bax bu sadə bir səbəbdən Azərbaycan Respublikası sürücülük vəsiqələri xarici ölkələrdə keçərli deyil.
Bəs nə etmək lazımdır? Saytımızda xüsusi ərizə formasını yükləyərək, onu Daxili İşlər Nazirliyi BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova göndərin. YHQ-nun 35-cü maddəsinə əsasən sürücülük vəsiqəsində aşkara çıxarılan səhvlər BDYPİ-nin hesabına aradan qaldırılmalıdır.
Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
Beləliklə sürücülük vəsiqənizi dəyişdirilməsi ilə bağlı həm YHQ -nun 34-cü maddəsi, həm də konvensiyaya uyğun olaraq 6 cı əlavəyə uyğun yeni vəsqələr əlavə qüvvəyə mindikdən 5 ildən gec olmayaraq, yəni 29 mart 2016-cı ildən sonra verilən bütün vəsiqələr dəyişdirilməlidir.
Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Azərbaycanın sürücülük vəsiqəsinin digər xarici ölkələrdə tanınması ilə bağlı hər hansısa problem yaranmasının mümkün olmadığını deyib.
Bildirib ki, sürücülük vəsiqələri ilə bağlı hər ölkənin öz qanunları var:
“Şəxsən mən sürücülük vəsiqəmizdən xarici ölkələrdə istifadə etmişəm və hər yerdə də tanınıb. Əgər belə bir fikirlər səsləndirirlərsə, bizə hansısa vətəndaşımızın sürücülük vəsiqəsinin xarici ölkədə tanınmaması ilə bağlı bir fakt desinlər.
Hər bir dövlətin bu məsələ ilə bağlı öz qanunları var. Həmçinin Azərbaycanda da belə qanunlar öz əksini tapır. Məsələn, xarici ölkə vətəndaşları və yaxud xarici ölkələrdən sürücülük vəsiqəsi almış Azərbaycan vətəndaşları ölkəyə daxil olduğu müddətdə aldığı sürücülük vəsiqəsindən bir ay ərzində istifadə edə bilər.
Daha sonra həmin şəxs Azərbaycanda milli sürücülük vəsiqəsi almalıdır. Qanun hər ölkədə müxtəlif faktlarda və müxtəlif formalardadır. Eynilə də istər Almaniyada, istər İspaniyada, istərsə də Avropanın digər ölkələrində qanun bu formada tənzimlənir. Bu o demək deyil ki, bizim sürücülük vəsiqələrimiz konvensiya faktlarının tələblərinə uyğun deyil və tanınmır”.
Milli sürücülük vəsiqələrində şəxs haqqında məlumatın Azərbaycan dilinin əlifbasına uyğun formada yazılmadığının və konvensiyanın konteksindən çıxarılaraq bənd ardıcıllığının pozulduğu məsələsinə toxunan K. Əliyev qeyd edib ki, həmin bu səbəblərə görə, digər ölkələrdən DYP-yə vətəndaşlarımıza protokol yazılması və məsuliyyətə cəlb olunması ilə bağlı heç bir məlumat daxil olmayıb:
“Bəli bu haqda məlumatım var. Məsələ burasındadır ki, hansı şəxs ümumi vətəndaş pasportu olmadan xarici dövlətə gedə bilir? Ən azından kimdəsə bir şübhə yaranırsa, o sürücülük vəsiqəsilə yanaşı öz ümumi vətəndaş pasportunu göstərir.
Həmin pasportda da şəxsin ad və soyadı eyni formada yazılır. Yəni, latın əlifbasına uyğun olaraq qeyd olunur. Buna görə də şəxs haqqında məlumatın yazılışı məsələsi heç bir problem yarada bilməz.
Bu mövzu ilə əlaqədar məlumatlar bizə daha çox Rusiyadan daxil olur. Belə olduğu təqdirdə isə vətəndaşdan həmin məsələyə görə, məsuliyyətə cəlb olunub-olunmaması ilə bağlı DYP-yə məlumat verməsini tələb etmişik. Deyə bilərəm ki, heç kəsə bununla bağlı protokol yazılmayıb və məsuliyyətə cəlb olunmayıb”.
Comments are closed, but trackbacks and pingbacks are open.