Press "Enter" to skip to content

Kurrikulum ve tehsil

Çoxpalanlı fəaliyyətə cəlb etməklə aparıcı fəaliyyət növündən səmərəli şəkildə istifadə etməklə yetişən gənc nəslin şəxsiyyətinin formalaşmasına nail olmaq mümkündür.

Yeniyetmələrin əsas psixoloji problemləri. Psixoloq yazır

Yetkinlik, fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.

Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır. Uşaqlıqda başlayan yetkinlik qavramı, yeniyetməlik dövründə pik nöqtəyə çatır. 13-14 yaşlarında başlayır, 17-21 yaşlarında bitir.

Qızlarda 11-13 yaş

Oğlanlarda 13-15 yaş

Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri:

– Qaydalara qarşı dirəniş

– Cinsiyyətə hədsiz maraq

– Özgüvənsizliklə və s. ilə özünü göstərir.

Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır. Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır. Eqoizm, ətrafdakıların hisslərinə laqeydlik, neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir. Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür. Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.

Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən, nəticə aydındır: aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır.

Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər. Məsələn: bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.

Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər. Əgər yeniyetmənin aqressiv hərəkətə cavab vermək imkanı olmursa, nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.

Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir. Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.

Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir. Bu mövqedən çıxış edərək, kişinin güclü, müstəqil, aktiv, aqressiv, şəxsi mailiyyətlərə yönəlmiş və s. qadının isə zərif, dözümlü, zəif, asılı, emosional, nəzakətli, ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.

Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq, “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan, yeniyetməlik dövrünə keçmənin çətinlikləri, 2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu, 3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət: normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları, böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.

İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur, sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir. İnsanın inkişafında bioloji, sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir. Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir. Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.

Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.

Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir. Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının, hisslərinin, həyat planlarını, təfəkkürün formalaşmasında mühüm rol oynayır. Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa, yeniyetməyə mənəvi, psixoloji cəhətdən yaxın, onun dayağı olan insanların mübahisəsi, xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir. Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin, həyəcanın, aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır. Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması, valideynlərin ona münasibəti çox vacibdir. Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur. Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə, özünə, yaşıdlarına qarşı neqativ hisslər yaradır.

Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir. Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s. Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.

Narınc uşaq psixologiya mərkəzinin psixoloqu

Saglamolun.Az

kurrikulum ve tehsil

Məktəbli şəxsiyyətin və onun formalaşmasına təsir edən amillərin öyrənilməsi tərbiiyə prosesinin idarə edilməsinin mühüm şərtidir. Tərbiyədən söhbət açarkən ilk növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Məktəb və müəllimin imkanları dairəsində, şəxsiyyətin formalaşması pedoqoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu mənfilikləri aradan qaldırmaq isə yenidən tərbiyə işi tələb edir. Bu da əvvəlcədən yeni keyfiyyətlərin formalaşmasından qat-qat çətindir. Tərbiyə böyüməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir. Bu isə xüsusi psixoloji mexanizmə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Brinci növbədə tərbiyə prosesinin mahiyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazımdır: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar.

Tərbiyə prosesinin düzgün təşkili həmin cəhətlərin hər birinin xüsusiyyətləri nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünya görüşü, əqidə və ideyaları, qabilliyyətləri, xarakteri lazımi şəkildə formalaşdırıla bilər. Tərbiyə prosesində daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birindən fərlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanlarının yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır. Pedaqoji psixologiyanın banisi K.D.Uşinski “insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyə edirdi”.

Psixoloq Rubnşteyn “ uşaqları tərbiyə edə-edə, öyrədə-öyrədə öyrənməyi lazım bilirdi ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək” söyləmişdir. Buna görə də müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətərini aşkara çıxarmalı, tərbiyəvi tədbir ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır. Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə qənaətə gəlmişlər ki, şagirdşəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi mühüm rol oynayır. Bu baxımdan şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və zəruri olan bir tələb- şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır.

İnsan dünyaya fərd kimi gəlir və ictimai münasibərlər sistemində şəxsiyyətə çevrilir. Burada tərbiyə prosesi həlledici rol oynayır. Uşağın inkişafının, bir şəxsiyyət kimi formlaşmasının mənbələri şəraitini bilmədən tərbiyənin psixoloji mexanizmini açmaq mümkün deyil. İnsanın bir sosial varlıq kimi inkişafının həlledici şərti kimi insani tələbatların ödənilməsindən ibarətdir. İnsanın bir şəxsiyyət kimi inkişafının şərti onun yerinə yetirdiyi çoxplanlı fəaliyyətdir. Fəaliyyəti tərbiyənin əsas amili hesab edirlər. Fəaliyyət prosesində şəxsiyyətin əxlaqi və başqa keyfiyyətləri təzahür tapır, formalaşır. Uşağın tərbiyəçilər tərəfindən təşkil olunan və istiqamətləndirilən, onlarda şəxsiyyətin məqsədəyönəlmiş şəkildə formalaşmasına təsir göstərən fəal fəaliyyət növlərindən birdə təlimdir. Təlim düzgün təşkil edilsə şagirdin inkişafı və sosiallaşma prosesinin müvəffəqiyyətlə həyata keçməsinə səbə olur. Şagird şəxsiyyətinin inkişafı onun məktəbdəki müvəffəqiyyəti və müvəffəqiyyətsizliyindən çox asılı olur. Bu şəxsiyyətin formalaşmasına təsir edir. İnsan şəxsiyyəti fəaliyyətdə ifadə olunur və eyni zamanda fəaliyyət onun şəxsiyyətini formalaşdırır. Tərbiyəvi tədbirlərin həyata keçirilməsi insan fəaliyyətinin psixoloji qanunauyğunluqlarına istinad etməlidir. Fəaliyyətin vahid, qarşılıqlı əlaqəyə malik olan motivlər sistemi şəxsiyyətin psixoloji əsasını təşkil edir. İnsan fəaliyyəti fəaliyyətinin ayrı-ayrı növlərindən- oyun, təlim əmək fəaliyyətində özünəməxsus motivlər sistemi şagirdləri həmin fəaliyyətə yönəltməklə, şəxsiyyətin müxtəlif əlamət və keyfiyyətlərinin formalaşmasına səbəb olur. Fəaliyyət insanın şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Şəxsiyyət ətraf aləmlə fəal qarşılıqlı təsir prosesində formalaşır. Qarşılıqlı təsir isə fəaliyyət sahəsində mümkündür. Fəaliyyətdə insan özünün fəallığını biruzə verir.

Bu fəallıq olmadan fəaliyyətin baş verməsi, son nəticədə isə şəxsiyyətin lazımi səviyyədə formalaşması mümkün deyildir. İnsan fəaliyyətin icrası zamanı nə qədər yüksək fəallıq göstərərsə, onun şəxsiyyətinin inkişafı üçün bir o qeder geniş imkan yaranmış olur. Təlimdə şəxsiyyətin hazlıq səviyyəsi- bilik, bacarıq, vərdişlərini yüksəldir. Bu prosesdə dünyagörüşü inkişaf edir, yüksək fəallıq şagirdlərdə şəxsiyyətin təkidlilik, dözümlülük, intizamlılıq kimi iradi keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Şagirdlərdə inkişaf səviyyəsinin yüksəlməsi, onlarda şəxsiyyətin hazırlıq səviyyəsinin qabilliyətinin, şəxsiyyətin istiqamətinin yüksək inkişaf səviyyəsi onların daha çox fəallıq göstərmələrinə səbə olur.

Şəxsiyyətin formalaşmasının mənbəyini onun təlabatı təşkil edir. İnsan tələbatı sadəcə tələbat olaraq qalmır, o insanı həmin tələbatı ödəməyə imkan verən fəaliyyətə yönəldir. Şəxsiyyətin daxil olmaqla tələbatlar onun sonrakı inkişafına təkan verir.

Şagirdlərdə tələbatın xüsusiyyətlərinin aşkara çıxarılması və tərbiyə edilməsi tərbiyə psixologiyasının ən başlıca vəzifələrindən biridir. Müəllim daima öz şagirdlərində müsbət tələbatların formalaşması qayğısına qalmalı, onlarda baş verən mənfi tələbatların aradan qaldırılmasına çalışmalıdır.

İnsan bütün həyatı boyu bir çox fəaliyyətlərdən istifadə edir. Bunun hamısı onun fəaliyyətinin formalaşmasına eyni dərəcədə təsir göstərmir. Ayrı- ayrı yaş dövrlərində bütüb fəaliyyətdən biri əsas aparıcı fəaliyyət kimi insan tələbatlarını ödəmək imkanı verir, qalan fəaliyyətlər yardımçı fəaliyyət kimi təzahür edir. Əsas fəaliyyət tipi psixi proseslərin dəyişməsi, şəxsiyyətin formalaşmasında aparıcı rol oynayır. Əsas fəaliyyət tipinin xüsusi şəkildə təşkili uşaq şəxsiyyətinə məqsədəyönəlmiş şəkildə təsir etməyə, həmin fəaliyyət prosesində onda zəruri tələbatlar, motiv və məqsədlərin formalaşmasına imkan yaradan şərait rolunu oynayır. Məktəb yaşı dövründə təlim fəaliyyəti əsas fəaliyyəthesab edilir. Müxtəlif bilik sahələrinə aid elmi anlayışların mənimsənilməsidir. Təlim köməyi ilə uşaqlarda gerçəkliyin nəzəri formada əks olunmasına bələdləşməsinin əsası formalaşır. Yeniyetməlik dövründə təlim fəaliyyəti öz aktuallığı və əhəmiyyətini saxlayır və yeniyetmələrin ictimai faydalı fəaliyyətinin bir forması kimi öz psixoloji rolunu oynayır. Böyük məktəb yaşı dövrü üçün təlim fəaliyyətinin xüsusi forması- təlim peşə fəaliyyəti aparıcı fəaliyyət olur. Bu yaş dövründə mühüm psixoloji təşkil işi kimi məktəblinin öz həyat planını tərtib etmək, onu həyata keçirmək üçün vasitələr axtarmaq, əxlaqi ideallar yaratmaq bacarığı özünü göstərir, be da özünüdərketmənin inkişafı haqqındaxəbər verir. Aparıcı fəaliyyət tipinin təşkili və ona istinad olunması uşağın şəxsiyyətinə məqsədəyönəlmiş şəkildə təsir etmək, bu fəaliyyət prosesində tələb olunan tələbatlar və motivlər sistemini formalaşdırmaq üçün əsas şərt rolunu oynayır.

Aparıcı fəaliyyət şəxsiyyərtin formalaşmasında həlledici rola malikdir. Hər yaş dövründə əsas aparıcı fəaliyyətlə yanaşı başqa fəaliyyət növləridə iştirak edir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət olan oyunla yanaşı əmək və təlim fəaliyyətinin elementləri özünü göstərir. Bu nə əmək, nə təlim psixoloji yenidənyaranmanı təmin etmir, bu vəzifəni oyun yerinə yetirir. Məktəb yaşı dövründə də oyun fəalliyyəti özünə yer edir. Lakin aparıcı fəaliyyət rollunu oynamır. Beləliklə, əsas aparıcı fəaliyyət növünü ayırmaqla psixoloqlar heç də uşağın çoxplanlı fəaliyyətinin başqa növlərin əhəmiyyətini rədd eemirlər. Uşağı

Çoxpalanlı fəaliyyətə cəlb etməklə aparıcı fəaliyyət növündən səmərəli şəkildə istifadə etməklə yetişən gənc nəslin şəxsiyyətinin formalaşmasına nail olmaq mümkündür.

Şagirdlərin tərbiyə prosesinin idarə edilməsi tərbiyənin təsiri altında onların şəxsiyyətində baş verən dəyişiklikləri nəzərə almaq imkanının olması vacibdir. Şagirdin tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq imkanımız olmasa, tərbiyə prosesini idarə etməyimiz mümkün olmaz. Tərbiiyə psixologiya və pedaqogikasının ən başlıca vəzifələrindən biri əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmunu aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin formalaşmasının gedişi haqda tam, dəqiq məlumat verə bilən metodla silahlandırmaqda ibarətdir. İnsanın əxlaqi cəhtdən sabitliyi, çətinlikləri aradan qaldıra bilmək bacarığı və arzularını, istəklərini idarə edə bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı, olmadan mümkün deyildir. Düzgün tərbiyə almış insan bir işi icra etməyi qərara alır, öz niyyətini həyata keçirir. Məqsədə çatmaq üçün arzu,maneələri aradan qaldırır. İradi davranış adlanan bu davranışın təhlili göstərir ki, həmin davranışın əsasında şüurlu tənzim motivasiyası təmayülü mexanizmi dayanır. Bu zaman insan şüurlu olaraq 1 təmayülün , meylin qiymətini artırır, digərinin qiymətini azaldır. Heç də insan həmişə özünün motivasiya təmayülünü əldə edə və onu lazımi istiqamətə yönəldə bilmir və iradi davranış həyata keçirmir. Deməli, insan tərbiyəliliyin mühüm kriteriyalarından biri onun davranışının ixtiyarililik səviyyəsində, özünün tələbatlarına yiyələnə bilmək səviyyəsindən ibarətdir. Tərbiyəliliyin müəyyən səviyyəsində insanın mədəni davranışın formalarına, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış norma qaydalarına, məişə peşə vərdişlərinə və özünü apara bilmətin, digər cəhətlərə yiyələməsini nəzərə almamaq olmaz. Bu keyfiyyətləri asanlıqla müşahidə etmək mümkündür. Lakin tərbiyəlilikhəmin zahiri əlamətlərə diqqətlə yanaşmağı tələb edir. Onlar insanın həmin sahəyə tələbatları ilə motivləşən davamlə davranış forması kimi özünü göstərə bilir və ya zahirən mənimsənilmiş davranış ola bilər. Ikinci halda şagirdlərin təzyiqin, nəzarətin təsiri altında ondan tələb olunanların hamısına əməl edir, nəzakət olmadıqda isə müvafiq davranış tərzini yerinə yetirmirlər. Buradan isə aydın olur ki, müvafiq davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin adam bu sahədə tərbiyəli deyildir.

Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi davranmağı tərbiyəliliyin mühüm kriteriyalarından biri hesab etmək olar.

Təlim və tərbiyənin psixologiyası

1. Təlim psixologiyası, pedaqoji psixologiyanın əsas sahələrindən biri kimi.
2. Təlimin mahiyyəti və qanunauyğunluqları.
3. Təlim fəaliyyətinin strukturu.
4. Təlim və psixi inkişaf.
5 . Təlim motivləri və şagirdlərin tələbat sahəsinin formalaşması.
6. İnkişafedici və tərbiyəedici təlim.
7. Tərbiyə psixologiyası haqqında ümumi anlayış.
8. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri.

1-ci sual. Təlim psixologiyası pedaqoji psixologiyanın ən mühüm sahələrindən birini təşkil edir. Hazırki dövrdə məktəbin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində təlim psixologiyası sahəsində aparılan axtarışların nəticələri həlledici rol oynayır. Böyüməkdə olan nəslə elmlərin əsaslan haqqında dərin və möhkəm biliklər vermək, onlarda həmin biliklərdən istifadə edə bilmək, onları təcrübəyə tətbiq etmək bacarığının yaradılması müasir dövrün ən ciddi tələbləri kimi qarşıda durur. Başqa sözlə, təlim problemi bəşəriyyətin daima diqqət mərkəzində olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini itirməmiş, əksinə özünün yeni cəhətləri ilə daha qabanq şəkildə diqqəti cəlb edən bir problemə çevrilmişdir. Həmin problemin günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın qarşısında duran əsas vəzifələrdən hesab olunur.
Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri problemi kimi həlli birinci növbədə onun nəzəri əsaslarını, qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun açılması, onun motivləri, məqsədləri və vəzifələrinin dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan konsepsiyalarının aşkara çıxarılması pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab olunur.
Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər.
Bunları ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim nəzəriyyələri diqqəti cəlb edir. 1) izahlı illüstrativ (ənənəvi) təlim; 2) proqramlaşdınlmış təlim; 3) fikri işlərin və anlayışların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi; 4) problemli təlim; 5) təlim nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici təlim.
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqlarını təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə öz səmərəsini göstərməzsə onun əhəmiyyətindən də danışmağa dəyməz.

2-ci sual. Təlimin mahiyyəti və qanunauyğunluqları.
Təlim insanın əsas fəaliyyətlərindən biridir. Məktəb yaşı dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə çevrilir. Onun köməyi ilə şagirdlər müəyyən məlumatlan, hərəkətləri və davranış formalarını mənimsəyirlər. Bu iş kor-koranə deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna görə də təlim prosesində aşağıdakı məqsədlərə nail olma baş verir.
a) Hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında məlumatın mənimsənilməsi; b) qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan məlumatlardan istifadə qaydalarını, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqların yaranması baş verir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak fəaliyyətidir.
Təlim məqsədə yönəlmiş prosesdir. Burada insanın öyrənilməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlandırmaq düzgün deyil.

3-cü sual. Təlim fəaliyyətinin strukturu
İnsan təlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrənmədən onun həyatda baş çıxarması mümkün deyildir. Həmin təcrübənin öyrənilməsinin, mənimsənilməsinin başlıca yolu isə təlimdir. Ona görə də, öyrənmənin strukturunu bilmədən bu strukturu nəzərə almadan təlim fəaliyyətini təşkil etmək də çətinləşərdi. Öyrənmənin, təlimin psixoloji strukturuna aşağıdakı komponentləri daxil etmək mümkündür. İdrak tələbatlan, təlim motivləri, təlim məqsədləri, tədris işləri.
Tədris işləri də müxtəlif olur. Buraya təhrikedici (icraedici), proqram-məqsədli, fəal əməliyyatlı, nəzarət-tənzimedici (qiymətləndirici, yoxlayıcı) işləri aid etmək olar.
Ümumiyyətlə, psixoloji tədris əsasında əldə edilmiş faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir.
Öyrənmənin strukturunda təlim məqsədləri və vəzifələrinin də özünəməxsus yeri və rolu vardır. Məhz bu cəhət öyrənmənin təlim xarakteri daşımasına imkan verir. Başqa sözlə, öyrənmə planlı, müəyyən məqsəd və vəzifələri yerinə yetirəcək şəkil aldıqda təlimə çevrilir.
Nəhayət, qeyd etdiyimiz kimi, öyrənmənin məqsəd və vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də onun strukturunda əsas yerlərdən birini tutur. Bu cür işlərə ilk növbədə icraedici (təhrikedici) işlər daxildir. Öyrənən adam həmin tədris işlərindən istifadə etmədən müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnə bilməz. Bu cür işlər insanı fəaliyyətə yönəldən işlərdir. Ona görə də burada öyrənmənin motivləri də təsirini göstərir.
Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici tədris işlərinin də rolu böyükdür. Bu işlər əsasən qiymətləndirici, yoxlayıcı və təsdiqedici xarakter daşıyır. Bunların köməyi ilə şagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur.
Belə ki, L.S.Viqotski və onun əməkdaşları təlimlə əlaqədar baş verən əqli inkişafın iki səviyyəsini və zonasını müəyyən etmişlər. Bir səviyyəni inkişafın fəal, aktual zonası adlandınlmışlar. Bu zonaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq materiallardan istifadə edir.
Əqli inkişafın ikinci səviyyəsində isə uşaq bir növ yaşlıların, müəllimin köməyi ilə daha yüksək nailiyyət əldə edə bilər. Viqotski yazır: bu onun yaxın inkişafını göstərir.
İctimai borcu dərk etmək, rəğbətləndirmə və mükafat almağa cəhd göstərmək, başqalarının diqqətini cəlb etmək, başqasını yamsılamaq arzusu, özünütərbiyəyə cəhd və s.
Onuncu sinif şagirdlərinin təlim motivlərini öyrənən psixoloqlar (Y.V.Sorov və b.) həmin motivlərin aşağıdakı ardıcıllığını qeyd etmişlər. Elmin məzmunu, müasir həyatda elmin əhəmiyyəti, şəxsi maraqla bağlılıq müəllimin şəxsiyyəti və gözəl tədrisi biliyini artırmaq.
Q.İ.Suxinanın tədqiqatlarında aşkara çıxarılmış təlim motivlərindən aşağıdakıları qeyd etmək olar: Təhsilin həyatda praktik əhəmiyyəti, perspektiv (ali məktəbə hazırlıq, gələcək peşə ilə bağlılıq) idraki motivlər, vətəndaşlıq motivləri, həmyaşıdları ilə ünsiyyət motivləri, özünütərbiyə motivləri.
Motivlərin təhlili zamanı yaş fərqləri aydın şəkildə diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, I-III sinif şagirdləri üçün idrak tələbatları ilə bağlı olan motivlər üstünlük təşkil edir. Yeniyetməlik dövründə təlim fəaliyyətinin vətəndaşlıq motivləri sırasında birinci yeri kollektivə münasibətlə bağlı olan motivlər tutur (öz sinfinin şərəfini qorumaq və s.). Böyük məktəb yaşlı şagirdlərdə isə həmin motivlər özünün gələcəyi haqqında təsəvvürlərlə bağlıdır.
Psixoloji tədqiqatlar zamanı aşkara çıxarılmışdır ki, xüsusilə yeniyetməlik və böyük məktəb yaşlı şagirdlərdə vasitəli motivlər vasitəsiz motivlərə nisbətən üstünlük təşkil edir. Ona görə də müəllim həmin faktı öz fəaliyyətində nəzərə almaya bilməz.
Vasitəsiz təlim motivləri özünün emosional və sosial əhəmiyyəti ilə yanaşı, böyük didaktik qiymətə malikdir. Bu cür motivlər insanda idrak obyektlərinə qarşı fəallıq doğurur, onu daha işgüzar və yaradıcı edir.
Təlim motivlərinin formalaşması kiçik məktəb yaşı dövründə özünəməxsus xüsusiyyətlərə malik olur. Adətən bu dövrdə yaranan təlim motivlərinin xarakteri sonrakı dövrlərdə həmin motivlərin inkişafına öz təsirini göstərir.
Kiçik məktəb yaşı dövründə təlim şagirdlər üçün əsas fəaliyyətə çevrildiyinə və sonrakı yaş dövrlərindən özünün spesifik xüsusiyyətlərinə görə fərqləndiyi üçün bu dövrdə təlim fəaliyyətinin motivləri, motivləşmə sahəsində özünəməxsus xüsusiyyətlərə malik olur. Şübhəsiz, hər şeydən əvvəl, kiçik məktəblilərin təlim fəaliyyətinin motivləşməsi uşağın mövcud olduğu bütün şəraitdən asılı olacaqdır.
Uşağın məktəbə, məktəb təliminə hazırlığı təlimin məzmunu, tədris metodları, müəllim və şagirdin münasibət stili, valideynlərin bir sıra digər amilləri birinci sinif şagirdlərinin təlim fəaliyyətinin motivləşməsinə əsaslı təsir göstərir.

4-cü sual. Təlim və psixi inkişaf.
Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti cəlb edən məsələlərdən biri olmuşdur.
Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasında gedir və ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli rus psixoloqu İ.S.Vıqotski təlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə, təlim inkişafdan irəli gedir və onu öz arxasınca aparır.
Məşhur isveç psixoloqu J.Piaje də bu mərhələdə V.Şternə uyğun mövqe tutmuşdur. O belə hesab edir ki, uşağın psixi inkişafı özünün daxili qanunlarına malikdir və bir sıra özünəməxsus mərhələdən keçir. Onun fikrincə təlim inkişafa heç bir əsasla təsir göstərə bilməz. Ona görə də təlim inkişafa uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Bununla da J.Piaje təlimin inkişaf etdirici təsirini kölgədə buraxır.

5-ci sual. Məktəb təcrübəsində, təlim fəaliyyətini həyata keçirərkən çox vaxt belə bir sual diqqəti cəlb edir: şagirdi yaxşı oxumağa və ümumiyyətlə, oxumağa yönəldən, təhrik edən nədir?
Şagirdlərdən birinin yüksək səy göstərməsi, o birisində isə təlim fəaliyyətinə qarşı bu cür səyin olmaması nə ilə əlaqədardır, başqa sözlə, şagirdlərin təlim fəaliyyəti neçə motivləşir, onlar hansı motivlərin təhriki altında hərəkət edirlər. Şübhəsiz, bu suallara düzgün cavab tapılması müəllimin həmin sahədə şagirdlərlə iş aparmasını, təlim fəaliyyətini idarə etməsini asanlaşdıra bilər.
Birinci növbədə ümumiyyətlə motivin və motivləşmənin nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir.
İnsan beynində əks olunaraq onu fəaliyyətə təhrik edən və həmin fəaliyyəti müvafiq tələbatların ödənilməsinə yönəldən şeyləri A.N.Leontyev həmin fəaliyyətin motivi adlandırmışdır.
İnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə xarakterizə olunur. Onlar hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Ona görə də tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və mənəvi) ola bilir.
Təhrik (motivlər) qiymətləndirmə əsasında yaranır. Bununla belə qiymətləndirmə komponenti heç də həmişə birbaşa təhrikediciyə keçmir. O ya neytral qalır, ya da fərdin təhrikini gücləndirir.
Motivləşməyə gəldikdə bu elə motivlər birliyidir ki, şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir. Motivləşmə təhriklə fəaliyyətin məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə olunur.
Psixoloqlar insan fəaliyyətinin motivləşməsi sahəsini öyrənərək və təhlil edərək motivlərin təsnifini vermişlər.
Özünün xarakterinə və fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar:
1. Situativ və geniş motivlər; 2. fəaliyyətin nəticəsinə yönələn və onun özünə doğru yönələn motivlər; 3. eqoistik və ictimai əhəmiyyətli motivlər.
Təzahür xüsusiyyətlərinə motivləri görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür: 1. geniş sosial motivlər; 2. idrak motivləri.
Bununla yanaşı olaraq motivlərin xarici və daxili tipləri də qeyd olunur.
Təlim fəaliyyətində müsbət və mənfi motivləşməyə də rast gəlmək mümkündür.
Məktəb təcrübəsi, şagirdlərin təlim fəaliyyətinin tədqiqi göstərir ki, ayn-ayn yaş dövrlərində və ayn-ayn şagirdlər üçün bütün motivlər eyni dərəcədə təsir gücünə malik olmur. Adətən ayrı-ayrı yaş dövrləri və ayrı-ayrı şagirdlər üçün bu motivlərdən biri – əsas, aparıcı, başqaları isə ikinci dərəcəli, köməkçi olur, bu sahədə müstəqil rol oynamır.
Psixoloji tədqiqatlar (L.İ.Bojoviç) göstərmişdir ki, bir halda sinifdə əlaçı olmaq, əlaçı şagirdlərin yerini tutmaq, başqa bir halda gələcəkdə təhsilini davam etdirmək, ali təhsil almaq arzusu, digər bir halda isə biliyin özünə qarşı maraq bu cür aparıcı, əsas motiv kimi təzahür edə bilər.
Ayrı-ayrı yaş dövrlərində təlim motivlərinin sisteminin müəyyənləşdirilməsi.
Psixoloji tədqiqatlar ayn-ayn yaş dövrlərində təlim motivlərinin sistemini müəyyənləşdirməyə imkan vermişdir.
Məsələn, tədqiqat zamanı yeniyetməlik dövründə vacib təlim motivləri kimi aşağıdakılar qeyd olunmuşdur:
Yalnız mütəşəkkil, məqsədəuyğun və planlı öyrənmə prosesini təlim adlandırmaq olar. Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan üç amildən asılıdır: nəyi öyrədirlər; kim və necə öyrədir, kimi öyrədirlər. Birincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyətin əldə edilməsi mənimsənməli olan materialların, məzmunu və sistemindən asılıdır.
Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduqda, öyrənilməsi nəzərdə tutulan məfhumlar lazımi səviyyədə olmadıqda mənimsəmənin səmərəli gedəcəyinə ümid bəsləmək olmaz.
Adətən təlimin məzmunu düzgün seçilmədikdə, şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiallara qarşı psixoloji doyumluluq yaranır, təlim prosesindəki fəallıqları aradan qalxır.
İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə edilməsi öyrədən adamın – müəllimin şəxsi keyfiyyətlərindən, pedaqoji və metodiki ustalığından, hər bir halda tətbiq etdiyi konkret tədris metodundan, şagirdlərin psixologiyasını dərindən bilməsindən və s. asılıdır.
Üçüncüsü, təlim prosesi öyrədilənin – şagirdin xüsusiyyətlərindən, onun fərdi psixi inkişaf xüsusiyyətlərindən (əqli, emosional, iradi), onda təlimə qarşı münasibətin yaranmasından, onun meyli və maraqlarından, tələbat və öyrənməyə qabillik imkanlarından da çox asılıdır.

6-cı sual. İnkişafetdirici və tərbiyəedici təlim.
Biz təlim və inkişaf probleminə toxunarkən onun pedaqoji psixologiyasmm və yaş psixologiyasmm ən aktual problemlərdən biri olduğunu, bu sahədə müxtəlif baxışların mövcudluğunu qeyd etdik. Vıqotskiyə görə təlim inkişafın başlıca şərtidir. Təlim inkişafetdirici və tərbiyəedici funksiyaları yerinə yetirir. Ona görə də təlimin məzmunu, forma və üsulları elə seçilməlidir ki, bu funksiyaları həyata keçirməyə imkan versin. İnkişaf anlayışı çoxcəhətli anlayışdır. Şagirdlərin inkişafından söhbət gedərkən birinci növbədə onların psixi inkişafı diqqəti cəlb edir. Təlim prosesində şagirdlərin psixi inkişafının əsas istiqamətlərini təhlil edərkən psixoloqlar, ilk növbədə biliklərin onların tətbiqi mexanizminin və şəxsiyyətin ümumi xassələrinin inkişafı şəraitini qeyd edirlər. Sözün geniş mənasında inkişafetdirici təlim şəxsiyyətin formalaşmasına yönəlmiş təlimdir. Bu mənada təlim eyni zamanda tərbiyəedici funksiyanı həyata keçirir.

7-ci sual. Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer tutduğu hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdınlması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşamağa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır.
Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, özünün etirazlarını, özünün inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan, birinci növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır.

8-ci sual. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri.
Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə, məktəbin və müəllimin imkanları dairəsində, şəxsiyyətin formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəlcədən yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyükməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir.
Ona görə də bu proses özünün psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Burada birinci növbədə tərbiyə prosesinin maliyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar. Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər.
Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır. Məhz buna görə də hələ vaxtilə pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyyə edirdi.
Görkəmli psixoloq S.L.Rubnşteyn göstərir ki «uşaqları tərbiyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək. Məhz buna görə müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır.
Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə bir qənaətə gəlmişlər ki, şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bu baxımdan, şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Buradan tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir tələb – şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır. Psixoloqların tədqiqatları sübut etmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər. Məs: bir şagird öz yoldaşının düzgün olmayan hərəkəti haqqında sinif rəhbərinə xəbər verir. Şagirdi buna vadar edən, başqa sözlə onun bu cür hərəkətinin motivi müxtəlif ola bilər. Ola bilsin ki, şagird öz yoldaşını bu vəziyyətdən çıxarmaq, ona kömək etmək məqsədilə sinif rəhbərindən kömək gözləyir. Yaxud sinif rəhbərinin yanında özünü ucaltmaq, onun nüfuzunu qazanmaq üçün bu cür hərəkət edir, lakin ola bilsin ki, şagird öz yoldaşından qisas almaq üçün bu yolu tutur.
Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün təkcə şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin öyrənilməsi və nəzərə alınması kifayət deyildir. Burada tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir. Adətən konkret şərait nəzərə alınmadan tətbiq olunan, şablon tərbiyəvi tədbir istənilən nəticəni vermir, bəzən hətta mənfi təsir göstərir. Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə kimi nəticə verəcəyini qabaqcadan görə bilir.

Ədəbiyyat siyahısı:
1. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı.2003
2. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı.1991.
3. Məmmədov A. Təlimin psixoloji əsasları. Bakı.1993
4. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı.1998
5. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiya məsələləri. Bakı.2003

  • Teqlər:
  • təlim-tərbiyə

Comments are closed, but trackbacks and pingbacks are open.