Press "Enter" to skip to content

Generalın adından istifadə edən “Lombard Mazbura”ya hökm oxundu

Göstərilən platformalarda paylaş:

Xəritələr

Xəritələr | “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

Yaranması

1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət – «Bakı Soveti» (indiki – «İçərişəhər»), «Sahil», «28 Aprel» (indiki – «28 May»), «Gənclik» və «Nəriman Nərimanov» 9,2 km-lik yeraltı xətt istifadəyə verildi. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başladı. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrildi. Metro tikintisinin ikinci və üçüncü növbələrində isə işlər öz ahənginə uyğun olaraq davam edirdi. “28 May” stansiyasından “Nizami” stansiyasına qədər olan 2,26 km-lik sahə ikinci növbəyə, “Nəriman Nərimanov” stansiyasından “Neftçilər”ə qədər olan 6,3 km-lik sahə isə üçüncü növbəyə aid idi.
1970-ci il aprelin 22-də Bakının sənaye rayonunda “Nəriman Nərimanov”dan sonrakı ”Ulduz” stansiyası istifadəyə verilməklə xəttin uzunluğu daha 1,5 km artdı.
İnşaatçılar isə yeraltı yolları şəhərin böyük yaşayış massivi olan “8-ci kilometr” qəsəbəsinə doğru aparırdılar. 1972-ci il noyabrın 6-da bu istiqamətdəki 5,3 kilometrlik metro xətti qəsəbənin mərkəzi hissəsinə gəlib çıxdı. Həmin gün “Məşədi Əzizbəyov” (indiki – “Koroğlu”), “Avrora” (indiki – “Qara Qarayev”) və “Neftçilər” ilk sərnişinlərini qəbul etdi. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi.
Metro 1975-ci ildən Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin tabeliyindən çıxarılaraq, SSRİ Yollar Nazirliyinin idarəçiliyinə verildi.
1976-cı ildə ikinci növbənin “28 May-Nizami” mənzilində işlər davam edirdi. Uzunluğu 2.26 km olan bu xəttin “Nizami” stansiyası qapılarını sərnişinlərin üzünə dekabrın 31-də açdı. Bu xəttin davamı olan 6,5 km-lik “Nizami-Memar Əcəmi” sahəsinin “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI Qızıl Ordu meydanı”» (indiki – “20 Yanvar”) və “Memar Əcəmi” stansiyaları 1985-ci il dekabrın 30-dan istifadəyə verildi.
Bundan sonra tikintidə üçüncü növbənin Şərq sahəsində işlərin sürəti artırıldı və 1989-cu il aprelin 28-də “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla metropoliten xətlərinin uzunluğu daha 3,3 km artdı.
Sahənin sonuncu “Həzi Aslanov” stansiyası 2002-ci il dekabrın 10-da istifadəyə verildi. Buna qədər isə 1993-cü ildə “28 May” stansiyasının yenidən qurulması üzrə layihə işlərinin bir qolu olan “Cəfər Cabbarlı” keçid stansiyası istismara verildi.
Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında dönüş ili olan 2006-ci ildən metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yarandı. Şimal sahəsinin tikintisində yarımçıq qalmış işlərə təkan verildi. 2008-ci il oktyabrın 9-da “Nəsimi” stansiyası yeraltı sərnişin konveyerinə qoşuldu. Bir il sonra 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı təhvil verildi. 2011-ci il iyunun 29-da Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatdı.
Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıdığını, metropolitendə tikinti və sərnişindaşıma kimi əsas sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
2015-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı oldu. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi”, 2021-ci il may ayının 29-da “8 Noyabr” stansiyaları sərnişinlərin istifadəsinə verildi və bununla da metropoliten xətlərinin uzunluğu 38,8 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 26-ya çatdırıldı.
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Göstərilən platformalarda paylaş:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

Generalın adından istifadə edən “Lombard Mazbura”ya hökm oxundu

Bakıda çoxsaylı şikayətlər əsasında barəsində cinayət işi açılmış, lombard fəaliyyəti ilə məşğul olan Mazbura Əliyevaya hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, 1960-cı il təvəllüdlü M.Əliyeva Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin dələduzluq maddəsinin dörd bəndi (178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4) ilə ittiham edilib. Məhkəmənin hökmü ilə ona dörd il üç ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İş üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Həmin şəxslər müxtəlif vaxtlarda M.Əliyeva və oğluna onların işlətdikləri lombardlarda qızıl-zinət əşyaları verib, faizlə pul götürdüklərini, lakin daha sonra bütün pulları faizləri ilə birgə geri qaytarsalar da, qızıllarını ala bilmədiklərini deyiblər. Şikayətçilər həmçinin qeyd ediblər ki, M.Əliyeva tanınmış generallardan birinin adını çəkərək vətəndaşların etibarını qazanıb və daha sonra itib, aldığı qızılları geri qaytarmaqdan yayınmağa başlayıb.

O da məlum olub ki, Mazbura Əliyeva bir çox şəxslərə özünü Nəzakət adı ilə təqdim edib.

Zərərçəkmişlərdən bəziləri işə rayon məhkəməsində deyil, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını, onlara ümumilikdə külli miqdarda ziyanın dəydiyini, cinayət işinin qanunla müəyyən edilmiş maddəyə uyğun, yəni 178.3.2-ci maddəsi ilə açılmadığını deyiblər.

M.Əliyeva isə ifadəsində özünü qismən təqsirli bilib:

“25 ilə yaxın bu işlə məşğul olmuşam, heç kimin pulunu yeməmişəm. Əgər dələduzluq etmişəmsə, niyə indi evsiz, işsizəm? 2018-ci ildə mənə pul atdılar. 10.04.2017-ci il tarixdə isə bizim maşından qızıl-zinət əşyaları və pul oğurlandı. Bunlara görə həmin vaxt polisə şikayət etmişdik. Türkiyədən qızıl daşımaq məsələsinə qoşuldum, işi başsız buraxdım. Olmamağından istifadə etdilər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mənə vaxt vermələrini, şikayət etməmələrini xahiş etmişəm. Əmlakımı satıb onların pulunu qaytarmaq istəmişəm, lakin həbs olundum. İmkansızlıqdan iki anasız nəvəmi Mərdəkanda uşaq evinə verdim. Mənə hansı cəza verilməsindən asılı olmayaraq, azadlığa çıxsam, dəymiş ziyanı ödəyəcəm. Mənə borclu olan şəxslər var. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanım yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Vüqar Bəkirov da M.Əliyevanın ona qarşı dələduzluq etdiyini, 500 min manat dəyəri olan brilyantlarını ələ keçirdiyini bildirmişdi. O, həmçinin iddia etmişdi ki, M.Əliyevanın arxasında Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov dayanır.

Onu da əlavə edək ki, Müşfiq Abbasov barəsində Səbail Rayon Məhkəməsinin hökmü ilə üç il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Belə ki, Müşfiq Abbasov İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işini araşdırıb. Bu işdə bir çox saxtakarlığa yol verdiyi müəyyən edilib. Bundan sonra Müşfiq Abbasov prokurorluq orqanlarından xaric olunub.

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq – Zığ, Bayıl, Yeni Yasamal. – XƏRİTƏ

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT Bakı metropoliteni xəttlərinin konseptual inkişaf sxeminə uyğun olaraq yeni stansiyalar tikilir.

BAKU.WS xəbər verir ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq.

19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək.

Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.

Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.

Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.

Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.

Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Comments are closed, but trackbacks and pingbacks are open.