Xəlil rza ulutürk seçilmiş əsərləri
Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Gəncə şəhərində Xalidə Səfərova, Rza Məmmədov, Gennadiy Brijatyuk, Fazil Əliyev və heykəltəraş Qorxmaz Sücəddinovun yaradıcılığına həsr olunmuş “Gəncə rəssamları” albomu təqdim edilib; xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunub.
“Xalq Əmanəti” Xəlil Rza Ulutürkün seçilmiş əsərlərini təqdim edir (FOTO)
“Xalq Əmanəti” layihəsinin on birinci nəşri XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, tükənməz yaradıcı enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 26 dekabr /Trend/
“Xalq Əmanəti” layihəsinin on birinci nəşri XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, tükənməz yaradıcı enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub.
Dekabrın 26-da oxuculara təqdim edilən dördüncü ədəbi topluda xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb. X.R.Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan X.R.Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib. Onun zəngin obrazlı-poetik aləminə səyahət mənəvi dünyagörüşünü işıqlandırmaq, zənginləşdirmək, eyni zamanda saflaşdırmaq deməkdir. Məhz buna görə X.R.Ulutürkün irsinə olan oxucu marağı tükənmir.
Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Gəncə şəhərində Xalidə Səfərova, Rza Məmmədov, Gennadiy Brijatyuk, Fazil Əliyev və heykəltəraş Qorxmaz Sücəddinovun yaradıcılığına həsr olunmuş “Gəncə rəssamları” albomu təqdim edilib; xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunub.
Xəlil Rza Ulutürkün seçilmiş əsərləri təqdim olundu – FOTO
Bu kitab “XalqBankın” “Xalq Əmanəti” layihəsinin on birinci nəşridir. Topluda xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb.
Dünən keçirilən tədbirdə iştirakçıları ilk əvvəl Xəlil Rzanın səsi “salamladı”, başqa sözlə desək, mərasim şairin şeirinə çəkilmiş videoçarxla başladı.
Daha sonra tədbiri açıq elan edən millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov dövlətimizin mədəniyyət siyasətindən danışdı və bildirdi ki, maddi imkanları mənəvi dəyərlərə çevirmək elə bu siyasətin tərkib hissədir. X.R.Ulutürkü Azərbaycan ədəbiyyatının günəşi adlandıran natiq bildirdi ki, şair öz azadlıq carçısı missiyasını sonadək çiyinlərində daşıyıb, hətta bu yolda zindana da düşüb.
Kitabın giriş sözünün müəllifi tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Teymur Kərimli şairi “millətin dostu” adlandırdı, qeyd etdi ki, şair həm də Azərbaycan üçün böyük işlər görmüş ictimai xadimdir: “Xəlil, doğrudan da, dost idi, millətinin dostu, həmkarlarının dostu, həməsrlərinin dostu idi. Düşmən isə onun misralarının odu-alovu qarşısında dayana bilməzdi. Nə qədər ki, Azərbaycana ikili standartlar tətbiq olunur, dövlətimizin uğurlarına qısqanclıqla yanaşılır, nə qədər ki, ölkəmizə düşmən münasibətdə olanlar var, o müddətcə Xəlil Rza yaradıcılığı aktuallığını qoruyub saxlayacaq”.
Xalq şairi Zəlimxan Yaqub da şairin şeirlərindən və onun dünya şeirindən etdiyi tərcümələrdən sitatlar gətirdi, X.R.Ulutürklə bağlı xatirələrini bölüşdü, onun yaradıcılığının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Xəlil Rza Azərbaycanda bütöv bir qəhrəmanlar nəsli yetişdirib.
Kitabın tərtibçisi ədəbiyyatşünas Yusif Günaydın toplunun tərtibat prinsiplərindən danışdı. Xəlil Rza irsinin tədqiqatçısı Əlizadə Əsgərli və tanınmış şair Vahid Əziz isə şairin yaradıcılığındakı mühüm məqamlara toxundular.
Sonda çıxış edən şairin ömür-gün yoldaşı, onun şeirlərinin araşdırmaçısı Firəngiz Ulutürk bu kitabın onun üçün önəmindən, Xəlil Rza irsinə dövlətin göstərdiyi qayğıdan bəhs etdi və layihə ilə bağlı təşəkkürlərini bildirdi.
Sonda qonaqlar şairin həyat və yaradıcılığına həsr olunan sərgiyə tamaşa etdilər.
Xatırladaq ki, əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində xalq rəssamları – Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub, və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunub.
Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Rəbiqə
Comments are closed, but trackbacks and pingbacks are open.