Press "Enter" to skip to content

Xidməti müqavilə

1.1. SİFARİŞÇİ ona məxsus olan köhnə avadanlıqların əsaslı təmirini, modernləşdirilməsini İCRAÇIya sifariş verir və İCRAÇI həmin sifarişi mütəmadi olaraq yerinə yetirir.

Azərbaycanda xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır

Bakı. 31 oktyabr. REPORT.AZ/ “İşəgötürən təşkilatlar qarşısında mülki-hüquqi müqavilə, yəni xidməti müqavilə əsasında çalışan işçilərlə bağlı yeni tələblər qoyulacağı, bununla da real olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan ediləcəyi planlaşdırılır”. “Report” xəbər verir ki, bunu “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov “Vergilər” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır və yaxın vaxtlardan təsdiq olunması üçün aidiyyəti qurumlara təqdim ediləcək. Bu sahədə əsas yeniliklərdən biri xidməti müqavilə ilə çalışanların siyahısının elektron şəkildə hazırlanması olacaq: “Xidməti müqavilələrin izahı ilə bağlı “Məşğulluq xidməti haqqında” qanunda hər hansı anlayış yox idi. Həmin qanuna edilmiş dəyişikliklərdə isə mülki-hüquqi xarakterli müqavilələr haqqında konkret izahat verilib. Ümumiyyətlə, bu cür müqavilələr Mülki Məcəllə ilə tənzimlənir. Yəni, bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur. Halbuki Əmək Məcəlləsinə əsasən, hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əməkhaqqı, əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir. Bütün bunlar əmək müqaviləsi ilə çalışan işçilər üçün gələcəkdə bir sıra sosial üstünlüklərə təminat yaradır. O cümlədən, işçi işlədiyi dövrdə hər hansı zədə, yaxud peşə xəstəliyi alarsa, bülletenə çıxarsa, buna görə ödəniş almalı və bunlar əmək müqaviləsində əksini tapmalıdır. Xidməti müqavilə əsasında çalışanlar isə bu sosial hüquqlardan bəhrələnmək imkanına malik deyil”. İ.Həsənov bildirib ki, yeni hazırlanan qaydalar qanunvericilikdə nəzərdə tutulmuş iş rejimində çalışan, lakin mülki-hüquqi əsaslarla işə cəlb edilən işçilərin xidməti müqavilədən əmək müqaviləsinə keçirilməsini nəzərdə tutur. Belə ki, xidməti müqavilə adı altında uzun müddət eyni yerdə çalışanların müqavilələri dəyişdirilərək əmək müqaviləsinə daxil ediləcək. Nazirlik rəsmisi deyir ki, xidməti müqavilə əsasında çalışanların VÖEN-i olsa da, bu, bir çox hallarda formal xarakter daşıyır: “İşəgötürən tərəfin göstərdiyi xidmətin müqabilində ona verdiyi əməkhaqqından vergi və icbari sosial sığorta haqqı ödənilir. Bununla da işəgötürən vergi və sosial sığorta ödənişlərinə dair öhdəlikləri ona xidmət göstərən işçinin üzərinə qoyur. Həmin şəxsin işçi kimi digər sosial hüquqları, o cümlədən əmək məzuniyyəti, əməkhaqqına əlavələr, istirahət müddəti bütünlüklə itirilmiş olur. Çünki xidməti müqavilələrdə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər sosial müdafiə xarakterli hüquqlar əks etdirilmir”. İ.Həsənov bildirir ki, əgər işçi 3-4 il eyni sahədə və müəssisədə çalışırsa, üstəlik hər gün saat 9:00-dan 18:00-dək işdə olursa, bu, artıq əmək münasibətidir: “Bu, onu göstərir ki, həmin həxs daimi işçi kimi çalışır və belə olan halda, onun xidməti müqavilə əsasında çalışan kimi rəsmiləşdirilməsi düzgün deyil. Ona görə də yeni hazırlanan qaydalara əsasən, xidməti müqavilələr yalnız konkret iş qrafiki olmayanlarla imzalanacaq. Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, hansısa mütəxəssisə müraciət edir. Belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər. Yeni qaydalara görə isə maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Hətta elə sahələr var ki, orada işçinin xidməti müqavilə ilə çalışma müddəti 3-4 aydan çox olmamalıdır. Bu, o deməkdir ki, işçinin mülki-hüquqi müqavilə əsasında çalışdığı iş yerləri müvəqqəti işlər hesab ediləcək”. Nazirlik rəsmisi deyir ki, bəzi işəgötürənlər xidməti müqavilə əsasında işə götürdükləri işçiləri əmək müqaviləsinin tələblərinə uyğun şəkildə işlədir və bu, illərlə davam edir. Bu cür halların üzə çıxarılması üçün xidməti müqavilə əsasında çalışanların da siyahısı məşğulluq reyestrinə daxil ediləcək. Başqa sözlə, ölkədə faktiki məşğul əhali bütünlüklə qeydə alınacaq və bu zaman onların əmək, yoxsa xidməti müqavilə əsasında çalışdığı reyestrdə əksini tapacaq: “Bu qaydaların tətbiqinə bütün məşğul şəxslərin siyahısı tam dəqiqləşdirildikdən sonra başlanacaq. Çünki mülki-hüquqi şəxslər tərəfindən Dövlət Statistika Komitəsinə verilən məlumatda xidməti müqavilə əsasında işləyənlərin sayı faktiki göstəricilərin çox cüzi hissəsini təşkil edir. Məsələn, 2017-ci ildə xidməti müqavilə əsasında çalışan işçilərin sayının 8,1 min nəfərdən bir qədər artıq olduğu göstərilir. Halbuki belə işçilərin faktiki sayı dəfələrlə çoxdur. Heç kəsə sirr deyil ki, əksər xidmət sahələrində, o cümlədən ictimai iaşə və əyləncə obyektlərində xidməti müqavilə əsasında işləyənlər çoxluq təşkil edir”.

Xidməti müqavilə

Satışı bitən “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Bakı şəhəri «___»______20 -ci il.

Bir tərəfdən «AA» MMC (bundan sonra SİFARİŞÇİ adlandırılacaq), cəmiyyətin direktoru __________________ şəxsində, digər tərəfdən «SS» MMC (bundan sonra İCRAÇI adlandırılacaq), cəmiyyətin direktoru __________________________ şəxsində bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar.

  1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. SİFARİŞÇİ ona məxsus olan köhnə avadanlıqların əsaslı təmirini, modernləşdirilməsini İCRAÇIya sifariş verir və İCRAÇI həmin sifarişi mütəmadi olaraq yerinə yetirir.

1.2. Müqavilə imzalandığı gündən 2 (iki) il müddətində qüvvədədir.

  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1.1. əsaslı təmir, modernləşdiriləsi avadanlıqlar barəsində əvvəlcədən İCRAÇIya məlumat verməlidir;

2.1.2. xidmət haqqının vaxtında ödənilməsini təmin etməlidir;

2.1.3. avadanlıqların ona məxsus olmasına cavabdehlik daşıyır;

2.1.4. istehsalat zərurəti yarandıqda avadanlıqların təmiri üçün onları İCRAÇInın iş yerinə çatdırmalıdır.

2.1.5. əsaslı təmir, modernləşdirilmiş avadanlıqlarda görülmüş işləri təhvil-təslim aktı ilə təhvil almalıdır.

2.2.1. verilmiş sifarişin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür.

2.2.2. İCRAÇIdan xidmət haqqının vaxtında ödənilməsini tələb edir.

2.2.3. görülmüş işləri müvafiq sənədlərlə (aktlarla) rəsmiləşdirməklə təhvil verir.

2.2.4. avadanlıqların təmirini, modernləşdirilməsini SİFARİŞÇİnin iş yerində həyata keçirməlidir. İstehsalat zərurəti yaranarsa, öz iş yerində həmin işləri yerinə yetirə bilər, bu haqda əvvəlcədən SİFARİŞÇİyə məlumat verməlidir.

3.1. SİFARİŞÇİ ilə İCRAÇI arasında görüləcək işlərin ümumi dəyəri 10.000 (on min) manat müəyyənləşdirilir. Görülmüş işlərin, istifadə olunmuş mal-materialların, ehtiyat hissələrinin dəyəri təhvil-təslim sənədlərində öz əksini tapacaq.

3.2. Ödəniş təhvil-təslim aktına əsasən aparılacaqdır.

3.3. Xidmət haqqı, hər bir görülmüş iş üçün təhvil-təslim aktı imzalandıqdan sonra SİFARİŞÇİ tərəfindən İCRAÇIya 3 (üç) gün ərzində köçürmə qaydasında ödəniləcək.

  1. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

4.1. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Tərəflər fors-major hallarında bu müqavilə şərtlərinin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edilirlər.

5.1. Tərəflərin istək və arzularından asılı olmayan, qabaqcadan bilinməsi və ya ağlabatan vasitələrin köməyi ilə qarşısının alınması mümkün olmayan şərait üzündən , o cümlədən, müharibə elan edilməsi, yaxud faktiki müharibə, mülki iğtişaşlar, epidemiyalar, blokada, embarqo, zəlzələlər, daşqınlar, yanğınlar, başqa təbii fəlakət və hökumətin qadağa tədbirləri nəticəsində öhdəliklərin yerinə yetirilməməsinə görə tərəflərdən heç biri digər tərəf qarşısında məsuliyyət daşımır.

  1. MÜBAHİSƏLƏRİN HƏLLİ

6.1. Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılıqla həll olunur.

6.2. Qarşılıqlı razılıqla həll olunmayan mübahisələr məhkəmə qaydasında həll edilir.

  1. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ REKVİZİTLƏRİ

Direktor: ___________ Direktor: __________

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

Comments are closed, but trackbacks and pingbacks are open.