Press "Enter" to skip to content

CİNAYƏT HÜQUQU (ÜMUMİ HİSSƏ)

Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın
vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.
Uşağın səhhətinə zərərli tə’sir göstərən dini ayinlərin
icrasına cəlb edilməsi qadağandır.

UŞaq hüquqlari haqqinda azərbaycan respublikasinin qanunu

hüquqları Bəyannaməsinə, Uşaq hüquqlarına dair Konvensiyaya və
digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan
Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar
barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların
müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki
şəxslərin vəzifələrini müəyyən edir.

I FƏSİL. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun tə’sir dairəsi

Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri

18 yaşına çatmamış hər bir şəxsə aid edilir.

Maddə 2. Uşaq hüquqları barəsində qanunvericilik

Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və
Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından
ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu
Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdırma
bilməz.

Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti

Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi
və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi
tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi
formalaşmasının tə’min edilməsinə yönəldilir.
Dövlət siyasəti millli və yerli xüsusiyyətlər nəzərə
alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında
həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət
orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak
edə bilərlər.

Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini

müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları,
bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı
təşkilatları tə’min etməlidirlər. Bu orqanlar, birliklər və
təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi
prinsipini əsas tutmalıdırlar.

Maddə 5. Uşaq mənafelərinin üstünlüyü

Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz
fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların
hüquqlarının tə’min olunmasına şərait yaratmalıdırlar.
Azərbaycan Respublikasının normativ hüquqi aktları və
müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və
onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə
zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran
hər hansı əqd e’tibarsızdır.

Maddə 6. Uşaqların hüquq bərabərliyi

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların,
onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial
və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli
mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi
baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar
ayrı-seçkiliyə mə’ruz qala bilməzlər.Uşaqlar valideynlərinin və ya
onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs’uliyyət
daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların
hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq
uşaqların valideynləri barəsində eyni hüquqları vardır.

Maddə 7. Uşağın nümayəndələri

Uşağın valideynləri, eləcə də övladlığa götürənlər,
qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların
hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.

Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və
mə’nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti
tə’min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi,
sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ

Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi
hüququ vardır. Dövllət uşaqların həyatının mühafizəsi və sağlam
inkişafını tə’min edir, ekoloji təhlükəsizliyini tə’min edən
şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə
təchizi üçün müvafiq tədbirlər görür.
Alkoqol və tütün mə’mulatlarının uşaqlara satılması, habelə
onların istehsalında və satışında uşaq əməyindən istifadə
edilməsi qadağandır.

Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ

Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq
əldə edir.
Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə,
valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya
göstərişi əsasında verilir.

Maddə 11. Uşağın tərbiyə almaq hüququ

Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri
dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə
almaq hüququ vardır.
Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər
və məktəbdənkənar uşaq tə’lim-tərbiyə müəssisələrində aparılır.
Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik
tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə
belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik
göstərir.
Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və
pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mə’nəvi
inkişafına zərərli tə’sir göstərən filmlərin, ədəbiyyatların və
digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə
bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır.

Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya
həbs edidikdə bu barədə onun valideynlərinə və ya digər qanuni
nümayəndələrinə dərhal mə’lumat verilməlidir.
Uşaq, valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən
qəddar rəftara mə’ruz qaldıqda müvafiq icra hakimiyyəti və
prokurorluq orqanları, ictimai təşkilatlar vasitəsilə müdafiə
olunmaq hüququna malikdir.
İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar
hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün
müvafiq orqanlara müraciət edə bilər.
Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara
yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi,
uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik
hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət
məs’uliyyətinə səbəb olur.

Maddə 13. Uşağın zəruri maddi tə’minat hüququ

Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə’minat
almaq hüququ vardır.

Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı

Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın
vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.
Uşağın səhhətinə zərərli tə’sir göstərən dini ayinlərin
icrasına cəlb edilməsi qadağandır.

Maddə 15. Uşağın mə’lumat azadlığı

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər
bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən
mə’lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır.

Maddə 16. Uşağın əsas vəzifələri

Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan
Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə
yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə,
digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa
xalqların ən’ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq,
tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına
valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin
uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail
olunur.

II FƏSİL. UŞAQ VƏ AİLƏ

Maddə 17. Uşağın ailədə yaşamaq hüququ

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı

görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş
hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan
ayırmaq qadağandır.

Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan
uşağın onları tanımaq, habelə bu ona mənfi tə’sir göstərmirsə,
valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

Maddə 19. Valideynlərin hüquq və vəzifələri

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri
vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli
dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata
hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,
onun maddi və mə’nəvi tələbatlarının tə’min edilməsi, hüquq və
mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata
keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla
nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə
bilər.
Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri,
övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məs’uliyyət daşıyırlar.

Maddə 20. Uşağın mənzil hüququ

Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları
mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları
vardır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq
üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara
(himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə
hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin
uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn
himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar tə’min
edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin
bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq həyata keçirilir.

Maddə 21. Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına

Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin

əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər
ikisi və ya biri xəbərsiz itkin düşmüş e’lan edildikdə isə
onların əmlakı hesabına saxlanmaq hüququ vardır.

III FƏSİL. UŞAQ VƏ CƏMİYYƏT

Maddə 22. Uşağın təhsil almaq hüququ

Hər bir uşağın Azərbaycan Respublikasının təhsil

qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.
Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına,
zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait
yaratmalıdır.
Uşaqların icbari ümumi orta təhsildən yayındırılması
qadağandır.

Maddə 23. Fitri iste’dada malik uşaqlara dövlət qayğısı

Dövlət fitri iste’dada malik uşaqların erkən yaşdan üzə
çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün
tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən eir,
xüsusi təhsil müəssisələrinin sistemini yaradır və
maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.

Maddə 24. Uşağın əmək hüquqları

Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı
səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.
Uşaqların əmək hüququnun yaranmasının və həyata
keçirilməsinin şərtləri Azərbaycan Respubllikasının əmək
qanunvericiliyi ilə müəyyən edilir.

Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək
hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq
məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə
müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və
müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında
mənfi tə’sirlərə mə’ruz qalmasının qarşısını alan tədbirlər
görməlidirlər.
Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil
etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını
tə’min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və
gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər
istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir,
bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən
edir.
Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar
istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə
vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər
üçün istifadə olunması qadağandır.

Maddə 26. Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ

Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada
ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və
onlarda birləşmək hüququ vardır.
Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət
orqanlarının siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.

Maddə 27. Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ

Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ
vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar
müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı,
tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların
təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir.
Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məs’uliyyətə
səbəb olur.

Maddə 28. Uşağın istismardan və zərərli tə’sirlərdən

Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi

vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli
və təhlükəli əməkdən mühafizə edir.
Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi
istismarı, onların alkoqolizmə, dilənçiliyə, qumara, fahişəliyə,
narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar
məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq
məs’uliyyətə səbəb olur.

Maddə 29. Uşaqlara sosial yardımlar

Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər,
kompensasiyalar formasında sosial yardımlar verir.
Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları
əlavə yardım və imtiyazlar tətbiq edə bilər.
Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf
olunmalıdır.

IV FƏSİL. ƏLVERİŞSİZ ŞƏRAİTƏ DÜŞMÜŞ UŞAQLARIN MÜDAFİƏSİ

Maddə 30. Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi
üzrə dövlət proqramları

Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji

fəlakətlər zonasında yaşayan və ya onların tə’sirinə mə’ruz
qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri
olmayan), aztə’minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının
müdafiəsini xüsusi proqramlar əsasında tə’min edir.

Maddə 31. Valideyn himayəsindən məhrum olmuş uşaqların

Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların

övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi,
bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə
yerləşdirilməsi üsulu ilə tə’min edilir.
Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və
mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə
alınmalıdır.
Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum
olmuş uşaqlar tam dövlət tə’minatdadırlar. Onlar Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və
imtiyazlardan istifadə edirlər.

Maddə 32. Övladlığa götürmə

Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal
inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır.
Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi
qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər
tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan
Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin
qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 33. İnternat müəssisələrində uşaqların saxlanmasının və

Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların

tə’lim-tərbiyəsinin təşkili və keyfiyyətinə görə həmin
müəssisələrin rəhbərləri məs’uliyyət daşıyırlar.
Antipedaqoji və əxlaqsız hərəktlərə yol vermiş şəxslərin
uşaq müəssisələrində işləməsinə yol verilmir.
Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların
hərtərəfli fiziki və mə’nəvi inkişafı, şəxsiyyətinin formalaşması
məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və
mə’nəvi-psixoloji şərait yaradılır.

Maddə 34. İnternat müəssisələri mə’zunlarının müdafiəsi

İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş
mə’zunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssisələrin
rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilir.
Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat
müəssisələrinin mə’zunlarının Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş miqdarda tə’minat almaq hüququ
vardır.
Yaşayış sahəsi olmayan mə’zunların yetkinlik yaşına çatana
qədər bu müəssisələrdə qalmasına icazə verilir.

Maddə 35. Əlil, əqli və fiziki çatışmazlıqları olan uşaqların

Əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqların

növbədənkənar, pulsuz və ya güzəştlə tibbi, defektoloji və
psixoloji yardım almaq hüququ vardır.
Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına,
imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb
olunmalarına köməklik göstərir, uşaq əlilliyinin qarşısını almaq
üçün müvafiq tədbirlər görür.

Maddə 36. Əlil uşağa qulluq edən şəxslərə verilən

16 yaşınadək əlil uşağa qulluq dövrü pensiya hüququ verən iş

stajına daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə
müavinət ödənilir.

Maddə 37. Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi

Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi
ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquqi normalara
uyğun olaraq tə’min etməyi öz üzərinə götürür.
Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların
təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və
sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə
etməlidirlər.
15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa
iştirakı qadağan edilir. Uşaqların hərbi-təhsil məktəblərinə cəlb
edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilir.

nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi

Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar

nəticəsində əlverişsiz şəraitə düşmüş və ya zərər çəkmiş uşaqlara
tə’cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə
köçürülməsi üçün tə’xirəsalınmaz tədbirlər görür.
Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn
himayəsindən məhrum olmuş digər uşaqlar üçün nəzərdə tutulmuş
qaydada dövlət tərəfindən müdafiə olunurlar.

Maddə 39. Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status
almaq hüququ var. Dövlət onları lazımi müdafiə və humanitar
yardımla tə’min etmək üçün tə’cili müvafiq tədbirlər görür, belə
uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət
təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.

Maddə 40. İnzibati hüquq pozuntusu törətmiş uşaqların

işlərinə baxılmasının xüsusiyyətləri

İnzibati hüquq pozuntusu törətmiş uşaqların işlərinə

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində
qərar çıxarılarkən uşağa humanist mövqedən yanaşılmalıdır.
Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı,
həyat şəraiti, səhhəti, psixi inkişafı və təhsili nəzərə
alınmalıdır.

Maddə 41. Xüsusi tərbiyə müəssisələrində olan uşaqların

Uşaqların xüsusi tə’lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış

tibb müəssisələrinə göndərilməsinə yalnız Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol
verilir.
Xüsusi tə’lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb
müəssisələrində olan uşaqların onlarla humanist davranması,
səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq,
mə’zuniyyət, yazışma, valideynləri və qohumları ilə görüşmək
hüququ vardır.

Maddə 42. Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin

Uşaqlar barəsində istintaq hərəkətləri onların ləyaqət və

mənliyini qoruyan, yaşını və fərdi xüsusiyyətlərini nəzərə alan
xüsusi metodika əsasında aparılmalıdır. Uşaq şübhə edilən şəxs,
müttəhim qismində cəlb edildiyi və ya tutulduğu andan müdafiəçi
ilə tə’min olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş hallarda istintaq hərəkətləri uşağın
valideynlərinin digər qanuni nümayəndələrinin və ya müəlliminin
iştirakı ilə aparılır. Uşağa psixi və fiziki tə’sir göstərmək,
onu şahid ifadəsi verməyə və ya təqsirli olmasını boynuna almağa
məcbur etmək qadağandır.
Uşağa azadlıqdan məhrumetmə cəzası tətbiq edilərkən işin
hallarından asılı olaraq azadlıqdan məhrumetmə cəzasının qanunda
nəzərdə tutulmuş aşağı həddi tə’yin edilə bilər.
Həbs və ya məhkum edilmiş uşağı onun mənafeyinin tələb etdiyi
hallardan başqa yaşlılarla bir yerdə saxlamaq qadağan edilir.
Uşaqların saxlandığı azadlıqdan məhrumetmə yerlərinin
müdiriyyəti onların vicdanlı və layiqli vətəndaş kimi yetişməsi,
müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait
yaratmalıdırlar.

V FƏSİL. YEKUN MÜDDƏALAR

Maddə 43. Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin
və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili

Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq

baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.

Maddə 44. Bu Qanunun pozulmasına görə məs’uliyyət

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məs’uliyyət daşıyırlar.

Maddə 45. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin
beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 1998-ci il

CİNAYƏT HÜQUQU (ÜMUMİ HİSSƏ)

Cəza-icra siyasəti dövlətin cəzanın məqsədlərinin, onların həyata keçirilməsinin dövlət-hüquq mexanizminin, cəzaların icrası prosesinin təşkilinin müəyyən edilməsi üzrə fəaliyyətindən ibarətdir. Onun praktiki olaraq həyata keçirilməsinin əsas vasitəsini Cəza-icra hüququ təşkil edir. Cəza-icra hüququ Cinayət hüququ və Cinayət-prosessual hüquqla yanaşı, cinayətkarlıqla mübarizə silsiləsinə daxil olan müstəqil, inkişaf etməkdə olan hüquq sahəsidir. O, öz institut və normalarında dövlətin cəzaların icrası sahəsindəki siyasətinin əsas müddəalarını təsbit edir. Cəza-icra hüququnun müstəqilliyini onun özünə məxsus hüquqi tənzimləmə predmetinə və buna müvafiq olan hüquqi tənzimləmə metoduna, habelə cəza-icra siyasətinin həyata keçirilməsinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, əsas forma və vasitələrini təsbit edən xüsusi normalar sisteminə malik olması sübut edir. Təqdim olunan dərslik Azərbaycan hüquq elminə qiymətli töhfədir.

Yükləməyə Keç [7,03 Mb] [ : 934] –>

Ailə hüququ

Ailə hüququ milli hüququn bir sahəsi olub, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə hüququnun özünəməxsus predmeti, xüsusi məqsədi və prinsipləri vardır. Bunlar ailə hüququnu, hüququn digər sahələrindən fərqləndirir. Şəxsi münasibətlərin nizamlanması ailə hüququnun başlıca məqsədidir. Ailədə əmələ gələn əmlak münasibətləri isə ikinci dərəcəli rol oynayır və şəxsi münasibətlərdən asılıdır.
Hüquqşünasların əksəriyyəti ailə hüququnu, hüququn müstəqil bir sahəsi kimi qəbul etməklə yanaşı, onu mülki hüquqla sıx əlaqələndirirlər. Bu, hər şeydən əvvəl bu iki hüquq sahəsinin tənzim etdiyi münasibətlərin oxşar cəhətləri ilə bağlıdır. Belə ki, ailə münasibətlərində müvafiq qanunvericilikdə boşluq yarandıqda məhz mülki hüquq normaları tətbiq olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Respublikamızda ailə qanunvericiliyinin əsasını Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsi və bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Qüvvədə olan ailə hüququnun mənbələri sırasında ilk növbədə Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasını qeyd etmək lazımdır. Çünki, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olub, respublikamızın qanunvericilik sisteminin əsasıdır. Bütün digər qanunlar Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilir.
İctimai-siyasi həyatın bütün sahələrini tənzim edən, Azərbaycan Respublikasının bəşər tarixinin onilliklərlə, yüzilliklərlə sınaqlardan keçmiş beynəlxalq normaya çevrilmiş ən ali dəyərlərə – insan hüquqları, milli suverenlik və demokratiya prinsiplərinə əsaslanan bu Konstitusiya ailə hüququnun da əsas müddəalarını özündə əks etdirir. Bütün vətəndaşların qanun qarşısında bərabərliyi, qadının və kişinin eyni hüquqa malik olması, ailəyə dövlət tərəfindən yardım göstərilməsi və s. prinsipləri elan etməklə Konstitusiyamız dünyanın ən demokratik, humanist konstitusiyalarından biri olduğunu təsdiq etmişdir. Konstitusiyanın 17-ci maddəsi elan edir ki, bizim cəmiyyətdə ailə dövlət tərəfindən xüsusi olaraq himayə edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyi valideynlərin əsas vəzifəsi hesab edən Konstitusiya, bu vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən nəzarət edildiyini də göstərmişdir. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Valideynlərin hüquq və vəzifələrini qeyd etməklə yanaşı, bu maddə onlara hörmət etməyi və qayğılarına qalmağı da uşaqların borcu hesab edir.

Ailə hüququnun mənbələri içərisində Azərbaycan Respublikasının 2000-ci il 1 iyun tarixindən qüvvəyə minmiş yeni Ailə Məcəlləsi əsas yer tutur. Ailə münasibətlərini ətraflı normalaşdıran bu məcəllə qanunların sistematik külliyyatı olmaqla 8 bölmə, 28 fəsil, 195 maddədən ibarətdir. Məcəllə respublika vətəndaşlarının ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması; ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə Vətənə sədaqət ruhunda tərbiyə edilməsi; ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi vəzifələrini qarşısına məqsəd qoyan bu məcəllə, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılmasını qadağan edir.

Ailə forması – insanların qarşılıqlı münasibətlərinin xüsusi sahəsini təşkil edir. Ancaq bu münasibətlər şəxsi, intim xarakter daşıdığı hallarda, tamamilə, hüquq normaları ilə nizama salınmır. Bununla belə, cəmiyyətin mövcudluğu, xoşbəxtliyi və firavanlığı əsasən, ailə münasibətlərinin sağlam inkişafından asılıdır. Böyüməkdə olan nəsillərin sağlamlığının möhkəmləndirilməsində və tərbiyəsində, cəmiyyətin iqtisadi və sosial tərəqqisinin təmin edilməsində, demoqrafiya proseslərinin yaxşılaşdırılmasında ailənin rolu hüdudsuzdur. İnsanın xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətinin əsasları ailədə formalaşır. Cəmiyyət möhkəm, mənəvi və əxlaqi cəhətdən sağlam ailələr olmasını ürəkdən istəyir. Buna görə də respublikamızın ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailə hüququ nikahdan, qohumluqdan, uşaqları övladlığa və daimi tərbiyəyə götürməkdən əmələ gələn şəxsi, yəni qeyri-əmlak münasibətlərini və bunlarla əlaqədar əmlak münasibətlərini tənzim edən hüquq normalarının məcmusundan ibarətdir. Demək, ailə hüququnun predmeti dedikdə, ailədə ərlə arvad arasında, ailənin digər üzvləri arasında əmələ gələn şəxsi və əmlak münasibətləri başa düşülür.

Comments are closed, but trackbacks and pingbacks are open.