Xürrəmilər Hərəkatı
Xürrəmilər hərəkatı
Xürrəmilər hərəkatı
Xürrəmilər hərəkatı
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Xürrəmilər hərəkatı ilə bağlıdır. Bu hərəkat zamanında böyük bir xilafəti sarsıtmış və bütün dünyanın diqqətini özünə çəkə bilmişdir . Elə bu səbəbdəndir ki , həm dünya , həm də Azərbaycan tarixində həmin hərəkatın araşdırılıb öyrənilməsi zaman-zaman diqqət mərkəzində olmuşdur . Bu gün də həmin hərəkatın tarixçilər tərəfindən araşdırılması davam etdirilir . Yeri gəlmişkən onu da vurğulayaq ki , hərəkatın öyrənilməsi, dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycan torpaqlarına göz dikənlərə də tutarlı bir cavabdır.
Biz də həm dövlətçilik tariximizin öyrənilməsi, həm də layihəmizin tələblərinə cavab olaraq həmin hərəkatla bağlı müəyyən mülahizələri oxucularımızın diqqətinə təqdim edirik .
Ərəb xilafətinin apardığı işğalçılıq siyasəti, yerli əhalinin assimilyasiya edilməsi, vergilərin ağırlığı, gəlmə ərəblərin yerli əhalinin min bir əziyyətlə ağır zəhmət hesabına əldə etdiyi gəlirlər hesabına varlanaraq daha da azğınlaşmaları Azərbaycan əhalisinin zaman-zaman Xilafətə qarşı üsyan qald ırmasına səbəb olmuşdur . Ərəb feodallarının və hakimiyyətdə olan Əməvilər sülaləsinin apardığı sərt vergi siyasəti nəticəsində bütün Xilafət ərazisində ərəblərə qarşı üsyanlara səbəb olmuşdur . Tarixi mənbələrdə Azərbaycanda Xilafətə qarşı ilk çıxışların 748-752-ci illərdə Beyləqan, Bərdə, Şəmkir və Ərdəbil şəhərlərində baş verdiyi qeyd edilir . Bu üsyanlardan ən məşhuru Beyləqanda qəssab Müsafirin rəhbərliyi ilə baş vermişdir . Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar dəstək verirdilər. Bu , səbəbsiz deyildi . Ərəblər Azərbaycanda möhkəmləndikcə yerli feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı. Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər . Baş verən bu üsyanlar iştirakçıların pərakəndəliyi, vahid planın olmaması və qüvvələrin bərabərsizliyi fonunda məğlub olsa da , nəticəsiz qalmır və özündən sonra daha böyük xürrəmilər hərəkatını yetişdirir .
Xürrəmilik idealogiyası və ona tarixi münasibət
Azərbaycan tarixinin milli-azadlıq səhifəsinin ən parlaq guşəsini məhz VIII-IX əsrlərdə baş verən, müəyyən fasilələrlə 60 ildən artıq davam edən Xürrəmilər hərəkatı təşkil edir . Xürrəmilər cəmiyyətdəki bərabərsizliyin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və istehsal vasitələrini hakimi təbəqənin asılılığından xilas etməklə maddi nemətləri insanlar arasında bərabər bölüşrmək idi . İdeya baxımından V-VI əsrlərdə baş vermiş Məzdəkilər hərakatına bənzəsə də, həmin hər əkatdan fərqli olaraq xürrəmilər milli əsarətə qarşı çıxaraq ərəb istilasına son qoymaq istəyirdilər. Bəlkə də bu səbəbdən hərəkatın nümayəndələri tarixdə ilk dəfə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər. Xürrəmilik bir fəlsəfi-ideoloji cərəyan olmuşdur və xürrəm sözündən yaranmışdır. Məsudi, Yaqut Həməvi, Ət-Təbəri, Səid Nəfisi ve s . ərəb müəllifləri bu sözü Güney Azerbaycanın Ərdəbil şəhəri yaxınlığındakı yer adı ile bağlayırlar. Digər ərəb müəllifləri isə Xürrəmilərə olan nifrətləri üzündən bu sözü farscada əhli-kef, şad , əxlaqsız və s . çalarlarda işlədərək Xürrəmilərin içki düşkünü , əxlaqsızlar olduğunu göstərməyə çalışmışlar. Halbuki bir içki düşkünü yüz minlərlə insanı üsyana təşviq edib onları idarə edə bilməzdi!
Bu barədə Akademik Nailə Vəlixanlı haqlı olaraq qeyd edir : “Atəşpərəstlərin bəzi görüşlərinə diqqət yetirdikdə görürük ki , müxtəlif gecələrin keçirilməsi, zikr məclisləri onlarda da olub . Xürrəmilərdə də gecə mərasimləri, əyləncələr olub . Belə şeylər əxlaqsızlıq kimi yox , dini ayin kimi qəbul olunmalıdır. Yəni onların dinində, dünya görüşlərində belə ayinlər olub . Bu ayinləri biz bugünkü əqidəmiz və dünyagörüşümüzlə qəbul edə bilmirik . Ərəb mənbələri bu faktı bir az da şişirdib , ikrahla yazıblar”. Akademik Ziya Bünyadovun “xürrəm” sözünü qədim fars sözü ” xur ” – “günəş” “gözə görünməyən mücərrəd atəş” kimi izah edir . Xürrəmilərin fəlsəfi-dini inancları Atəşpərəstliyə, Zərdüştlüyə və Məzdəkiliyə yaxın olması bu versiyanın doğru olması ehtimalın gücləndirir.
Xürrəmillər hərəkatı barədə ilkin mənbə hesab edilən ərəb qaynaqlarının demək olar hamısı dövrün hakim siyasətindən irəli gələrək hərəkatı hər vəchlə gözdən salmağa çalışmışdılar. Onlar xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən də həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz . Onlardan bəzisi, sanki Babəklə şəxsi ədavəti olan bir adam kimi , açıq-aşkar onu ” quldur və nihilist “, ” lovğa və təkəbbürlü adam “, “məşhur soyğunçu və quldur ” adlandırır. Başqaları isə özlərini Xilafət dövrünün adamı və hadisələrin sanki canlı şahidi hesab edərək, Azərbaycan xürrəmilərinin başçısını ” qorxunc bidətçi və qiyamçı” “təriqətçi və mehdi “, “üsyançı”, ” böyük bidətçi” deyə qələmə verir . Lakin onlar bu hərəkatın vüsətini və əzəmətini göstərməklə yanaşı, onun rəhbərinin fövqəladə sərkərdəlik məharətinə və igidliyinə də xüsusi yer ayırırlar. Onlardan bəziləri hətta Babəki qədim dünyanın məşhur sərkərdəsi Hanniballa müqayisə edirlər. Müəlliflərdən biri qeyd edir ki , “Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi “.
Müasir İran tədqiqatçıları xürrəmilər və Babək haqqındakı tədqiqatlarında sübut etməyə çalışırlar ki , istər xürrəmilər, istərsə də Babəkin özü sırf İrana məxsus hadisə imiş . Paniranizm mövqelərində duran Q.X.Sadiqi , Abbas Xəlili və başqaları kimi t ə dqiqatçılar belə bir fıkir yürüdürdülər ki , Azərbaycan həmişə olduğu kimi indi də İran vilayətlərindən biri olduğuna görə Babəkin rəhbərlik etdiyi xürrəmilər hərəkatı Abbasilər xilafətinə qarşı İran azadlıq hərəkatının ən parlaq təzahürüdür. İranın digər müasir alimləri kimi S.Nəfisi də bu məsələdə paniranizmə haqq qazandıraraq, Babəki ” İran torpağının böyük simalarından biri “, “İranın adını əbədiləşdirən milli qəhrəmanlardan adlandırır.
S.Nəfisi belə hesab edir ki , Azərbaycanın babəki-xürrəmilər hərəkatı milli Azərbaycan xüsusiyyətlərindən məhrum olub , yalnız İran milli ruhu üçün xarakterikdir . Mənbələrdə xürrəmilər hərəkatının vətəni olaraq bilavasitə Azərbaycanın göstərildiyinə baxmayaraq , S.Nəfisi belə bir fikir təlqin etməyə çalışır ki , xürrəmilər üsyanı İranda , İsfahanda törəmiş və guya bundan yalnız 30 il sonra Azərbaycan xürr əmiləri mübarizəyə qoşulmuşlar .
(ardı gələn sayımızda)
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət � 2017.- 7 dekabr .- S.7.
Xürrəmilər Hərəkatı
Tarixən Azərbaycanda yadelli işğalçılara qarşı güclü hərəkatlar olmuşdu. Bu azadlıq hərəkatları içərisində istər iştirakçılarınının sayına, istərsə də yönəldiyi dövlətin dayaqlarının zəiflətməsində Xürrəmilər hərəkatı qədər güclü hərəkat olmamışdır. Bu hərəkat tariximizdə xarici işğalçılara qarşı yönəlmiş və pik səviyyəyə yüksələn azadlıq hərəkatıdır. Bu hərəkatın başlaması haqda ilk dəfə hicri 162- ci(778- 779- cu illərdə) ildə bəhs olunub. Ərəb dilində yazan tarixçi, qanunşünas və ilahiyyat mütəxəssisi Əbu Cəfər Məhəmməd ibn Cərir ət- Təbəri (839- 923) “Tarix-ər-rüsul və- l- mülk” (Peyğəmbərlərin və padşahların tarixi) əsərində bu hərəkatın 778- 779- cu illərdə başladığını bildirir. Bir sıra tarixçilər “xürrəmi”, “xürrəmmədini” və ya “xürrəmdinlər” sözlərini işlədərək yalnız Babəkin izi ilə gedənləri nəzərdə tuturlar.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.