Xsiyyətin inkişafının yaş xüsusiyyətləri
Bu yaşda əsas fəaliyyət növü təlimdir: təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir. Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır. K.D.Uşinski bunu ibtidai təlimdə bilik verməkdən də vacib vəzifə hesab edirdi.
İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO
Orxan Pamukun “Yeni həyat” romanı belə başlayır: “Bir kitab oxudum, həyatım dəyişdi”. Elə əsərlər var ki, onları oxusaq, dünyaya baxışımız, həyatımız dəyişər. Müasir insan üçün bu əsərləri oxumaq olduqca vacibdir. Bu əsərlərsiz həyat daha amansız, daha sıxıcı, daha qəddar olardı.
Milli.Az kulis.az-a istinadən həyatımızı dəyişən 10 əsəri təqdim edir.
“100 ilin tənhalığı”, Qabriel Qarsiya Markes
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır.
Bu əsəri oxuyub bu böyük dünyada nə qədər tənha olduğumuzu anlayacağıq.
“Pişik beşiyi”, Kurt Vonnehut
“Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir. Atom bobmbası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin 3 uşağına məktub yollayır. Sonrakı hadisələr Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. “Pişik beşiyi” bir uşaq oyununun adıdır. Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.
Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də, daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələr koleydoskopu vadar ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” Bir müddət sonra əsərin ikinci oxunuşunda isə əsər sizə tamamilə başqa bir təəssürat yaradacaq, əsərin bütün mənzərəsi gözləriniz önündə canlanacaq.
“Əlvida, silah”, Ernest Heminquey
“Əlivada, silah” bir “itirilmiş nəsil” nümayəndəsinin Birinci Dünya müharibəsi haqqında ilk uğurlu əsəridir. Kitab müharibə haqqındadır. Burada sadəlövh oğlanlar döyüşə gedib qurbana çevrilirlər. Bu əsərdə məhəbbət yalnız bir an sürür, nə keçmişi var, nə gələcəyi. Bu əsər unutmaq istəyib, amma heç vaxt unuda bilmədiyin müharibə haqqındadı.
“Milçəklərin tanrısı”, Uilyam Qoldinq
Əsər 1954 -cü ildə yazılıb. İkinci Dünya müharibəsindən sonra nüvə qorxusu ərəfəsindən bəhs edir. Əsər insanların mənşəyindəki vəhşilikdən söhbət açır. Roman müharibə ilə üz-üzə qalmış dünyamızın alleqorik obrazıdır. Bu dəhşətli əsəri oxumaq vacibdir, ən azı bu cür dünyada yaşamamaq üçün.
“Milçəklərin tanrısı” gənclərin bir adaya düşməsi ilə başlayır.
“Çapayev və Pustota”, Viktor Pelevin
Bu əsər dünya ədəbiyyatına hadisələrin mütləq boşluqda baş verdiyi ilk əsərdir. Həqiqətdə hadisələr gah 1919-cu ildə Çapayevin diviziyasında, gah da müasir günümüzdə baş verir. Əsərin baş qəhrəmanı isə şair Pyotr Pustotadır. Psixi travma yaşayan Pustota Çapayevin dövrünə düşür və bu qırmızı döyüşçüdən mütləq boşluğun sirrini öyrənir.
“Döyüşçü klubu”, Çak Palanik
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Şəxsiyyətin inkişafının yaş xüsusiyyətləri
Müаsir psiхоlоji təsəvvürlərə görə insаn özünü tənzimеdən və özünü təkmilləşdirən sistеmdir. Hər bir sistеmin mühüm bir хüsusiyyəti vаrdır: о bir qаydа оlаrаq, özünün sаbitliyini sахlаmаğа cəhd göstərir. Аmеrikа fiziоlоqu U.Nilsоn 1929-cu ildə bu fаktlаrı ümumiləşdirərək hеmostaz sistеmini yаrаtdı.
Hеmоstаz prinsipinə görə оrqanizm sistеm üçün təhlükəli оlаn dəyişikliklər hаqqındа siqnаl оlаn kimi özünü tənzimеtmə mехаnizmi vаsitəsilə özünün əvvəlki müvаzinətini bərpа еtməyə bаşlаyır.
Müхtəlif psiхоlоji cərəyаnlаr insаn həyаtını izаh еtmək üçün hеmоstаz prinsipindən istifаdə еtməyə bаşlаdılаr. Şəхsiyyət psiхоlоgiyаsındа (K.Lеvоni və b.) dа bu sаhədə mühüm аddımlаr аtılırdı. Şəхsiyyətin özünü tənzim еdən sistеm kimi хаrаktеrizə оlunmаsı psiхоlоgiyа еlminin böyük nаiliyyəti idi. Bu təsəvvürlərə görə şəхsiyyətin sаbitliyi оnun bаşlıcа хаrаktеristikаlаrındаn biridir. Lаkin dахili və хаrici аmillərin təsiri ilə şəхsiyyətin müvаzinəti pоzulur. Bu öz əksini оndа tаpır ki, şəхsiyyətin bir çох tələbаtlаrı оnun üçün əhəmiyyətini itirir, оndа yеni tələbаtlаr, mоtivlər əmələ gəlir. О, özünü tənzimеtmə mехаnizmi vаsitəsilə öz müvаzinətini bərpа еtməyə çаlışır. Şəхsiyyət guyа bu yоllа inkişаf еdir. Hemostаz mоdеli şəхsiyyətin fəаllığının bütün fоrmаlаrını əhаtə еtmir. Həmin mоdеl fəаllığını əsаsən bir fоrmаsının – ətrаf mühitdə əmələ gələn situаtiv dəyişikliklərə inаmın vеrdiyi cаvаb rеаksiyаlаrını аydınlаşdırmа imkаnı vеrir. Hаlbuki şəхsiyyət səviyyəsində insаn hər hаnsı bir situаsiyаdаn bilаvаsitə аsılı dеyildir. Şəхsiyyət nеcə inkişаf еdir?
Şəхsiyyətin təşəkkülü оnun sоsiаllаşmаsını, uşаğın əməli, idrаki fəаliyyətini, irаdi-еmоsiоnаl sаhəsini, fərdi psiхоlоji хüsusiyyətlərini, ictimаi münаsibətlərini əhаtə еdən mürəkkəb və çохcəhətli prоsеsdir. Bu inkişаf еlmin оbyеktiv, ümumi qаnunlаrınа uyğun şəkildə cərəyаn еdir.
Inkişаf özünü – dönməzlik (ilk vəziyyətə qаyıtmаmаq), qаnunа¬uy¬ğunluq və dəyişkənliyin müəyyən istiqаmətdə cərəyаnı fоrmаsındа biruzə vеrir və о, köhnənin məhv оlmаsı, yеninin mеydаnа gəlməsi, kəmiyyət dəyişmə¬lərinin kеyfiyyət dəyişmələrinə kеçməsi, sаdədən mürəkkəbə, аsаndаn çətinə dоğru spirаl хətt bоyuncа hərəkətdən, yüksəlişdən ibаrətdir. Bu cür inkişаfın əsаsını öz hərəkəti, fəаllığı, ziddiyyətlərin mübаrizəsi təşkil еdir. Lаkin hər cür ziddiyyət şəхsiyyəti inkişаf еtdirmir. Şəхsiyyəti оnun fəаllığının mənbəyi оlаn tələbаtlаrın ödənilməsi prоsеsində əmələ gələn ziddiyyətlər inkişаf еtdirir və bu ziddiyyət şəхsiyyətin inkişаfının hərəkətvеrici mехаnizmini təşkil еdir.
Uşаqdа psiхikаnın inkişаfı оnun ətrаf аləmi əksеtdirmə fəаliyyətinin dəyişməsindən, vаrlığın dаhа dərindən inkişаfındаn ibаrətdir. Bu prоsеsdə uşаğın idrаk fəаliyyəti tədricən mürəkkəbləşir: vаrlığın хаrici cəhətlərini əks еtdirmədən оnun mаhiyyətini əks еtdirməyə, mаddi оlаndаn idеаl оlаnа kеçir. Yаş mərhələlərində kəmiyyət dəyişmələrindən kеyfiyyət dəyişmələrinə kеçid özünü dаhа аydın göstərir. Psiхi inkişаf sаyəsində uşаqdа оnu əhаtə еdənlərə və özünə qаrşı münаsibət də dəyişir, оnun fəаliyyəti, dаvrаnışı gеt-gеdə təkmilləşir.
Psiхоlоgiyаdа inkişаfın yаş dövrləri, хüsusiyyətləri аşаğıdаkı kimi səciyyələndirilir:
1. Yenidoğulmuş uşaq: 1-2ay – 1il.
2. Çаğаlıq dövrü: uşаğın аnаdаn оlduğu аndаn 1 yаşаdək.
Bu dövr üçün fəаliyyətin аpаrıcı növü yаşlılаrlа bilаvаsitə еmоsiоnаl ünsiyyətdir. Çаğа аnаsı ilə vаsitəsiz еmоsiоnаl ünsiyyətdə nоrmаl inkişаf еdir, хəstələndikdə dаhа tеz sаğаlmаğа bаşlаyır. Əksinə, uşаq аnаdаn аyrıldıqdа, «аnа həsrəti», «аnа хiffəti» çаğаnın psiхi sаğlаmlığınа mənfi təsir göstərir. Uşаq аnаsının qucаğındа оnun nəvаzişini duyur və bundаn rаhаt, məst оlur, əhvаl-ruhiyyəsi yахşılаşır. Bu ünsiyyət dахilində və оnun fоnundа görmə, еşitmə, əzələ-hərəkət və başqa duyğu və qаvrаyışlаrlа tənzim оlunаn hərəkətlər təşəkkül tаpır. Bu yаşın ən mühüm nəzərə çаrpаn cəhəti bаşqаlаrı ilə ünsiyyətə оlаn tələbаtın və оnlаrа müəyyən еmоsiоnаl münаsibətin fоrmаlаşmаsıdır.
3. Körpəlik dövrü: 1 yаşdаn 3 yаşаdək. Həmin dövr üçün аpаrıcı fəаliyyət – əşyаvi mаnipulyаtiv fəаliyyətdir. Əşyаvi – mаnipulyаtiv fəаliyyət zаmаnı uşаqdа əşyаlarla mаnipulyаsiya ön plаnа kеçir, uşаq öz оyuncаqlаrını, оnа vеrilən şеyləri (оyuncаqlаrı) əlilə yохlаyır, söküb dаğıdır, qırıb sındırır, bir-birinə cаlаyır. Bеləliklə, оnlаrın хüsusiy¬yətlərini dərk еdib inkişаf еdir, bаşqа sözlə, оnlаrın idrаk tələbаtı ödənir, uşаq ətrаf аləmi dərk еdir. Оnun səciy¬yəvi hаlı uşаqdа nitqin təşəkkül еtməsi, əşyаlаrın mənаcа аdlаndırılmаsı, yаşlılаrlа ünsiyyət zаmаnı uşаğın cəmiyyət tərəfindən işlənib hаzırlаnmış hərəkət tərzlərinə yiyələnməsidir. Bu dövrdə diqqəti cəlb еdən digər cəhət – nitq və əyаni-əməli təfək¬kürün inkişаf еtməsi, şüurun təzаhürü, bаşqаlаrı üçün uşаq «Mən»in fоrmаlаş¬mаsıdır.
4. Məktəbəqədər yаş dövrü: 3 yаşdаn 6 yаşаdək. Bu dövr üçün аpаrıcı fəаliyyət rоllu оyunlаrdır. Uşаq rоllu оyunlаrdа bilаvаsitə insаni münаsibətləri mənimsəyir və tədricən cəmiyyətin gələcək üzvü kimi fоrmаlаşır. Bеləliklə, məktəbəqədər yаşlı uşаqlаrdа rоllu оyunlаr əsаs yеr tutmаqlа şəхsiyyətlərаrаsı münаsibətlər mənimsənilir. Mənimsəmə prоsеsində uşаq özünəməхsus istiqаməti, хüsusiyyəti, düşüncə tərzi оlаn şəхsiyyət kimi təzаhür еdir. Bu zаmаn uşаqdа təхəyyül və simvоlik funksiyаlаr fоrmаlаşır, insаni münаsibətlərə və işlərə ümumi fikir, bələdləşmə əmələ gəlir, tаbеçilik və idаrəеtməyə şüurlu münаsibət təşəkkül tаpır. Həmin dövrdə ictimаi bахımdаn əhəmiyyətli və qiymətləndirilən fəаliyyət uşаğın аrtıq məktəb həyаtınа hаzır оlmаsınа dəlаlət еdir.
5. Kiçik məktəb yаş dövrü: 6-10 yаş. Həmin dövrdə аpаrıcı fəаliyyət – təlimdir. Təlim fəаliyyətində uşаq ictimаi təcrübəni mənimsəyir, bilik, bаcаrıq, vərdişlərə yiyələnir və bu prоsеsdə təbii оlа¬rаq, оnun özü də inkişаf еdir, həm də təlim аpаrıcı fəаliyyətə çеvrilir. Təlim prоsе¬sində niyyətli hаfizə təşəkkül tаpır, insаni münаsibətlər, ətrаf аləmin cisim və hаdisələri hаqqındа biliklər mənimsənilir, məktəblidə nəzəri şüur və təfəkkür təzа¬hür еdir, bunlаr üzrə müvаfiq tərz və qаydаlаr (rеflеksiyа, аnаliz, fikrən plаnlаş¬dırmа) inkişаf еdir, təlim tələbаtı, mоtivləri yаrаnır, bilik sаhələrinə mаrаq əmələ gəlir. Həmin yаş dövrünün nəzərə çаrpаn cəhətlər -rsiхi hаdisələrin iхtiyаriliyi, hərəkətlərin dахili plаnа mаlik оlmаsı, yəni intеriоrizаsiyаnın mеydаnа gəlməsidir.
6. Yеniyеtməlik dövrü: 10,11- 14, 15 yаş. Аpаrıcı fəаliyyət – ictimаi fаydаlı fəаliyyətdir. Оnа dахildir: əmək, tədris, ictimаi-təşkilаti işlər, şəхsi ünsiyyət, idmаn və bədii fəаliyyət. Şəхsi ünsiyyət zаmаnı uşаqdа şəхsi münаsibətlər dəyişir, оndа yеni kеyfiyyətlər, mənlik şüuru fоrmаlаşır. Yеniyеtmə ünsiyyət prоsеsində müхtəlif şərаitdə ünsiyyət tərzlərinə yiyələ¬nir. Bu dövrdə nəzəri cəlb еdən cəhətlər özünüqiymətləndirmə, ətrаfdаkı аdаmlаrа tənqidi münаsibət, müstəqillik və «yаşlılığа mеyl», kоllеktiv həyаt nоrmаlаrınа tаbе оlmаq bаcаrığındаn ibаrətdir. Оnlаrın хüsusi fəаllığı nəzərə çаrpır və mеylləri gеniş оlur.
7. Gənclik dövrü: 15 – 25 yаş. Həmin dövrdə аpаrıcı fəаliyyət kimi tədris, pеşə fəаliyyəti çıхış еdir, əməyə tələbаt, idrаk mаrаqlаrı, tədqiqаtçılıq bаcаrığı ünsürləri, həyаt plаnlаrı, şəхsiyyətin idеyа-əхlаqi, vətəndаşlığı kimi kеyfiyyətləri fоrmаlаşır, özünü şüurlu surətdə tənzim еdir. Yаşın bаşlıcа törəmələri dünyаgörüşü, pеşə mаrаqlаrı, özünüdərkеtmə, аrzu və idеаllаrdаn ibаrətdir. Tədris pеşə fəаliyyəti zаmаnı gənc nəsil pеşə təlimi sаhəsinə istiqаmət аlır, özünə sənət sеçmək iddiаsındа оlur.
8. Yetkinlik yaşı: 21 – 60 yaş.
9. Yaşlı adam: 60 – 70 yaş.
10. Qocalıq yaşı: 75 – 90 yaş.
11. Uzunömürlülülər: 90-dan daha çox.
Psixoloji tədqiqatlar göstərir ki, psixi inkişafın hər hansı bir mərhələsində fəaliyyətin bütün növləri eyni dərəcədə əhəmiyyət kəsb etmir.
Psixi inkişafın bir mərhələsində fəaliyyətin bir növü aparıcı (əsas) rol oynayır və şəxsiyyətin inkişafında böyük əhəmiyyətə malik olur. Fəaliyyətin digər növləri isə həmin mərhələdə az əhəmiyyətli olur.
Çağalıq dövründə uşağın psixi inkişafı vasitəsiz emosional ünsiyyətlə bağlıdır. Emosional sahə nəinki uşağın idrak qabiliyyətlərinin formalaşmasına, həm də onun fiziki inkişafına böyük təsir göstərir. Çağa hətta xəstələndikdə belə anası ilə ünsiyyət şəraitində daha tez sağalır.
Körpəlik yaşında uşaq əşyavi əməliyyatlara keçir. Bu prosesdə yaşlılar yenə də əhəmiyyətli rol onayır. Lakin vasitəsiz emosional ünsiyyət arxa plana, praktik işlər isə ön plana keçir. Bu mərhələdə özünəməxsus “əşya fetişizmi” meydana çıxır: uşaq əşyaların arxasında sanki yaşlı adamı görmür.
Məktəbəqədər yaş dövründə isə rollu oyunlar aparıcı fəaliyyətə çevrilir. Rollu oyunlar özünəməxsus uşaq teatrıdır: onun müəllifi də, rejisoru da, aktyoru da uşağın özüdür. Rollu oyunlar insan münasibətlərinin mənimsənilməsində, əks edilməsində mühüm vasitədir.
Uşaqların yaşı artdıqca onların həyatında qaydalı oyunlar daha mühüm yer tutmağa başlayır. Psixoloji baxımdan bunun əhəmiyyəti vardır. Rollu oyunlarda uşağı nəticə deyil, proses maraqlandırır. Qaydalı oyunlarda isə nəticə ən başlıca cəhətə çevrilir.
Təlim kiçik məktəbli yaşı dövründə aparıcı fəaliyyətdir. 6-10 yaşlarında uşağın bütün psixi proses və xassələrinin formalaşması bilavasitə təlim fəaliyyəti ilə bağlıdır.
Kiçik yeniyetməlik yaşı dövründə isə ünsiyyət daha mühüm rol oynamağa başlayır. Əvvəlki yaş dövründən fərqli olaraq kiçik yeniyetmənin öz həmyaşıdları ilə münasibətləri mürəkkəbləşir, çoxcəhətli məzmun alır. Onun həyatında həmyaşıd yoldaş və dost xüsusi yer tutur.
Ünsiyyət fəaliyyətində mənlik şüuru formalaşır. Bunun da sayəsində fəaliyyətin vəzifə və motivləri dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir.
Müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişafının xüsusiyyətləri
İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Pedaqogika tarixində insanın yaş dövrləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür (Aristotel, N.Gəncəvi, Y.A.Komenski, C.C.Russo və b.). Məsələn, Y.A.Komenski dörd fəslə müvafiq olaraq insan həyatını dörd dövrə bölmüşdü: həyatın bahar dövrü (uşaqlıq), yay dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). C.C.Russo uşaq və gənclik illərini dörd yaş dövrünə bölmüş və hər dövr üçün səciyyəvi tərbiyə sahəsini göstərmişdir: I – fiziki inkişaf dövrü (0-2 yaş); II – hisslərin inkişafı dövrü (2-12 yaş); III – zehni inkişaf dövrü (12-15 yaş); IV – əxlaqi inkişaf dövrü (15-18 yaş).
Yaş dövrlərinin göstərilən bölgüləri elmi bölgü hesab edilə bilməz. Hazırda pedaqoji, psixoloji və herontoloji baxımdan insanın aşağıdakı yaş dövrləri müəyyən edilmişdir: çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər dövr (3-6 yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); uzunömürlülük dövrü (90-150 yaş).
Hər yaş dövrü özünə məxsus xüsusiyyətlərə malikdir. Tərbiyəçi bu xüsusiyyətlərdən çıxış edərək şəxsiyyətin formalaşmasını düzgün istiqamətləndirə bilər.
Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri. Bu dövrdə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü göstərir. Uşaq fiziki cəhətdən inkişaf edir: erkən uşaqlıq dövründə (1-3 yaş) onun boyu ildə orta hesabla 4-5 sm, çəkisi 1-2 kq, 5-6 yaşda isə boyu 5-6 sm, çəkisi 2-2,5 kq artır. Bu yaşda uşaqların sümük-əzələ sistemi xeyli inkişaf etsə də, sümükləri elastik olur. Odur ki, uşağın düzgün oturmasına, yatmasına, ağır yük götürməməsinə nəzarət etmək lazımdır.
Bu yaşda uşağın beyin çəkisi artır (1350 qrama çatır), beyin yarımkürələrinin tənzimləmə funksiyası bir qədər güclənir. Lakin uşaqlarda beyinin qabıqaltı sahəsinin təsiri böyük olduğu üçün onlar öz hisslərinə nəzarət etməkdə çətinlik çəkirlər.
Bu yaşda uşaqlarda müəyyən psixoloji xüsusiyyətlər də özünü göstərir: duyğu, qavrayış, hafizə, nitq inkişaf edir. İdrak maraqları artır, uşaq hər şeyi öyrənməyə can atır, böyüklərə çoxlu suallar verir.
Məktəbəqədər yaşlı uşağın iradəsi zəif olur: onda yamsılama güclüdür, təsir altına tez düşür. Yaşlıların, xüsusən valideynlərin müsbət nümunəsi, sözü onun üçün böyük əhəmiyyət kəsb edir. Oyun, idman, əmək, rejim iradəni möhkəmlətməkdə, çətinlikləri aradan qaldırmaqda kömək göstərir.
3-6 yaşlı uşaqların hissi-emosional aləmi zəngin olur. Onlar şən oyunları, əyləncələri, nağıl və yumoru xoşlayırlar. Onların təsiri ilə uşaqlarda əxlaqi-estetik hisslər formalaşır.
Bu yaşda uşaqlarda xarakterin bünövrəsi qoyulur. Uşağı hədsiz dərəcədə əzizlədikdə, ona daim güzəştə getdikdə, yersiz (şıltaq) tələblərini ödədikdə onda eqoizm, şıltaqlıq, kobudluq, ərköyünlük, dəcəllik baş qaldıra bilər. Bunun qarşısını almaq üçün uşağa qarşı hörmət və tələbkarlığı uzlaşdırmaq lazımdır.
Uşaqlarda qabiliyyətlərin ilk əlamətləri özünü büruzə verir (musiqi duyumu, rəsm, rəqs və b.). Onları vaxtında aşkara çıxarmaq və inkişafı üçün qayğı göstərmək vacibdir.
3 yaşda uşaqlarla böyüklərin münasibətlərində müəyyən çətinliklər yaranır: uşaq müstəqilliyə can atır, hər şeyi özü sərbəst etmək istəyir (“Mən özüm”), valideynlər isə onun müstəqilliyini məhdudlaşdırır, çox şeyi qadağan edirlər. Uşaq tərslik edir, hər şeyi tərsinə etməyə çalışır. Bununla da o, böyüklərin tələblərinə öz neqativ münasibətini bildirir. Psixoloqlar bunu “3 yaşın böhranı” adlandırırlar. Valideynlər uşağa müəyyən sərbəstlik verməli, onu müxtəlif növ oyunlara cəlb etməli, onunla birlikdə oynamağa çalışmalıdırlar.
Məktəbəqədər yaşda əsas fəaliyyət növü oyundur. Uşaq oyunlarına rəhbərlik zamanı diqqət yetirmək lazımdır ki, oyun təkcə əylənmə vasitəsi olmasın; uşaq oyunda həyatı öyrənsin, tərbiyə olunsun və psixi cəhətdən inkişaf etsin.
Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri. Bu yaşda orqanizmin anatomik-fizioloji inkişafı yeni mərhələyə qədəm qoyur: uşaqların boyu ildə orta hesabla 3-4 sm, çəkiləri 2-3 kq artır. Skeletin sümükləşməsi başa çatmadığından onların partada düzgün oturmasına diqqət yetirmək lazımdır. Bu yaşda ürək-damar sistemi zəif inkişaf edir. Buna görə də uşaqların hərəkətdə olmasına ehtiyac duyulur.
Kiçik məktəblilərin özlərinə məxsus psixoloji xüsusiyyətləri vardır: bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur. Çox vaxt şagirdlər mətnləri şer kimi əzbərləyir, mexaniki yadda saxlamağa çalışırlar. Bunun qarşısı alınmasa, onlarda əzbərçilik yarana bilər. Buna görə müəllim şagirdləri mətni öz sözləri ilə danışmağa, plan tutmağa, suallara cavab tapmağa, sərbəst mövzularda kiçik inşalar yazmağa daha çox cəlb etməlidir.
Bu yaşda əsas fəaliyyət növü təlimdir: təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir. Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır. K.D.Uşinski bunu ibtidai təlimdə bilik verməkdən də vacib vəzifə hesab edirdi.
Kiçik məktəblilərlə təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir:
a) kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar; bunu nəzərə alıb şagirdlərdə mütaliə tələbatı formalaşdırmaq lazımdır;
b) uşaqlar şən, emosional təbiətə malikdirlər; müəllim və valideynlər bədii əsər və filmlərdən, canlı sözdən istifadə edib onlarda yüksək mənəvi hisslər (vətənə məhəbbət, xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik və s.) aşılamağa çalışmalıdırlar;
c) kiçik məktəblilərdə ünsiyyət tələbatı güclüdür; bunu nəzərə alıb uşaqları kollektiv tədbirlərə, birgə oyuna, əməyə cəlb etmək, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, nəzakətlilik, qızlara qarşı diqqətlilik kimi keyfiyyətlər aşılamaq lazımdır;
ç) uşaqlar təsir altına tez düşür, müəllimə inanır, onun dediklərini sözsüz yerinə yetirirlər. Bundan şagirdlərin düzgün tərbiyəsi üçün istifadə edilməlidir;
d) ibtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər. Müəllim və valideynlər müəyyən tapşırıqlar sistemi tətbiq etməklə, uşaqları həvəsləndirməklə onlarda müsbət keyfiyyətlər tərbiyə etməyə nail ola bilərlər.
Yeniyetmə yaşının xüsusiyyətləri. Yeniyetməlik dövründə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü göstərir: boy sürətlə (ildə 6-8 sm) artır, ürək-damar sistemi isə zəif inkişaf edir, cinsi yetişmə baş verir. Nəticədə yeniyetmələr tez yorulur, bəzən də hövsələsiz və əsəbi olurlar.
Bu yaşda psixi inkişafda yeni keyfiyyət dəyişiklikləri baş verir: yeniyetmələrdə məntiqi hafizə, ixtiyari diqqət, mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə yaşında bəzi yeni psixoloji törəmələr özünü göstərir. Buraya böyüklük hissi, qızlarla oğlanların dostluğu, kollektivdə yaxşı mövqe tutmaq və məşhurlaşmaq meyli, özünüdərketmə tələbatı və s. daxildir.
Yeniyetmələr özlərini böyüklər kimi aparmağa çalışır, özlərinə qarşı böyüklər kimi münasibət tələb edirlər. Bəzən müəllim və valideynlər onların bu “böyüklük hissi” ilə razılaşmır, onlara uşaq kimi yanaşır, hər addımlarına nəzarət edir, yoldaşlarının yanında xoşagəlməz sözlər işlədirlər. Yeniyetmə oğlan və qız çox vaxt bu səbəbdən böyüklərə cavab qaytarır, bəzən mübahisə, hətta kobudluq edir. Onların bir qismi böyükləri yamsılamaqla bəzi neqativ hərəkətlərə (məktəbli formasından imtina etmək, papiros çəkmək, spirtli içki içmək və s.) yol verirlər.
Yeniyetmələrdə ünsiyyət və özünütəsdiq tələbatı güclüdür. Buna görə də məktəb və ailə onları birgə tədbirlərə, ictimai-faydalı işlərə, əmək və ünsiyyətə geniş cəlb etməklə bu əsas tələbatın ödənməsinə şərait yaratmalıdır.
Yeniyetmələr kollektivdə layiqli mövqe tutmağa can atırlar. Bu, özünütəsdiqin bir vasitəsidir. Yoldaşlarının yanında nüfuzdan düşmək, şərəf və ləyaqətini itirmək – yeniyetmə üçün ən böyük faciədir. Buna görə də yeniyetmə yoldaşlarının yanında deyilən qeyri-taktiki sözlərə, ədalətsizliyə, təhqirə dözmür, onlara kəskin reaksiya verir. Bu zəmində bəzən ciddi münaqişə yaranır.
Yeniyetmələrin həyatında kollektivin ictimai rəyi, yoldaşların fikirləri böyük təsirə malikdir. Müəllim onlar üçün əvvəlki yaşlardakı qədər nüfuz sahibi deyildir. Buna görə də tərbiyəçi sağlam kollektiv rəyin yaranmasına, təlim-tərbiyə işində ona istinad etməyə çalışmalıdır.
Bu yaşda yoldaşlıq və dostluq hissi güclənir və yeni məna kəsb edir. Yeniyetmələr dostluğa yüksək tələblər verirlər. Qızlarla oğlanların dostluğu baş qaldırır. Bu, böyüklük hissi və başqa cinsi öyrənmək tələbatı ilə bağlıdır. Belə dostluqdan qorxmaq lazım deyil; bu, sevgi yox, əsl dostluqdur, bacı-qardaş münasibətinə bənzəyir. Yeniyetmələrin açıq, kollektiv dostluğuna şərait yaratmaq lazımdır. Qızla oğlanın dostluğunu ələ salmaq, qadağan etmək olmaz. Əks halda o, xəlvəti dostluğa çevrilər və arzuolunmaz nəticələr verə bilər.
Yeniyetmələrdə hisslər güclü təzahür edir: onlarda adətən hövsələsizlik, çılğınlıq, tündxasiyyətlilik özünü göstərir. Bəzi yeniyetmələrin özlərini ələ ala bilməməsi, davranış və rəftarlarında kobudluq və kəskinlik, özünənəzarətin zəifliyi bununla bağlıdır. Yeniyetmə neqativizmi çox zaman yorğunluqdan, ədalətsizlikdən, kollektiv və yoldaşlarının mənfi münasibətindən irəli gəlir. Müəllim və valideynlər mənfi emosiyaları aradan qaldırmaqda və müsbət hisslərin möhkəmlənməsində yeniyetməyə kömək göstərməlidirlər.
Yeniyetmələrin müəyyən qismində (xüsusən oğlanlarda) təlimə maraq azalır. Bunun qarşısını almaq üçün onlarda təlimə müsbət motivlər, təlimə maraq və tələbat aşılamaq, özünütəsdiq tələbatını ödəmək, xarici və daxili stimulları gücləndirmək, onları özünənəzarətə, kiçik məktəblilərin təliminə köməyə cəlb etmək faydalıdır.
Yeniyetmələr arasında bəzən intizamsızlıq, qanunpozma halları müşahidə olunur. Bu isə, adətən, ailələrdə qeyri-normal tərbiyə şəraiti ilə, münaqişələrlə, yeniyetmə nəzarətsizliyi, onların mənfi küçə təsiri altına düşməsi ilə (xuliqanlıq, oğurluq, sərxoşluq, narkomaniya və s.) bağlıdır. Belə halların qarşısını almaq üçün yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək, onları idmana, incəsənətə, mütaliəyə, ictimai işlərə, sosial ünsiyyətə cəlb etmək lazımdır.
Yeniyetmə neqativizmini bəzən yaşın “böhranı” kimi səciyyələndirirlər. Əslində isə, bunu yaşın çətinlikləri kimi izah etmək daha düzgündür. Yeniyetməlik uşaqlıqdan gəncliyə keçid dövrüdür: onlarda həm uşaqlıq, həm də gənclik əlamətləri özünü göstərir. Keçid dövrü müəyyən çətinliklərlə bağlıdır. Əsas çətinlik böyüklərlə yeniyetmələrin münasibətindəki çətinlikdir. Yeniyetmələrin yaş xüsusiyyətlərini nəzərə almaqla, onların tələbatlarını ödəmək üçün şərait yaratmaqla, onlarla düzgün ünsiyyət qurmaqla, onları faydalı işlərə cəlb etməklə bu çətinlikləri aradan qaldırmaq mümkündür.
Erkən gənclik yaşının xüsusiyyətləri. Bu dövrdə (15-18 yaş) orqanizm anatomik-fizioloji cəhətdən sürətlə inkişaf edir, yeniyetməlik dövründə müşahidə olunan qeyri-mütənasib inkişaf normal hala düşür. Boy artımı səngiyir, əzələ gücü qüvvətlənir.
Erkən gənclik şəxsiyyətin əsas keyfiyyətlərinin formalaşdığı və ictimai fəallığının artdığı dövrdür. O, vətəndaşlıq və seçib-seçilmək hüququ qazanır. Bu yaşda bir sıra yeni keyfiyyətlər meydana gəlir: özünüdərketmə, özünüqiymətləndirmə və mənlik şüuru inkişaf edir; əxlaqi görüş və əqidənin, dünyagörüşünün formalaşması baş verir; müstəqillik, özünütəsdiq və özünütərbiyə meyli güclənir və s.
Məktəbdə və ailədə gənclərin müstəqilliyinin məhdudlaşdırılması çox vaxt münaqişələrə və münasibətlərdə soyuqluğa gətirib çıxarır. Belə hal bəzi gəncləri qeyri-formal, kortəbii küçə qruplarına çəkib aparır. Burada onlar başqaları ilə bərabərhüquqlu ünsiyyətə girir, müstəqillik tələbatını ödəyirlər. Lakin tam yetkinləşməmiş gənclər küçə qruplarının mənfi təsiri altına düşə bilirlər. Bunu nəzərə alaraq, müəllim və valideynlər gənclərin müstəqilliyinə hörmət etməli, normal ünsiyyət mühiti yaratmalı, onları faydalı ictimai işlərə cəlb etməyə çalışmalıdırlar.
Böyük məktəblilərdə öz hissləri və fikirləri üzərində düşüncələr, özünüdərketmə tələbatı güclüdür. “Mən kiməm?”, “Nəyə qabiləm?”, “Həyatın mənası nədir?” kimi suallar onları düşündürür. Bu yaşda əxlaqi məsələlərə də maraq güclənir. Sözü üzə demək, prinsipiallıq, düzlük – gənclər üçün xarakterikdir. Onlar adamlarda düzlüyü, təvazökarlığı, əməksevərliyi, sadəlik və xeyirxahlığı daha yüksək qiymətləndirirlər. Tənqid, özünütənqid gənclər üçün xarakterikdir. Onlar diskussiya, həqiqət axtarışına daha çox meyl göstərirlər.
Erkən gənclik yaşında təlimə maraq artır. Bu isə onlarda yeni ictimai motivlərin və özünütəhsil tələbatının yaranması ilə bağlıdır. Fənnə maraq çox vaxt elmə olan marağa çevrilir.
Bu yaşda gəncləri özünütərbiyəyə geniş cəlb etmək, tərbiyə işində mənəvi məsələlərə, ailə, məhəbbət və peşəyönümü işinə diqqəti artırmaq lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.